İstifadə olunan qayışların en kəsikləri, yastı, pazşəkilli və dairəvi olur (şəkil 26. 2)



Yüklə 0,64 Mb.
tarix27.12.2022
ölçüsü0,64 Mb.
#97924
Sis (1)

Qayış ötürməsi vallar üzərində oturdulmuş aparan 1 və aparılan 2 qasnaqlardan və onları birləşdirən qayışdan 3 ibarətdir.




Bir qasnaqdan digər qasnağa hərəkət qayış və qasnaqlar arasında yaradılan sürtünmə qüvvəsi hesabına ötürülür. Sürtünmə qüvvəsi yaratmaq üçün qayış qasnaqlara müəyyən qüvvə ilə sıxılmalıdır. Sıxıcı qüvvə yaratmaq üçün qayış gərilməlidir. Qayışda gərilmə qüvvəsi yaratmaq üçün ya mərkəzlərarası məsafə a artırılır (şəkil 26.1,a) və ya xüsusi gərilmə qurğusundan istifadə olunuraq qayış, mərkəzlərarası məsafədən asılı olmayaraq, sabit bir qüvvə ilə daima gərilmiş vəziyyətdə saxlanılır (şəkil 26.1,b). Bunu əldə etmək üçün aparan çarxın oxu üzərində oturdulmuş 5 linginin ucundakı 4 diyircəyi ling üzərindəki 6 yükünün ağırlıq qüvvəsi hesabına qayışa sıxılaraq onda, qayışın uzanmasından asılı olmayaraq sabit gərilmə qüvvəsi yaradılır.
İstifadə olunan qayışların en kəsikləri, yastı, pazşəkilli və dairəvi olur (şəkil 26.2).

Qayışlar dəridən, rezinlə örtürülmüş parçadan, pambıq parça və kord şnurlu təbəqəli rezindən hazırlanır. Qayış ötürmələri qayışın en kəsiyinin formasına görə yastı, pazvari (bir və ya çoxsıralı) və dairəvi qayış ötürmələri adlanırlar. Bütün bu ötürmələrdə hərəkət, göstərdiyimiz kimi, sürtünmə qüvvəsi hesabına ötürülür. Dairəvi qayış ötürməsindən əsasən cihazlarda qısa məsafələrə hərəkət (güc) ötürmək üçün istifadə olunur. Maşınqayırmada əsasən yastı və pazvari ötürmədən istifadə olunur. Bu ötürmələrin üstün cəhətləri onların yüksək sürətlə işləyə bilməsi (V≤ 30m/san ) hərəkətin böyük məsafəyə ötürülməsi (a≤ 15m/san) səssiz işləməsi, sadəliyi, yük artdıqda, qayışın sürüşməsi hesabına ötürmənin dağılmaması, yağlama sisteminin olmaması, faydalı iş əmsalının böyük olması ( , = 0,92 ÷ 0,98 ), ötürmə nisbətinin böyüklüyü ≤ 7, çox kiçik və çox böyük (6 ≤ 507) güc ötürə bilməsidir.
Yuxarıdakı ötürmələrin qayışlarının səthləri, göründüyü kimi hamar idi. Odur ki, ötürülən güc qayışın çarxa sıxılması nəticəsində onlar arasında yaradılan sürtünmə qüvvəsi hesabına mümkün olurdu. Bu səbəbdən dayaqlarda böyük reaksiya qüvvələri meydana çıxır, sürtünmə qüvvəsi kifayət etmədikdə qayışın sürüşməsi baş verir. Bu mənfi cəhətlər son illərdə geniş istifadə olunan dişli qayış ötürməsində yoxdur (şəkil 26.3). Bu ötürmənin qayışı trapesoidal dişli olur. Dişli qayış içərisində metal troslar olan neopren və ya poliuretandan hazırlanır. Dişlər yeyilməni azaltmaq məqsədilə neylon parça ilə örtülür.


Belə ötürmədə hərəkət sürtünmə qüvvəsi hesabına deyil ,qayısın çarxların dilərinin ilisməsi hesabına bas verir.Bu ötürmə daha böyük sürətlə isləyir və daha böyük güc ötürə bilir.Ötürmə nisbəti U12, <12,is əmsalı η=(0.94,/0.97) olur.
Ötürmənin mənfi xüsusiyyəti dəqiqliyin az olması,ölçülərin nisbətən böyük olması,vallara təsir edən qüvvənin disli çarx ötürməsindəkindən 2/3 dəfə çox olmasıdır.
Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə