Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə47/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   43   44   45   46   47   48   49   50   ...   97

Qaraçay  ədəbiyyatı
147
sinə həsr olunmuş dram əsərlərinin də rolu az olmamışdır. Belə 
dram əsərlərindən biri Batçayevin “Əhməd - Batır” pyesidir. Əsər 
əvvəl sosial-psixoloji dram kimi nəzərdə tutulsa da, qarşıya qoy-
duğu məqsədi hec də yerinə yetirə bilməmişdi. Pyesin ilk səh-
nələrindən onun belə xususiyyəti yaxşı görünməkdədir. Bununla 
belə əsər özünün canlı xalq dilindən istifadə olunması ilə tamaşa-
çı diqqətini cəlb etmişdir. 
Qaraçay-malkar dramaturgiyasının təşəkkülü dövründə tarixi 
mövzuya  da  muəyyən  dərəcədə  yer  ayrılmışdır.  Tarixi  mövzu-
lu pyeslər sırasında 1936-cı ildə B.Çotçayev tərəfindən qələmə 
alınmış altipərdəli “Oğurlanmış Murad” (“Урланныгам Мурат”) 
pyes-xronikanı qeyd etmək lazımdır. Qaraçay-malkar həyatında 
XVI-XIX əsrlərdə uşaqların oğurlanıb satılması olduqca geniş ya-
yılmışdı. Qaraçaylılar arasında uşaqların oğurlanması və onların 
qul kimi satılması XVI-XIX əsərlərdə geniş yayılmış hadisə idi. 
Pyesdə gedən hadisələrdə XIX əsrin sonu XX əsrin əvvəllərində 
Osman adlı kasıb bir kişinin üç yaşlı oğlunun oğurlandığı göstə-
rilir.  Pyesin birinci şəklində uşağın oğurlandığı dəhşətli mənzərə 
göz önünə gətirilir. Birinci şəkillə  ikinci arasında 8 aya yaxın 
bir vaxt keçir. Sonra hadisədən bir neçə il keçir. Üçüncü şəkildə 
müəllif batrakların  Əli tərəfindən amansız istismar olunduğunu 
göstərir. Nəhayət, Əli Muradı başqa bir bəyə qoca bir inəyə sat-
maq istəyir. Eyni zamanda bu arada Murad həm də sağ-salamat 
qalmış valideynlərinin yanına qayıtmaq istəsə də, onun ləyaqəti 
həddən artıq alçaldığından və ondan heyvan kimi istifadə edil-
diyindən o, belə bir vəziyyətə qarşı mübarizə aparmağa nə səy 
göstərmir, nə də özü qadir olmur. Bu pyes-xronikada məhz xalqın 
içində olan belə iyrəng və gülünc adət tənqid atəşinə tutulurdu. 
Pyesdə əksini tapan hadisələr XIX əsrin sonu-XX əsrin əvvəllə-
rinə təsaduf edir. Həyat şəraiti və yaşam tərzi son dərəcə ağır olan 
Osmanın üç yaşlı oğlu oğurlanır. Bu tipli özbaşnalıqları kəndliləri 
istismar edən bəylər daha tez-tez həyata keçirirdilər. Pyesin ilk 
pərdəsi tükürpədici mənzərələri əks etdirsə də, sonrakı pərdələrdə 


Nizami Tağısoy
148
müəllif fikri yetərincə açılmamış qalır. Nəticədə isə əsərin drama-
tik konflikti hadisələrin adekvat inkişafını əks etdirməyə müvəf-
fəq ola bilmir. 
Qaraçay  dramaturgiyasında  sosial-məişət  dramından  daha 
çox qəhrəmanlıq dram  janrı uğurla inkişaf etdirilmişdir. Burada 
dramaturqların  klassik  ənənələrə  söykənməsi  və  ondan  istifadə 
işin xeyrinə olmuşdur. Bunu Ş.Ebzeyevin “Uğurlu” (“Огурлу”) 
komediyası üzərində iş də subut edir. 1931-ci ildə qələmə alınmış 
bu komediya yalnız 1937-ci ildə  Çerkesskdə nəşr olunmuşdur. 
Eyni zamanda bu komediya  1931-1937-ci illər arasında Qaraça-
yın xeyli aullarında tamaşaya qoyulmuşdur. Ş.Ebzeyev nəinki re-
jissor, aktyor, həm də tamaşanın kostyumunu hazırlayan, rəssam 
və bəstəkar kimi rolları yerinə yetirmişdir. Yeri gəlmişkən qeyd 
edək  ki,  Şəhərbəy  Ebzeyev  hələ  məktəb  illərindən  özfəaliyyət 
dram dərnəklərində fəal iştirak etmiş, mahnı və rəqs ansamblı təş-
kil etməklə, Qaraçay aulları və sanatoriyalarında çıxışlar etmiş-
dir. Qaraçayda vilayət mərkəzində Sovetlər Qurultayı keçərkən o, 
qurultay iştirakçılarına “Uğurlu” pyesini nümayiş etdirmiş, onun 
dram dərnəyi vilayətdə böyük uğurlar qazanmışdır. Bütün sada-
ladığımız bu tipli dram əsərləri öz uğurları və uğursuzluqları ilə 
yanaşı, həm də eyni zamanda Qaraçay drmaturgiyasının təşəkkü-
lündə əsaslı rol oynaya bilmişdir.
3.3. Qaraçay ədəbiyyatının mövzu  axtarışları
Qaraçay  ədəbiyyatı  öz  təşəkkülü  dövründə  insan  taleyini 
özündə bədii şəkildə inandırıcı əks etdirən  qəhrəman axtarışında 
idi.  Əlbəttə,  bu  axtarışlar  heç  də  hər  bir  konkret  halda  müvəf-
fəqiyyətli olmamış, həm də uğursuzluqlarla müşayiət olunmuş-
dur. Xarakter-tipin yaradılması, bədii ustalıq, realist yazı mədə-
niyyətinin formalaşdırılması və s. kimi zəruri elementlər böyük 
güc və qüvvə tələb etməklə yanaşı, heç də bütün hallarda uğurla 


Qaraçay  ədəbiyyatı
149
nəticələnmirdi. Belə bir şəraitdə nəinki istedad, həm də yüksək 
mədəniyyət və digər mühüm amillər zəruri idi. Lakin bütün bu 
çətinliklərə baxmayaraq, ədəbi qəhrəman öz təsdiqini tapmalıy-
dı. Belə ədəbi qəhrəman axtarışında olan gənc yaradıcı qüvvələr 
yaxın, yaxud uzaq tarixi keçmişə müraciət etməni daha səmərəli 
hesab edirdilər. Tarixə müraciətin özü həm də xalqın tarixi varlığı 
haqqında söhbətə ehtiyacı şərtləndirir, onun tarixin müxtəlif mər-
hələlərində vəziyyəti, xalq kütlələrinin müxtəlif dövrlərdə məişət 
detalları,  həyatında  mütərəqqi  məqamları  nəzərdən  keçirməyi 
gündəmə  gətirirdi. 
Problemin bədii həlli müxtəlif yönlərdə gedirdi. Qaraçay ədə-
biyyatı kimi gənc ədəbiyyatların (malkar, noğay, kumux, çərkəz, 
abaza, adıgey, kabardin və s.) təşəkkülünün ilk dövründə qədim 
tarixi mərhələlərə müraciət etnik-milli ənənələrlə bağlı olmuşdur. 
XX  əsrin  30-cu  illərində  xalq  yaradıcılığına  artan  maraq  onun 
müxtəlif  çoxsaylı  formalarından  gənc  ədəbiyyatçılar  tərəfindən 
istifadəni aktuallaşdırırdı. Bununla belə əksər hallarda epik irsdən 
əsasən  elə nümunələr seçilirdi ki, onlarda qəhrəmanlıq və sosial 
motivlər daha relyefli şəkildə öz əksini tapırdı. Bəzən elə olurdu 
ki, folklor nümunələri azacıq dəyişikliklərə uğradılaraq onlarda 
yer almış sosial motivlər qabardılmaqla ortaya çıxarılırdı. Bu tipli 
əsərlər, onların müəlliflərinin fikrincə bədii əsərlərin özünün yox-
luğunu  kompensasiya  etməklə  dövrün  qəhrəmanlıq  xarakterini 
əks etdirməyə xidmət etməli, sosial dəyişiklikləri diqqət mərkə-
zinə qoymalı idi. Gənc müəlliflər belə məqamlarda qəhrəmanlıq 
poemaları və dastanlarına (məsələn, “Nartlara”) rəvayət (xapar) 
lətifələrə, tarixi-qəhrəmanlıq nəğmələrinə müraciət etməni üstün 
tuturdular. Sonuncu iki janrda (rəvayət-lətifə kimi) sosial motivlər 
daha güclü şəkildə əks olunurdu. Dastan və epik nümunələrdə ya-
zıçılar xalqın qəhrəmanlıq idealı olan bahadırları, igidləri diqqət 
mərkəzinə çəkir və qədim eposun mahiyyətinə cəmiyyətin xüsu-
siyyətlərini daxil edirdilər. Belə əsərlərdə pəhləvanlar, bahadırlar 
(batırlar), igidlər (cigitlər) knyazlara, xanlara, şahlara və bəylərə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə