Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə48/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   44   45   46   47   48   49   50   51   ...   97

Nizami Tağısoy
150
qarşı qoyulurdu. Müxtəlif şifahi novellalara müraciət edən gənc 
yazarlar belə novellaları cüzi dəyişikliklərə məruz qoymaqla qəh-
rəmanın şəxsiyyətinə böyük sosial müəyyənlik verməklə onu təb-
liğ etməyi üstün tuturdular. 
20-40-cı illərdə, demək olar ki, bütün Şimali Qafqaz ədəbiy-
yatlarında folklor süjetləri əsasında çoxsaylı əsərlər ortaya çıxırdı. 
Onların sırasında abaza ədəbiyyatında T.Tabulovun “Psıj”, “El-
burqan”, və “Oxşamaxo” poemalarını, “Zərilə” pyesini, “Dadıra”, 
“Qoca-sehrbaz”,  “Çalduz”  hekayələrini;,  adıgey  ədəbiyyatında 
T.Teuçejin “Bleduqlar üsyanı” və “Mafoko Urusbiy” poemaları-
nı, kabardin ədəbiyyatında A.Şogensukovun “Kambot və Byasa” 
nəzmlə yazılmış romanını, Qaraçay ədəbiyyatında İ.Qaragetovun 
“Bəy  və  nökər”  poemasını,  H.Urtenovun  “Safiyət”  poemasını, 
noğay ədəbiyyatında A.Canıbəyovun “Karaydar və Qızıl gül” po-
emasını və digərlərini qeyd etmək olar (6,19). Əgər bəzi əsərlərdə 
folklor mənbəyinin süjet xətti toxunulmamış qalırdısa, digərlərin-
də onlara yeni yanaşma tərzi əks olunur, üçüncü tip əsərlərdə isə 
şifahi  xalq  yaradıcılığı  motivləri  əsasında  yeni  bir  orijinal  əsər 
yaradılırdı.  Üçüncü  tipə  aid  əsərlər  sırasında  milli  ədəbiyyatla-
rın zirvəsi hesab edilən H.Urtenovun “Safiyət”, A.Şogensukovun 
“Kambat və Byasa”, T.Tabulovun “Zərilə” əsərləri qeyd edilmə-
lidir.
XX əsrin 30-cu illərində milli ədəbiyyatların daha güclü in-
kişafı müşahidə olunur. Gənc ədəbiyyatlarda, xüsusən Qaraçay, 
malkar, noğay, kumux və s. inkişaf etmiş realist sənətin oçerkdən 
romana və nəzmdə  qələmə alınmış romana qədər, demək olar ki, 
bütün janrları ortaya çıxır. Bu baxımdan Qaraçay-Çərkəz ədəbiy-
yatının yaranma və inkişaf tarixinə nəzər salmaq daha səciyyə-
vidir. Bir daha qeyd edək ki, Qaraçay-çərkəzlərin əlifbası 1924-
cü ildə hazırlanmışdısa, noğaylar üçün bu 1928-ci ildə, abazalar 
üçün isə 1932-ci ildən aparılmışdır. XX əsrin 20-30-cu illərində 
H.Urtenovun, İ.Qaragetovun, D.Bayqulovun şeirləri və poemala-
rı, H.Appayevin “Qara sandıq” romanı, T.Tabulovun “Zuli” pye-


Qaraçay  ədəbiyyatı
151
si, H.Abukovun “Zelençuk sahillərində” və M.Dışekovun “Dan 
yeri”  romanları,  X.Bulatukovun  “Fatimat”  pyesi,  S.Temirovun 
“Xoşbəxt həyat” povesti, çoxsaylı hekayələr, oçerklər və s. işıq 
üzü görmüşdür. Eyni vəziyyət kabardin, adıgey, malkar, çeçen, 
inquş, osetin və digər ədəbiyyatlarda da müşahidə olunmaqdadır 
(5;6;7;19,125-129, 152-166, 178-183). 
Bu  illərdə nəşr olunmuş əsərlərin bir qismi tarixi, digər bir 
qismi isə müasir mövzuya həsr olunmuşdur. Bununla belə Qaraçay 
ədəbiyyatının təşəkkülü dövründə ədəbi qəhrəman axtarışı aparı-
lırdı. Maraqlıdır ki,estetik xüsusiyyətləri və milli tipi müxtəlif səp-
kili olan bu əsərlər daxilən bir-biri ilə gözlə görünməyən tellərlə 
bağlı idi. Bu əsərlərdə sadədən tutmuş daha mürəkkəb və bölün-
məz  keyfiyyətə  doğru  yüksəlişdə  xarakter  təkamülü  əks  olunur. 
Bu  tipli  əsərlərin  əksəriyyətində  dövrün  bütün  kolliziyaları  baş 
qəhrəmanın ətrafında konsentrasiya olunmaqla zamanın xüsusiy-
yətlərini özündə cəmləşdirirdi ki, bütün bunlar da qəhrəmanların 
təqdimatında folklor priyomlarından istifadədən irəli gəlirdi.
Bu dövrün romanlarında realist tipikləşdirmə sənətkarlığının 
əldə olunması müxtəlif yollarla gedirdi. Bir qism yazıçılar buna 
böyük əzmlə nail olurdusa, digərlərində bu tədricən baş verirdi. 
Əlbəttə, bu ilk növbədə yazarların istedadından və savad səviyyə-
sindən asılı olurdu. Belə bir dövrdə Qaraçay yazıçıları xalq tale-
yini tarixi planda nəzərdən keçirməyə üstünlük verir, ictimai inki-
şafın qanunauyğunluqlarını açmağa can atırdılar. Qeyd etdiyimiz 
kimi,  Qaraçay  ədəbiyyatı  təşəkkül  mərhələsində  gerçəkliyin  ti-
pikləşdirilməsində və personajların təsvirində folklor ənənələrinə 
daha çox söykənir, digər tərəfdən isə xalqların təcrübəsində olan 
realist romanlarda istifadə olunmuş priyomlara üz tutur, onlardan 
həyatın  konkret-tarixi  təhlili  və  xarakter-tiplərin  yaradılmasını 
doğma xalqa xidmətə istiqamətləndirirdi. Lakin bu dövr roman-
ları səthilikdən, sxematiklikdən də yaxa qurtara bilmirdi. 
Gənc,  hələ  də  təcrübə  toplamamış  romançılar  üçün  xarak-
ter-tiplərin yaradılmasında xeyli çətinliklər özünü büruzə verirdi. 


Nizami Tağısoy
152
Bununla belə daha səmərəli yolun tapılmasını biz Qaraçay yazı-
çısı H.Appayevin “Qara sandıq” romanında görürük.
Romanın  obrazlar  sistemi  istismarçılarla  istismar  olunan 
xalq kütlələri arasında baş vermiş konfliktlə müəyyənləşir. Konf-
liktə  uyğun  olaraq  əsərdəki  personajlar  iki  bir-birinə  qarşı  da-
yanmış düşərgədə qərar tutmuşlar. Birinci qrupda Qiyamət bəy, 
Mühəmməd-Əmin əfəndi, Bəymirzə yüzbaşı, pristav Apanas və 
onların  tərəfdarları  Toquzak  müdir,  Taşaldar  müəllim,  dələduz 
Abdul-Qədir, digərində isə kasıblar və nökərlər Teymurka, Can-
dəmir, Şamail, Həmid, Qənimət, Biynöger, Aslan, İbrahim və rus 
inqilabçısı Semyon dururlar. Onlar arasında ortaya çıxan sosial 
mübarizədə kasıbların şüuru günü gündən inkişaf edir, müxtəlif 
xalqları birləşdirən mübarizədə bu  insanların həmrəyliyi möh-
kəmlənir, siyasi fəallıq inkişaf edir, dünənki və bugünkü batrak-
ların (nökərlərin) mənəvi aləmi zənginləşdirilirdi. Xalq kütlələ-
rinin  sosial  fəallığının  dirçəlişini  yazıçı  Rusiyada  gedən  siyasi 
proseslərlə əlaqələndirir. Yazıçı xalq kütlələrinin aşağı təbəqəsin-
dən çıxmışların demokratik ideyalara, mübarizə təcrübəsinə necə 
yiyələndiyini yaxşı göstərir. H.Appayevi Rusiyanın ucqarlarında 
yaşayan kiçik, azsaylı xalqların nümayəndələrinin taleyi, sosial 
psixologiyasında  gedən  dəyişikliklərin  onlara  necə  təsir  etdiyi 
özünə cəlb edir.
Qaraçay-Çərkəz  xalqları  ədəbiyyatında  dağlı  qızı  obrazı  T.
Tabulovun “Zuli” və “Zərilə” ; H.Urtenovun “Safiyət” ; X.Bu-
latukovun  “Fatimat”  kimi  əsərlərində  və  digər  çoxsaylı  oçerk, 
hekayə,  povest  və  poemalarının  başlıca  obyektinə  çevrilir.  Bəs 
20-30-cu  illər  ədəbiyyatında  yazarlar  hansı  dağlı  qızı  obrazını 
görmək  istəmiş,  hansı  qadın  idealını  təsdiqləməyə  çalışmışlar, 
yeni tarixi və sosial şəraitdə onun xarakteri hansı yeni xüsusiy-
yətlərlə  zənginləşmişdir?
Bu dövrdə Şimali Qafqazda azsaylı xalqların yazıçılarından 
hər biri bu problemi öz baxış və yaradıcılıq bucağından həll et-
məyə səy göstərmişdir. Məsələn, T.Tabulov “Zuli” (1929) pye-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə