Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə51/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   47   48   49   50   51   52   53   54   ...   97

Qaraçay  ədəbiyyatı
159
ilk  günlərindən  cəbhə  mətbuatında Aleksey Tolstoy,  İlya  Eren-
burq, Mixail Şoloxov, Səməd Vurğun, Rəsul Rza, Qafur Qulam, 
Nikolay Tixonov, Konstantin Simonov, Olqa Berqqolts, Vera İn-
ber, Arkadi Qaydar, Əfəndi Kapiyev və b. əsgər və zabitlər ara-
sında geniş miqyaslı siyasi təbliğat işi aparırdılar. Belə yaradıcılıq 
fəaliyyətinin aparılması ilə bağlı O.Xubiyev əsərlərinin tanınmış 
tədqiqatçısı N.M.Kaqiyeva yazırdı: “Yazıçıların böyük vətənpər-
vərlik əhəmiyyətli sözünü aşağıdakı fakt sübut edir: Azərbaycan 
şairi Səməd Vurğunun radio ilə çıxışına qulaq asmış 16 əsgər ona 
aşağıdakı məzmundakı bir məktubla müraciət etmişdir: “Hörmət-
li və əziz Səməd Vurğun! Siz şeirlərinizi oxuyanda biz xəndəkdə 
idik. Sizin səsinizi və alovlu sətirlərinizi eşidəndə bizə elə gəldi 
ki, gözlərimiz parpar parladı. Bizim cəbhə yoldaşlarımız - azər-
baycanlılar, ruslar, gürcülər, ləzgilər eyni ruh yüksəkliyi ilə sizi 
salamlayırdı. Biz Sizi inandırırıq ki, çox tez bir zamanda doğma 
sovet torpağını düşməndən təmizləyəcəyik. Biz dərindən inanı-
rıq ki, tezliklə sizinlə qalib- ordu döyüşçüləri kimi görüşəcəyik” 
(12,126).
Yeri gəlmişkən qeyd edək ki, Sovet torpağı uğrunda döyüş-
lərdə Qaraçay yazıçılarının da payı az olmamışdır. Müharibənin 
ilk  günlərindən  Qaraçay  poeziyasının  bünövrəsini  qoyanlardan 
İssa Qaragetovla yanaşı, Məhəmməd Urusov, Davud Bayqulov, 
Toxtar Borlakov, Həsən Bostanov, A-K.Bayqulov və onlarca di-
gərləri ön cəbhəyə yollanmışdılar. Yazıçı Osman Xubiyev isə mü-
haribəyə zabit kimi getmişdi. Vətən qarşısında borcunu verməklə 
yanaşı, O.Xubiyev həm də dövrün fakt və hadisələrini gerçəkliyə 
söykənməklə əks etdirən əsərlər yaradırdı. Bu baxımdan O.Xubi-
yevin “Amanat” trilogiyası öz monumentallığı və hadisələri daha 
geniş  epik  planda  əks  etdirməklə  Qaraçay  ədəbiyyatı  tarixində 
yeni  mərhələnin  əsasını  qoymuşdur.  Maraqlıdır  ki,  “Amanat” 
romanını qələmə almaqla bağlı fikir və ideya O.Xubiyevdə mü-
haribənin lap əvvəllərində ortaya çıxmışdı. Müəllif qeyd edirdi 
ki,  1941-ci  ildə  Dubno  şəhəri  ətrafında  ağır  müdafiə  döyüşləri 


Nizami Tağısoy
160
gedirdi.  Faşistlərlə  bir  neçə  qızğın  döyüşdə  onlara  ərazini  tərk 
etmə əmri verilir. Döyüşçülər isə geri çəkilmək istəmirlər. Belə 
ağır  döyüşlərin  iştirakçısı  olan  O.Xubiyevi  bütün  bunları  bədii 
şəkildə qələmə almağa vadar edir və bununla da o, müharibənin 
məşəqqətlərini əks etdirən bir əsər yazmaqla Qaraçay ədəbiyya-
tında monumental roman-trilogiya  janrının əsasını qoymağa mü-
vəffəq olur.   
3.4. İslam bəy Krımşamxalov (Teberdici) -  
ilk Qaraçay maarifçisi və ictimai xadimi 
İslam  bəy  Krımşamxalov  (1864-1940)  ilk  Qaraçay  maarif-
cisi olmaqla doğma mədəniyyət tarixində şair, sənətkar, ictimai 
xadim kimi məşhur olmuşdur. O, 1864-cu ildə Qaraçaydakı Kart-
Yurt kəndində bəy ailəsində anadan olmuşdur. Hələ erkən yaşla-
rından ata-anasından məhrum olmuş İslam Krımşamxalov tanın-
mış malkar maarifcisi olan əmisi İsmayıl Urusbiyevin ailəsində 
tərbiyə görmüşdür. Məhz burada o, rus və ərəb əlifbasını  öyrənib 
Peterburqa getmiş və orada olduğu dövrdə isə İslamın dünyagö-
rüşü daha da sürətlə formalaşmışdır.
İslamın  yaradıcılıq  taleyində  onun  ünsiyyətdə  olduğu  və 
dostluq etdiyi rus mədəniyyəti xadimlərinin təsiri böyük olmuş-
dur. Onların sırasında rəssam N.Yaroşenkonun xidməti xususi ilə 
qeyd edilməlidir. Məhz onun məsləhəti ilə İ.Krımşamxalov Mos-
kva Rəssamlıq Məktəbinə daxil olmuş, lakin vərəm xəstəliyinə 
tutulduğundan, təhsilini yarımçıq qoyub Qaraçaya qayıdaraq Te-
berdada  yaşamağa  başlamışdır.
Teberda dövrü (1894-1910) İslam bəy Krımşamxalovun ic-
timai fəaliyyətinin ən məhsuldar və qızğın dövrü hesab olunur. 
O, özünun maarifcilik və yaradıcılıq ideallarını «Şimali Qafqaz» 
(«Severnıy Kavkaz») qəzetində və «Müsəlman» («Musulmanin») 
jurnalında cap etdirdiyi oçerklərdə yetərincə ifadə edə bilmişdir. 


Qaraçay  ədəbiyyatı
161
Digər sahələrlə yanaşı, Krımşamxalov mədəniyyətin və iqtisadiy-
yatın inkişaf etdirilməsini də son dərəcə zəruri hesab etmişdi.
Yeri  gəlmişkən  qeyd  edək  ki,  «Musəlman»  qəzeti  1903-cü 
ildən başlayaraq 1912-ci il arasında rus və türk dillərində ayda iki 
dəfə nəşr olunmaqla hər ayın 15-i və 30-u günü çapdan çıxırdı. 
Jurnalın  naşiri  və  redaktoru  milliyyətcə  çərkəz  Məhəmmədbəy 
Hacət Laşə idi. Qaraçaydan və Malkariyadan jurnalla İslam bəy 
Krımşamxalov, Misost Abayev, Fatima Abayeva, İslam Xubiyev 
(Qaraçaylı), İmmolat Xubiyev və b. əməkdaşlıq edirdilər. Jurna-
lın başlıca məqsədi mutərəqqi fikrə soykənib, qabaqcıl ziyalılar 
ətrafında birləşərək mədəni, sivil xalqlara  yaxınlaşmaqdan ibarət 
idi. Bu  isə, məlum olduğu kimi, maarifcilik istiqamətində apa-
rılan işlərdən ən mühümü idi. Bu məqsədin nə dərəcədə düzgün 
olduğunu biz Qaraçay maarifcilərinin aşağıdakı fikirlərindən də 
aydın görə bilərik: «Biz elə bir yüksək vahid amal uğrunda birlə-
şib dostlarımızla elə parlaq günəşə tərəf gedəcəyik ki, onun şüa-
ları qonşularımızı coxdan isindirmişdir. Yalnız elm işığı, yalnız 
tərəqqi yolu bizim qardaşlarımızı haqq yoluna çıxaracaqdır. Bun-
dan kənarda zülmət və faciə mövcuddur» (18).
İslam  bəy  Krımşamxalovun  ictimai  baxışları  maarifçilərin 
başlıca ideyalarına «sosialın və təbiinin barışığına», «təbiət»in və 
«sivilizasiya»nın yaxınlaşmasına müvafiq idi. İctimai rifahın baş-
lıca vasitəsi kimi dağlıların maarifə yiyələnməsi ilə həm cəmiy-
yətin, həm də ayrı-ayrı insanların şuurunda dəyişikliklərin gedə-
cəyinə əmin olan yazıçı hesab edirdi ki, cəmiyyətdə hər şey rasi-
onal quruluşa əsaslansa, onda «təbii» insan eyni zamanda sivil və 
mədəni olar. Başqa sozlə desək, İ. Krımşamxalov əsl mədəniliyi 
elmi biliklərlə mənəvi mədəniyyətin sintezi kimi nəzərdən keçi-
rirdi. Dağlılarda mövcud olan ənənəvi mənəvi inkişafın yüksək 
səviyyəsini qeyd edən maarifçi  onları elmi biliklərin qavranıl-
ması üçün hazırlıqlı hesab edirdi. Bu isə əsl xalq mədəniyyətinin 
əldə olunması, dunya mədəni kontekstində bərabərhüquqlu möv-
cud olma və inkişaf üçün zəruri hesab olunurdu. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə