Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə52/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   48   49   50   51   52   53   54   55   ...   97

Nizami Tağısoy
162
İ. Krımşamxalovun publisistikasında irəli sürülmüş ideyalar 
onun bədii əsərlərinin estetikasında da özünün bariz ifadəsini ta-
pırdı. Onun bu qəbildən olan əsərlərində - Qardaşı qızı Fatiməyə 
unvanladığı  «Albomdan»,  «Soyuq  daşı  dirildərkən»,  «Dəniz 
kənarında»  və  digər  şeirlərində  (məsələn,  «Canavar  və  pişik» 
təmsilində), portret və peyzaj rəsmlərində (məsələn, «Uşaqlı qa-
dın», «Dastançı», «Qaraçaylı qoca», «Amanauz», «Ot yığımı», 
«Şeytan kilidi», «Dombay-Yelgen», «Camaqat vadisi», «Baduk 
gölləri», «Qaragöl», «Küknar meşəsi» və s.) xalq həyatının bəzi 
məsələləri özünu kifayət qədər relyefli əks etdirir.
İslam  bəy  Krımşamxalov  yuksək  ictimai-mənəvi  idealların 
əldə olunmasında, insan davranışında harmoniyanın zəruriliyini 
xüsusi ilə qeyd edirdi. O, yazırdı: «Dağlıların qəlbində onların 
baş əydiyi yaxşı insanın doğru-dürüst siması qərar tutmuşdur… 
Məhz yalnız bu prinsiplərin daşıyıcısında dağlı maarif alovunu 
sevinclə qəbul edir. Əgər bunu insanların daxili və zahiri simasını 
hansı bir üsullasa dağlıya ekranda göstərmək olsaydı – Avropa-
nın mədəni sinfindən olan əsl ziyalı nümayəndəsinin siması gö-
rünsəydi, bu zaman dağlı onu ağuşuna alıb ucadan deyərdi: «Mən 
o, kəslərə ehtiram edirəm ki, kimlərə siz ehtiram edirsiz, mən sizə 
işığa və həqiqətə sadiq olduğunuz kimi sadiq olacağam». Qeyd 
edək ki, elə İslam  Krımşamxalov öz dövründə son dərəcə mə-
suliyyətli və məhsuldar işləməklə fərdi, ictimai ideal və davra-
nışlara sadiq qalmaqla, bütün şüurlu yaradıcılığı və fəaliyyəti  ilə 
doğma diyarın sosial-iqtisadi və mədəni-mənəvi inkişafına calış-
mışdır. Fəaliyyətində yer alan  bu tipli proqramı o, qismən dövrü 
mətbuatda nəşr olunmuş məqalələrində də geniş işıqlandırmışdı. 
«Qaraçayın  yeni  zənginliyi»  məqaləsində  İslam  Krımşamxalov 
Qaraçayın yeraltı zənginliyi, oradakı faydalı qazıntılar və onlar-
dan istifadə olunmasının zəruriliyindən danışırdı. Digərlərindən 
fərqli olaraq o, ilk dəfə yerli mərmərin sənayedə istifadə olunma-
sı ilə bağlı Qaraçayın təbii və iqlim şəraitinin unikallığını qeyd 


Qaraçay  ədəbiyyatı
163
etməklə Teberdada kurort yaradılması məsələsini ortaya qoymuş-
du (22,150).
İslam bəy Krımşamxalov 1895-ci ildə professor Muşketovun 
ekspedisiyasının  tərkibində  Qaraçay  ərazisində  geoloji  tədqiqat 
işlərinin aparılmasında, «Teberda və Cxaltın»ın geoloji ocerki» 
kitabının yazılmasında iştirak etməklə bu mənbəni maraqlı şəkil-
lərlə zənginləşdirmişdi. 
İslam Krımşamxalov digər mütərəqqi ictimai xadimlərlə bir-
gə Qaraçay ərazisində dünyəvi məktəblərin açılmasında, bu mək-
təblərdə təlimin rus və ana dillərində aparılması uğrunda yorul-
madan calışmışdır. Ərəb əlifbasının öyrənilməsi xeyli çətinliklər 
yaratdığından  1908-1910-cu  illər  ərzində  o,  hətta  latın  qrafika-
sı əsasında Qaraçay dili əlifbasını da tərtib etmişdi. Buna gorə 
İ.Krımşamxalovu həm də Qaraçay yazılı ədəbiyyatının banisi he-
sab etmək mümkündür. Onun şeirlərindən bəzi numunələr 1915-
ci ildə İ.Akbayev tərəfindən dunyəvi məktəblər ücün nəzərdə tu-
tulmuş «Ana dili» (“Ana tili”) dərsliklərində də təqdim edilmişdi.
Teberdada İslam bəy Krımşamxalovun evi elə bir mədəniyyət 
mərkəzi olmuşdur ki, bu mərkəzin köməyi ilə Qaraçayın qabaq-
cıl  ziyalıları  Rusiya  demokratik  mədəniyyətinin  nümayəndələri 
ilə daha yaxından əlaqə yaratmağa müvəffəq olurdular. İslam bəy 
Krımşamxalov dövrunun tanınmış ziyalıları – rəssam N.Y.Yaroş-
şenko, şair K.İ.Xetaqurov, geoloq İ.V.Muşketov, mühəndis Kond-
ratyev, bəstəkar Alyabyev, artist Cuprinnikov və başqaları ilə sıx 
əlaqələr saxlayırdı.
İslam bəy Krımşamxalovun yaradıcı şəxsiyyəti, onun ictimai 
fəaliyyətinin  məhsuldarlığı  və  universallığı,  təbiət  və  mənəviy-
yatca bütövlüyü bu görkəmli insanın ətrafında dağlı ziyalılarının 
böyük bir hissəsinin birləşməsi üçün münbit şərait yaratdı. On-
ların sırasında Toxtar Biçiyev, İlyas Bayramukov, İmmolat Xu-
biyev, Xızır Xəlilov və eyni zamanda B.Cekkuyev, K.T.Botaşev, 
İ.X.Tokov, M.X.Koçkarov və b. kimi gələcək mütəxəssislər – hə-
kimlər, müəllimlər vardı.


Nizami Tağısoy
164
İslam bəy Krımşamxalov bütün yaradıcı fəaliyyəti dövründə 
xalqın maariflənməsi, təhsilə cəlb edilməsi və doğma mədəniy-
yətin inkişafı istiqamətində dayanmadan çalışmaqla böyük fiziki 
və mənəvi quvvə sərf etmişdi. İslam bəy Krımşamxalov  1940-cı 
ildə Yaltada vəfat etmişdir.
3.5. İslam Xubiyevin (Qaraçaylının) publisistikası
«Musəlman» qəzetinin səhifələrində İslam bəy Krımşamxa-
lovla  eyni  vaxtda  həm  də  on  beş  yaşlı  gimnaziyaçı  İslam Ab-
dulkərim oğlu Xubiyev (1896-1938) də cıxış edirdi. Sonralar so-
vet hakimiyyəti illərində o, həm də fəal ictimai xadim və jurnalist 
kimi məşhurlaşmışdı. Əsərlərini Qaraçay və rus dillərində yazır-
dı. 20-ci illərdə o, vilayət qəzetlərində redaktor, redaksiya şurası 
uzvu, «İnqilab və dağlı» jurnalının məsul katibi işləmişdi. Onun 
qələminin  məhsulu  olan  200-dən  artıq  oçerk,  məqalə  və  kor-
respondensiyalar Moskvada nəşr olunan  («İzvestiya, «Molot», 
və yerli mətbuatda  «Sovetski yuq», Sovetski Sever», «Qafqaz» 
qəzetlərində və «Millətlər həyatı», «İnqilab və dağlı», «İnqilab və 
yazı», «Yoxuşda») və s. jurnallarda işıq üzü görmüşdür (32,260).
İslam Xubiyev (Qaraçaylı) Qaraçaydakı Qart - Yurt kəndin-
də kəndli ailəsində doğulmuşdur. Dördsinifli məktəbdə təhsilini 
başa  vurduqdan  sonra  Stavropol  Kişi  Gimnaziyasına  daxil  ol-
muş və 1918-ci ildə onu müvəffəqiyyətlə başa vurmuşdu. Onun 
1911-1912-ci illərdə mətbuatda yeniyetmələlik dövrundəki cıxış-
ları əsasən maarifçilik xarakteri daşıyırdı. Məsələn, «Qaraçayda 
təbəqə  anlaşılmazlıqları»  məqaləsində  o,  ziyanlı  ənənələrin  və 
adətlərin aradan qaldırılması və onların yerinin yeniyə və daha 
faydalıya  verilməsindən  söhbət  açmışdı.  Belə  ziyanlı  adət  və 
ənənələrdən biri, onun fikrincə, Qaraçayda qadının vəziyyəti ilə 
bağlı idi. Bu məqalədə qaldırılmış sosial problemlər sonra muəllif 
tərəfindən onun «Qaraçayda qadının vəziyyəti» adlı məqaləsində 
davam etdirilmişdir. İslam Qaraçaylı Qaraçay ailəsində və cəmiy-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə