Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə50/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   46   47   48   49   50   51   52   53   ...   97

Nizami Tağısoy
156
kimi şeir və poemalar səciyyəvidir.
Təhlilə cəlb etdiyimiz dövrdə müsbət idealların təsdiqi baxı-
mından Kasıb-Xalid təxəllüsü ilə yazan X.Abukovun felyetonları 
maraq doğurur. Yeni dövrün “dastancı” sı rolunda çıxış edən Ka-
sıb-Xalid sonrakı dövrdə folklor janrı kimi ortaya çıxmış taurux 
(nağıl) və “xapar“ (xəbər) janrının təhkiyəçi ənənələrini davam 
etdirmişdir. Dastançı funksiyası həm orada, həm də burada uyğun 
olsa da, danışılanın mənası, məzmunu və pafosu Kasıb-Xalidin 
və  köhnə  aşığın  yaşayıb,  fəaliyyət  göstərdiyi  zaman  və  ictimai 
şərait müxtəlif  idi. Kasıb-Xalidin siyasi və sosial təfəkkürü digər 
dastançıların təfəkküründən daha dərindir. Onun obrazı sosial-ta-
rixi  baxımından  müəyyəndir.  Abukov  əsərlərində  yeni  dövrdə 
yeni dağlı obrazını əks etdirir, əsərlərində köhnə dünya ilə yeni 
dövr arasındakı fərqlər, xalq və dövlət qarşısında borcun düzgün 
dərk olunmasını və s. təsvir mərkəzinə qoyurdu.
Beləliklə, 20-40-cı illərdə Qaraçay-Çərkəz xalqları ədəbiyya-
tında yeni dövrün dağlı tipini təcəssüm etdirən müsbət qəhrəman 
təsvirinin prinsipləri formalaşdırılır və həyatın bütün sferalarında 
yeniyə mane olan məqamlar ortaya çəkilirdi.
Məlum olduğu kimi, zəif yazıçılar bütün ədəbiyyatlarda ol-
muşlar.  Şimali  Qafqazda  yaşayan  türk  xalqlarının,  ilk  növbədə 
Qaraçay ədəbiyyatında zəif yazıçıların mövcudluğu onların ümu-
mi ədəbi prosesdən kənarda qalması və prosesə lazımınca diqqət 
yetirə bilməməsi, böyük ədəbiyyatların təcrübəsindən yetərincə 
yararlanmama və s. ilə əlaqələndirilməlidir. Belə ki, xeyli sayda 
gənc Qaraçay şairlərinin yaradıcılığı bir sıra cəhətləri ilə Həzrət 
Urtenov və İssa Qaragetovun yaradıcılığına bənzəyirdi. Maraqlısı 
isə bu idi ki, belə yaradıcılıq yaxınlığını gənc yazıçılar müvəf-
fəqiyyət hesab edirdilər. Çünki Həzrət Urtenov və İssa Qaragetov 
xalq arasında daha populyar və daha çox sevilən idilər. Həqiqət 
naminə qeyd edək ki, onlar doğrudanda istedadlı sənətkarlar idi. 
H.Urtenov və İ.Qaragetov Qaraçay ədəbiyyatının baniləri oldu-
ğundan onların üzərinə daha böyük məsuliyyət düşdüyünü yaxşı 


Qaraçay  ədəbiyyatı
157
dərk  edirdilər.  Lakin  ədəbi-bədii  “cəbhə”də  hələ  yetərincə  bər-
kiməmiş H.Urtenov İkinci Dünya Müharibəsindən öncə, İ.Qara-
getov isə müharibənin birinci ilində dünyalarını dəyişdilər. Onlar 
hələ də bədii yaradıcılığın “sirlərinə” yetərincə bələd olmamışdı-
lar. Qabaqcıl ədəbiyyatların təcrübəsindən də hələ ki uzaq idilər. 
Elə buna görə də qələmə aldıqları yalnız yaşadıqları dövrün tələb-
ləri səviyyəsində idi. Eyni zamanda onlardan çox-çox sonra ya-
zıb-yaradan sənətkarların onların səviyyəsində əsər ortaya qoy-
ması da sonrakı dövr Qaraçay ədəbiyyatının heç də uğuru hesab 
edilə bilməzdi. Qaraçay gənc ədəbi qüvvələri hesab edirdilər ki, 
H.Urtenov, İ.Qaragetov, M.Urusov sonrakı dövrlərdə də çoxcildli 
şeir və poemalar yazmış olsaydılar, onların yazı manerası və üslu-
bu da elə əvvəlki kimi qalacaqdı. Bunun isə gənc yazarların este-
tik baxımdan məhdudluğu ilə əlaqələndirilməsinin daha məqsədə 
uyğun olduğu görünməkdədir  (25,9).    
Əlbəttə, Qaraçay ədəbiyyatının təşəkkülünü və inkişafını heç 
də bütün hallarda zəif  kimi nəzərdən keçirmək düzgün olmazdı. 
Məsələn,  Osman  Xubiyevin  yaradıcılığında  Qaraçay  bədii  nəs-
ri xüsusilə maraqlıdır. İctimai həyatın bütün dərinliyi ilə təsviri, 
problematika  zənginliyi,  gerçəkliyin  realistcəsinə  yenidən  can-
landırılması, dövrün ruhunun açılması və xaqın xarakterini əks 
etdirmə, bədii sintez və ümumiləşdirmə bacarığı onun yaradıcılı-
ğını digər Qaraçay nasirlərinin əsərlərindən fərqləndirir. Doğma 
folklorun mütərəqqi ənənələrini mənimsəyib inkişaf etdirib Qa-
raçay ədəbiyyatının mühüm ənənələrini kamilləşdirərək Osman 
Xubiyev nəsri nəinki doğma, həm də rus və sovet ədəbiyyatının 
və ictimai-siyasi fikrinin mühüm nailiyyətlərini əxz edə bilmiş-
dir.  Onun  əsərləri  müasirlik  ideyaları  ilə  bərabər,  həm  də  milli 
və ümumbəşəri dəyərləri özündə əks etdirməkdədir. O.Xubiyev 
nəsrinin səciyyəvi xüsusiyyəti doğma xalqa, vətənə xidmət, in-
san şəxsiyyətinin inkişafını əks etdirmək və s. ibarət idi. Elə buna 
görə də onun yaradıcılığı bütün Qaraçay ədəbiyyatının inkişafı 
tarixində yeni mərhələ kimi nəzərdən keçirilməlidir. Yeni həyat 


Nizami Tağısoy
158
gerçəkliyindən zənginləşərək xüsusi bir zirvə fəth etmiş O.Xu-
biyev nəsri nəinki Qaraçay, həm də o dövrdə sovet cəmiyyətində 
qabaqcıl və mütərəqqi olan əksər xüsusiyyətləri özündə birləşdirə 
bilmişdir. Gələcəyə ümidlə baxan O.Xubiyev, hər şeydən öncə, 
torpağın ətrini, yeni insan münasibətlərini diqqət mərkəzinə çək-
məyi əsərlərinin mahiyyətinə hopdurmuşdu. Sənətkarın fikrincə 
hər şeydən öndə Vətən və onu taleyi məsələsi idi:      
Vətən dara düşsə olmaram rahat,     
Vətənsiz nəyimə gərəkdir həyat, –
fikrini  təsdiqləyən  O.Xubiyevin  bu  deyimini  onun  bütün  ya-
radıcılığına  şamil  etmək  olar.Lakin  sənətkarın  Vətənə  olan  bu 
məhəbbəti tamamilə yeni bir emosional ovqatla  onun oçerk və 
hekayələrində,  “Amanat”  trilogiyasında,  “Yuxusuz  gecələr”  və 
“Qisas” romanlarında, “Abrek”, “Adamlar” povestində və s. daha 
inamlı hiss olunur. O.Xubiyev nəsrində Qaraçay ədəbiyyatı, bir 
tərəfdən, 30-40-cı illərdə yeni müsbət qəhrəman obrazlar qalere-
yasını, digər tərəfdən, xalqın mənəvi ruhunun rəngarəngliyi, yeni 
həyatın iştirakçısı və yaradıcısı olan insanın təqdimatını diqqət 
mərkəzinə  çəkirdi.  İctimai  hadisələrin  belə  geniş  şəkildə  əhatə 
olunması, müasir həyatın bədii fəlsəfi dərki Xubiyev əsərlərinin 
novatorluğunu  əks  etdirirdi. 
Məsələn,  yazıçı  “Abrek”  povestində  olduqca  inandırıcı  bə-
dii  həqiqətlərin  köməyi  ilə  Rusiyada  yaşayan  azsaylı  xalqların 
həyatını, taleyini, yaşam tərzini  maraqlı bədii boyalarla oxucu-
nun gözü qrşısında canlandıra bilmişdi. Qeyd edək ki, “Abrek” 
povesti  onun  roman  yaradıcılığının  geniş  epik  mənzərəsi  üçün 
etüd rolunu oynamışdır. O.Xubiyev əsərdə Vətəndaş müharibəsi 
və İkinci Dünya Müharibəsinin qanlı-qadalı və qəhrəmanlıq ha-
disələrini bəzək-düzəksiz verə bilmişdi. Yeri gəlmişkən belə rel-
yefli təsvir nəinki O.Xubiyev yaradıcılığı, həm də digər xalqların 
istedadlı yazıçıları üçün xarakterik idi. Belə ki, müharibənin lap 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə