Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə58/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   54   55   56   57   58   59   60   61   ...   97

Nizami Tağısoy
180
Politexnik İnstitutunda təhsil aldıqdan sonra, o, 1936-1937-ci illər-
də Qaraçay Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində 
çalışmışdır. 20-30-cu illərdə ardıcıl olaraq onun «Taulu carlıla» 
qəzetinin səhifələrində ideya mövqeyini və baxışlarını əks etdirən 
ictimai-siyasi mövzulu məqalələri dərc olunmuşdur. 1935-ci ildə  
Həsən Appayevin «Qara sandıq» («Kaра kюбюр») romanının bi-
rinci kitabı, 1936-cı ildə isə ikinci kitabı nəşr olunmuşdur. Məhz 
elə  bu  əsərlə  Qaraçay  ədəbiyyatında  roman  janrının  bünövrəsi  
qoyulmuşdur. Appayev nəsrinin təşəkkülünə və formalaşmasına 
Həzrət Urtenovun («Nəsr Xocanın lətifələri»), Davud Bayqulo-
vun («Bəymirzənin həyatı» hekayəsi), İslam Qaraçaylının bədii 
və publisistik nəsrinin güclü təsiri olmuşdur. Bununla belə Həsən 
Appayev Qaraçay ədəbiyyatında həm də özünəməxsus yaradıcı-
lıq dəst-xətti olan ilk romançı kimi tanınmaqdadır.
«Qara sandıq» romanı Qaraçayın keçmişinə, daha doğrusu, 
onda XIX əsrin 90-cu illərinin sonu - XX əsrin əvvəllərində ge-
dən hadisələrinə həsr olunmuşdur. Qeyd etməliyik ki, bu əsər heç 
də tarixi roman səciyyəsi daşımır. Müəllif üçün ən mühümu bu-
rada dağlı kasıbların həyatını əks etdirmək, onların həyat uğrun-
da apardıqları mübarizəni təsvir etməkdən ibarət idi. Bəzi tarixi 
gercəkliklər romanda təhrif olunsa da, ümumən müəllif qarşıya 
qoyduğu məqsədə nail ola bilmişdir. Romanın «Qara sandıq» ad-
landırılması folklorla bağlı olub, umumiləşmiş simvolik xarakter 
daşıyır. Əsərin başlıca konflikti xalqla onu talayanlar arasındakı 
ziddiyyətlər onun kompozisiyasını, çoxplanlı süjetini və obrazlar 
sistemini müəyyənləşdirir. Romanın zavyazkası gənc-muzdur qo-
çaq Qənimətlə aul rəhbərliyinin toqquşması ilə başlayır. Kulmi-
nasiyası isə rus fəhləsi Semyonun və onun bir qrup dağlı yoldaş-
larının varlılara və mürtəce ruhanilərə qarşı çıxışı ilə nəticələnir. 
Romanın ikinci hissəsində süjet haçalanır. Müəllif xalq içindən 
çıxmış  müxtəlif  qəhrəmanların  taleyi  üzərində  (Həmd-coban, 
Feyruz, Candəmir, Daycan və s.) qurulduğunu, varlıların bütün 
insani hədləri aşdıqlarını və vəziyyətin dözülməzliyini göstərir. 


Qaraçay  ədəbiyyatı
181
«Suyu bulandıran» kasıbların bir hissəsi qaçıb gizlənib, digər his-
səsi qazamatlara atılsa da, onların ideyaları əksər kasıbları özünə 
cəlb edir və, beləliklə, onlar mübarizəyə qalxırlar. Romanda Ap-
payev üçün Qaraçay kasıblarının istismarçılara qarşı çıxış etmə-
sində mübarizənin müxtəlif mərhələlərini və  formalarını göstər-
mək məsələsini ortaya qoymaqla, onların fəaliyyətinin yeknəsəq-
likdən  kütləviliyə    yüksəldiyini  və  təşkili  xarakter  aldığını  əks 
etdirmək başlıca məqsəd idi. Bununla belə romanın süjet xəttində 
kütlələrin şüurunun çətin, həm də sürətli inkişafı, milli, sosial və 
siyasi köləlik məsələləri qabardılırdı.
Personajların  xarakteristikasında  H.Appayev  müxtəlif  və 
çoxsaylı  bədii  təsvir  vasitələrindən  ustalıqla  istifadə  etmişdir. 
Burada,  demək  olar  ki,  hər  şey  var:  interyer,  portret,  vasitəsiz 
nitq,  qəhrəmanların  qarşılıqlı  səciyyəsi,  müəllif  xarakteristika-
sı,  etnoqrafik  detallar,  ayrı-ayrılıqda  təqdim  olunmuş  folklor 
nümunələrindən istifadə, peyzaj, xalq nəğmələri və s. romanda 
kütləvi  səhnələr  realist  və  aydın  olmaqla  böyük  ideya  gücünə 
malikdir. Belə kütləvi səhnələrdə xalq şüurunun təkamülünü və 
dirçəlişini aydın görmək mümkündür. Məsələn, əgər romanın ilk 
səhifələrində kütlə zahirən passiv təsir bağışlayırsa (toy səhnəsi), 
romanın sonunda o zahiri fəallığı ilə seçilir. Belə təsvir həm də 
kütlə içindən çıxmış  insanların daxili aləmini açmağa, ümumi 
əhval-ruhiyyəni nümayiş etdirməyə, fikrin başlıca səmtini, gedi-
şini müəyyənləşdirməyə və eyni zamanda zəhmətkeşlərin ümumi 
maraqlarının təmin edilməsinə kömək edir. Belə bir fonda oxucu 
ayrı-ayrı fəal mübarizələrin ideyalarının hamının malına çevril-
diyini görür. Bu isə öz növbəsində romanın perspektivli planda 
keyfiyyətinin  artmasına  xidmət  edir.
Realist təhkiyə romanda həm də romantik üslub elementləri 
ilə çulğaşır. Bu isə, məlum olduğu kimi, Qaraçay ədəbiyyatında 
folklordan, satirik təhkiyə ənənələrindən gələn məqamlardır.
Müəllif  sənətkarlığı  burada  nəinki  janr  və  məişət  detalları, 
psixoloji xarakteristika, həm də çoxsaylı peyzaj mənzərələri ilə 


Nizami Tağısoy
182
zəngin  olmaqla,  romanın  milli  koloritini  artırır.  Peyzaj  burada 
xalq  həyatının  və  əməkçi-insan  obrazının  poetizasiyasına  xid-
mət edir. Folklorla muqayisədə ədəbi əsərin belə sosial-psixoloji 
oriyentasiyası, həm də Qaraçay yazıçılarının digər inkişaf etmiş 
ədəbiyyatların təcrübəsindən bəhrələnməklə yaradıcı ustalığının 
yüksəlişi ilə bağlı olduğunu sübut etməkdədir.
Romanda  sosial-psixoloji  problematikanın  özünəməxsuslu-
ğu, müxtəlif təbəqələrdən olan insanların xarakter və davranış-
larının ustalıqla təsviri, dil-üslub elementlərindən orijinallıqla is-
tifadə, xalq təsəvvürlərinin geniş təqdimatı  H.Appayev romanın 
milli xarakter daşıdığını təsdiq edir. Qeyd etdiyimiz cəhətlərinə 
gorə  Appayevin  «Qara  sandıq»  romanı  Qaraçay  ədəbiyyatının 
təşəkkülündə və inkişafında mühüm rol oynaya bilmişdir .
 
ƏDƏBİYYAT
1. Adiloğlu A. Kitabü Mürşidin – Nisa. Ankara, “Birlik MatM
-
baası”, 2006.
2. Акачиева С. Карачаевский роман. Становление и раз-
витие жанра. Черкесск, 1980.
3. Алиев У. В.И.Ленин в карачaeвской поэзии. Газ. «Крас-
ный Карачай», 1935, №18.
4. Балтин П. Из истории карачаевской поэзии. Черкесск, 
1961.
5. Бекизова Л.А. Черкесская советская литература. Чер-
кеcск., 1964.
6.  Бекизова  Л.А.  Слово  о  ногайской  литературе.  Чер-
кесcк,  1971.
7. Бекизова Л.А., Караева А.И., Тугов В.Б. Жизнь, герой, 
литература. Черкесcк, 1978.
8. Борлаков Б.К. Карачаево-балкарская довоенная драма-
тургия. Черкесск, 1975.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə