Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə66/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   62   63   64   65   66   67   68   69   ...   97

Nizami Tağısoy
206
ki Qaraçay ədəbiyyatında, İ.Qaragetov, H.Urtenov, D.Bayqulov, 
həm  də  noğay  şairləri  İ.Mirzəyev,  M.Kurmanəliyev,  malkar A.
Budayev,  kabardin  Ə.Sogensukov  və A.Keşokovda  da  görürük 
(33, 45).
Qaraçay şairlərinin poema janrına yiyələnməsi heç də asan 
olmamışdır. Yeni kompozisiya, onun  priyom və üsulları, obraz-
lar,  rənglər,  üslublar  müəllifləri  dünya  ədəbiyyatında  işlənilmiş 
estetik təcrübənin   əldə olunmasına və bədii cəhətdən mükəmməl 
epik əsərlərin yaranmasına istiqamətləndirirdi. Bunlara misal ola-
raq D.Bayqulovun «Şamay əvvəl və indi», «Məryəm və əfəndi», 
H.Urtenovun  «Əfəndi  və ölüm»     və  s.  poemalarını  göstərmək 
olar. 
Əlbəttə, 40-cı illərdə Qaraçay ədəbiyyatında olduğu kimi, Şi-
mali Qafqaz ədəbiyyatlarında epik poema janrı bir qədər zəif idi. 
Bunun da obyektiv səbəbləri vardı. Belə ki,  müharibə dövründə 
ortaya çıxmış daha operativ və mobil janrlar – təşviqat xarakter-
li publisistik poeziya epik poemanı önləmək və lirik poemanın 
irəliləməsinə səbəb oldu. «Qızğın hadisələr dövründə… Blok və 
Mayakovskidən başlayıb… epos daha çox lirik məzmunla doldu-
rularaq və bu iki növün müxtəlif formalarına yiyələnməklə sırf 
lirik poema xüsusiyyətlərinə malik olurdu» (6, 179). 
Digər ədəbiyyatlarda olduğu kimi epik poemaya qayıdış Qa-
raçay ədəbiyyatında da 50-60-cı illərdə baş verir.  Xüsusən 60-cı 
illərdə epik poemanın tematik diapozonu genişlənir. Qaraçay və 
noğay ədəbi prosesinə yaxından bələd olan tədqiqatçılardan biri 
bununla bağlı yazırdı: «Müəlliflər həyatın əksər tərəflərini, insa-
nın  mənəvi  dünyasının  zənginliyini  çevrələməklə  əsərləri  üçün 
materialı həyatın özündən, gerçəklikdən, öz xalqının mənəvi ir-
sindən götürməyə çalışırdılar»  (23, 125). Qaraçay şairləri tarixin 
ənginliklərinə, folklora müraciət etməklə, həyat hadisələrini əsər-
lərinin  mahiyyətinə  hopdurmağa  səy  göstərirdilər.  Belə  olduğu 
halda Qaraçay epik poeması «rasional təfəkkürü» əks etdirməklə, 


Qaraçay  ədəbiyyatı
207
gerçəkliyə heç də yalnız romantik baxış ifadə etmirdi. Bu baxım-
dan A.Suyunçev və M.Xubiyevin əsərləri xüsusilə qeyd olunma-
lıdır.
Böyük  Vətən  Müharibəsinin  məşəqqətlərini  əks  etdirmək 
baxımından liro-epik poema nəinki Qaraçay ədəbiyyatında, həm 
də digər Şimali Qafqaz ədəbiyyatlarında aparıcı mövqeyə   ma-
lik idi. Əgər Həlimət Bayramukova dövrün məşəqqətlərinə həsr 
olunan  «Zəlihət»  poemasını  yazmışdırsa,  S.Kapayev  «Kırlu», 
Q.Qurtuyev «Meşə gözətçisi» poemalarını oxuculara təqdim et-
mişdilər. Bütün bu poemaların diqqət mərkəzində sənədli mate-
riallar dayanırdı. Müəlliflər əsərlərdə batal səhnələr yaratmaqla, 
hadisələrdə iştirak etmiş insanların adekvat poetik obrazlarını sər-
giləməyə  çalışırdılar.
Burada  H.Bayramukovanın  poetik  yaradıcılığının  bəzi 
məqamlarına diqqət yetirmək yaxşı olardı. O, Qaraçay şairlərin-
dən poeziyada öz poetik «mən»ini tam şəkildə ifadə edə bilən, 
insanların mənəvi həyatının maraqlı məqamlarını təhlillərə cəlb 
etməyə daha çox meylli olan epik-lirik amplualı müəlliflərdəndir. 
Onun poeziyasında quru patetika, ritorika və pafosla rastlaşmırıq. 
Əvəzində isə bu yaradıcılığın mərkəzində ürək hərarəti, incə yu-
mor, elegik hisslər daha böyük üstünlük təşkil edirdi.
H.Bayramukovanın «Zəlihət» poemasının bəzi təfərrüatlarına 
nəzər salaq. 1963-cü ildə qələmə alınmış bu əsər Qaraçayda parti-
zan dəstələrinin hitlerçilərlə mübarizə tarixini əks etdirən konkret 
fakt  və  hadisələrdən  qaynaqlanır.  Poemanın  diqqət  mərkəzində 
qoçaq  Qaraçay partizan qadını Zəlihət Erkənovanın bioqrafiya-
sının müxtəlif epizodları dayanır. Zəlihət faşistlər tərəfindən fa-
ciəvi şəkildə  öldürülür. Onun mübarizəsinin və ölümünün bəzi 
mühüm epizodları H.Bayramukovanın bu dövrdə qələmə aldığı 
Qaraçay ədəbiyyatında  yeni janrın – tarixi – qəhrəmanlıq poe-
masının ortaya çıxmasına səbəb olur. Poema poetika baxımından 
mükəmməldir,  onun  fərdiləşdirilmiş  və  geniş  obrazlar  sistemi, 


Nizami Tağısoy
208
detallaşdırılmış  süjet  xətti  mövcuddur.     A.İ.Qarayevanın  təbi-
rincə desək «Şairə heç bir zaman özü haqqında belə obrazlı və 
emosional, həyatın özü tərəfindən qavrayışını poemanın birinci 
fəslində verdiyi kimi etməmişdir. Birinci şeirlər məcmuəsində yer 
almış  fraqmentar lirik düşüncələr poemada məntiqli və geniş ol-
maqla vahid sistemə düzülür» (20, 434).
Qaraçay lirik-epik poemasının mövzu diapazonu olduqca ge-
niş və çoxşaxəli olduğundan onun araşdırılması daha da dərinləş-
dirilmiş şəkildə aparılmağa layiqdir. Çünki XX əsrin 30-cu illə-
rinin sonu – 40-cı illərin əvvəllərindən Şimali Qafqazda yaşayan 
türk xalqları sovet ideologiyasının, Stalinin repressiya siyasətinə 
məruz qalmış və qaraçaylılar öz doğma yurdlarından Qazaxıstan 
səhralarına, Qırğızıstan və Orta Asiya çöllərinə sürgün edilmiş, 
onminlərlə  insanlar  olmazın  məhrumiyyət lərinə  düçar  olmuş-
dular. 50-60-cı illərdə sovetin bu dövrə qədər və bundan sonra 
tüğyan edən siyasəti müstəvisində qaraçaylıların belə məhrumiy-
yətlərə  düçar  olmasına  bir  qayda  olaraq  göz  yumulmuş,  tarixi, 
coğrafi,  etnoqrafik,  publisistik  və  ədəbi  əsərlərin  səhifələrində 
onların  nəşr  olunmasına  qadağalar  qoyulmuşdur.  Siyasi  sistem 
elə çevik işləyirdi ki, Qaraçay xalqının başına gətirilən bu müsi-
bətlərin üstündən sükutla keçməyə çalışılır və qaraçaylılar həyatı 
yalnız müsbət fonda təsvir etməyə məcbur edilirdilər. Reallıqda 
isə vəziyyət tamamilə başqa  cür idi. 
Bu dövrlərdə H.Semyonovun «Cazuv ayla» («Yaz ayları»), «Qə-
rib  Kursk»  və  «Nur  qığılcımları»;  Ə.Əhmədovun  «Yaz  gəldi»  və  
«Həmzət-batır»; B.Appaye vin «Ata curtha» («Ata yurduna») və «Ku-
cur adamla» («Qərib adamlar») və s. kimi əsərlər  ortaya çıxmışdır.
Qaraçay ədəbiyyatşünaslığı Qaraçay xalqının və söz sərraf-
larının  başına  gətirilən  bu    müsibətlərə  uzun  zaman  kəsiyində 
münasibət bildirməsə də, tənqidçi F.T.Uzdenova «Şimali Qafqaz 
ədəbiyyatlarında poema: janr paradiqmasının formalaşması» əsə-
rində  onunla  bağlı  bəzi  mülahizələr  söyləyərək  qeyd  etmişdir 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə