Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə64/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   60   61   62   63   64   65   66   67   ...   97

Qaraçay  ədəbiyyatı
199
***
XX əsrin 40-60-cı illər poeziyasının orijinal təfəkkürlü nü-
mayəndələrindən biri Nazir Xubiyevdir. 60-cı illərin ortalarında 
«Aşırım» adlı şeirlər kitabında (18) onun xeyli maraqlı əsərləri 
təqdim  olunmuşdur.  Düzdür,  40-60-cı  illər  Sovetlər  İttifaqında 
Lenin  ideyalarının  tüğyan  etdiyi    dövr  olduğundan  N.Xubiye-
vin  bir  sıra  şeirləri  («Lenin»,  «Partiya»  və  s.)  mövzu  və  ideya  
baxımdan bu gün oxucu diqqətini o qədər də  cəlb etmir. Müra-
ciət edəcəyimiz aşağıdakı iki bənddə dedikləri mizi bir daha yaxşı 
təsdiqləyəcəkdir:
Lenin - sən günəş  
Lenin – sən işıq,
İşıq saçırsan.     
Yerin xobəxtliyisən.
Lenin - sən həyat   
Lenin – sən bayraq,     
Hey yaşayırsan.     
Göyə  qalxırsan.
Bununla belə N.Xubiyev bu sətirlərdə Lenin obrazını heç də 
adekvat yaratmağa müvəffəq  ola bilməyib. Çünki poetik obraz-
da primitivlik, yeknəsəklik hiss olunmaqdadır. Buna görə də şa-
irin bu tipli örnəkləri məzmun, mahiyyət, struktur və obrazlılıq 
baxımdan  qüsurlu hesab edilməlidir. Məsələnin bu cəhətinə Qa-
raçay tənqidi də  vaxtı ilə diqqət yetirmişdir (27, 50).
Lakin N.Xubiyevin digər şeirlərini – «Dumanlı göl», «Mənim 
ana dilim», «Təyyarədən baxarkən», «Kiçik çay» və s. oxuyarkən 
biz quru təsvirçilyin və deklarativliyin şahidi olmuruq. «Mənim 
ana dilim» şeirindən bir fraqmentə baxaq:
Səndə anamın südü,  səsi,
Səndə doğma elin sönməz həvəsi.
Qanadların cəsur qartal qanadı,
Yazda gülünün rəngi özündən alar yadı.
Əlbəttə,  burada  şair  elə  bir  poetik  kəşfə  imza  atmasa  da,   
onun əsərin infrastrukturuna cəlb etdiyi ifadələr xalq təfəkkürü 


Nizami Tağısoy
200
bulağından su içdiyindən diqqəti daha çox cəlb edir. Müəllif bu-
rada tez-tez «Sevən dağlı ürəyim», «Mənim Qaraçayım», «Mə-
nim  dağlarım»,  «Mənim  buludlarım»,  «Mənim  xalqım»  kimi 
epitetlərdən də uğurla istifadə edir. Bu isə şairin ruhən xalqına, 
doğma  torpağa,  insanların  daxili  aləminə  daha  yaxın  olduğunu 
əks  etdirməkdədir. 
***
Qaraçay  oxucuları  tərəfindən  əsərləri  hərarətlə  qarşılanan 
Həlimət  Bayramukovanın  bu  dövrdə  yazıb-yaratdıqları  doğma 
poeziyanın inkişafında önəmli rol oynamışdır. Bu baxımdan onun  
həm «Ocağın tüstüsü» kitabında toplanmışlar, həm də digər nü-
munələr daha diqqətə layiqdir (4).
Dağlara,  onların  əlçatmaz  zirvələrinə,  sıldırım  qayalarına, 
buz bulaqlarına şairlər çoxsaylı əsərlər həsr etmişlər. Qaraçaylıla-
rın məskunlaşdığı Şimali Qafqaz da öz dağları, zirvələri, qayaları 
ilə neçə-neçə şairlərin ilham mənbəyi olmuşdur. Elə H.Bayramu-
kova da dağları özünəməxsus şəkildə vəsf etməyə müvəffəq olur:
Dağlar dedi: «Oxu bizə,
Biz də səninçün oxuyaq,
Mən dağımdan oxudum,
Dağın dağı haqda yox,
Dağım haqda oxudum.
Dağlar qəzəbləndilər,
Susub-oxumadılar.
Baxışları buludlara dikildi.
Yəqin nəğmə dağlarınkı deyildi.
Parçadan göründüyü kimi, H.Bayramukova burada quru mö-
hürlü ifadələrdən, ritoriklikdən kənardır. Sətirlərdə fikir dərinliyi 
orijinal deyim tərzi ilə həmahəngləşir. Parçanın «Dağlar dedi»: 
«Oxu bizə» hissəsində şairə dağların obrazını, bir tərəfdən, canlı-
laşdırır, digər tərəfdən, ona xüsusi ifadəlilik verir. Sonra isə şairə-


Qaraçay  ədəbiyyatı
201
nin  oxuduğu  nəğmə  sanki  dağların  xoşuna  gəlmir  (çünki  o,  öz 
dağı  haqqında oxumaq istəyir), bunun düzgün olmadığını hiss 
edən dağlar da, şairədən utanıb «baxışlarını buludlara dikir» və 
bu baxışları orada gizlətməyi daha üstün tutur. Bir qədərdən sonra 
yenə də nəğmə oxumağa üstünlük vermək lazımdır. Dağlar şairi 
yenə də oxumağa dəvət edir. Bu dəfə şair dağlara onların şöhrəti, 
yüksəkliyi haqda oxuyur. Lakin dağlar yenə də susur, oxumurlar. 
Dağlar  buzlar  altında  qalır,  və  bu  nəğmədən  isinmirlər.  Dağlar 
onu yenə də nəğmə oxumağa dəvət edir. 
Sanki bu nəğməyə musiqi də qoşmağa hazırdır. Buna görə o, 
yenidən oxuyur. Nəğmə bir qədər dəyişir. Bu dəfə nəğmə vadilə-
rin qəddar, həm də eyni zamanda vicdanlı sakini haqqındadır…. 
Burada dağlarla şairə arasında bir razılıq, dostluq, həmahənglik, 
qarşılıqlı ünsiyyət yaranır:
Sevincin gizlətmədi,
Xorla bir yerdə dindi.
Qarla od şahlığına –
Qaldırdı  dağlar məni.
Buradan belə bir məlum həqiqət ortaya çıxır: şairə doğulub 
boya-başa çatdığı vətənindən ilham almaqla onun bütün hiss və 
duyğularının ifadəçisinə çevrilir. H.Bayramkovanın şeirinin rit-
mi,  intonasiyası,  ayrı-ayrı  sözlərin  və  ifadələrin  təkrarlanması 
orijinal  pafos  yaratmaqla,  emosional  baxımdan  daha  zəngin  və 
inandırıcı fikrin ortaya çıxmasına səbəb olur.
H.Bayramukovanın əsərlərində fikir öz dəqiq və poetik ifa-
dəsini tapa bilir. Poetik axtarışlar digər şeirlərdə də uğurla davam 
etdirilir. «Qırxıncı  illərin qızları», «Biz əsil həyata qədəm qoy-
duq…», «Torpaq…», «Bacımın son nəfəsi…», «Həmin insan», 
«Soyunmuş  qızın  statuyası»,  «Ayaqyalın  bütün  dünyanı  gəzər-
dim»,  «Həyat  döyüşdür»,  «Ocağını  qoru…»,  «Teatrda  repetisi-
ya  gedirdi…»,  «Avqust»  və  s.  məhz  belə  yüksək  sənətkarlıqla 
qələmə  alınmış  nümunələrdəndir. 


Nizami Tağısoy
202
***
Nəzərdən  keçirdiyimiz  dövrdə  yazıb-yaradan  ədəbi  şəxsiy-
yətlərdən  biri  də  Əhməd  Kubanovdur.  Onun  digər  şeirlərində 
olduğu kimi «Görüş» adlı şeirlər kitabında da həyata, onun ma-
hiyyətinə, insan xarakterinin fərdi xüsusiyyətlərinə özünəməxsus 
baxış əksini tapır. Şeirlərinin ümumi ruhu insanın həyata vurğun-
luğu, onun sevinc və düşüncələri, inamı və s. bağlıdır (2). Ə.Ku-
banovun adını  çəkdiyimz kitabındakı şeirlərlə tanış olarkən biz 
həyatı  varlığı ilə sevən və onun problemlərinə sinə gərə bilən 
insanla  rastlaşırıq.  Şairin  həyata  münasibəti  nikbindir,  onu  heç 
bir şey - hətta ölüm belə qorxuda bilməz. Əsərlərində qaldırdığı 
problemlər  dərinliyi ilə yanaşı, həm də məzmunludur. Onun poe-
ziyasının ən mühüm xüsusiyyəti – həyata inamın ifadəsidir.
Ə.Kubanov yaradıcılığında daimi mövzulardan biri olan xoş-
bəxtliyə yetişmə özünəməxsus intonasiya ilə açılır. Bu baxımdan 
onun  «Aylar,  günlər  keçir…»,  «Qoca  bağban»,  «Günəşi  sudan 
doydurmaq…», «İkiüzlü» və s. şeirlər səciyyəvidir. «Dağ qarta-
lının yuvası…» şeirində isə şair insanda azadlıqsevərliyi, itəat-
karsızlığı,  cəsurluğu,  əyilməzliyi  tərənnüm  edir.  Onun  bu  tipli 
şeirlərində olan hər nə varsa (şair ideyasının açılması üçün ortaya 
qoyulmuş kompozisiya, obraz tamlığı və s.), hamısı ətraf aləmin 
adekvat təsviri və qavrayışına estetik baxımdan uyğundur. 
***
50-60-cı  illər  Qaraçay  şairləri  sırasında  Bilal  Appayevin 
1964-cü ildə Çerkesskdə ana dilində nəşr etdirdiyi «Ata yurdu-
ma» («Ata curtha») adlı şeirlər kitabı qeyd olunmalıdır. Yeri gəl-
mişkən qeyd edək ki, Bilal Appayev Qaraçayın Üçkökən şəhə-
rində anadan olmuş, digər Qaraçay ziyalı və şairləri kimi sürgün 
həyatı onun da taleyindən yan keçməmişdir. Lakin azsaylı türk 
xalqlarının reabilitasiyasından sonra o da doğma yurda qayıtmış 
Qaraçay-Çərkəz Dövlət Universitetinin Dil-Ədəbiyyat Fakültəsi-
ni bitirmiş, 1983-1985-ci illərdə  Moskvada Qorki adına Dünya 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə