Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə65/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   61   62   63   64   65   66   67   68   ...   97

Qaraçay  ədəbiyyatı
203
Ədəbiyyatı  İnstitutunun  dramaturgiya  bölməsində  ixtisasını  ar-
tırmışdır. Qaraçayda yaşadığı dövrdə «Lenin bayrağı» («Leninni 
bayrağı»),  sonra  isə  «Qaraçay»  qəzeti  ilə  yaxından  əməkdaşlıq 
etmişdir.
B.Appayevin  toxunduğu  bütün  mövzular,  demək  olar  ki, 
diqqətəlayiqdir. Məsələn, şairin «Xəstəxanada» silsiləsi öz fak-
toqrafikliyi ilə yanaşı, həm də poetik vüsəti ilə oxucu yaddaşına 
həkk  olur.  Şeirdə  emosional  təsvir  yetərincə  güclüdür. 
Bilal Appayevin insanın iç dünyasına ekskurs etməsi şeirlə-
rinin əksəriyyətində  relyefli görünür. Bu səpkidə onun «İkinci 
qarşılaşma», «Ürək», «Sən aydınlıq günümsən» və s. daha çox 
diqqəti cəlb edir. «İkinci qarşılaşma» şeirindən nümunəyə diqqət 
yetirək:
İzini aradım,      
 
Xatirə aynasında, 
Gəzdiyin yerlərdə.  
 
Gözlərim açılmadı.
Gözümə göründün, 
 
İllər əbəs keçdi,
Zor günlərimdə.    
 
Üzüm gülmədi (32, 551)
Bu parçalarda ideyadan qaynaq alıb gələn fikirlər təcəssüm 
olunana qədər  sanki uzun və əzablı bir yol qət edir. Şeirdə hisslər 
canlı, düşüncəli və düşündürücüdür. Poetik fikir, lirik hisslər par-
çada uğurla realizə olunur. B.Appayev şeirlərində mürəccəd ob-
razlılığı və faktoqrafikliyi daim dəf etməyə çalışır. Əlbəttə, belə 
yaradıcı yanaşma gənc dağlı şairlər üçün çətin olsa da, onlar təbii 
olaraq ənənəyə istiqamətlənməyə üstünlük  verirdilər. Nəzərdən 
keçirdiyimiz illərdə Qaraçay şeiri müvafiq inkişafa istiqamətlən-
məklə, milli ədəbiyyatın ümumi bədii səviyyəsini özündə əks et-
dirmə yönündə irəliləyişini davam etdirirdi.    


Nizami Tağısoy
204
4.2. Qaraçay ədəbiyyatında poema janrı 
onun müxtəlif tipləri
Qaraçay  ədəbiyyatında  poema  janrının  inkişafını  Şimali 
Qafqaz xalqları ədəbiyyatında bu janrın inkişaf özünəməxsusluğu  
ilə eyniləşdirmək daha məqsədəuyğundur. Belə ki, bu ədəbiyyat-
larda XX əsrin 20-ci illərindən başlayaraq  milli əlifbanın yaran-
ması tədricən müxtəlif ədəbi-poetik janrların inkişafına öz təsirini 
göstərir və analoji estetik təcrübədən istifadə olunurdu. Proble-
min müxtəlif rakusrlardan öyrənilməsi Şimali-Qafqaz xalqlarının 
ədəbiyyatlarında  XX  əsrin  ikinci  yarısında  aktuallaşmış,  Qara-
çay, malkar, noğay, kumux, çərkəz, kabardin şairlərinin əsərləri 
əsasında nəzərdən keçirilmiş, bir sıra maraqlı nəticələr əldə edil-
mişdir. Qaraçay ədəbiyyatşünaslığında  məsələ ilə bağlı tanınmış 
tədqiqatçı və Qaraçay ədəbiyyatı janrlarının inkişaf istiqamətlə-
rini dərindən təhlil etmiş  A.Qarayevanın araşdırmaları daha çox 
obyektivliyi ilə seçilsə də, problem fundamental şəkildə Fatimə 
Uzdenovanın «Şimali-Qafqaz ədəbiyyatlarında poema: janr para-
diqmasının formalaşması» kitabında araşdırılmışdır (33,3). 
XX əsrin 40-60-cı illərində yaranan Qaraçay poeması döv-
rün və xalqın ruhunu əks etdirən mövzuların seçimi və epik məz-
munun şərtiliyi kimi personaj təsviri və hadisələrin təqdimatında 
mühüm məqamları ortaya qoymağı ön plana çəkməli idi. Qara-
çaylılar yazı əldə etdikdən sonra poema bu ədəbiyyatın aparıcı 
janrına çevrilib bir sıra dəyişikliklərə məruz qalsa da, iki mühüm 
məzmun strukturu nüvəsini qoruyub saxlamağa müvəffəq olmuş, 
xalqın taleyi və bu taleyə yaradıcı şəxsiyyətin münasibətini əks 
etdirmişdir. 
Qaraçay  ədəbiyyatında  poema  janrının  inkişafı  D.Bayqulo-
vun («Şamay əvvəl və indi») və H.Urtenovun («Safiyət») yaradı-
cılığında ortaya qoyulur. Yeri gəlmişkən qeyd edək ki,  Qaraçay 


Qaraçay  ədəbiyyatı
205
ədəbiyyatında digər Şimali Qafqaz ədəbiyyat larında olduğu kimi 
poema  müxtəlif  –  lirik,  süjetli-təhkiyə,  lirik-qəhrəmanlıq  ele-
mentlərini və formalarını özündə formalaşdırmaqla inkişaf edirdi.
Qaraçay ədəbiyyatında ənənələrin sintezi milli poemanın xa-
rakterik xüsusiyyətidir. Nəzərə alaq ki, bu mürəkkəb sintez nəinki 
doğma ədəbi  ənənələrdən,  həm də rus, şərq və türk ənənələrin-
dən qaynaqlanırdı. Qaraçay poeması digər ədəbiyyatların ən yax-
şı ənənələrini əxz etməklə, dövrün təklif və tələblərinə uyğun for-
malaşırdı. Bəlkə də Qaraçay poemasının bu dövrdəki axtarışları, 
həm də onun novatorluqla nəticələnməyə istiqamət götürməsi ilə 
bağlı idi. Beləliklə, Qaraçay poemasında xalqın, keçmiş cəmiy-
yətin vəziyyəti, onun inkişaf yolu yenidən nəzərdən keçirilirdi. 
Bəzən aktual mövzulu əsərlər ortaya çıxırdı. Bununla belə möv-
zuların aktuallığı heç də bütün hallarda materialın və problemati-
kanın yeniliyi ilə sonuclanmırdı. Buna görə də janrın bu dövrdəki 
inkişafındakı yenilikləri ümumiləşdirməyə də böyük ehtiyac du-
yulurdu (30, 31-37). 
Məlum olduğu kimi, poemada xarakterlər iştirak edir. Lakin 
poema həm də hadisələr inkişaf edən şəraiti də nəzərə alır. Əlbət-
tə,  Qaraçay  poeması  milli-tarixi,  yaxud  ontoloji  problematikalı 
müəllif ideyası ilə əlaqəli olmaqla və yüksək fəlsəfi-estetik sə-
viyyəli bədii ümumiləşdirməli iri həcmli şeirdə qələmə alınmış 
mükəmməl nümunə olmaqdan xeyli kənarda  qalmışdı. Lakin bu 
da var ki, janr baxımından poema öz təbiəti etibarı ilə qeyri-həm-
cins və qeyri-standart tipli olmaqla, sırf təsnif olunmayan çoxtipli 
bədii struktur olub növ və janr strukturlarının qarışması və bir-bi-
rinə üzvi surətdə bağlanması kimi də nəzərdən keçirilməlidir.
XX əsrin 30-cu illərinə nisbətən 40-60-cı illər Qaraçay po-
eması  daha  intensiv  inkişafa  meylli  olmuşdur.  Bu  dövrdə  epik 
poema özünəməxsus süjet xəttinin genişlənməsi və bədii  ifadə 
vasitələrinin  rəngarəngliyi  ilə  xeyli  dərəcədə  zənginləşmişdir. 
Epik poemada yeni qəhrəman obrazı yaratmaq cəhdini biz nəin-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə