Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə67/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   63   64   65   66   67   68   69   70   ...   97

Qaraçay  ədəbiyyatı
209
ki, müasir Şimali Qafqaz poemasının bədii arsenalında, xüsusən 
qaraçaylılara diqqət yetirməmək düzgün olmazdı. Çünki onların 
mövzusu yetərincə zəngin və aktualdır (33, 76-77).
İgidləri Sovet torpağı, rus torpağı uğrunda qələbə üçün vuru-
şan qaraçaylılar heç təsəvvür belə etmirdilər ki, onların xalqının 
taleyi ilə bağlı cəbhəyə düzgün məlumat ötürülmürdü.  Bu barədə 
A.Akbayevin «Güllələnmiş şəfəqlər» poeması uğurlu və yetkin 
məlumatlar  verir.  Digər  bir  sənətkar  S.Qurtuyevin  poemasının 
qəhrəmanı Alim də -  əfsanəvi təyyarəçi vahiməli Leninqrad ge-
cələrində qanı bahasına döyüşlərə girərkən xəbərsiz idi ki, «ölüm 
bütün bir xalq üzərində qanadlarını açmışdır…»
Əldən düşmüş insanları apardılar,
Bədbəxt zamanın felinə saldılar,
Qayalarsa uzaqlarda yetim qaldılar…  (33,76)  
Qaraçaylıların sürgün olunması məsələsi xalq üçün ciddi sı-
naq  olmaqla,  onlara  siyasi,iqtisadi  və  mənəvi  sahələrdə  böyük 
bədbəxtliklər gətirdi. Qaraçay mədəniyyətinin, o cümlədən ədə-
biyyatının    inkişafı  bu  illər  ərzində  süni  şəkildə  dondurulurdu. 
Odur  ki,  Qaraçaylıların  deportasiyası  mövzusu  ən  aktual  möv-
zulardan  biri  olmaqla,  həmin  dövrün  poetik-bədii  mənzərəsini 
də obyektiv şəkildə yaratmağa  və realiyalara söykənərək təsvir 
etməyə ehtiyac duymaqdadır. 60-cı illər Qaraçay poeziyasında, o 
cümlədən poemasında  bunu açıq şəkildə  etmək mümkün olmasa 
da  (çünki həmin dövr sovet təbliğat maşınının operativ işlədiyi 
zaman idi), sonrakı dövrlərdə «Sууугъан oжжагъа» («Soyumuş 
ocaq») şeirlər və poemalar məcmuəsi, A.Türkliyevin «Qaraçay: 
sevgim və ağrılarım» kitabları Vətən – Qürbət oppozisiyası üzə-
rində qurulmaqla formalaşırdı. (13,47).
A.Turkliyevin yaradıcılığında sürgün dərin fəlsəfi ideyalar-
la zəngindir. Poemada («O cəhənnəmdən çıxmışdır») alliterasi-
ya, hiperbolizasiya priyomların dan istifadə şairin daxili hiss və 


Nizami Tağısoy
210
çırpıntılarına böyük emosionallıq verir, onun doğma yurdla bağlı 
kədərini yetərincə relyefli  ifadə edirdi.
Qaraçay  ədəbiyyatında  poema  –  ithaflarla  qəhrəmanın  bi-
oqrafiyasına  da  xeyli  yer  verilməkdədir.  Bu  sırada A.Teppeye-
vin  «Kъург  koмиссар»  («Polad  komissar»),  D.Mamuyevanın 
«Dжашла аугъан джерледе гокка хансла джыларла» («Uşaqla-
rın məhv olduğu yerlərdə güllər ağlayır»), S.Qurtuyevin «Alim» 
kimi əsərlərinin adlarını çəkmək olar.
Qaraçay  ədəbiyyatında  lirik-monoloji  poemadan  yoğrul-
muş  xatirə-poemaları  da  misal  göstərmək  olar.  Onlara  bariz 
nümunə  kimi  Qaraçay  şairəsi  A.Urusovanın  «Cогъулмагъан 
къылкъобуз»  («Susmayan qopuz») poemasıdır. Müəllif poema-
nı özünün doğma qardaşı xalq yaradıcılığı nümunələrinin ilk not 
yazıya  alınmasını  həyata  keçirən,  Qaraçay  musiqi  folklorunun 
banisi, bəstəkar İshaq Urusova həsr etmişdir. Böyük Vətən Müha-
ribəsi başladığından not yazısına alınmış yaradıcılıq nümunələri-
ni İshaq Urusov nəşr etdirməyə imkan tapmır. Sonralar bunu qar-
daşın əvəzinə, onun bacısı Əminət Urusova həyata keçirir.  5 iyul 
1941-ci  ildə  bacısına  müraciət  edib  doğmaları  ilə  vidalaşarkən 
İshaq demişdir. «Əgər ölsəm, əvəzimdə  əsərim yaşasın…»
40-60-cı  illər  Qaraçay  ədəbiyyatında  poema  janrının  inki-
şafını nəzərdən keçirərkən, onun müxtəlif müəlliflərdə müxtəlif 
tiplərinə  müraciət  olunduğunu  görürük.  Mənəvi  problemlərin 
çoxşaxəliliyi və estetik axtarışların rəngarəngliyi poemanın üslub 
polifonizmini  ortaya  qoyur.
Bu janrın XX əsrin 30-cu illərində inkişafı, yuxarıda söylə-
diyimiz kimi, Qaraçay şairlərini dramatik poema (lirik-dramatik 
– H.Urtenov «Safiyət», D.Bayqulov «Şamay əvvəl və indi» və s.)  
tipinə üstünlük verdiklərini sübut edir.
40-60-cı  illərdə,  konkret  olaraq  Böyük  Vətən  Müharibəsi 
dövründə və sonralar Qaraçay poeması ballada tipli qəhrəmanlıq 
nəğməsi ilə yaxınlaşır. Mənəvi problemlər üzərində qurulmuş bu 


Qaraçay  ədəbiyyatı
211
əsərlər qəhrəmanların şəxsi taleyini, onların xarakterinin dərinli-
yini açmağa istiqamətlənmişdir.
Müharibədən sonrakı dövrdə Qaraçay ədəbiyyatında təhkiyə 
xarakterli  poemalar  üstünlük  təşkil  edir.  50-60-cı  illər  poeması 
fəlsəfi  və  epik  xarakterli  olmaqla,  lirik  monoloq,  monoloq-xa-
tirələr, poema-ithaflar, lirik-dramatik amplualı və s. olmuşdur. Bu 
tipli poemaların xarakterik xüsusiyyətlərini biz kitabın məzmu-
nunda əks etdirməyə daha çox üstünlük vermişik.
4.3. Qaraçay nəsrində hərbi memuar
sənədli oçerk və  povest janrı
Böyük  Vətən  Müharibəsi  digər  xalqlarda  olduğu  kimi  qa-
raçaylıların da bu sahədə ciddi sınağı və mənəvi bütövlüyünün 
göstərici  olaraq  ortaya  çıxdı.  Xalqın  düşmənə  qarşı  nifrət  hissi 
günü  gündən  yüksəlməyə  başladı.  Müharibə  insanların  xarak-
terinə,  mənəvi  və  həyat  təcrübəsinə  ciddi  təsir  etməklə  onların 
mənəvi baxımdan daha da bərkiməsi, mətinləşməsi üçün zəmin 
yaratdı. Hitlerçilər Şimali Qafqaza yaxınlaşdıqca (avqust, 1942) 
Qaraçaylılar doğma aulları tərk edib dağlara çəkilərək, düşmən-
lə  ölüm-dirim  mübarizəsinə  qalxmağa  üstünlük  verdilər.  Bütün 
bunlar xalqı düşmənə qarşı müsəlləh əsgərə çevirdi. Dağlılar fa-
şistlər əleyhinə  mitinqlərə yığışdılar. Mitinqlərdən birində böyük 
Azərbaycan şairi  Səməd Vurğun alovlu nitq söyləyərək demişdi: 
«Qoy yaddaşlarımızda dahi xələflərimizin – Tariyelin..., Babəkin 
və  Koroğlunun  ölməz  obrazları  yaşasın!  Qoy  əlçatmaz  Qafqaz 
dağlarının  dibsiz  dərələri  alman  işğalçıları  üçün  qəbirə  çevril-
sin». Dağıstanın xalq şairi Həmzət Sadasa isə bu çətin günlərdə 
dağlıları vahid hərbi düşərgədə birləşməyə çağırdı. Bütün bunlar 
xalqın  mübarizə  əzminə  kifayət  qədər  müsbət  təsir  etdiyindən, 
bu  mövzu  Qaraçay  nəsrində  müxtəlif    janrlarda  –  hərbi  oçerk, 
hekayə, povest və romanda öz əksini tapmağa istiqamətləndi (24, 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə