Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə63/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   59   60   61   62   63   64   65   66   ...   97

Nizami Tağısoy
196
da şeirlər yaratmış, həm də qeyrət və vicdan səsinə qulaq asaraq 
lirik şeirlərində yurd, millət, təbiət və s. kimi mövzuları ön plana 
çəkmişlər. Belə ki, Qaraçay ədəbiyyatının o dövrdə daha çox ta-
nınan təmsilçisi Həlimət Bayramukova Sovet dönəminin qorxunc 
şəraitinə  baxmayaraq,  «Qaraçay  ailəsi»  («Kърчаны  аилеси») 
kitabında  digər  Qaraçay  şairlərindən  fərqli  olaraq  heç  kimdən 
qorxub-çəkinmədən  etnik-milli  adətlərin  ortadan  götürülməsinə 
qarşı çıxmış, onların qorunulması uğrunda mübarizə aparmışdır. 
Təəssüf  ki,  H.Bayramukova  və  O.Xubiyev  kimi  düşünən  sənət 
adamları poeziya və nəsr janrında xalq üçün aktual olan mövzu-
ları işlədikləri zaman 1943-cü ildə Qaraçay türklərini Orta Asiya-
nın müxtəlif ərazilərinə sürgün etdilər. Elə buna görə də qaraçay-
lıların sürgün dövründəki yazılı ədəbiyyatı onun  ölü dönəmi kimi 
nəzərdən keçirilməlidir. Çoxlu sayda Qaraçay ədəbiyyatı xadim-
ləri və ziyalıları müxtəlif bəhanələrlə həbs olunaraq işgəncələrə 
məruz qaldılar. Bəziləri ölüm pəncəsindən  xilas olsalar da, Orta 
Asiyanın iqlim və iqtisadi baxımdan ən əlverişsiz regionlarında 
dağınıq  halda  həyat  uğrunda  mübarizə  aparmışdılar.  Dözülməz 
şəraitdə həyat tərzi keçirmələrinə baxmayaraq, Qaraçay şairləri 
malkar şairləri ilə birgə bir neçə şeir antologiyaları – «Həyatımı-
zın bayrağı» («Çaşavuzun bayrağı»), «Bizim sözümüz» («Bizni 
sözübüz»), «Birlikdə nəğmə oxuyaq» («Birge cırlayık») və s. ha-
zırlayıb yaymağa müvəffəq oldular. Bu dövrün tanınmış şair və 
yazarları sırasında Umar Əliyev, Əbdulkərim Bayqulov, Şəhərbəy 
Ebzeyev, Toktar Borlakov, Məhəmməd Urusov, Həlimət Bayra-
mukova, Osman Xubiyev, Həzrət Semyonov, Əzəmət Suyunçev, 
Seyid  Layranov,  Məhəm məd  Çotçayev,  Məhəmməd  Xubiyev, 
Nasu Abayxanov və b.  əsərlərində  dövrün ideoloji möhürünü 
daha çox əks etdirməyə səy göstərmişdilər (32, 226).
Qaraçaylılar  50-ci  illərin  ikinci  yarısından  sürgün  həyatını 
başa vurub doğma yurda qayıtdıqdan sonra H.Bayramukova və 
O.Xubiyev kimi istedadlı söz sahibləri  ana ədəbiyyatın inkişa-


Qaraçay  ədəbiyyatı
197
fı uğrunda daha çox çalışdılar. Vətənə döndükdən sonra onların 
əsərlərinin başlıca mövzusu doğma yurdla bağlı sevinc hisslərini 
tərənnüm etmək istəyi üstünlük təşkil edirdi. Lakin bununla belə 
Sovet ideoloji maşınının kifayət qədər ciddi işlədiyindən burada 
şairlərin Sovetlər ölkəsinə minnətdarlıq və sədaqətlə yanaşmala-
rı da nəzərdən qaçmırdı. Sürgündən qayıtmış Qaraçay şairlərinin 
birgə nəşrə hazırlayıb yaydıqları «Ürək nəğmə söyləyir» («Cürey 
cırlaydı» - 1957) şeir antologiyasında bu tipli minnətdarlıq hissi 
diqqəti cəlb edir. «Ədalət məhv olmur. Kommunist Partiyasının 
köməyi sayəsində uzun müddətdən sonra Qaraçay qəzetləri yenə 
ana dilində yayılmağa, uşaqlarımız öz doğma ana dillərində ün-
siyyətdə olmağa və nəğmələr söyləməyə başladılar. Qaraçay ədə-
biyyatı yenidən yaradıldı. Bu əminlik eyni zamanda bütün xalqın 
ümidvarlığıdır»  (32,226).
Heç şübhəsiz ki, bu tipli fikirlərin səsləndirilməsi həm də Qa-
raçay xalqının 15 ilə yaxın sürgün həyatı yaşadığı dövrdə rastlaş-
dığı məhrumiyyətlərlə bağlı ölüm-dirim mübarizəsi apardığı çətin 
məqamlara görə ortaya atılırdı. Lakin bu da qeyd olunmalıdır ki, 
bu dövrdə tanınmış söz sahibləri ilə yanaşı, Qaraçay ədəbiyyatına 
yeni qüvvələr də qədəm  qoyurdu. Onların sırasında Nazir Xubi-
yev, Gülinə Sılpağarova, Husey Cavbayev, Bilal Appayev, Musa 
Batçayev, Nəzifə Kaqiyeva, Soslanbek Bayçorov, Həzrət Akba-
yev, Albert Uzdenov, Mediha Şormanova, Bəydimat Keçerukova 
və  başqalarının  yaradıcılığı  daha  çox  diqqət  mərkəzinə  düşür-
dü.  Bu  dövrdə  Böyük Vətən  Müharibəsi  mövzusunda  yazılmış 
əsərlərin sayı kifayət qədər çoxdur. Bu müharibənin qan-qadası, 
insanlara gətirdiyi bəlalar Qaraçay şairləri tərəfindən  yetərincə 
relyefli verilirdi. 
***
Tanınmış Qaraçay şairi M.Batcayevin «Düşüncələr»  (7) şe-
irlər toplusunda yer almış  poetik nümunələr bir sıra keyfiyyətlə-
ri ilə diqqəti cəlb edir. İlk növbədə burada toplanmış nümunələr 


Nizami Tağısoy
198
heç də yersiz deklamasiyadan ibarət olmayıb, həm də işıqlı poetik 
fikirlərin təsvirindən ibarətdir. Ən başlıcası odur ki,bu şeirlərdə 
ritorik  ifadələr  yox,  fikirlərin  özünəməxsus    konkret  məzmunu 
mövcuddur. Elə bu da məcmuədə yer almış şeirlərin kompozisi-
ya nöqteyi-nəzərdən yüksək şəkildə təşkil olunmasını sübut edir. 
Şair poetik fikrin təqdimində  müstəqildir. Belə nümunələr sıra-
sında  «Ağ  durna  tək…»,  «Kartof  kolu»,  «Əgər  çoban»,  «Əgər 
qarmon…»,  «Mənim  qoca  babam»,  «Doğulmuş  ölümdən  yan 
keçə  bilməz»,  “Əgər  həyatımı  necə  lazımdır  qurmuşamsa…”, 
“Mübarizə  et,  dəniz…”,  «Heyifslənmirəm»,  «Moruq»,  «Xoş-
bəxtlik»,  «Mən  gedərəm»,  «Dəniz  mənim  dostumdur»,  «Dur, 
mənim Alaqaşım», «Əgər vicdanımı ləkələsəm», hətta bəzi yu-
moristik,  məzhəkə və zarafat xarakterli «Ayı balası», «Qonşunun 
aulu», «Buzov əmdi qurtardı» və s. bədii baxımdan öz həyatiliyi 
ilə fərqlənir. Məsələn, M. Batçayevin «Əgər qarmon…» şeirinin 
başlıca məzmunu Nazim Hikmətin «Mən yanmasam, sən yanma-
san…» şeirinin mahiyyətinə uyğun verilmişdir:
Ocaq qazanı qaynatmırsa,
Yanmalıdırmı ocaq?
Ulduz səmanı işıqlandırmırsa,
Məgər ulduzdurmu, bu?
Yol səni çağırmırsa,
De,  bəs nə üçündür yol? – 
kimi suallarla müəllif oxucusuna müraciət edirdi.
Nümunə gətirdiyimiz bu parçada şairin qoyduğu sual elə in-
sanın dünyada, cəmiyyətdə rolu məsələsi qədər aktualdır. Əlbəttə, 
müəllifin  istəyinə görə həyatda nə varsa, öz funksiyasını, təyina-
tını doğru-dürüst yerinə yetirməlidir. Lakin bununla belə şairin 
deyim, ifadə tərzi heç də Nazim Hikmət deyimi səviyyəsinə çata 
və qalxa bilməmişdi.  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə