Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə71/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   67   68   69   70   71   72   73   74   ...   97

Qaraçay  ədəbiyyatı
221
disəni yox, əhvalatların əsas iştirakçısı  (qəhrəmanı) olan şəxsin 
həyatının bütöv bir dövrünü, yaxud da həmin dövrün bir çox ha-
disələrini əks etdirir (14, 183), onda əsərin povest janrına uyğun 
olmadığını müəyyən etmiş olarıq. Məlum olduğu kimi, hekayə ilə 
roman arasında orta mövqe tutan, hekayədən böyük, romandan 
kiçik epik əsərlər povest adlandırılır. Mir Cəlal və P.Xəlilov isə 
«mahiyyət  etibarı  ilə  roman  ilə  povest  arasında  ciddi  fərq  gör-
mürlər. Bəzi müəlliflər povesti romandan alınmış bir fəsil»kimi 
nəzərdən  keçirməyə  can  atsalar  da,  ona  münasibətin  birmənalı 
olmadığını qeyd etməklə, həm də onu həyatdan alınan bədiiləş-
miş parça kimi nəzərdən keçirmək daha çox janrın mahiyyətinə 
uyğundur. Lakin H.Ebzeyevin «Munir» əsəri qeyd etdiyimiz bu 
parametrlərə cavab vermir. Məsələ burasındadır ki, müəllif bura-
da yalnız Munirin ölümünə qədərki orduda xidmət etdiyi dövrü 
qələmə almışdır. Əgər nəzərə alsaq ki, əsərin başlıca təsvir obyek-
ti Munir yox, müharibə dövrünün   təsvirləridir, belə olduğu halda 
fikirlərimiz daha çox təsdiqini tapmış olar. Munir Xəlilov burada 
artilleriya qurğularının hədəfə tuşlanma üzrə komandiridir. Əsər 
müəllifi Munir adını burada əks etdirməsə belə, oxucu özü mü-
haribənin başlanğıc dövrü ilə bağlı müəyyən ümumiləşdirmələrə 
gəlmək imkanı əldə edir. Əsərdə sanki dramatik situasiyalar da 
mövcud  deyildir.  Müharibə  həyatı  adını  çəkdiyimiz    povestdə 
yalnız illüstrativ xarakter daşıyır. Çünki burada  biz nə müharibə 
gerçəkliyinin bədii təhlilini, nə də müharibə ilə bağlı  hər hansı 
bir detalı görə bilmirik. Bu baxımdan biz A.Qarayevanın əsərlə 
bağlı  gəldiyi  nəticələri  bölüşdürərək  H.Ebzeyevin  müharibənin 
təsvirinə yeni heç nə gətirmədiyini (22,80) qeyd etməliyik. Eb-
zeyev  sadəcə  olaraq  avtobioqrafik  məqamlarla  sənədli-memuar 
materiallarından mahiyyətinə uyğun olaraq istifadə edə bilmədi-
yindən yaradıcılıq uğursuzluğuna düçar olmuşdur. Povestin janr 
qeyri-müəyyənliyi  həm də onun kompozisiyasının süjetsizliyin-
də özünü büruzə verməkdədir. Elə buna görə də H.Ebzeyev Muni-


Nizami Tağısoy
222
rin müvafiq xarakterini də yaratmağa müvəffəq ola bilməmişdir. 
Povestdə qəhrəman faktik olaraq hərəkətdə və fəaliyyətdə təsvir 
olunmur. Hitlerçi zabitlər Volf, Mayer, Rudolf da  şablon obraz-
lardır. Munir boy-buxunlu, ağıllı, qoçaq, sədaqətli yoldaş olma-
sına baxmayaraq, onun xarakterik xüsusiyyətləri bədii cəhətdən 
uğurlu açılmır (12,38). Əsərin əsas ideyası həyat uğrunda müba-
rizə olub insanın ən çətin anlarda ləyaqətini qorumaq, sədaqətli 
dost və yoldaş, doğma torpağını və təbiətini sevmək ideyası  olsa 
da,  Ebzeyev  bunları  Munir  obrazının  timsalında  aça  bilməmiş 
və  yazıçının  problemə  pozitiv  mövqeyi  öz  təsdiqini  tapmamış-
dır.  Əvəzində  digər  personajların  xarakteris tikasında,  təhkiyəçi 
obrazında,  peyzaj  mənzərələ rində  bu  ideya  daha  inamla,  aydın 
və  səmimi  şəkildə  göz  önündə  canlandırılır.  Bundan  başqa  po-
vestdə doğma Vətənə sevgi, Qaraçay dağlarının zirvələri, qayalar, 
dərələr, xalça kimi ətrafı bürüyən vadilər, Tubanlı Göl, Nurucu 
çayı, Damçı Başı, Damçı Ayrı və s. kimi yerlər oxucunun gözü 
qarşısında kino lenti, tablo kimi keçir. Bununla belə qeyd edək ki, 
mənzərələrin  uğurlu təsviri ilə yanaşı, Ebzeyevin povesti Munir 
Xəlilovun adı ilə adlandırması onu çox şeyə görə məsul edirdi. 
İlk növbədə müəllif konkret reallıqda yaşamış tarixi şəxsiyyətlə 
bağlı  sənədli-memuar  materialları    yığmalı,  onunla  bağlı  həyat 
faktlarını oxucuya doğru-dürüst təqdim etməli idi. Lakin müəllif 
Munir Xəlilovla bağlı heç bir konkret və real məlumat verməyə 
müvəffəq ola bilməmişdir.
H.Ebzeyevin  yaradıcılıq  uğursuzluğunun  başqa  bir  səbəbi 
onun hərb mövzusuna həsr etdiyi povestdə əsl tarixilik olmadı-
ğından, əsərin anoxronizm təsiri bağışlamasıdır. Müəllif nəzərə 
almalıydı ki, K.Simonovun «Dirilər və ölülər», «Əsgər doğulmur-
lar» və digər  əsərlərindən sonra Ebzeyevin «Munir» povesti oxu-
cuya hansı estetik təsir bağışlaya bilərdi. Bütün bu uğursuzluqla-
ra baxmayaraq, Ebzeyevin «Bıçağın ağzında» povestində hərbi 
materialdan yetərincə və yerində istifadə edildiyindən müəyyən 


Qaraçay  ədəbiyyatı
223
dərəcədə onu müəllifin müvəffəqiyyəti kimi də dəyərləndirmək 
olar. Müəllif diqqət mərkəzinə mövzunun maraqlı kompozisiya 
həllini çəkir: bu əsasən sovet və alman tank ekipajlarının ziddiy-
yətli təsvirində özünü yaxşı büruzə  verir. Povestin başlıca süjet 
xətti tərkibində Biynö ger və İsmayıl kimi cəsur Qaraçay oğulla-
rının leytenant Oqnevin tank ekipajının xidmət etdikləri zaman 
döyüş epizodlarını əks etdirir. Povestin süjeti sürətlə və lakonik 
inkişaf  etməklə,  həm  də  sərgüzəşt  xarakterli
dir. Yazılı  Qaraçay 
ədəbi
yyatı nümunəsinin belə sərgüzəştli janrda təqdim olunması 
milli ədəbiyyat üçün yeni idi. Əlbəttə, bu heç də o demək deyildir 
ki, Qaraçay ədəbiyyatına sərgüzəşt elementləri yad idi. H.Ebze-
yevin povesti isə Qaraçay ədəbiyyatının mövcud ənənələrini bir 
az da genişləndirdi və inkişaf etdirdi. Yeri gəlmişkən qeyd edək 
ki,  hələ Vətəndaş  Müharibəsi  mövzusuna  həsr  olunmuş  B.Bat-
çayevin «Əhməd-Batır» pyesində, yenə də Vətəndaş Müharibə-
sinə həsr olunmuş D.Kubanovun «Dağlarda səs» romanında da 
biz sərgüzəştli elementlərlə rastlaşırıq. Bu tipli analogiyaların  ol-
masına baxmayaraq, Ebzeyevin «Bıçağın ağzında» povesti onları 
təkrarlamır. Burada hər şeydən əvvəl möcüzəli-nağılvari rənglər 
əvəzinə  gerçəkliyə  söykənən  xarakterik  məqamlar  diqqəti  cəlb 
edir. Qəhrəmanların xarakteristikasına gəldikdə isə burada onlar 
hərbi-sərgüzəştli
 povestlər üçün səciyyəvi olan bədii vasitələrlə 
verilmişdir. Əsərdə tank komandiri Oqnev çətin vəziyyətlərdə qə-
tiyyətli kimi göstərilib, düşünülməmiş hərəkətlərə yol verməyib, 
soyuqqanlılığı saxlamağı bacarırsa, tankda  tuşlayıcı-pulemyot-
çu Biynöger canlı, xalq içindən çıxmış zarafatı sevən əsgər təsiri 
bağışlayır. Məsələn, Biynöger deyir:  «Mən düşdüyüm vəziyyəti 
düşmənə də arzulamaram: «Solda – Əzrayıl, sağda - Cəbrayıl», 
önümdə də fritslər, arxamda  da fritslər». Biynöger obrazı fərdi xü-
susiyyətləri ilə nə qədər maraqlıdırsa, sürücü-mexanik Ostap Ki-
riçenko və İsmayıl obrazları daha az fərdiləşdirilmişlər. Bununla 
belə müəllif kiçik kollektivin döyüş ruhunu, onların çiyin-çiyinə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə