Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə69/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   65   66   67   68   69   70   71   72   ...   97

Qaraçay  ədəbiyyatı
215
duqları  zaman  onların  necə  müqavimət  göstərməsini,  hər  gün 
onlarca kilometrlərlə məsafələr qət etdiklərini,  Berlinə necə ge-
dib yetişdiklərini və 21 aprel 1945-ci ildə Berlini nə vəziyyətdə 
gördüklərini, Berlinin necə yandığını, şəhəri hər saatda neçə-neçə 
təyyarələrin bombalamasını və oraya minlərcə mərmilərin düş-
məsini sənədli və bədii nöqteyi nəzərdən uğurla təsvir etmişdir.
Hərb dövrü tarixi nümayəndələrinin əsl simasının yaradılma-
sı memuarda Boqatıryovun özünün xarakterik xüsusiyyətlərinin 
açılması  ilə  zənginləşdirilir.  Burada,  hər  şeydən  öncə,  öz  şəxsi 
imkanlarının qiymətləndirilməsi, özünütənqid və s. kimi məqam-
lar  göz önünə gəlir. Məsələn, yüksək rütbəli komandir Rıbalko 
ona polka komandanlıq etməyi təklif edərkən Boqatıryov  aşağı-
dakıları söyləyir: «Yoldaş komandan, nə polka, nə də briqadaya 
komandan olmaq istəməzdim. Mən döyüşçülərlə bir sırada vuruş-
maq, daim döyüşlərdə olmaq istərdim. Mən nə komandanlığa, nə 
də şöhrətə can atmıram…» (2, 70). Harun Boqatıryovun  «Vətən 
uğrunda» əsərində Qaraçay xalqının ən yaxşı oğullarından biri-
nin obrazı göz önündə canlandırılmaqdadır. Həmin dövrə qədər 
Qaraçay bədii nəsri  nə belə bir koloritli obraz yaratmamış, nə də 
oxucular belələri ilə  qarşılaşmamışlar.
4.5. Seyid Laypanovun ”Qaraçay oğlu – Belarusiya qəh-
rəmanı” əsərində arxiv sənədlərindən istifadə
Nəzərdən keçirdiyimiz dövrdə Qaraçay ədəbiyyatının inkişa-
fında Seyid Laypa novun Osman Kasayevə həsr etdiyi «Qaraçay 
oğlu  –  Belarusiya  qəhrəmanı»  əsəri  əhəmiyyətli  yer  tutur. Yeri 
gəlmişkən qeyd edək ki, əsərin baş qəhrəmanı Osman Kasayev 
Belarusiyanın Mogilyov şəhəri uğrunda gedən döyüşlərdə qəhrə-
mancasına həlak olmuşdur. Lakin O.Kasayev Sovet İttifaqı Qəh-
rəmanı adına yalnız 1965-ci ildə layiq görülmüşdür. S.Laypanov 


Nizami Tağısoy
216
oçerkin giriş hissəsində əsərin yazılma tarixçəsi ilə oxucuları tanış 
edir. Belə ki, 1958-ci ildə «Qızıl Qaraçay» qəzeti redaksiyasının 
tapşırığı ilə o, Mogilyova gedir, orada müharibə dövrü partizan 
hərəkatı ilə bağlı materiallar yığır, Mogilyov şəhərində Osmanın 
məzarını ziyarət  edir,  onun  şərəfinə ucaldılmış abidənin yanın-
da  şəkil çəkdirir,  «Mogilyovskaya   pravda» qəzeti redaksiyası-
nın köməyi ilə O.Kasayevlə bağlı hansı arxivlərdən  materiallar 
yığmaq haqqında məlumatlar alır (21,42-43). Səhra və arxiv ma-
teriallarını Mogil yovda  əldə  etdikdən  sonra  S.Laypanov  Minsk 
Partiya Arxivinə yollanır və burada gələcək kitabının qəhrəmanı 
ilə bağlı xeyli sənədlər əldə edir. S.Laypanov bununla bağlı aşa-
ğıdakıları  yazırdı:  «Mən  Osmanın  döyüş  yoldaşları,  partizanlar 
tərəfindən  söylənənləri  sənədlərlə  tutuşdurdum  və  həmin  vaxta 
qədər yazdıqlarımın müvafiq yerlərinə düzəlişlər etdim… 121-ci 
partizan polkunun, onun komandiri Osman Kasayevin fəaliyyət 
və hərəkətlərini mənə partizanlar danışdığı kimi verməyə çalış-
dım» (30,4-5). 
Məlum olduğu kimi, sənədli ədəbiyyat nəzərdən keçirilən il-
lərdə bədii ədəbiyyatla bərabər öz inkişaf mübarizəsini aparmaq-
la xalq həyatının ən gərgin məqamlarını əks etdirmək baxımın-
dan maraq doğurur. Onun bu cəhətini mövzu və janr əlvanlığı da 
sübut edir. Görünür, elə buna görə də İkinci Dünya Müharibəsi 
ilə bağlı olan sənədli ədəbiyyat nəinki bitib-tükənməmiş, həm də 
o dövrdə yaşayıb mübarizə aparmış insanların taleyinə maraqlı 
şəkildə nəzər sala bilmiş və müvafiq sənədli ümumiləşdirmələrə 
diqqət  çəkmişdir.  Bəs  belə  olduğu  halda  S.Laypanovun  kitabı 
hansı faktlarla  maraqlıdır?! Hər şeydən öncə burada Belarusun 
Mogilyov  şəhəri ətrafında qəhrəmancasına döyüşüb o torpaqla-
rı 1944-cü ildə faşistlərdən azad edən partizan dəstəsinin başçısı 
Qaraçay xalqının oğullarından birinin qeyri-adi taleyi müəllifin 
diqqətini cəlb etmiş və olduqca maraqlandırmışdır. Osman Ka-
sayevin  partizan  dəstəsindəki  fəaliyyətinin  ayrı-ayrı  epizodları,  


Qaraçay  ədəbiyyatı
217
eyni zamanda onunla bağlı  Əzəmət Suyunçev tərəfindən qələmə 
alınmış hekayələr rayon qəzeti səhifələrində də yer almışdı.
S.Laypanov Mogilyovda olduğu zaman 121-ci Qızıl partizan 
polkunun keçmiş partizanları, həmyerlisinin döyüşçü dostları ilə 
görüşür və onlardan Osmanın dəstədəki fəaliyyəti ilə bağlı mate-
rialları dövlət və onların şəxsi arxivlərindən əldə edir. Bu materi-
allar Osman Kasayev kimi şəxsiyyətin və qəhrəmanın xarakterini 
təsvir etməyə imkan verir (19, 40-54).
S.Laypanovun  kitabı  həm  də  «Блокнотдан  къысха  xapar-
la» («Bloknot hekayələri»)  zənginləşdirilərək Osman Kasayevi 
şəxsən tanımış, görmüş, hadisələrin iştirakçıları və şahidlərin mə-
lumat verdiyi əlavə detallar və ştrixlər ilə doldurulmuşdur. Kita-
bın sonunda isə partizan dəstəsinin operativ məlumatları, arxiv 
sənədlərinin  nüsxələri,  əmrlərdən  çıxarışlar  və  s.  təqdim  olun-
muşdur. Yığılmış arxiv sənədlərində  O.Kasayevin adına raykom, 
obkom, komissarlıq və başqa hərbi əməliyyat qərargahının  ko-
mandiri  tərəfindən verilmiş xasiyyətnamə də təqdim edilmişdir.
Arxiv sənədlərinin  digər üçüncü qrupunda Mogilyovda par-
tizan hərəkatının inkişafı ilə bağlı işğalçıların aktları, yaddaş üçün 
qeydləri, sərəncamları və s. yer almışdır. 
Kitabda Osman və onun döyüşçü dostlarından 15 müxtəlif fo-
toqrafiya-illüstrasiyalar vardır. Kitabın nəticə hissəsi əvəzinə müəl-
lif «Mogilyovskaya pravda» qəzetindən götürdüyü  «Qaraçay oğlu 
– Belarusiyanın qəhrəmanı» məqaləsinin tərcüməsini verir və son-
ra elə onu bu adla da adlandırmağı  qərara alır (19, 66).
Həmin dövrlərdə S.Laypanovun kitabı nəşr olunduqdan son-
ra  böyük  ictimai  rezonans  doğurmuşdur.  Çünki  bu  kitab  Qara-
çay oğlu Belarus qəhrəmanı Osman Kasayevin igidliyi haqqında 
inandırıcı və diqqəti cəlb edən bir sənədli mənbəyə çevrilmişdir.
Seyid Laypanovun yaratdığı Osman Kasayev obrazı kifayət 
qədər həyati obrazdır. Ümumiyyətlə, əsərin müəllifi qəhrəmanı 
idealizasiya etməmişdir. Məhz buna görə də müəllif onun haqqın-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə