Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə70/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   66   67   68   69   70   71   72   73   ...   97

Nizami Tağısoy
218
da söhbətə Osman Kasayevin özü tərəfindən 1943-cü ildə qələmə 
aldığı adi avtobioqrafiyasından  başlamışdır. Bu avtobioqra fiyada 
dağlı ailəsindən  çıxmış bir gəncin tipik xüsusiyyətləri öz əksi-
ni tapmışdır. Burada onun ibtidai məktəb, peşə məktəbi, iki hər-
bi məktəbi qurtarıb, tank əleyhinə  divizionda, piyada polkunda  
peşəkar  hərbçi  kimi  xidmət  etdiyi  göstəril mişdir.  Bununla  belə 
bioqrafiyanın sətirləri arxasından sanki qəhrəmanın romantik şü-
caəti, Vətəni müdafiə hissi boylanır. Qəhrəmanın xarakteri, onun 
dünyagörüşü,  mənəvi  siması,  həm  də  onun  döyüş  dostlarının, 
partizan mübarizəsində yaxından  iştirak edənlərin xatirələrində 
açılır:  «Osmanın  hərbi  şüuru  gücün  cəmləşdirilmə sində,  insan-
ların  təşkilatlan masında,  partizan  hərəkatının  gedişi  prosesində 
yüksəlir, və bu, ona insanlara komandanlıq etmək üçün mənəvi 
və hüquqi güc vermişdir….
Döyüş  epizodlarında  Osman  Kasayevin  qəhrəmanlığının 
hüdudsuzluğu,  şəxsi  qeyrəti,  cəsurluğu  və  möhkəmliyi  açılır» 
(7,146-147). Əlbəttə, əsər heç də Osman Kasayevə həsr olunma-
yıb, müəllif burada həm də qaraçaylıları, partizan birləşmələrini, 
partizan  həyatını, Osmanın döyüş dostlarını, məkrli və qorxunc 
düşmənlə mübarizəni, insan taleyinin  necə formalaşmasını və s. 
kimi məsələləri detallarla təsvir etmişdir. Əsərdə həyati materi-
alın  zənginliyi  müəllifə  təhkiyənin  rəngarəng    priyomla rından, 
sənədli janrın müvafiq vasitələr arsenalından istifadə üçün mün-
bit  şərait  yaratmışdır.  Müəllifin  diqqət  mərkəzində  tipik  dağlı 
aulundan  çıxmış gəncin avtobioqrafiya sı dayanmışdır. Lakin bu 
avtobioqrafiyanın alt sətirlərindən gənc Osmanın cəsurluq hissi, 
Vətəni müdafiə etmək istəyi daha çox göz önünə gəlir. Qəhrəma-
nın xarakteri ilə yaxından tanışlıq onun dünyagörüşü, mənəvi-əx-
laqi siması onunla yaxın insanların münasibətlərində və partizan-
lıq mübarizəsində açılır. S.Laypanovun 121-ci partizan  polkunun 
dislokasiya  olunduğu ərazini əsərdə bütün incəlikləri ilə yaratma-
sı, onun üçbucaq şəklində ərazini əhatə etməsi – Mogilyov şəhəri 


Qaraçay  ədəbiyyatı
219
Mogilyov şossesi, Minsk, Mogilyov – Osipoviçi dəmiryol xətti, 
Bobruysk və s. kimi yerlərin təsviri, döyüşlərin konkret olaraq 
getdiyi illər, aylar, zonalar, həmin zonalarda yerləşən kəndlərin 
göstərilməsi və s. əsərə yetərincə realist mənzərələr qatır, onun 
təsir və emosional gücünü artırır. Müəllif oxucunun gözü qarşı-
sında  bənzərsiz qəhrəman xarakteri yaratmaqla, onu ideallaşdır-
maqdan kənarda dayanır. Daha doğrusu, əsərin bəzi yerlərində o, 
Osmanın çatışmazlıqlarını da göstərməkdən  çəkinmir. Bununla 
belə Osmanda  özünü əks etdirən bir sıra çatışmazlıqlar, onun zəif 
cəhətləri heç də islah olunmayan kimi təqdim edilmir. Laypanov 
yaxşı başa düşür ki, qəhrəman haqqında həqiqəti demək, təsvir 
etmək hər hansı bədii quramadan daha yaxşıdır. O.Kasayevin fər-
di cizgilərinin yaradılmasında S.Laypanov xatirələrə, sənədlərə, 
dost-tanışların onunla bağlı fikirlərinə müraciət edir və bu, qəhrə-
manın həyat taleyinin və simasının yapılmasında ön planda daya-
nır. Müəllif tərəfindən əsərin infrastrukturuna daxil edilmiş çox-
saylı bitkin novellalar, bir tərəfdən, təhkiyəçinin fərdi yazı mane-
rasını ortaya qoyursa, digər tərəfdən, onun Qaraçay folklorunda 
geniş  yayılmış  hekayə  janrının  imkanlarından  ustalıqla  istifadə 
etdiyini sübut edir. Belə priyomdan istifadə həm də folklor janrı 
elementlərinin ədəbiyyatda – hekayə, povest və roman janrların-
da tətbiqini maraqlı məcraya yönəldir. Yeri gəlmişkən qeyd edək 
ki, Həsən Appayev «Qara sandıq» və Osman Xubiyev «Əmanət» 
romanlarında belə priyomdan uğurla istifadə etmişlər. A.Qaraye-
va yazır: «S.Laypanovun kitabında ənənəvi janrın sonrakı təka-
mülü gedir. Vahid mövzunun inkişafı ilə bağlı olan daxilən bitkin 
novellalar zənciri hadisə, fakt, adları xroniki ardıcıllıqla bərpa et-
məklə, beləliklə, kitabın bu hissəsini müasir nəsr üçün xarakterik 
olan novellalarda olan povest janrına yaxınlaşdırır» (22,57).
Əsərin belə kompozisiyası  təhkiyəçiyə daha aydın, daha dra-
matik  və  xarakterik  epizodları  seçməyə,  qəhrəmanın  döyüş  bi-
oqrafiyasında yer almış ikinci dərəcəli faktları kənarda qoymağa 


Nizami Tağısoy
220
imkan vermişdir. Məhz bu xüsusiyyətinə görə  Qaraçay ədəbiyya-
tı üçün bu yeni özünəməxsus bir fənd kimi dəyərləndiril məlidir. 
S.Laypanovun  haqqında  bəhs  etdiyimiz  əsəri  Qaraçay  xalqının 
qəhrəman oğlu ilə bağlı mükəmməl təsəvvürlər yarat maqla, həm 
də böyük ictimai rezonansa səbəb olmuşdur. Eyni zamanda onu 
da qeyd etmək yerinə düşər ki, S.Laypanovun bu əsəri haqqında 
ilk obyektiv tənqidi təhlili də biz məhz A.Qarayevanın «Müasir 
Qaraçay ədəbiyyatında müharibə nəsri haqqında» kitabında tapı-
rıq. Çünki məhz bu əsərdə zəngin faktoloji və sənədli materiallara 
söykənməklə S.Laypanov Qaraçay ədəbiyyatında bu janra vətən-
daşlıq hüququ verdiyini sübut etmişdir.
4.6. Hənəfi Ebzeyev yaradıcılığında 
müharibə mövzusu
Söhbət Qaraçay nəsrində müharibə mövzusuna həsr olunmuş 
nümunələ rdən düşmüşkən burada Hənəfi Ebzeyeyin «Munir» və 
«Bıçağın ağzında» povestlərinin də adlarını çəkməyə ehtiyac var-
dır. Hənəfi Ebzeyev də Harun Boqatıryov kimi Böyük Vətən Mü-
haribəsinin bütün məşəqqətlərini görmüş, Cənub, Birinci Belarus 
və  Birinci  Ukrayna  cəbhələrində  kəşfiyyatçıdan  vzvod  koman-
diri, artilleriya qurğuları batareyasının komandirinə qədər şərəfli 
döyüş yolu keçmişdir. Müharibə qurtardıqdan sonra da o, hərbi 
xidmətdə qalmış və döyüş xidməti dövründə gördüklərini qələ-
minin gücü ilə oxuculara çatdırmağa çalışmışdır. Buna görə də 
Ebzeyevin döyüş təcrübəsi onun povest yaradıcılığında mühüm 
material kimi xidmət etmişdir.
Müəllifin  əsəri  povest  adlandırmasına  baxmayaraq,  onu  bu 
janr adı altında ən azı ona görə nəzərdən keçirmək olmaz ki, bu-
rada nə onu şərtləndirən konflikt, nə də sona çatdırılmış süjet xətti 
yoxdur. Nəzərə alsaq ki, povest hekayədən fərqli olaraq bir ha-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə