Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə68/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   64   65   66   67   68   69   70   71   ...   97

Nizami Tağısoy
212
16).
Əlbəttə,  Qaraçay  ədəbiyyatında  müharibə  mövzusuna  mü-
raciət heç də onun isti  izləri ilə ortaya çıxmırdı. Bundan başqa 
həm də müharibənin qızğın getdiyi illərdə qaraçaylıların doğma 
yurddan deportasiyası da, ona müraciətin  sonrakı dövrlərdə or-
taya çıxmasını şərtləndirmişdir. Çünki qaraçaylılar doğma yurda 
yalnız on dörd ildən sonra qayıda bilmişdilər və bu dövrdə mü-
haribəyə həsr olunmuş nəsr nümunəsi  ilk növbədə S.Laypanov 
və O.Xubiyev  tərəfindən qələmə alınmışdı. Müharibəylə bağlı 
Qaraçay  bədii  sözünün  gec  meydana  gəlməsi  vəziyyətin  belə 
gərginliyi ilə izah olunmalıdır. Digər bir məsələ də Qaraçay na-
sirlərinin müharibəyə münasibətini standartdan kənarlaşdırmaya  
şərait yaradırdı. Yüzlərlə Qaraçay  ziyalıları etnik – milli ənənələ-
rin qorunması, dini baxış və özünəməxsusluqlarına görə güllələn-
məyə məruz qalmışdılar. Bu isə xeyli dərəcədə insanların Sovet 
dövlətinə və ictimai quruluşuna inamını sarsıtmışdı.
Qaraçaylıların doğma yurda qayıdışından  sonra Sovet döv-
lətçiliyinə  və  partiyaya  ikili  münasibət  özünü  göstərirdi.  Eyni 
zamanda ictimai-siyasi vəziyyət o qədər gərgin idi ki, Qaraçay 
söz adamları ölkə rəhbərlərinin bütün  haqsızlıqlarına baxmaya-
raq, siyasi  hakimiyyətin  davranışını təqdir etməyə çalışırdılar. 
Hətta Sovet rəhbərlərinə minnətdarlıqlarını bildirirdilər (32,226). 
Həqiqətdə isə vəziyyət tamamilə bambaşqa idi. Bu tipli minnət-
darlıqlar dekorativ xarakter daşıyırdı. Lakin bütün  hallarda so-
vet siyasət maşını öz işini görürdü. Təqiblər, ciddi senzura qara-
çaylıların düçar olduğu faciələri qələmə almağa imkan vermirdi. 
Xalqın gözü qorxudulmuşdu. Eyni zamanda Qaraçay ədəbiyya-
tında müharibə mövzusuna müraciət, yuxarıda adlarını qeyd etdi-
yimiz müəlliflərdən başqa, hələ 50-ci illərin sonlarında geniş və 
dərin həllini tapa bilməmişdi. Yalnız sonrakı dövrlərdə (məsələn, 
60-cı illərdə) hərb mövzusuna müraciət güclənmişdi. Onun  iza-
hında  Qaraçay  ədəbiyyatının  inkişafının  maraqlı  qanunauyğun-


Qaraçay  ədəbiyyatı
213
luqları  müşahidə olunur və onda ümumi 60-cı illər çoxmillətli 
sovet ədəbiyyatı  üçün özünəməxsus meyl  formaları özünü əks 
etdirirdi (19,4).
Burada  onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  müharibədəki 
«səngər gerçəkliyi»nin doğru-düzgün yaradılması, həm də müəl-
liflərdən  problemin geniş tarixi üfüqlərinə dərindən diqqət yetir-
məyi tələb edirdi. Buna görə də müharibə zamanı min bir məh-
rumiyyətlərə  (əsir düşənlər, həlak olanlar, konslagerlərdə ömür 
çürüdənlər və başqaları) düçar olmuş insanların dramatik  taleyini 
təsvir etməyə istiqamətlənən əsərlər müharibə dövrünün müxtəlif 
məqamlarını  göz  önündə    əks  etdirməyə  üstünlük  verirdi.  Mü-
haribə ilə bağlı dövrü mətbuatdakı  nümunələrlə yanaşı, həm də 
xeyli məqalə, material və kitablar işıq üzü görürdü. Onların  sıra-
sında tank ordusu polkovniki Harun Boqatıryovun «Vətən uğrun-
da» («Эсре тюшюрюуле»)  və Seyid Laypanovun «Qaraçay oğlu 
– Belarusiya qəhrəmanı» («Къарачайны уланы – Беларуссияны 
джигити»)  sənədli  oçerkini  (bu  kitab  ölümündən  sonra  Sovet 
İttifaqı Qəhrəmanı adına layiq görülmüş Osman Kasayevə həsr 
olunmuşdur)  (2;26;11;12),  N.Ebzeyevin    «Munir»  və  «Bıçağın 
ağzında» («Бычакъны ауузунда») povestlərini qeyd etməliyik.
4.4. Harun Boqatıryovun «Vətən uğrunda» memuarı
Harun  Boqatıryovun  «Vətən  uğrunda»  memuarı  onun  özü-
nün komandanlıq etdiyi 3-cü tank ordusunun hərbi bioqrafiyası 
əsasında  yazılaraq  ortaya  qoyulmuşdur.  O,  burada    tank  ordu-
sunun  bütün  döyüş  yolunu  müxtəlif  kəndlərdən,  qəsəbələrdən, 
şəhərlərdən, ölkələrdən keçirərək bir çox ərazilərdə təsvir etməyə 
səy göstərmişdir. Memuarda komandirlərin, rəislərin və sıravi əs-
gərlərin canlı, çoxtərəfli və xarakterik  cizgiləri yaradılır. Əsər-
də qəddar müharibə qanunları ilə yanaşı, həm də bəzi obrazla-


Nizami Tağısoy
214
rın satirik, sarkastik və yumor dolu xarakterləri ortaya qoyulur. 
Harun Boqatıryov tarixi döyüşləri, onların miqyasını, hadisələrin 
əzəmətini və geniş əraziləri əhatə etməsini böyük ustalıqla ver-
məyə  çalışmışdır.  Memuar  müəllifinin  fərdiliyi  onun  özünü  və 
hadisələri qiymətləndirməsi  fonunda gedir. Oxucu Boqatıryovu 
daim tank ordusunun ön cərgələrində görür. Harun Boqatıryov – 
bütöv, əvəzsiz naturadır. «O, qarşımızda istedadlı komandir  kimi 
dayanır, onun diqqətindən heç nə kənarda qalmır - nə tank bölmə-
sinin həyatı, nə məişət şəraiti, nə döyüş texnikası, nə ayrı-ayrı əs-
gər və zabitlərin əhval-ruhiyyəsi. Bütün bunlarda onun tərbiyəçi 
və təşkilatçı  istedadı  üzə çıxır. Harun Boqatıryov insanları öyrət-
mək üçün mənəvi  hüquqa  malikdir, çünki o, ondakı təşəbbüskar-
lığı, döyüşdə onunla çiyin-çiyinə olmağı öz tabeliyində olanlarda 
tərbiyə etmək istəyir» (7
а
, 142).
H. Boqatıryovun kitabının üslubunda  təhkiyə memuarında  
materialların  peşəkarlıqla  seçilmə  prinsipi  özünü  yüksək  şəkil-
də əks etdirməsə də, müharibənin təsvirində əsərə  yalançı pafos 
yaddır. Harun Boqatıryov onunla çiyin-çiyinə vuruşanların, dö-
yüşçülərlə koman dirlərin lakonik, uğurlu obrazlarını yaradarkən, 
həm də   Boqatıryovun öz fərdi  xarakterinin əlavə cizgiləri ortaya 
qoyulur. Elə buna görə də həm də Boqatıryovun «Vətən uğrunda» 
memuarının Qaraçay nəsrinin inkişafında  müəyyən rolu olduğu-
nu qeyd  etməyə ehtiyac vardır.  
Elə buradaca qeyd edək ki, Harun Boqatıryovun, Seyid Lay-
panovun və Hənəfi Ebzeyevin müharibə mövzusuna həsr etdik-
ləri  əsərləri  xeyli  xüsusiyyətləri  ilə  bir-birinə  yaxındır.  Harun 
Boqatıryov  «Vətən  uğrunda»  hərbi-memuarında  kəndlərdən, 
qəsəbələrdən və şəhərlərdən baş alıb gedən döyüş yolunu qələmə 
almaqla, Rossoşidən Xarkova qədər, Kursk qövsü, Dnepr, Kiyev, 
Sumı, Fastov, Jitomir – Berdiçev əməliyyatları, Çexiya,  Slova-
kiya, Avstriya və Berlində gedən döyüşləri bütün təfərrüatları ilə 
qələmə almışdır. Almanların hər bir qarış torpaq uğrunda vuruş-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə