Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə72/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   68   69   70   71   72   73   74   75   ...   97

Nizami Tağısoy
224
döyüşməsini,  çətinliklərə  sinə  gərməsini  və  s.  məqamları  yax-
şı təsvir edə bilmişdir. Sadaladığımız bütün bu cəhətlərinə görə 
H.Ebzeyevin  «Bıçağın  ağzında» povesti  Qaraçay  ədəbiyyatının 
Böyük Vətən Müharibəsinə həsr olunmuş ən gözəl nümunələrin-
dən biri kimi dəyərləndirilməlidir. A.Qarayeva haqlı olaraq yazır 
ki, Qaraçay ədəbiyyatı üçün bu əsər öz bədii kamilliyi, kompozi-
siya ustalığı və bacarıqlı süjet quruluşu, daha doğrusu, digər Qa-
raçay nasirlərində çatışmayan əsərin bədii mətninin dürüst təşkili 
baxımından maraqlıdır» (22, 103).
Böyük Vətən Müharibəsinə həsr olunmuş H.Ebzeyevin iki - 
«Munir» və «Bıçağın ağzında» - povestlərinin təhlili eyni müəlli-
fin yaradıcılıq uğursuzluğu və uğurlarının səbəbini ortaya qoyur. 
Əgər  birinci  povestdə  müəllifin  arsenalında  olan  özünəməxsus 
maraqlı  material  janrın  tələblərinə  əməl  edilmədiyindən,  tələs-
kənlikdən,  mövzuya  məsuliyyətsiz  münasibət  ucbatından  Eb-
zeyevi uğursuzluğa düçar etmişdirsə, ikinci povestdə yer almış 
zəngin ideya, xalq yaradıcılığı janrı ilə yazılı  ədəbiyyat janrının 
üzvü surətdə bir-birinə bağlanması, bədii ustalıqdan ağıllı istifadə 
etmə, təqliddən daha çox yazıçılıq mədəniyyətinin nümayiş etdi-
rilməsi Qaraçay ədəbiyyatının inkişafına Ebzeyevin öz tövhəsini 
verməsi ilə nəticələnmişdir.
Yuxarıda söylədiyimiz kimi, Qaraçay yazıçısı Hənəfi Ebze-
yevin «Munir» və «Bıçağın ağzında» povestləri də sənədli ma-
teriallara söykənir. Qeyd edək ki, Hənəfi Ebzeyev müharibənin 
ilk illərindən sonuna qədər onun yaxından iştirakçısı olmuşdur. 
O, Cənub, Birinci Belarus, Birinci Ukrayna  cəbhələrində kəşfiy-
yatçı, tankəleyhinə mərmiatan, özüyeriyən artilleriya qurğusunun 
komandiri,  alay  komandiri,  özüyeriyən  artilleriya  batareyasının 
komandiri və s.kimi döyüşmüşdür. Müharibə qurtardıqdan son-
ra da o, tankəleyhinə ordu sıralarında xidmət etmiş, dövlətin altı 
müxtəlif mükafatlarına layiq görülməklə, mayor rütbəsində ordu-
dan tərxis olunmuşdur. 


Qaraçay  ədəbiyyatı
225
Təbii ki, H.Ebzeyevin müharibədəki öz döyüş təcrübəsi, hər-
bi təəssüratları adları çəkilən povestləri yazmaq üçün mühüm ma-
terial kimi xidmət etmişdir. Məsələn, «Munir»   povesti Ebzeye-
vin yaxın silahdaşı Qaraçay inqilabçısı Səid Xəlilovun kiçik oğlu 
Munir Xəlilova həsr olunmuşdur. 
Yazıçı əsərdə sadəcə olaraq Munir Xəlilovun vəfatına qədər 
orduda olan həyatının bir hissəsini qələmə alır. Üstəgəl burada 
diqqət mərkəzində Munir obrazı yox, müharibənin ilk illərində 
tank əleyhinə artilleriyanın silah-sursatının  və həyatının uzun-u-
zadı təsviri gedir. Munir baş serjant kimi silahların sayılması üzrə 
komandirdir. Əsərdə, demək olar ki, dramatik situasiya, konflikt, 
ciddi qarşıdurma və s.,  ümumiyyətlə, hiss olunmur. Müharibənin 
ilk dövrünün əsil mənzərələri və hadisələr xeyli dərəcədə təhrif 
olunur. Müharibə ilə bağlı hiss və qayğılar illüstrativ  xarakterli-
dir. Burada eyni zamanda müharibə gerçəkliklərinin bədii tədqiqi 
də relyefli görünmür. Daha doğrusu, Ebzeyev bu əsəri ilə mühari-
bənin təsvirinə yeni nə isə gətirməyə müvəffəq olmamışdır. 
Hətta  Ebzeyev  özü  iştirakçısı  və  şahidi  olduğu  hadisələrlə 
bağlı materialları da vahid süjet ətrafında cəmləşdirməyə bilmə-
mişdir. İlk baxışda oxucu üçün maraq doğuran bu povestdə Muni-
rin  daxili aləminin xüsusiyyətləri əksini tapmalı idi. Obrazın tə-
kamülü, ayrı-ayrı dramatik hadisələr verilməli idi. Povestdə neçə 
aylar  bir  yerdə  çiyin-çiyinə  vuruşduğu  insan  haqqında  müəllif  
canlı və obrazlı xatirələr ortaya qoymalı idi. Odur ki, müəllif tərə-
findən sistemsiz işlənib ortaya qoyulmuş avtobioqrafik və sənədli 
memuar    materialı  Ebzeyevi  sanki  yaradıcılıq  uğursuzluqlarına 
düçar edir. Elə buna görə də əsərin kompozisiyası qeyri-müəy-
yənliyi, dağınıqlığı və süjetsizliyi ilə yazıçıya bədii problemi həll 
etməyə xeyli baxımdan mane olur.
Biz yuxarıda Ebzeyevin digər bir povestinin – «Бычакъны 
ауузунда» («Bıçağın ağzında»)  adını da çəkmişdik.Bəri başdan 
qeyd edək ki, «Munir»ə nisbətən bu əsər daha uğurludur. Burada  


Nizami Tağısoy
226
müəllif ona məlum olan hərbi materiallardan maraqlı şəkildə is-
tifadə etmişdir.
Povestin  avtobioqrafikliyi  müəllifin  tankəleyhinə  artilleri-
yada,  tank ordularında xidmətini, döyüş texnikasını, tankçıların 
hərbi məişətinin spesifik xüsusiyyətlərini, tank ekipajının həya-
tını  professional səviyyədə bilməsi ilə bağlıdır. Povestdə təsvir 
olunan hadisə və təfərrüatların həqiqətə uyğunluğu  oxucuda  şü-
bhə doğurmur  (12,.79-105).
Əsərin  başlıca  süjet  xətti  leytenant  Oqnevin  tank  ekipajın-
da xidmət edən Qaraçaylı Biynöger və İsmayılın həyatının dö-
yüş epizodlarından ibarətdir. Əsərin ekspozisiyasında tankçıların 
meşədə  hücumdan  qabaq  düşərgələri  təsvir  olunur.  Konfliktin 
zavyazkasında kombriq Boqatıryovun əmri ilə tankçıların Vajnı 
Xutoru  uğrunda  döyüşə  girməsi  göstərilir.  Hadisələr  ən  gərgin 
nöqtəyə Oqnevin döyüş zamanı su dolu arxa düşdüyü və oradan 
özü müstəqil olaraq çıxa bilməyəcəyi zamanı çatır. Burada alman 
tankının  komandiri  Lyutsın  ağılına  Oqnevin  tankını  bütün  eki-
pajla ələ keçirib, onu alman tank hissəsinin komandirinin yanı-
na yedəkdə aparma fikri gəlir. Lakin bu anda Oqnevin ekipajının 
gözlənilmədən  göstərdiyi  qəhrəmanlıq  əsərə  yetərincə  maraqlı 
rəng qatır. Lyutsın tankı Oqnevin tankını yedəkdə çıxardığı za-
man sürücü-mexanik üçüncü sürətə keçirib düşmən tankına ciddi  
zədə yetirir, düşmən tankının sürücüsü idarəetmə  şitinə zərbə ilə 
elə dəyir ki, o, şüurunu itirir və Oqnevin tankı idarəetməni itirən 
alman maşınını da  öz mövqelərinə dalınca dartır. Faşistlər əsir 
düşürlər. Mayor Lyuts  isə intihar edir…
Göründüyü kimi, povestin süjetində hadisələr kifayət qədər 
sürətli, lakonik olmaqla, həm də sərgüzəştli xarakterə malikdir. 
Oxucunun gözləri qarşısında sanki hərbi-sərgüzəştli janr canlanır. 
Bu isə Qaraçay ədəbiyyatında Böyük Vətən Müharibəsi mövzu-
sunun  yeni planda işlənməsini sübut edir. Lakin bu elementlə-
rin Qaraçay ədəbiyyatında həmin dövrə qədər olmadığı qənaətini 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə