Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə60/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   56   57   58   59   60   61   62   63   ...   97

Qaraçay  ədəbiyyatı
187
lor nümunələrindən gəlməklə məzmun və forma mürəkkəbliyi ilə 
seçilirdi. Çünki zəngin milli bədii ənənələrdən başqa bu janrlar 
həm rus, həm də Şimali Qafqaz xalqları ədəbiyyatının ənənələri 
əsasında irəliləyə bilirdi.
40-60-cı illər Qaraçay ədəbiyyatında janrlar haqqında düşün-
mək bizi həm də janrların tarixinə müraciət etməyə sövq edir. Elə 
buna görə də cırları (nəğmələri) Qaraçay bədii sözünün mənbələ-
rindən biri kimi götürmək mümkündür. Bununla belə onu da qeyd 
etmək lazımdır ki, Qaraçay ədəbiyyatında ədəbi janrlar sistemi 
indiyə qədər işlənməmiş, janr təyinləri isə heç də daim dəqiq və 
birmənalı müəyyənləşdirilməmiş, janrın özü isə, məlum olduğu 
kimi,  inkişafda  olan  hadisə  olduğundan  hərtərəfli  öyrənilməyə 
ehtiyaclı  olmuşdur.  Nəzərə  alınmalıdır  ki,  ədəbi  yaradıcılığın 
müxəlif kateqoriyalarının başlıca xüsusiyyətlərinin nəzərdən ke-
çirilməsi ciddi tarixilik prinsipi əsasında olmalıdır. Buna görə də 
ictimai şəraitin  ədəbiyyatla  əlaqəsi bütün istiqamətlərdə izlənil-
məlidir. Ədəbiyyat ictimai ideologiya olduğundan ictimai varlığı 
əks etdirir və, məlum olduğu kimi, onunla əlaqəsiz heç nə möv-
cud deyildir. Eyni zamanda bir daha nəzərə alınmalıdır ki, janrın 
əsasında həyat prosesində müəyyən insan tipinin, onun xarakteri-
nin, emosiya və hisslərinin xüsusiyyətləri  əksini tapır. Janr ümu-
mi hadisə olmaqla yanaşı, həm də tarixi hadisədir, onda həm o, 
həm də bu cəhət öz əksini tapır, çünki ümumi həm də tarixi  kimi 
özünü göstərə bilər.
Qaraçay ədəbiyyatının bütün inkişafı dövründə biz oxşar jan-
rları görsək də, bu janrlar heç də bir-birini kor-koranə təkrarla-
mır, çünki hər bir yaradıcı insanın fəaliyyət və hissləri və onların 
məzmunu heç də bir-birinin təkrarı deyildir. Məzmun və forma 
müxtəlif olub funksional baxımdan uyğun gəlsə də, onlar Qara-
çay həyatının bu və ya digər hissəsini tarixi proses səviyyəsində 
göstərir, onun mənəvi həyatının (lirik şeirlərdə daha çox) bu və 
ya digər məqamını, bu və ya digər həyat epizodunu (hekayə), in-


Nizami Tağısoy
188
san taleyini nisbətən  həyat hadisələrinin tam siklində təsvir edir 
(povest, roman), xalq həyatı axınında insan taleyinin mənzərəsini 
verir (roman-epopeya), keçmişi insan taleyi və xalq taleyi kon-
tekstində dəyərləndirir (tarixi roman və tarixi dram janrı) və s. 
Janrların bir-biri ilə uyğunluğunu da məhz bu müstəvidə nəzər-
dən  keçirmək  lazımdır.  Bununla  belə  bütün  bu  səviyyələr  hər 
dəfə konkret və özünəməxsus tarixi prosesin səciyyəsi olmaqla, 
burada xüsusi ona daim yeni xarakter verən bənzərsiz ifadə olur. 
Bu da məhz onlar arasındakı fərqi əks etdirir. Odur ki, Qaraçay 
yazıçılarından bir neçəsinin (H.Urtenov, O.Xubiyev, D.Bayqulov 
və b.) yaradıcılığında biz müxtəlif janrlarla qarşılaşmaqla, onların 
insan davranışının müxtəlif formalarına müraciət etməklə, insan 
xarakterinin  təsvirində  müxtəlif  üsullardan  istifadə  etdiklərinin  
şahidi  oluruq.  Qeyd  etdikləri miz  heç  də  bizim  ədəbiyyatla    və 
janrla  bağlı təsəvvürlərimizi, forma və məzmun vahidliyi müd-
dəalarımızı dağıtmır. Janr təyininin belə ümumi funksionallığını 
nəzərə alaraq, Qaraçay ədəbiyyatında 40-60-cı illərdə yaranmış 
bədii  nümunələrin  başlıca  xüsusiyyətlərinə  və  onun  əsas  nü-
mayəndələrinin yaradıcılığına nəzər salmağa ehtiyac duyulur. 
4.1. 40-60-cı illər Qaraçay poeziyası: 
başlıca  xüsusiyyətləri, əsas nümayəndələri
20-30-cu illər Qaraçay ədəbiyyatında aparıcı janr olan poe-
ziya sonrakı illərdə də öz rolunu saxlamağa çalışmışdır. Bu dövr 
poeziyasında ictimai həyatda baş vermiş hadisələr onda daha çox 
öz əksini tapırdı. Şairlər heç də şəxsi, intim mövzuları əsas möv-
zular kimi diqqət mərkəzinə çəkmirdilər. 30-cu illərin sonlarında 
Qaraçay  poeziyasına  gəlmiş  yeni  qüvvələr  –  M.Urusov, T.Bor-
lakov, A.Bayqulov, A.Ebzeyev, O.Xubiyev, H.Bayramukova, A.
Bayramqulov və başqaları vətən, dostluq, yeni həyat quruculuğu-
na həsr olunmuş, optimist ruhlu şeirlər yaradırdılar (26, 33). 


Qaraçay  ədəbiyyatı
189
Əlbəttə, adlarını qeyd etdiyimiz şairlərin yaradıcılığı heç də 
forma  və  məzmun  baxımından  yüksək  sənət  nümunələri  hesab 
edilə  bilməzdi.  Çünki  onlar  bu  zaman  hələ  də  bədii  yaradıcılı-
ğın kifayət qədər bütün «sirləri»nə bələd ola bilməmişdilər. Di-
gər tərəfdən isə Qaraçay poeziya sı sənət aləmində yetərincə bər-
kiməmiş, inkişaf etməmiş, milli sənətkarlar digər xalqların ədəbi 
təcrübəsinə də yetərincə yiyələnməmişdilər. Onların yaradıcılığı 
hələ realist poeziya tələblərinə də müvafiq deyildi. Onlardan bə-
ziləri (H.Urtenov, İ.Qaragetov, M. Urusov və b.) çoxcildli əsər-
lər yazıb yaratsa da, yazı  manerası, üslub, deyim tərzi hələ də 
püxtələşməmişdi (27, 9).
40-cı illərdə Qaraçay ədəbiyyatında fəaliyyət göstərən sənət-
karların yaradıcılığı xüsusi əhəmiyyət kəsb edirdi. Müharibə illə-
rində Qaraçay şairləri ideya-estetik cəhətdən bir yerə yığışıb ədə-
biyyatın inkişafına daha böyük təkan verməyə səy göstərirdilər. 
Müharibənin sınağı həm də ədəbi işin həyatla, xalqla əlaqələrinin 
möhkəmlənməsinə müsbət təsir edirdi. Əlbəttə, belə olduğu hal-
da ön plana həyat hadisələrinə daha operativ müdaxilə edə bilən 
janrlar – oçerk, lirik şeir, hekayə, bədii-publisistik əsərlər orta-
ya  çıxır  və  məhz  bu  tipli  nümunələr  nəzərdən  keçirilən  illərdə 
Qaraçay ədəbiyyatının əsil müharibə salnaməsinə çevrilirdi. Bu 
dövrdə  yaranan  Qaraçay  bədii  ədəbiyyat  nümunələri,  bir  tərəf-
dən,  xalqa  vuruşmağa  kömək  edir,  onun  ideal  və  məqsədlərini 
ifadə edirdisə, digər tərəfdən, Vətən uğrunda qanından, canından, 
həyatından keçənlərin qəhrəmanlığını vəsf edirdi.
İkinci Dünya Müharibəsi dövründə sənətkarların başlıca sila-
hı söz idi. Azərbaycanlı S.Vurğun, tacik M.Tursunzadə, ukraynalı 
P.Tıçina və M.Rılski, tatar M.Kərim və S.Hakim, litvalı S.Neris, 
özbək Q.Qulam və başqaları ilə yanaşı Qaraçay  şairi O.Xubiyev, 
X.Canbabayev, Ə.Kapiyev və s. belə çətin döyüşlərdə Vətənə po-
etik sözün qüvvəsi ilə kömək edirdilər. Osman Xubiyev müha-
ribənin qan-qadaları ilə ordu sıralarında  üzləşir. Orduda xidmət 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə