Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə57/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   53   54   55   56   57   58   59   60   ...   97

Qaraçay  ədəbiyyatı
177
Suzmeyidi  
 
Dəyərləndirir 
…İşinden   
 
Ağlı ilə qiymət qoyur
Başından…
Bolmedi    
 
Dayanmadan, durmadan
Tort jılen   
 
Dörd il daim, sərasər
Kolxozda işledi…  
O, kolxozda işlədi
Likpunktnu  
 
Likpuntu da o, açdı
Ol acdı   
 
Bizim doğmaca kənddə
Biz elqe   
 
Ürəyimizə o saldı
Okuunu    
 
Biliklərə 
Olsaldı  
Curekge    
 
Yol tutub,
Em kelge   
 
Bizlərin canatmasın
Suydum men 
 
Sevdim 
Anı ol 
 
 
Mən onun
Muskullu   
 
Güclü əllərin,
Kolların    
 
Həm də qolların
Yaratdım    
 
Mən onun sevdim
Men am   
 
Gözəl 
Koşaksız   
 
Dillərin, 
Sozlerin    
 
Nazın-qəmzəsin,
Barmaqın   
 
İncə barmağın
Kozlerin   
 
Sevdim 
Yarata    
 
Onda hər cəhəti,
Edim mən  
 
Hər hərəkəti
Anı xar    
 
Hər bir
Atlamın (33) 
 
Addımı…
Gətirdiyimiz nümunədə publisistik pafos, deklarativlik əsə-
ri şairin ilk təşviqat xarakterli lirikasına yaxınlaşdırsa da, burada 
həm  də  ideya-mövzu  baxımdan  dərinləşmə  hiss  olunmaqdadır. 
Kompozisiya  ustalığı  və  süjetqurma  bacarığı,  psixologizm,  po-
etik dildəki obrazlılıq, epiforaya daha tez-tez müraciət poemaya 
xüsusi liriklik və musiqililik gətirir. H.Urtenovun şəxsiyyətinə və 


Nizami Tağısoy
178
yaradıcılığına yaxından bələd olan professor U.B.Əliyevin təbi-
rincə desək, «Sülemenin Surətə məktubu»nda şair qaraçaylıların 
canlı sözünün ekspressiv güc və imkanını virtuozluqla nümayiş 
etdirmişdir  (19,135).
Qaraçay poeziyası H.Urtenovun yaradıcılığı timsalında özü-
nun yeni tarixi mərhələ ilə şərtlənmiş milli formasını əldə etmiş-
dir.  Çünki  Həzrət  Urtenov  yaradıcılığı  sonralar  onu  əvəzləyən 
istedadlı yaradıcı gənclərin əsil müəlliminə və yaradıcılıq məktə-
binə çevrilə bilmişdir. 
3.8.Davud Bayqulovun orijinal və tərcumə yaradıcılığı
Davud  Bayqulov  (1902-1942)  Qaraçayda Yuxarı  Mare  au-
lunda dünyaya göz açmış, ilk təhsilini kənd məktəbində almışdır. 
Müəllimlik kurslarını bitirdikdən sonra (1925) məktəbdə şagird-
lərin təhsili ilə məşğul olmaqla, həm də «Taulu Caşau» qəzetinin 
kənd müxbiri işləmişdir. 1929-cu ildən o, Rostovdakı Kommunist 
Ali Məktəbinin Jurnalistika şöbəsinin dinləyicisi olmuş, təhsilini 
başa  vurduqdan  sonra  «Qızıl  Qaraçay»  qəzetinin  redaksiyasın-
da işə başlamışdır. Qəzetlə yaranan bu əlaqə onun bütün ömrü 
boyu davam etmişdir. Qəzetdə onunla birlikdə əməkdaşlıq edən 
dostlarına  şeirlər  həsr  etməklə  («Müxbir  -  dostlarıma»,  «Mə-
nim», «Dağlı yazarlar», «Qəzetimə») şair həm orijinal yaradıcı-
lıqla məşğul olur, həm də tərcuməçi kimi də fəaliyyət gostərir. 
D.Bayqulovun ilk əsəri və Qaraçay ədəbiyyatında ilk hekayə nü-
munəsi onun 1929-cu ildə qələmə aldığı «Həsənin evlənməsi»-
dir. Bu hekayə ailə və məişətdəki bəzi adət-ənənələrin tənqidinə 
yönəlmişdir. İkinci «Bəymirzənin həyatı» hekayəsi 1931-ci ildə 
yazılmışdır. Elə həmin ildəcə müəllifin «Yeni həyat uğrunda şeir-
lər» məcmuəsi işıq üzü görür. Bu məcmuə 30-cu illərdə (1933 və 
1937) həm də əlavələrlə nəşr olunmuşdur. 1935-ci ildə isə onun 
«Şeirlər» məcmuəsi oxuculara təqdim olunmuşdur. Onu da qeyd 


Qaraçay  ədəbiyyatı
179
edək  ki,  İssa  Qaragetov  və  Həzrət  Urtenov  tərəfindən  təşəkkül 
tapıb işlənən poema janrı Davud Bayqulov yaradıcılığında son-
rakı  inkişaf  mərhələsinə  yetişə  bilmişdir.  «Məryəm  və  əfəndi» 
(1932),  «Şamay  əvvəllər  və  indi»  (1934),  «Zəlihət»  (1935)  və 
s. kimi əsərlərin ideya-məzmun özəlliyi dediklərimizi yaxşı sü-
but etməkdədir. Məsələn, «Şamay əvvəllər və indi» poemasında 
müəllif bəzən təsvirçilikdən kənarlaşa bilməsə də, o, bu əsərdə 
ümumi şəkildə xalq içindən çıxmış insanın taleyində gedən pro-
sesləri təfərrüatı ilə qələmə almış, tarixi inkişafın məntiqini aç-
mağa müvəffəq ola bilmişdir.
D.Bayqulovun  realist  sənətkar  kimi  formalaşmasında  onun 
jurnalistlik  fəaliyyəti  də  az  rol  oynamamışdır.  Zaman  kecdikcə 
D.Bayqulov poeziyasında gercəkliyin epik təsvirinə meyl daha da 
güclənmişdir. Belə yanaşma həm də onun tədricən nəsr yaradıcı-
lığına keçməsi üçün münbit zəmin hazırlamışdır.
Davud Bayqulov Qaraçay ədəbiyyatı tarixində həm də iste-
dadlı  tərcüməçi  kimi  tanınmışdır.  Belə  ki,  onun A.S.Puşkindən 
etdiyi  tərcumələr  bu  gun  də  öz  təravətini  itirməmişdir.  Onların 
sırasında  «Baxçasaray  fontanı»,  «Quldur-qardaşlar»,  «Bacı  və 
qardaşlar», «Caadayevə», «Sibirə», «Səs-küylü küçələrin kənarı 
ilə veyllənirəmmi?», «Bülbül» və s. vardır. 
Davud Bayqulov yaradıcılığının ümumi istiqamətlərinin və 
əsərlərinin süjet xəttinin rəngarəngləşməsinə Qaraçay xalq folk-
loru  ciddi  təsir  göstərmişdir.  Onun  1940-cı  ildə  nəşr  olunmuş 
«Nəğmələr və nağıllar» məcmuəsinə «Ayı və qoca», «Kim daha 
cox?», «Doğulmamış oğlan», «Hakim və kasıb» mövzulu nəzmlə 
qələmə alınmış nağıllar daxil edilmiş və D.Bayqulovu Qaraçay 
sənətkarları  arasında  məşhurlaşdırmışdır.
3.9. Həsən Appayevin nəsr yaradıcılığı
Qaraçay  nəsrinin  əsasını  qoyanlardan  biri  Həsən  Appayev 
(1904- 1938)  Qart-Yurt aulunda anadan olmuşdur. Novoçerkassk 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə