Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə55/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   51   52   53   54   55   56   57   58   ...   97

Qaraçay  ədəbiyyatı
171
də olunmuşdur. Eyni zamanda dövrün tanınmış jurnalisti İslam 
Qaraçaylı «Qaraçay yazıçıları və şairləri» məqaləsində (1929-cu 
il «Yoxuşlar» jurnalı) Həzrət Urtenovu istedadlı şair kimi qiymət-
ləndirmişdi. V.Çernışov  «Qaraçay və Çərkəz yazıçıları» (9,183) 
məqaləsində Həzrət Urtenovun nəşr olunmuş ikinci poetik məc-
muəsindən  danışmışdır.    X.O.Laypanov  isə  H.Urtenovun  «Sa-
fiyət» poemasına maraqlı bir resenziya yazaraq  «Qızıl Qaraçay» 
qəzetinin səhifələrində cap etdirməklə (14)  bu poemanı X.Laypa-
nov Qaraçay ədəbiyyatı tarixində mühüm bədii hadisə hesab et-
mişdir. U.Əliyev «V.İ.Lenin Qaraçay poeziyasında» məqaləsində 
Həzrət Urtenovun «Bu gün öldü» («Бюгюн елдю»…, «Sənsiz» 
(«Сенсиз»), «Doğuldu ki ölməsin» («Tуугъанды oл eлмезге») 
kimi  şeirlərini  mükəmməl  poeziya  nümunələri    hesab  etmişdir 
(3).  S.Lubarski  «Qaraçay  ədəbiyyatı»  məqaləsində  H.Urtenov 
yaradıcılığını  xüsusilə  təqdir  etmişdir  (23).  Adını  çəkdiyimiz 
müəlliflər  H.Urtenov  yaradıcılığına  ümumi  qiymət  versələr  də, 
onun  əsərlərinin ədəbi-estetik təhlilinə geniş yer ayrılmamışlar. 
Bu istiqamətdə aparılmış araşdırmalar sırasında P.İ.Baltinin ha-
zırladığı «Həzrət Urtenov:  yaradıcılıq yolunun dönüş nöqtəsi» 
(4,3-47) oçerkində müəllif şairin irsinə ümumi şəkildə nəzər salır, 
onun əsərlərinin mövzu və problematikasını, şeirlərinin arxitek-
tonikasını  təhlil    edir.  H.Urtenov  yaradıcılığına  xüsusi  bir  fəsil 
A.İ.Qarayevanın  «Qaraçay  ədəbiyyatı  tarixininin  oçerki»  kita-
bında həsr olunmuş və burada müəllif H.Urtenovun yaradıcılıq 
təkamülünə, dil və üslub xüsusiyyətlərinə, poeziyasında ənənə və 
novatorluq  məsələlərinə  toxunmuşdur  (15).     
H.Urtenovun yaradıcılığına küll halında baxış R.A. – K.Orta-
bayevanın «Həzrət Urtenov. Həyat və yaradıcılığı» (23) monoq-
rafiyasında əksini tapmışdır. Müəllif burada ardıcıl olaraq şairin 
şəxsiyyətini və yaradıcılıq simasını, lirikasını və poemalarını cid-
di təhlillərə cəlb etməyə müvəffəq olmuşdur.
Bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, Həzrət Ur-
tenovun yaradıcılığının XX əsr 20-30-cu illər Qaraçay ədəbiyya-


Nizami Tağısoy
172
tının təşəkkülü və onun inkişafındakı ümumi proseslərlə birbaşa 
əlaqədə olduğunu vurğulamaqla  H.Urtenovun poetik üslubunun 
başlıca xətlərini də onun yaşayıb yaratdığı mərhələ ilə xeyli dərə-
cədə şərtləndiyini göstərmək istəyirik. Odur ki, Qaraçay ədəbiy-
yatının  təşəkkülündən    danışdıqda  biz  H.Urtenovun  yaradıcılıq 
irsinin öyrənilməsini həm də Qaraçay poeziyasının təşəkkül döv-
rü,  onun  spesifik  cəhət  və  xüsusiyyətləri,  ədəbiyyatın  özünun 
təşəkkul  etmə  qanunauyğunluqları  ilə  bağlayırıq.  H.Urtenovun 
ömrü o, hələ mükəmməl sənətkar kimi formalaşmadığı  bir dövr-
də qırıldı, şair öz poetik  «mən»ini kifayət qədər ifadə edə bilmə-
di. Təəssüf ki, elə buna görə onun çoxsaylı  fikir və düşüncələri, 
janr və üslub axtarışları sona qədər acılmamış qaldı. H.Urtenovun 
ədəbi taleyinin yarımçıqlığı onun yaradıcılığının təhlilini də çə-
tinləşdirir. Bundan savayı H.Urtenovun poetik dili, onun obrazlı 
təfəkkürü  Qaraçay  dili  onun  üslubi  ənənələri,  spesifik  bənzət-
mələri, idiomatik ifadələri ilə üzvü surətdə bağlıdır. Butun bun-
larla yanaşı, Həzrət Urtenovun poeziyası Qaraçay ədəbiyyatının 
təşəkkülü dövrünün  maraqlı səhifələrindən biri olmaqla, bu gün 
də  araşdırılmağa  tamamilə  layiqdir.  Fikrimizi  davam  etdirərək 
H.Urtenovun «Taulu Casau» qəzetində nəinki  şeirlərlə, həm də 
publisistik məqalələrlə çıxış etdiyini söyləməliyik. Satirik və jur-
nalist ruhlu felyetonlarda H.Urtenov mürtəce və avam cəmiyyə-
ti tənqid atəşinə tuturdu. «Taulu carlıla» qəzetində «Qolçomağa 
inanma!», «Partiyanın siyasəti dönməzdir» kimi publisistik yazı-
larda o dövrün ideoloji-ictimai və siyasi-mədəni tələblərini təbliğ 
edirdi. Bütün bunlarla yanaşı, H.Urtenov yazıçı kadrlarının inki-
şafı işinə də xeyli dərəcədə təkan verirdi. Vilayət qəzetində ədəbi 
şöbənin müdiri kimi işləməklə, o, müəlliflərə konkret məsləhət 
və tənqidi baxışları ilə himayədarlıq edirdi. 30-cu illərdə Mosk-
vada təhsilini başa vurub Qaraçaya qayıtmış M.Hazgeriyev qeyd 
edirdi ki, «Qızıl Qaraçay» qəzetinin gənc əməkdaşlarıYunus Uru-
sov, Həzrət Baboyev, Əminət Urusova, Zəkəriyyə Caqarov və o, 
Həzrət Urtenova qarşıya çıxan bütün çətinliklərlə bağlı müraciət-


Qaraçay  ədəbiyyatı
173
lər etmiş, ondan kifayət qədər məsləhətlər almışlar (21). Həzrət 
Urtenov həm də səriştəli redaktor olmuşdur. Məsələn, Qaraçay 
şairi Osman Xubiyevin ilk kitabını redaktə edən H.Urtenov əsər  
üzərində böyük redaktə iş aparmışdır. 
H.Urtenovun  çoxşaxəli  yaradıcılıq  işi  ədəbi  ictimaiyyətin 
nəzərindən yayınmırdı. 1934-cü ildə o, Qaraçay şairlərinin ilk sı-
ralarında  RSFSR  Yazıçılar  İttifaqına  qəbul  edilmişdi.  Bu  vaxta 
qədər  Urtenovun  bir  necə  poetik  məcmuələri  «Yeni  nəğmələr» 
(«Джанъгы  джырла»),  «Azadlıq  qığılcımları»  («Эркинликни 
джилтинлери»),  «Nəğmələr  və  poemalar»  («Джырла  бла 
поэмала») nəşr olunmuşdur. Sonralar «Yeni nəğmələr» məcmuə-
si yenidən bəzi dəyişikliklər və əlavələrlə çap olunmuşdur. Həz-
rət Urtenovun bu kitablara daxil edilmiş şeir, nəğmə və poemaları  
dövrün xüsusiyyətlərini işıqlandırmaq baxımından əhəmiyyətlidir.
Yuxarıda qeyd etmişdik ki, ədəbi fəaliyyəti ilə yanaşı, H.Ur-
tenov  həm  də  Qaraçay  xalq  poeziyasının  toplanılması,  tərtib 
olunması və nəşri işi ilə də məşğul olurdu. Bundan başqa, söylə-
diyimiz kimi, kitabların tərtibi, redaktəsi, digər dillərdən tərcumə 
işi də H.Urtenovun daimi fəaliyyətində mühüm yer tuturdu.
Xalq yaradıcılığı numunələrinin – atalar sözü və zərbi məsəl-
lərin, əfsanə və nağılların, nəğmə və tapmacaların toplanılması 
H.Urtenov  yaradıcılığının  tərkib  hissəsi  idi.  O,  Nəsr  Xocanın 
(Molla Nəsrəddinin) həcmcə kicik, məzmunca dərin və maraqlı lə-
tifələrini toplayaraq türk xalqlarının bu əfsanəvi qəhrəmanın ana-
loji obrazını qaraçaylıların gözü qarşısında yetərincə canlandır-
mışdı. H.Urtenov 1931-ci ildə «Nəsr Xoca lətifələri»ni  («Нaсра 
Ходжаны хапарлары»nı) nəşr etdirərək oraya sosial-ictimai və 
ideya-məzmun baxımdan daha ifadəlilərini daxil etmişdir. Beş il 
sonra H.Urtenov «Nəsr Xoca lətifələri»ndəki nümunələrin sayı-
nı iki dəfə artıraraq 400 lətifəni oxucuların ixtiyarına vermişdir 
(24,24). Həm də lətifələri H.Urtenov burada xususi şəkildə təsnif 
etməklə təqdim etmişdir. Məcmuənin məzmunundan danışarkən 
o, burada dörd bölüm müəyyənləşdirmişdir: 1) dini lətifələr; 2) 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə