Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə53/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   49   50   51   52   53   54   55   56   ...   97

Qaraçay  ədəbiyyatı
165
yətində qadın hüquqsuzluğunu onların avamlığı və savadsızlığı 
ilə bağlayırdı. Vəziyyətdən çıxış yolunu Xubiyev qadının dünyə-
vi təhsilə yiyələnməsində görürdü. Qadının təhsilə yiyələnməsin-
də başlıca əngəli o, mürtəce din xadimlərinin buna qarşı çıxması 
ilə  əlaqələndirirdi.  Bununla  belə  İslam  Xubiyev  din  xadimləri-
nin sırasında dünyəvi təhsilin tərəfdarlarını da görürdü. İsmayıl 
Akbayev, Cəfər Xacirov, Hüseyn və Həmzət Urusov kimi ziyalı 
insanlar qaraçaylıların təhsilə cəlb edilməsinin tərəfdarları kimi 
çıxış  edir,  onların  həyat  şəraitinin  yaxşılaşdırılmasını  gündəmə 
gətirirdilər.
İslam Qaraçaylı xalqının ictimai maraqlarına, onun həyatında 
baş verən aktual problemlərin həllinə diqqətlə yanaşırdı. Bu prob-
lemlərin həllində o, liberal maarifçilik mövqeyində dayanırdı. O 
da öz müasiri İslam bəy Krımşamxalov kimi ədəbi-publisistik və 
ictimai  yenilikçilik  fəaliyyətində,  bir  tərəfdən,  rus  mədəniyyəti 
ilə,  digər  tərəfdən,  türk  xalqları  mədəniyyəti  ilə  əlaqələrə  gir-
məyi ön plana çəkməklə bu zəmində Qaraçay xalqının yenidən 
mədəni inkişaf imkanı əldə etməsinə üstünlük verirdi. Məhz bu 
meyl dağlıların əksəriyyəti tərəfindən müdafiə edilərək İslam bəy 
Krımşamxalov  və  İslam  Xubiyevin  formalaşmasına  ciddi  təsir 
göstərirdi.
Yerli ziyalılar qarşısında duran bu vəzifələrin yerinə yetiril-
məsi üçün Qaraçay ziyalıları təhsilli-savadlı, mədəni qüvvələrin 
hamısının bir yerə toplaşmaqla çiyin-çiyinə çalışaraq inkişaf et-
məsini gündəmə gətirirdi.
Maraqlıdır ki, XX əsrin əvvəllərində Şərq aləmində məşhur 
olan klassik poemalar Nizaminin «Leyli və Məcnun»u, «Xosrov 
və Şirin»i,  Durbəyin «Tahir və Zöhrə»si və s. əsərlər Qaraçay di-
linə tərcumə olunmuşdu. Onların qaraçaylılar arasında populyar-
lığı, «Tahir və Zöhrə» poemasının hələ 1915-ci ildə Temirxan-Şu-
rada (Dağıstan, indiki Buynaksk) onun tərəfindən nəşr olunması 
və «Sahib Camal və Buzcigit» poemasının xalq arasında geniş 
yayılması bu sənətkarın məşhurluğundan xəbər verirdi.


Nizami Tağısoy
166
İslam Xubiyevin (Qaraçaylının) bədii-publisistik yaradıcılığı 
Qaraçay xalq həyatının ən mühüm səhifələrindən birini təşkil et-
məklə sosial-iqtisadi, mədəni-mənəvi və milli ədəbiyyatın təşək-
külü və inkişafında son dərəcə mühüm rol  oynaya bilmişdir.
3.6. İssa Qaragetov poeziyasının motiv və obrazları
İssa  Qaraqetov  (1900-1942)  Qaraçaydakı  Cögetey  aulunda 
anadan olmuşdur. Əvvəl məscid nəzdindəki məktəbdə oxumuş, 
kənddəki rus məktəbini bitirdikdən sonra, 20-ci illərdə Moskva-
dakı Şərq Zəhmətkeşlər Universitetində təhsilini başa vurmuşdur. 
İlk şeirlər kitabı «Yeni nəğmələr» də elə 1924-cu ildə Moskvada 
nəşr  olunmuşdur.  Burada  təqdim  olunmuş  şeirlərdə  o,  mürtəce 
ruhaniləri, keçmişin qalıqlarını, yeni həyat uğrunda mübarizəni, 
yeni mədəniyyətə yiyələnməni əsərlərinin başlıca mövzusuna çe-
virirdi.
Moskvadan vətənə qayıtdıqdan sonra İssa Qaragetov jurna-
listlik fəaliyyəti ilə məşgul olmuşdur. O, şeir yazmış, bədii yara-
dıcılığa meydan verməklə, həm də A.Urtenov və A.K.Batçayevlə 
birlikdə Qaraçay ədəbiyyatının formalaşmasında yaxından iştirak 
etmişdir.
İssa Qaragetovun ilk poetik motiv və obrazları doğma təbiə-
tin vəsfinə həsr edilmişdir. Burada Elbrusun qoşa zirvəsi, Vətənin 
qənirsiz gozəlliyi, dağların vüqarı və s. onun qüvvət simvolu kimi 
cıxış  etmişdir.  Dəli  dağ  cayları,  başı  dumanlı  yüksəkliklər,  şır-
şır axan bulaqlar, meşə çaylarının zümzüməsi onun poeziyasının 
bənzərsiz  romantik tonunu rəngdən-rəngə boyamışdır. Məsələn, 
1928-ci ildə qələmə aldığı «Qafqaz» şeirində İ.Qaragetov  sanki 
doğma vətəninin himnini yaratmışdır:
Məğrur Qafqaz dağlarım!
Soyləyirəm sizə  «salam».


Qaraçay  ədəbiyyatı
167
Zirvələrin başındakı dəstə-dəstə,
Yad ellərdən ucub gələn, qonaq olan,
Göy, göyümtül buludlara «salam, salam».
İssa Qaragetovun poetik assosiasiyaları təbiiliyi və sadəliyi 
ilə yanaşı, həm də  dağlıları əhatə edən, onların üz-gözü öyrəşdiyi 
təbiət və məişətlə bağlıdır. Məsələn:
Durnagözlu dağlar yenə dəyişir donun,
Kirpiklər yumulduqca elə hey uzun
Sanki təzə gəlin kimi qoruyur donun,
Hündür dağlar dumanlıqda itir, hey itir
Gözəl-göyçək vadilərdə yaşıllıq bitir.
İssa  Qaragetovun  şeirlərində  peyzaj  daim  dinamikada, 
hərəkətdədir. Şairin təsvir etdiyi zirvələr, vadilər, dərələr həyatla, 
insanlarla doludur. O, sanki şeirlərini yazmır, rəssam tək əldə fır-
ça ilə təsvir edir, yaradır, tablo cəkir.
İssa  Qaragetov  öz  yaradıcılığında Azərbaycana,  Bakıya  da 
şeir həsr etmişdir. Onların sırasında onun «Bakı şəhərinə – neft 
anasına» şeiri mühüm yer tutur. O, bu şeiri «Bakı-Qroznı-Tuap-
se»  neft kəmərinin acılışından sonra (1929) yazmışdır. Şeir bədii 
təsvir baxımından sanki oyma, tikmə kimi əl işlərinə bənzəyir, 
qravyuranı xatırladır. «Yer öz ağuşuna qara buruqları sanki qa-
lalar kimi alır», «yerin bağrını dələrək, cıxır qara qan tək neft», 
«yerin təkindən sanki ilan tək görünərək, fontan edib göyə qalxır 
buludlara bənzəyir», «burularaq qara əlcimləriylə axır yenə yer 
üzünə, boruya dolaraq tələsir Qara dənizə» və s.
İssa Qaragetovun əsərləri əsasən romantik hiss və duyğula-
rın tərənnümü ilə yaddaşlara həkk olunur. Onun «Çoban nağılı», 
«Azadlıq sovqatı» və digər şeirlərində bu hisslər daha qabarıq ve-
rilir. 
Sənətkarın  «Bəy  və  muzdur»  adlı  poemasına  gəldikdə  isə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə