Microsoft Word biologiya-1-2011. doc



Yüklə 43,51 Kb.

tarix03.05.2018
ölçüsü43,51 Kb.


 

89

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№1                                Təbiət elmləri seriyası                                 2011 

 

 

UOT 581.5 

İLİSU QORUĞU BİTKİ ÖRTÜYÜNÜN EKOLOJİ 

XARAKTERİSTİKASI 

 

Q.Ş.MƏMMƏDOV, K.Ə.QAFARBƏYLİ 

qafarbeyli_konul@mail.ru 

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu 

 

İlisu qoruğunun bitki örtüyünün ekoloji xarakteristikası öyrənilmişdir. Çöl tədqiqatları 

zamanı yığılmış herbarilərdən istifadə etməklə, öyrənilən ərazi üçün xarakterik olan bitkilər – 

dərman, dekorativ, relikt, endemik, nadir və s. qruplara bölünmüşdür. Bununla yanaşı, qoruq 

planlı surətdə  tədqiq edilərək və müxtəlif məlumatlara istinadən bir sıra nəticələr  əldə 

edilmişdir.  

 

Açar sözlər: qoruq, bitki örtüyü, ekoloji səciyyə. 



 

Xüsusi mühafizə olunan təbiət  əraziləri və obyektləri Azərbaycan Res-

publikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə 

malikdir. İlisu Dövlət Qoruğu belə ərazilərdəndir. 

İlisu Dövlət Təbiət Qoruğunun  ərazisi dəniz səviyyəsindən 174-3480 

metrədək yüksəklikdə yerləşir. Dəniz səviyyəsindən 3480 metrədək hündür-

lükdə olan ən hündür hissəsi Axvay zirvəsidir.  Ən alçaqda yerləşən sahə isə 

Alazan çayı hövzəsi yanında olan Alazan (Qanıx) düzənliyində olub, hündür-

lüyü 174 metrdir. Qoruq şimaldan Zaqatala rayonunun ərazisi və Qax Dövlət 

Təbiət Yasaqlığı ilə, cənubdan Samux rayonu ərazisi ilə, qərbdən Gürcüstan 

respublikası ilə  və  şərqdən Qax rayonu meşələrinin bərpası  və mühafizəsi 

torpaq sahələri ilə  həmsərhəddir. Qoruğun  ərazisi 17381,6 ha ərazini  əhatə 

edir. İlisu Dövlət Təbiət Qoruğu ərazisində hündürlük fərqi 3306 metrdir [1]. 

Qoruğun ərazisində sıra dağlar bir-birini əvəz edir. Dağlar yaxşı və zəif inkişaf 

etmiş dağlarla  əhatə olunmuşdur. Dağlıq  ərazidə yer daxili və xarici proses-

lərin daha güclü qarşılıqlı prosesləri baş verir. Dağlar nə  qədər sürətlə qal-

xarsa, bir o qədər sürətlə dağılır. Bu süxurların qırıntıları  ağırlıq qüvvəsinin 

təsiri altında aşağı basılır. Buzlaqlar, dağ çayları və mövsümü axınlar yamac-

ları  dəyişdirir, ovur və dağ  ətəklərinə aparır.  İlisu Dövlət Təbiət Qoruğunun 

müasir relyefi neogenin əvvəlində formalaşmışdır. Qoruq ərazisində olan dağ 

qolları  cənub-qərb istiqamətində mailliyi, yüksək dağlıq  ərazidə pilləvari 

strukturların üstünlüyü ilə xarakterizə olunur. Çayların axın istiqaməti də 

göstərir ki, İlisu Dövlət Təbiət Qoruğunun relyefi cənub-qərbə doğru maillidir.  

 İlisu Dövlət Təbiət Qoruğunun ərazisində əsas iqlim əmələ gətirən amil-




 

90

lər aşağıdakılardır: Günəş radiasiyası, atmosfer sirkulyasiyası, relyef. İqlim 



əmələ gəlməsində yamacların meylliliyinin və torpaq - bitki örtüyünün də rolu 

böyükdür. Yer kürəsində baş verən qlobal istiləşmə qoruğun iqlim göstəricilə-

rində də özünü büruzə verir. Belə ki, son illər atmosfer yağıntılarının azalması 

və havanın temperaturunun artması müşahidə olunur. 

 Qoruq ərazisində aşağıdakı iqlim tipləri formalaşmışdır: dağlıq tundra 

iqlimi, qışı rütubətli keçən soyuq iqlim, yağıntıları təxminən bərabər paylanan 

mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən 

mülayim isti yarımsəhra və quru çöl iqlimi. 

Qoruğun təşkil edilməsində məqsəd təbii kompleksi daha yaxşı qorumaq 

və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və hey-

vanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, tor-

paqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s. 

ibarətdir.  

İlk dəfə bu ərazilərin torpaqlarını ekoloji baxımdan qiymətləndirmək 

üçün yasaqlıq və qoruq ərazilərində çöl torpaq tədqiqatı işləri aparılmışdır. Çöl 

geobotaniki tədqiqatları zamanı aşağıdakı ağac, ot və kol bitkilərinə rast gəlin-

mişdir: Tədqiqatın obyekti vələs, palıd, cökə, ağcaqayın, yabanı gilas, qoz, 

şabalıd, alça, əzgil, yemişan, itburnu, gəndalaş, böyürtkən, dəvədabanı, çoban-

yastığı, zoğal, fındıq, qıjıkimilər və s. olmuşdur. Sadalanan bitkilərin yarpaq 

və gövdəsindən herbari hazırlanmışdır. Bu zaman bir sıra prinsiplərə istinad 

edilmişdir. Belə ki, bitki yığımı zamanı torpaq və iqlim şəraiti, meşənin sıxlığı 

nəzərə alınmış, meşənin işıqlanma xarakteri əsas götürülmüşdür. 

Belə  nəticəyə  gəlinmişdir ki, sahəcə  fıstıq üstünlük təşkil etmişdir. Daha 

sonra vələs, palıd, ağcaqayın, şam (qarmaqvari) cökə, ardıc növləri yayılmışdır. 

Ümumilikdə  İlisu Dövlət Təbiət Qoruğu çox zəngin floraya və bitki 

örtüyünə malikdir.  Ümumi sahəsi 17386,6 ha olan qoruq ərazisinin çox his-

səsinin 14689,9 ha (84,51%) meşə sahəsi, 1420,3 ha (8,17%) qayalıqlar (yar-

ğanlar və sərt yamaclar), 660 ha (3,79%) meşə olmayan sahə və 40,3 (0,23%) 

ha isə sututarlı sahə təşkil edir. [2] 

Burada meşə ilə örtülü ərazi 13826,2 ha (79,54%) çatır ki, bu da 863,7 

ha-nı (4,97%) seyrək meşəliklər və 66 ha-nı dağ çəmənlikləri təşkil edir. Azər-

baycanda yayılan 107 ağac növündən 31-dən çoxuna qoruğun ərazisində rast 

gəlinir. Bunların sayca 11-i dominant növdür. 

Qoruğun özünəməxsus bitki örtüyü vardır L.İ. Prilipkonun [3] bölgü-

lərinə  əsasən qoruq: aşağı dağ qurşağına - 400-1800 m; orta dağ qurşağına-

600-1800 m; yuxarı dağ qurşağına - 800-2000 m (2200) hissələrə aid edilir. 

Aşağı dağ qurşaqlarında kollardan Qafqaz vələsi (Carpinus caucasica), 

dişli topulqa ( Spiracea crenata), alça (Prunus divaricata), əzgil (Mespilus ger-

manica), zoğal (Cornus mas), yemişan (Grataegus), qaramurdaça (Thelejera-

nia), cökə (Tilia cordata), ellipsvari qarağac (Ulmus elliptica), gəndəlaş (Sam-

bicus nigra), gərməşov (Evenymus latifolia) və s. bitki cinslərinə aid kollar, 

ağacşəkilli lian-Yunan güyəməsi (Periploca graeca), hündür mərövcə (Smilax 




 

91

exselsa), Pastuxov dağ sarmaşığı (Hedera Pastuchovii), meşə üzümü (Vitis 



sylvestris), adi doqquzdon (Lonicera caprifilum), ağ əsmə (Clematis vitalba), 

həmçinin ot şəkilli lian- adi giləzəhər (Tamus communus) və s. Onlarca çoxil-

lik ot bitkiləri vardır. Aşağı dağ qurşağında antropogen təsir altında meşə-

liklərin kolluqlarla əvəz olunması  nəticəsində meşəsiz yamaclarda boz-

qırlaşmış qonur və qəhvəyi torpaqlar inkişaf edir.  

Orta dağ qurşaqlarına qalxdıqca kollar nisbətən azalır, onları hündür-

boylu ağac cinsləri əvəz edir və bu qurşağı Qafqaz botanikləri fıstıqlıq qurşağı 

adlandırırlar. Şimal yamaclarında fıstıqlıq qurşağı (Fagetum orientalis), cənub 

yamaclarda gürcü palıdlığı (Quericetum iberica), hər ikisinin komponenti olan 

şərq vələsi (Carpinus orientalis), ağcaqayının bir neçə növü (Acer spdiv), ayı-

döşəyikimilərdən Dryopteris filix-mas, Polystichum lobatum, Phyllitis scolo-

nendrium, Pteridium taurucum, Asplenium trichomanes, Asplenium adiantum-

nigrum, Polypodium vulgare, ot bitkilərindən Festuca drymeia, Galium odora-

ta, Salvia glutinosa, Fragaria vesca və s. geniş yayılmışdır. Dəniz səviyyəsindən 

hündürlük azaldıqca kserofit meşələrin təsiri altında karbonatlı gilli, əhəngli və 

qumlu süxurlar üzərində qəhvəyi dağ - meşə torpaqlar inkişaf etmişdir. 

Yuxarı dağ qurşaqlarında Trautfetter ağcaqayını (Acer trautvetteri), 

cənub yamaclarda şərq palıdı (Quercus macranthera), Şimal yamaclarda əyri 

tozağacıları (Betula pendula), kolcuq bitkilərindən qaragilə (Vaccinum myr-

tillis), itburnu (Rosa), quru yamaclarda dovşanalması (Cotonneaster), ardıc 

(Juniperus) və Brachypodium sylvaticum, Agrostis tenuis, Dactylis glomerata, 

Trifolium repens, Doronicum macrohyllum, Senecioplatyphyles, o cümlədən 

Urtica, Rumex, Dryopteris, Verbascum cinslərinin növlərindən ibarət hündür 

otlar yayılmışdır. Ümumiyyətlə, yuxarı qurşaqdakı mezofil meşələrin altında 

qonur dağ meşə torpaqlar əmələ gəlmişdir. 

Qoruqda 300-ə  qədər ali bitki növü vardır. Qoruq ərazisinin 93%-i 

enliyarpaq meşəliklərlə örtülmüşdür. Onlardan əsasən çinar, palıd, vələs, qoz, 

şabalıd, ağcaqayın, cökə, göyrüş və s. ağaclar yetişir [4].  

Qoruğun ərazisində 300-dən artıq damar - boru sistemli bitki növlərinə 

rast gəlmək olar. Onlardan 90-na yaxını ağac-kol bitkiləridir. Qoruğun florası 

içərisində 50 növə yaxın endemik, nadir və tükənməkdə olan dərman bitkiləri 

də var. 


Floristik əlaqələrinə görə İlisu Dövlət Təbiət Qoruğunun ərazisi Qafqaz 

floristik əyalətinin Baş Qafqaz bitkiliyi rayonuna aid edilir.  

Meşələr əsasən gürcü və şərq palıdından, şərq fıstığından və Qafqaz və-

ləsindən ibarətdir. Bunlar həm təmiz, həm də qarışıq meşələr təşkil edir. Bu 

meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, söyüd, qoz, gilas, alma, 

armud kimi ağaclar, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc və s. kimi kol 

bitkiləri yayılmışdır. 

Qoruq Azərbaycanın cavan qoruğudur. Qoruğun florasını öyrənmək 

üçün qarşıya qoyulan məqsədə qoruq florasının tam sistematik tərkibinin 

öyrənilməsi, floranın inventarlaşması, həmin növlərin inkişaf xüsusiyyətlərinin 




 

92

qanunauyğun şəkildə dəyişməsini öyrənmək, nadir, nəsli kəsilmək, sayı azal-



maq qorxusu olan və arealı kiçikləşməkdə olan növləri, o cümlədən Azər-

baycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan və eyni zamanda “Qır-

mızı” və “Yaşıl” kitablara tövsiyə olunan bitki və bitki formalarını müəyyən 

etməkdən ibarətdir. Bununla yanaşı, ərazidə rast gəlinən nadir, endemik, eləcə 

də, digər növlərin ekoloji coğrafi xüsusiyyətlərini öyrənmək, onların botaniki 

coğrafi analizini vermək, təsərrüfat  əhəmiyyətli,  ərzaq və s. olmasını  aşkara 

çıxarmaq əsas məqsədlərdən biri hesab olunur. 

İlk dəfə olaraq İlisu Dövlət Təbiət Qoruğu planlı surətdə  tədqiq edi-

lərkən 76 fəsiləyə, 290 cinsə aid olan 500 ali sporlu, çılpaqtoxumlu və çiçəkli 

bitki növlərinin yayılması müəyyən edilmişdir ki, bu da Azərbaycan florasının 

11,11 %-i təşkil edir [5]. 

Qoruğun florasında 4 relikt (Taxus baccata, Castanea sativa, Corylus ibe-

rica, Hedera Rastuchovii), 7 nəsli kəsilmək, sayı azalmaq təhlükəsində olan 

(Vitas sulvertrtis, Atropa caucasica, iris reticulata, sphalanthera longifolia) və s. 

18 nadir növ (Primula juliae, orchis purpurca, sphalanthera rubra, dorog-

lossum, Roza Azerbadzhanica ) və s. aşkar edilmişdir. 

Tədqiq edilən növlərdən toplanmış 500 növ bitkilərdən 60 endemik növ 

kimi qeyd edilmişdir ki, bunlardan 59-u Qafqaz, biri isə Azərbaycan endemik 

növüdür (Roza Azerbaydzhanica) [6]. 

Qoruğun florasında 381 növ (76,2%) mezofil, 109 növ (21,8%) kserofil 

və 10 növ (2%) hidrofil növüdür. 

Ərazi florasının coğrafi xüsusiyyətlərini araşdırarkən 95 növün aşağı, 22 

növün orta, 262 növün isə yuxarı dağ qurşağına yayıldığı müəyyən edilmişdir. 

Qoruğun florasında 31 ağac, 65 kol və kolcuq, 6 lian, 417 ot bitkiləri, o 

cümlədən, 320 çox illik, 14 ikillik, 73 birillik növ aşkar edilmişdir. 

Qoruq florasında müəyyən edilmiş 500 növün 33-ü qədim, 3-cü dövr 15 

adventiv və 106 növü isə arealı məlum olmayan növlərdir. 

Qoruq florasında 120 dərman, 157 vitaminli, 76 efir yağlı, 178 bal verən, 

45 boyaq, 47 aşı maddəli, 110 bəzək, 120 qida, 65 növü isə yem əhəmiyyətli 

növ kimi müəyyənləşdirilmişdir. 



 

Nəticələr 

Beləliklə, qoruq ərazisində aşağıdakı bitki qruplaşmaları müəyyən edilmişdir. 

1. Geniş areallı növlər: palıd, vələs, fıstıq, alma, armud, söyüd və s. 

2. Tipik və kütləvi yerli növlər: qaraçöhrə, göyrüş, ağcaqayın, çaytikanı və s. 

3. İndikator növlər: palıd, qovaq. 

4. Zonanın bitki qrupu üçün səciyyəvi olan növlər: ardıc, dəmirqara, qıjı və s. 

5. Nadir, nəsli kəsilməkdə olan növlər: Pastuxov daş sarmaşığı, Qırmızı 

tozbaş səhləb, Qafqaz quşsəhləbi, Yuliya novruzgülü və s. 

6. Xüsusi əhəmiyyətli növlər (endemik və relikt): Azərbaycan itburnusu, 

giləmeyvəli qaraçöhrə, ayı fındığı, Qafqaz xurması, adi şabalıd, Pastuxov daş 

sarmaşığı və s. 



 

93

Hazırda isə qoruq ərazisində nadir, relikt, nəsli kəsilmək təhlükəsi olan 



və s. növlər üzərində müşahidələr aparmaq üçün bir sıra müşahidə mey-

dançaları və təcrübə sahələri salınmışdır. 

 

ƏDƏBİYYAT 

1.

 



Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı: Elm. 2005, 726 s. 

2.

 



İlisu Dövlət Qoruğu. Ekologiya və  Təbii Sərvətlər Nazirliyinin materialları. Bakı: Elm, 

2005-2007, 97 s. 

3.

 

Прилипко. Л.И. Растительный покров Азербайджана. Баку: Элм, 1970, 172 с.  



4.

 

Xəlilov M.Y., Əliyev F.Ş. Azərbaycan Respublikasının meşə ehtiyatı  və problemləri / 



Təbii sərvətlərin qiymətləndirilməsi və  təbiətdən istifadə mövzusunda elmi-praktik kon-

fransın tezisləri. Bakı: Elm, 2003, s. 22-26. 

5.

 

Abdullayeva T.A. İlisu Dövlət Qoruğunun florası  və onun floristik analizi. B.e.n. …dis. 



avtoref. Bakı, 1996, 21 s.  

6.

 



Əsədov K.S., Məmmədov F.M. Azərbaycan meşələrinin endemik və relikt bitkiləri / Təbii 

sərvətlərin qiymətləndirilməsi və  təbiətdən istifadə mövzusunda elmi-praktik konfransın 

tezisləri. Bakı: Elm, 2003, s.44-46. 

 

ЭКОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА РАСТИТЕЛЬНОГО ПОКРОВА  



ИЛИСУИНСКОГО ЗАПОВЕДНИКА 

 

Г.Ш.МАМЕДОВ, К.А.ГАФАРБЕЙЛИ 

 

РЕЗЮМЕ  

 

Была  изучена  экологическая  характеристика  растительного  покрова  Илисуин-

ского заповедника. Изучение собранного в ходе полевого исследования гербария из ха-

рактерных для изучаемой местности растений позволило классифицировать их по раз-

личным  группам  (лекарственные,  декоративные,  реликтовые,  эндемические,  редкие  и 

др.). Наряду  с  этим  было проведено  планомерное  изучение  заповедника.  Проведенное 

исследование,  а  также  анализ  данных  различных  источников  позволили  сделать  опре-

деленные выводы. 

 

Ключевые слова: заповедник, растительный покров, экологическая характеристика 

 

ECOLOGICAL DESCRIPTION OF ILISU RESERVE 



 

G.Sh.MAMMADOV, K.G.GAFARBAIYLI 

 

SUMMARY 

 

The paper studies the ecological description of the plants of Ilisu Reserve. The purpose 

of the article is to show groups of plants (medicinal, decorative, relic, endemic, rare and so on) 

by using a herbarium collected during the field practice. Besides, the reserve has been 

investigated systematically and some results referring to different sources have been received.  

 

Key words: reserve, ecological characteristicsvegetative cover. 

 

Redaksiyaya daxil oldu: 10.03.2011-ci il. 



Çapa imzalandı: 27.05.2011-ci il. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə