Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə54/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   50   51   52   53   54   55   56   57   ...   97

Nizami Tağısoy
168
onun  bədii  məzmununun  həyat  faktları  ilə  zəngin  olduğunu 
söyləmək  mümkündür.  «Bəy  və  muzdur»  poemasında  muəllif 
bəy obrazını tutqun rənglərlə, son dərəcə xəsis, yalancı, riyakar 
kimi təsvir etməklə, həm də  amansız despotizmi ilə fərqləndirir 
(Məsələn, «Əgər imkan duşərsə, Fursəti fovtə verməz bəy muz-
durun  dərisini  soyub,  qanından  doymaz»).  Poemadakı  sujet  la-
konikliyi və dramatizm, xarakterin fərdiləşdirilməsinə can atma, 
bədii ifadə vasitələrindən uğurla istifadə etmə şairin sənətkarlığı-
nın inkişafından xəbər verir. Bu əsərdə romantizm heç də onun 
əvvəlki əsərləri üçün səciyyəvi olan mücərrəd obrazlarla yüklən-
mir, əksinə, burada emosionallıq əşyavilik və həyat konkretliyi 
ilə  səciyyələnir.
Yeri gəlmişkən qeyd ki, epik poemada yeni qəhrəman obrazı 
yaratmaq cəhdini XX əsrin 20-30-cu illərində biz nəinki İ.Qara-
getovda, həm də digər Şimali Qafqaz yazıçılarının yaradıcılığın-
da görə bilirik. Bu cəhət Qaraçay şairləri A.Urtenov, D.Bayqulov, 
malkar A.Budayev,  kabardin A.Şogensukov, A.Keşokov,  noğay 
İ.Mirzəyev, M.Kurmanəliyev və digərləri üçün də xarakterik idi 
(31,45).
İ.Qaragetovun əsərlərini diqqətlə oxuduqca biz onun emosio-
nal-təhkiyə manerasının xalq lirik-epik nəğmələri ilə həmahəng-
lik təşkil etdiyinin şahidi oluruq. İssa Qaragetovun istedadı özünu 
sona qədər əks etdirməsə də, onun yaradıcılığı gələcək Qaraçay 
ədəbi  nəslinin  inkişafında  böyük  rol  oynadı,  o,  doğma  ədəbiy-
yatda peyzaj lirikası və lirik poemanın əsasını qoyanlardan biri 
oldu. İssa Qaragetov öz yaradıcılığının coşub-çağlayan dövründə, 
1942-ci ildə Böyük Vətən Muharibəsində tank döyüşlərində qəh-
rəmancasına həlak olmuşdur.


Qaraçay  ədəbiyyatı
169
3.7.Həzrət Urtenov və  Qaraçay yazılı 
ədəbiyyatının təşəkkülü problemləri
Həzrət Urtenov (1907-1937) Qaraçay poeziyasının banilərin-
dən biridir. O, Böyük Qaraçaydakı Qart Yurd (Kart-Jurt) aulun-
da doğulduğundan əksər əsərlərini Həzrət Qart-Yurdlı təxəllüsü 
ilə  yazmışdır.  Doğma  aulda  mədrəsədə  təhsil  aldıqdan  sonra, 
elə oradaca rus dilində ibtidai məktəbi başa vurub Simferopolda 
Krım-Tatar Pedaqoji Texnikumunda təhsilini (1926) davam etdir-
mişdir. Ərəb, rus və bir sıra türk dillərini (kumux, Krım-tatar və 
s.) mükəmməl bilirdi. 
XX əsrin 20-ci illərindən Həzrət Urtenov Krım ədəbi həyatı 
ilə yaxınlaşır. Bu yaxınlıq gənc H.Urtenovun istedadanın daha da 
çiçəklənməsinə və inkişafına kömək etməklə, onun poetik ustalı-
ğının formalaşmasında mühüm rol oynayır. Pedaqoji Texnikumda 
o yerliləri – Qaraçay şairi Həsən Bostanov və malkar şairi Səid 
Şahmirzəyevlə  birgə  təhsil  alır. Adları  çəkilən  bu  ziyalılar  ara-
sındakı dostluq ömür boyu möhkəmləndirilmiş və inkişaf etdiril-
mişdir. Qaynar Krım mühiti, burada vətənpərvər ruhlu insanlar-
la ünsiyyət, iştirak etdiyi ədəbi-bədii dərnəklərdə olan istedadlı 
tələblərlə apardığı diskussiya və mübahisələr Həzrətin dünyagö-
rüşünün formalaşmasına güclü təkan verir. İlk şeirlərini Həzrət 
Urtenov  Krıma, Bağçasaraya həsr etmiş və bu mövzuda çoxsaylı 
maraqlı poetik nümunələr ortaya qoymuşdur.
H.Urtenov  Simferopolda  oxuyarkən,  həm  də  öz  yaradıcı 
maraqları dairəsində Krımdakı çoxsaylı ədəbi-bədii dərnəklərdə 
iştirak etmişdi. Özünun «Krım» mövzulu avtobioqrafik şeirində  
Həzrət Urtenov o dövrkü həyatını aşağıdakı kimi təsvir edir:     
Bilirəm: gəncliyim o yerdə kecdi, –     
Mənim hasil etdiyim ən dəyərli biliklər,     
Mənə orda verildi, məni özünə cəkdi,     
Baxcasaraysa mənə danışdı əfsanələr.


Nizami Tağısoy
170
Həzrət Urtenovun yaradıcılığında 20-30-cu illər Qaraçay po-
eziyasının xarakterik xüsusiyyətləri oz əksinə tapmışdı. Onların 
sırasında şeirin təbliğati xarakteri, sosial irəliləyişlər, yeni insa-
nın formalaşması, sənətkarın daxili aləmində gedən dəyişikliklər, 
şair, şeir, sənət haqqında mulahizələr və düşüncələr yer almışdır. 
Bu  baxımdan  onun  «Başladım»,  «Qələmlə  dəftərə»,  uşaqlıqla 
bağlı şeirlərə yer verməsi səciyyəvidir. Onun 1927-ci ildə işıq üzü 
görmüş  “Yeni nəğmələr” («Canqı cırla») ilk şeirlər məcmuəsində 
məhz bu mövzuların geniş işıqlandırıldığının şahidi oluruq. 
Həzrət Urtenov yaradıcılığına ərəb ədəbiyyatının təsir gostər-
məsi də təsadüfi hesab edilməməlidir. Çunki milli ziyalıların daha 
böyük  qismi  əsərlərini  uzun  müddət  ərzində  ərəb  mədəniyyəti 
və  ərəb  qrafikalı  ədəbiyyatdan  istifadə  etməklə  yaradır,  inkişaf 
etdirirdi. Həzrət Urtenovun da yaradıcılığı elə bu istiqamətdə – 
Şərq poetik ənənələri müstəvisində formalaşır, ilk şeirləri üslub 
tamlığı və kompozisiya bitkinliyi ilə diqqət cəlb edirdi. İlk bədii 
nümunələrdə şair Şərq və türk xalqları poeziyası ilə zəngin olan 
ənənələrdən – didaktik üslubdan daha çox istifadə edirdi. 
H.Urtenov  yaradıcılığa  hələ  on  iki  yaşından  başlamışdı. 
1926-cı ildə «Taulu Casau» («Dağlı həyatı») qəzetində onun ilk 
şeiri nəşr olunmuş, 1937-ci ildə isə o, haqsızcasına  30 yaşında 
repressiyaya  məruz  qalmışdır.    Lakin  1926-cı  ildən  1937-ci  ilə 
qədər bir müddət ərzində Həzrət Urtenovun  yaratdıqları da az 
olmamışdır.  Həzrət  Urtenov  coxşaxəli  yaradıcılıq  diapazonuna 
malik bir ziyalı kimi Qaraçay xalqının tarixi yaddaşına şair, tər-
cuməçi, şifahi xalq yaradıcılığı nümunələrinin toplayıcısı, tərti-
bçisi və onları nəşr etdirən mütərəqqi fikirli bir ziyalı kimi həkk 
olunmuşdur.
H.Urtenovun  yaradıcılığı  hələ  onun  ədəbi  fəaliyyətə  başla-
dığı ilk dövrlərdən diqqəti cəlb etmişdi. Çünki Qaraçayda nəşr 
olunan qəzet və jurnal səhifələrində onun  əsərləri ilə bağlı ya-
zılarda və rəylərdə daim şairin yaradıcılığına böyük rəğbət ifa-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə