Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə62/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   58   59   60   61   62   63   64   65   ...   97

Qaraçay  ədəbiyyatı
193
dan birindəki cavaba diqqət yetirək: «Məktub yaxşı yazılmayıb, 
çoxlu səhvlər var. Tələsik yazma. Düşün yaz, tələsmə.  Yazdığını 
oxu, yoxla. Belə savadsız yazmaq olmaz.
Şadam ki, sən şeir yazırsan, şeiri tələsik yazma, düşün. Yüz 
ortabab şeirdənsə, bir yaxşısı yaxşıdır. Yazılanı yaxşı başa düş-
məsən,  ikinci,  üçüncü  dəfə  oxu.  Qaraçay  dilini  əla  bilmək  la-
zımdır. Bütün qədim Qaraçay nəğmələri və dastanlarını çoxlu və 
daim oxu. Belə olduqda mən də sənə şeir yazmağa kömək edə 
bilərəm» (16, 67).
Müharibə  illərində  şairin  qələmindən  «İrəli»  («Алгъа»), 
«Kuban»  («Къобан»),  «Həyəcanlı  illər»  («Ачыулу  джылла»), 
«İkimiz dost kimi görüşdük» və  s. kimi şeirlər çıxır. Bu şeirlərin 
hamısında qələbəyə inam  hissi ali  mənəvi-əxlaqi hal kimi göz 
önündə  canlanır. 
Müharibəyə  həsr  olunmuş  şeirlərdə  cəbhə  həyatının  real 
detalları  (yanan  faşist  təyyarələri,  əsgər  məzarları,  almanların 
hay-küyə düşüb qaçması və s.) relyefli  təsvir olunur. Bu tipli nü-
munələrdə biz, demək olar ki, quru peyzaj təsvirlərinə rast gəl-
mirik. Bununla  belə bu örnəklərdə didaktizm, sxematizm, daimi 
epitetlərdən gen-bol istifadə, şüarçılıq, uzunçuluq və s. çox rast-
laşırıq. «Həyəcanlı illər» şeiri poema kimi nəzərdə tutulsa da, cə-
bhə şəraiti onu sona çatdırmaq imkanı verməmişdir. Çünki cəbhə 
həyatında bu gün aktual olan, sabah tez  köhnəlirdi. Əsər buna 
görə də yarımçıq qalmışdır. Onu 1943-cü ildə yazmağa başlayan 
O.Xubiyev yalnız 1956-cı ildə sona çatdırmışdı (16,69). 
O.Xubiyevin müharibədən sonrakı əsərlərinin əksəriyyəti xe-
yirin  qara qüvvələr üzərində qələbəsinə həsr olunmuşdur. Belə 
olduqda nəinki onun şeirlərinin məzmunu dəyişir, həm də əsər-
lərindəki ton xeyli dərəcədə başqalaşır. Şeirləri yaz küləyi kimi 
təzə-tər peyzajla rayihələnir, doğma torpağın təmizliyi, gözəlliyi 
onun  mahiyyətinə  hopur. Yenidən  doğulmuş  torpaq  obrazı  göz 
önündə  canlanır.


Nizami Tağısoy
194
Əlbəttə, Qaraçay şairlərinin müharibəyə belə münasibəti heç 
də özünü boş yerə əks etdirmirdi. Çünki müharibə başlayan ilk 
dövrlərdə yüzlərlə qaraçaylılar könüllü olaraq özlərini onun od-
alo vuna  atmağa  hazır  idilər.  Məsələn,  Tibb    məktəbindən  344 
nəfər könüllü L.M.Dovatorun süvari korpusunda vuruşmağa razı 
olmuşdu.  Bundan başqa on minlərlə Qaraçay oğulları və qızla-
rı cəbhədə vuruşmuşdular. Qaraçaylılar Moskva və Sankt-Peter-
burqun müdafiəsində, Stalinqrad döyüşlərində, Qafqaz uğrunda 
vuruşlarda  Ukraynanın,  Belarusun,  Pribaltikanın  azad  olunma-
sında qəhrəmanlıq göstərmiş, faşistlərin Polşa, Çexiya, Slovaki-
ya, Avstriya, Yuqoslaviyadan qovulmasında  və onların  öz doğma 
paytaxtı Berlində darmadağın  edilməsində iştirak etmişdilər. On-
larla qaraçaylı dövlətin ən yüksək mükafatlarına Qızıl ulduz, Qı-
zıl Bayraq, Şöhrət Ordeninə, Vətən müharibəsi, Aleksandr Nevs-
ki Ordeninə, Sovet İttifaqı  Qəhrəmanı, digər  orden və medallara 
layiq görülmüşdülər (8, 4-8).  
Buraya onu da əlavə edək ki, Hitler və polis qarnizonlarını 
məhv edən və Belarusun geniş rayonlarına nəzarət edən  Sovet 
İttifaqı Qəhrəmanı Osman Kasayevin partizan polku 1944-cü ilin 
fevralına  qədər  27  düşmən  qarnizonunu  məhv  etmiş,  100-dən 
artıq iri diversiyalar həyata keçirmiş və əməliyyatlar aparmış, 4 
minə qədər faşisti darmadağın etmişdir. Osman Kasayevin parti-
zanları düşmənin arxa cəbhəsində 20 kilometr dəmiryolu partlat-
mış, 118 düşmən avtomobili, 300 motosikl və velosiped, 3 tankı 
sıradan çıxarmış, 6 təyyarə, 34 Hitlerçi dəmiryol eşelonunu dö-
yüş texnikası və düşmən əsgərləri ilə birgə məhv etmişdir. Polkun 
partizanları 3 dəmiryolu və 66 şosse körpülərini göyə sovurmuş, 
13  iri anbar yanacaq saxlancını partlatmışlar  (8, 9-10).
Müharibə mövzusuna həsr olunmuş əsərlər sırasında müəllif 
fərdiliyi ilə seçilən H.Bayramukovanın, O.Xubiyevin, S.Kapaye-
vin, H.Ebzeyevin və digərlərinin əsərlərini nümunə gətirmək olar 
ki, bu əsərlərdə  düşmənlə ümumxalq mübarizəsinin doğru-dürüst  


Qaraçay  ədəbiyyatı
195
mənzərəsi yaradılmışdır. Bu müəlliflərin əsərlərində qəhrəmanlı-
ğın   kütləvi  xarakteri ilə yanaşı, Qaraçay xalqının uyğun milli 
portreti ortaya qoyulur. Qaraçay xalqını müharibədə təsvir edən 
yazıçılar hadisələrə əsasən doğru-dürüst baxış əks etdirməyə ça-
lışırdılar. «Əmanət», «Sehirli iynə», «Adamlar», «Körpü» və s. 
əsərlərdə qəhrəmanların daxili inamı əks olunurdu. 
Müharibədən sonrakı illərdə Qaraçay poeziyası daha da inki-
şaf etməyə meylli idi. O formaca mükəmməlləşdikcə, fikri ifadə 
etmək  baxımdan  daha  da  dərinləşirdi. Vətəndaş  poeziyası  yeni 
keyfiyyət səviyyəsinə qalxırdı. Hər bir şair öz səsinə, öz dəst-xət-
tinə,  öz  manerasına    malik  olsa  da,  onların    hamısını  Vətənə 
məhəbbət hissi, zamanın döyüntüsünü  tutma və cəmiyyətdə öz 
rolunu aydın dərk etmə  və s. birləşdirirdi. 
Qaraçay ədəbiyyatındakı poetik əsərlər üçün uzaq və yaxın 
keçmişin hadisələrinin əks olunması başlıca fakt kimi diqqət çə-
kirdi.  Milli  ədəbiyyatın  inkişafında  50-60-cı  illər  poeziyası  və 
nəsri daha keyfiyyətli şəkildə formalaşması ilə yadda qalırdı. Elə 
bu dövrdə Qaraçay ədəbiyyatında o zamana qədər məlum olma-
yan janrlar – tənqid və ədəbiyyatşünaslığın ortaya çıxması özünü 
büruzə verirdi (17,165).
Qaraçay ədəbiyyatının inkişafı Qaraçay xalqının tarixi taleyi 
kimi heç də 40-60-cı illər dönəmində  uğurlu olmamışdır. Məlum 
olduğu kimi, XX əsrin bu dövrü Sovet ideologiyası və siyasətinin 
oturaşdığı illərdir. Bu dövrdə yaşayıb yaradan şairlərin yaradıcı-
lığı dövlət quruluşunun və ideologiyasının eynidir. “Böyük Bol-
şevik devrimi,  Kızıl Bayrak, Yeni Sovyet Hayatı, Lenin və kom-
munist Partiye övqü, Milletlerin kardeşligi və dostluğu və s. bu 
dönemin en önemli özelligi, 1930-lu yılların ortalarında seslerini 
duyurmağa başlayan Halimat Bayramın, Osman Hubiy ve Hez-
ret Semen gibi genc ədəbiyyatçıların yazılı Karaçay edebiyatına 
yeni bir cizgi getirmeleridir” (32, 226). Adları çəkilən müəlliflər  
yazmağa başladıqları ilk illərdən nəinki  yalnız Sovet mövzusun-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə