Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə59/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   55   56   57   58   59   60   61   62   ...   97

Qaraçay  ədəbiyyatı
183
9.  Чернышев  В.  Писатели  Карачая  и  Черкессии.  Kн  4, 
«На  подъеме»,  Kн.4,  1930.
10. Кагиева Н.М. В поисках… (Вопросы развития карача-
евской литературы). Черкесск, 1965.
11. Кагиева Н.М. Халимат Байрамукова. Очерк  творче-
ства.  Черкесск,1966. 
12.  Кагиева  Н.М.  Судьба  страны  –  судьба  твоя.  Очерк 
творчества.  Черкесск,  1973.
13. Карачайлы И. Когда немые заговорили. Газ. «На подъ-
еме», 1928, №10.
14. Караева А.И. Становление карачаевской литературы. 
Автореф. канд. дисс. Черкесск, 1963. 
15. Караева А.И. Очерк истории карачаевской литерату-
ры. М., «Наука»,1966. 
16.Караева А.И. Карачаевская литература. // В кн.: Исто-
рия советской многонациональной литературы. М., “Наука”, 
1972.
17. Kazimi P. Rusiyada və Qafqazda yaşayan türk xalqlarının 
kitabxana  mədəniyyəti  (uyğurlar,  noğaylar,  Krım  tatarları, 
qaqauzlar, balkarlar, kumuklar, qaraçaylılar. Kitabxanaşünaslıq və 
informasiya . Elmi-nəzəri və praktiki jurnal. Bakı, 2013, №3(12).
18. Крымшамхалов Ислам (Тебердичи). Газ. «Мусульма-
нин», 1910, 30 января.
19. История советской многонациональной литературы. 
Т.2, кн. 2.М., “Наука”, 1972. 
20.  Лайпанов  Х.Поэма  о  Сафият.  Газ.  «Красный  Кара-
чай»,  1937,  30  января,  №32.
21. “Ленинни байрагъы”. Газ. 1967, 16 декабря.
22.  Литература  народов  Карачаево-Черкессии.  Чер-
кесск,1999.
23. Любарский С. Карачаевская литература «Литератур-
ная газета», 1935, 20 августа, №46. 
24. Ортабаева Р.А.-К.Азрет Уртенов. Жизнь и творчество. 
Черкесск, 1971.


Nizami Tağısoy
184
25. Поэзия и условная поэтика. Статьи и рецензии. Став-
рополь, 1973.
26.  Семенланы  Къалтур.  Къалтур.  Карачаевск,  Изд-во 
КЧГУ,  2003.
27.  Tağısoy  N.  Həzrət  Urtenov  və  Qaraçay  ədəbiyyatının 
inkişafı məsələləri // Türk xalqları ədəbiyyatı (Məqalələr toplusu). 
№3. Bakı, “Elm və Təhsil”, 2012.
28. Tağısoy N. Şimali Qafqaz türkləri. Qaraçay ədəbiyyatının 
təşəkkülü. “Bütöv Azərbaycan” qəzeti, 2015, 23-29 aprel.
29. Tağısoy N. Şimali Qafqaz türkləri. Qaraçay ədəbiyyatının 
təşəkkülü. “Bütöv Azərbaycan” qəzeti, 2015, 01-06 may.
30.  Тугов  В.Б.  Очерки  истории  абазинской  литературы. 
Черкесск,  1971.
31.  Şamil  Ə.Uyğur,  qaqauz,  Quzey  Qafqaz  turklərinin 
folkloru  və  ədəbiyyatı.Bakı,  “Nurlan”,  2011.
32. Шортанов А. Театральное искусство Кабардино-Бал-
карии.  Нальчик,  Кабардино-Балкарское  книжное  издатель-
ство, 1961.
33. Узденова Ф.Т.Поэма в литературах народов Северно-
го Кавказа.Формирование парадигмы жанра. Налъчик, «По-
лиграфсервис и Т», 2001.   


Qaraçay  ədəbiyyatı
185
IV FƏSİL
1940-1960-CI İLLƏR QARAÇAY ƏDƏBİYYATINDA 
JANRLAR
Nəzərdən keçirdiyimiz dövrdə Qaraçay ədəbiyyatının  inki-
şafı  onun  janr  axtarışları  ilə  səciyyəvidir.  Bu  illərdə  problemin 
bədii  həlli  müxtəlif  yollarla  gedirdi.  İlkin  mərhələdə,  əlbəttə, 
gənc  Qaraçay  ədəbiyyatının  inkişafı  etnik-milli  ənənələrlə  sıx 
bağlı olan tarixi keçmiş üzərində qurulurdu. 30-cu illərdən xalq 
yaradıcılığına marağın güclənməsi gənc ədəbi qüvvələri müxtəlif 
janr formalarından istifadəyə meylləndirirdi. Əlbəttə, əksər hal-
larda epik irsdən xalq üçün xarakterik olan qəhrəmanlıq və sosial 
motivlərdən istifadə olunacaq nümunələrə daha çox diqqət yeti-
rilirdi. Bəzən də elə  olurdu ki, folklor nümunələri cüzi dəyişik-
liklərə  uğradılaraq  nəşr olunurdu. Əksər hallarda gənc müəlliflər 
«Nart» eposuna, qəhrəmanlıq poemalarına, rəvayət və nağıllara, 
tarixi-qəhrəmanlıq nəğmələrinə müraciət edirdilər. Adını çəkdi-
yimiz sonuncu janra müraciət onda sosial motivlər güclü oldu-
ğundan daha çoxplanlı xarakter alırdı. Bəzən elə olurdu ki, gənc 
ədəbi qüvvələr şifahi novellaları yenidən işləməklə onlara sosial 
müəyyənlik rəngi qatırdılar. Elə buna görə də folklor gənc Qara-
çay ədəbiyyatında  müsbət qəhrəma nın tipik xarakterinin üslub 
axtarışlarına  kömək  edirdi.  Bu  baxımdan  H.Appayevin  «Qara 
sandıq» romanı daha xarakterik idi. 
XX əsrin 30-cu illərində ədəbiyyata gələn yaradıcı qüvvələr 
həm də yeni üslub və janr axtarışlarında idilər. Bununla belə sovet 
ideologiyasına əksər hallarda xidmət etməyə çalışan bu gənclər 
bədii  sənətkarlıq  məsələlərindən  daha  çox  dövrün  müsbət  ob-
razlarını,  sosial  emosiyaları  çağırışlar  formasında  ifadə  etməyə 
üstünlük  verirdilər.  Estetik  şüur  dövrün  kəskinləşən  tələblərini, 


Nizami Tağısoy
186
sinfi, sosial ziddiyyətlərini heç də bütün  hallarda ön plana çək-
məyə meylli deyildi. Bu dövrdə və sonrakı 1980-2000-ci illərdə 
Qaraçay  ədəbiyyatında rus bədii sistemindən  və  sənətkarların-
dan  əxz  olunmuş  prinsip  və  yanaşma  üsulları  daha  çox  özünü 
göstərirdi. Qaraçay yazıçılarının 40-60-cı illərdə ortaya  qoydu-
ğu nümunələrdə rus ədəbiyyatından edilmiş tərcümə əsərlərinin 
“nəfəsi” daha çox hiss olunurdu. Digər bir tərəfdən 30-cu illər 
gənc Qaraçay sənətkarlarının yaradıcılığı  əksər hallarda böyük 
nəsildən olan H.Urtenov və İ.Qaragetov  yaradıcılığına oxşayırdı. 
Ən təəccüblüsü isə o idi ki, gənclər belə yaxınlaşmanı özlərinin 
böyük uğuru hesab edirdilər (27).
Lakin  XX  əsrin  30-cu  illərində  Qaraçay  ədəbiyyatının    in-
kişafı həm də bu  sahədə ədəbi janrların ortaya gəlməsini istis-
na etmirdi. Məlum olduğu kimi, Qaraçay ədəbiyyatı 30-cu illərə 
qədər əsas etibarı ilə şeir nümunələrindən ibarət idi. Onun əsas 
nümayəndələri  olan  İ.Krımşamxalov,  İ.Teberdiçi,  H.Urtenov, 
İ.Qaraqetov və başqalarının əsərləri məşhur olduğu halda tədri-
cən həm adlarını çəkdiyimiz, həm də yeni ədəbi  qüvvələrin ya-
radıcılığı öz sosial-ictimai məzmunlu istiqaməti ilə fərqlənməyə 
başlayırdı.
Qaraçay epik poeziyası xalq yaradıcılığının keçmiş əsrlərdən 
gələn mürəkkəb sintezindən yaranmaqla, əsas etibarı ilə «Nart» 
dastanları («Nart tauruxla»), atalar sözü və zərbi məsəllər («nart 
sözle»), tapmacalar («elberqen comakla»), nəğmələr (cırla), na-
ğıllar  (comakla,  tauruxla),  əfsanələr  (eski  tauruxla),  rəvayətlər 
(eski aytınla), hekayətlər (xaparla), pritça (aytıula) və s. özünü əks 
etdirirdi. Onlardan hər biri Qaraçay epik poeziyasında  müstəqil 
janr olmaqla süjetində digər elementlərlə yanaşı, fantastik və ro-
mantik epizodlar, qəhrəmanlıq və sevgi motivləri ilə zəngin idi. 
Sonralar  yaranmış  Qaraçay  ədəbi  janrları  folklor  janrlarından 
gələn bəzi  ənənələri mənimsəməklə inkişaf edirdi. Bununla belə 
Qaraçay ədəbiyyatının 40-60-cı illərində yaranmış janrları folk-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə