Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə56/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   52   53   54   55   56   57   58   59   ...   97

Nizami Tağısoy
174
bəylərin və xanların əxlaqi davranışlarını ifşa edən lətifələr; 3) 
uşaqlar üçün lətifələr; 4) insan avamlığını və geriliyini ifşa edən 
lətifələr. «Nəsr Xoca lətifələri»nin nəşri oxucular tərəfindən hə-
rarətlə qarşılanmışdı. Bu lətifələrin populyarlığı onların elə XX 
əsrin 30-cu illərində  rus dilinə Əlisoltan Gerbəyov və Gervasi 
Orlovski tərəfindən tərcumə edilərək «Qızıl Qaraçay» qəzetinin 
səhifələrində  cap  etdirilməsinə  səbəb  olmuşdur.  H.Urtenovun 
xidməti həm də ondan ibarət olmuşdur ki, «Nəsr Xoca lətifələ-
ri»nin nəşri sonralar yazılı ədəbiyyatın zənginləşməsinə də böyük 
təkan verə bilmişdi.
H.Urtenov  tərcuməçi  kimi  də  kifayət  qədər  geniş  fəaliyyət 
gostərmişdir.  1932-ci  ildə  o,  osetin  yazıçısı  Dmitri  Kusovun  
«Məryəm»  pyesini  Qaraçay  dilinə  tərcumə  etmişdir.  Tərcumə 
olunduqdan  sonra  «Məryəm»  Qaraçayda  olan  çoxsaylı  bədii 
özfəaliyyət  dərnəklərinin  repertuarına  daxil  edilmişdir.  H.Urte-
nov  A.S.Puşkin  əsərlərinin  Qaraçay  dilinə  tərcuməsi  üzərində 
xeyli müddət işləmişdir. Bununla belə, təəssüf ki, onun nəzmdə 
qələmə alınmış cəmi üç «Car Soltan haqqında nağıl», «Keşiş və 
onun işcisi  Balda haqqında nağıl» və «Balıqçı və balıq haqqın-
da nağıl» tərcumələri nəşr olunmuşdur. Bundan başqa H.Urtenov 
A.S.Puşkinin «Qafqaz əsiri» poemasını və xeyli digər şeirlərini 
də  Qaraçay  dilinə  tərcumə  etmiş,  təəssuf  ki,  onlar  bizə  məlum 
olmayan  səbəblər  ucbatından  işıq  üzü  gorməmişdir.
30-cu illərdə H.Urtenov A.S.Gerbəyovla birlikdə “Rus-Qara-
çay  cib luğəti”nin tərtibi uzərində işləmiş, bu lüğətin də indiyə 
qədər nəşr olunmaması qaranlıq qalmaqdadır.  
1931-ci  ildə  H.Urtenov  tərəfindən  «Dinə  qarşı  oxu  kitabı» 
tərtib edilərək Qaraçay-Malkar dilində çap olunmuşdur. Dərslik  
sadə və aydın dildə yazılmaqla, insanların elmi  baxışlarını, təbiət 
və cəmiyyətin inkişafının obyektiv qanunlarını şərh edirdi.
H.Urtenovun  redaktorluq  fəaliyyətindən  danışarkən  onun 
Qaraçay  şairlərinin  və  yazıçılarının  əsərlərini  redaktə  etməsini 
və bu işin onun tərəfindən kifayət qədər səriştəli aparıldığı qeyd 


Qaraçay  ədəbiyyatı
175
olunmalıdır. Belə ki, o, Həsən Appayevin «Qara sandıq» romanı-
nı redaktə edərkən əsərin oxucuya estetik təsir gücünü, ideya-bə-
dii  xususiyyətlərini  nəzərə  almaqla  catdırmağı  qarşıya  məqsəd 
qoymuşdu.     
 Həzrət Urtenov hec bir halda  Şərq didaktizmi ənənələri çərci-
vəsində qapanıb qalmamışdı. Onun ədəbi fəaliyyətində, əsərlərin-
də realist cizgilər özünu daha çox əks etdirirdi. Bu baxımdan onun 
yaradıcı  ənənəsi  Şərq  poeziyasının  xüsusiyyətlərini  yeni  döv-
rün çalarları ilə üzvü surətdə birləşdirirdi. Şairin «Bu hiyləgər», 
«Əfəndi və ölüm», «Qaraçay toyu» və digər əsərlərini oxuduqda 
bu  xüsusiyyət  özünü  qabarıq  şəkildə    nəzərə  carpdırır.  İstedadlı 
sənətkar hissi Urtenovda Şərq poeziyası ənənələrinin daha dərin-
dən mənimsənilməsi ilə nəticələnir. Bu baxımdan, yuxarıda söy-
lədiyimiz kimi, onun Şərq və türk dünyasında mifikləşmiş Molla 
Nəsrəddin  (Nəsr  Xoca)  lətiflərini  ədəbi-bədii  şəkildə  oxuculara 
təqdim etməsidir. Xalq yumorunun incə detallarından geniş istifa-
də, lətifələri cilalamaq, öz istedadının, təfəkkürünün gücünə söy-
kənərək özünün realist sənətkar ustalığını artırmaq bu işin kamil 
şəkildə ortaya qoyulmasına zəmin yaratmışdı (27, 12-18).
Urtenovun  ikinci  («Azadlıq  qığılcımı»)  və  üçüncü  poetik 
(«Şeirlər  və  poemalar»)  məcmuələrində  onun  İssa  Qaragetov 
kimi 20-30-cu illər poeziyasının xarakterik xususiyyətlərini əks 
etdirməyə calışdığının şahidi oluruq. Şairin yaradıcılığında döv-
rün  poetizasiyasını,  sosial  pafosunu,  obrazlar  sistemini,  himn 
intonasiyasını,  ritm  enerjisini  aydın  görmək  mümkündür.  Əgər 
şairin ilk qələm təcrübələri olan əsərlərində yeni intonasiya, yeni 
ritm zəif, səthi hiss olunurdusa, sonralar bu cəhət sənətkarın bü-
tün poetikasının canına, qanına hopur və o, öz intonasiya imkan-
larını daha da genişləndirir. Bu, həm də şeirdə qafiyənin rolunun 
güclənməsinə, Qaraçay şeirinin daha cevik, daha emosional, daha 
zəngin və təsirli olmasına komək edirdi. H.Urtenov şeirlərinin su-
jetini maraqlı qurmaqla, aydın və lakonik janr rəngarəngliyi, canlı 
xarakterlər yaradırdı. Bu baxımdan şairin «Bizim baba», «Yadım-


Nizami Tağısoy
176
dadır», «Ovçular» və digər şeirləri xüsusilə səciyyəvidir.
H.Urtenovun lirik-epik planda qələmə aldığı «Yadında sax-
la», «Bəy və muzdur», «Molla və ölüm» poemalarında Qaraçay 
poeziyasının  zənginləşdiyini  görmək  mümkündür.  Bu  əsərlər-
də  şairin  həyat  gerçəklikləri  ilə  daha  yaxından  tanış  olduğunu, 
qələmə aldıqlarının xalq təfəkküründən qaynaqlandığını və əsər-
lərində folklor ənənələrindən daha gen-bol istifadəyə istiqamət-
ləndiyini  görmək  mümkündür.
Həzrət Urtenovun yaradıcılığı daim püxtələşir, inkişaf edir, 
formalaşırdı. Bu cəhət onun «Süləmənin Surətə məktubu» poe-
masında daha aydın hiss olunur. Adı cəkilən poema, demək olar 
ki, Qaraçay poeziyasında sevgi, məhəbbət mövzusunun təməlini 
qoymuşdur. Burada müəllif özünü mükəmməl kompozisiya usta-
sı kimi göstərməklə poetik nitqin yüksək obrazlılığını da təmin 
edə  bilmişdir.  Poemada  Şərq  poeziyası  ənənələrindən  yaradıcı 
şəkildə istifadə olunma, Şərq pritçalarından bəhrələnmə, dövrün 
estetik idealının forma ifadəcisi kimi cıxış etmişdir (16,156-157).
Poema epistolyar formada yazıldığından, həm də lirik qəh-
rəmanın sosial, psixoloji və mənəvi-əxlaqi simasını hərtərəfli aç-
maq üçün geniş imkanlar yaradır. Yeni ideologiya daşıyıcısı olan 
Sülemenin sevgisi Surət adlı gözəl qıza istiqamətlənmişdir.
Məktubda Sülemenin Surətə muraciətində muəllif canlı danı-
şıq dilindən istifadəyə daha böyük üstünlük vermişdir:
Bugun da   
 
Bü gün də
Yurekdedi  
 
Ürəyimdə 
Xoş kelqen 
 
Sənin xoş
Sozlerinq   
 
Sözlərin  də
Bugun da közümde 
gün də gözümdə
Oynaydıla  
 
Yanır
Kozlerinq   
 
Sənin gözlərin
Bu yemyur 
 
Bu anda
Adamnı   
 
İnsan insanı
Cırayından  
 
Zahirən 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə