Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə61/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   57   58   59   60   61   62   63   64   ...   97

Nizami Tağısoy
190
edə-edə O.Xubiyev həm də dövrü mətbuatda operativ işlər apar-
maqla məşğul olur. Demək olar ki, «Qızıl Qaraçay» («Къызыл 
Къарачай»)  qəzetinin  hər  nömrəsində  doğma  dağlardan  kənar 
düşmüş əsgər O.Xubiyevin şeirləri, oçerkləri, hekayələri və pub-
lisistik məqalələri çap olunurdu. Yazıçının bütün yaradıcılıq və-
zifələri, bütün enerjisi ümumxalq məqsədinə, Hitler Almaniyası 
üzərində qələbəyə xidmət edirdi. O.Xubiyevin  şeirləri o dövrki 
bütün sovet ədəbiyyatı kimi təşviqat və çağırış xarakterli idi.
Джюзген окъ тийсе келиб,  
Qəfil bir ox dəyib,
Джерге аудурса мени, 
 
Yerə sərsə məni,
Бауурум бла сюркелиб, 
 
Sinəm üstə sürünərək,
Къорууларма чеклени. (16,59)    Qoruyaram vətənimi. 
«Qızıl Qaraçay» qəzeti və digər mətbu orqanlarının səhifələ-
rində  nəşr  olunmuş  O.Xubiyevin  şeir  və  publisistik  əsərlərini 
oxucular  daim  səbrsizliklə  gözləyirdilər.  «Ölkənin  taleyi  sənin 
taleyindir» kitabının müəllifi N.M.Kaqiyeva qeyd edir ki, o, uşaq 
olarkən dağlı qadınlar arasında yeganə savadlı qadın olan onun 
anası  həm  O.Xubiyevin,  həm  də    digər  sənətkarların  şeirlərini 
əməkçilərə oxuyurdu. Bu zaman qocalar və qadınlar  göz yaşla-
rını gizlin silərək  diqqətlə qulaq asırdılar. Bu şeirləri böyüklər 
kimi, kiçiklər də bilirdilər.
Qəzetlərin oxunuşundan sonra qocalar və qadınlar öz evlə-
rinə dağılışır, anamsa qızlara «Tahir və Zöhrə» və hansısa digər 
lirik qəhrəmanlıq poemalarını oxuyurdu. Anamın səsi əsir, bəzən 
isə gözlərini silərək, oxumağa davam edir, biz uşaqlar isə nəfə-
simizi dərərək yarıqaranlıqda sakit və qəmli səsə qulaq asa-asa 
hər bir dinləyicinin sifətinin ifadəsinə nəzər yetirirdik. Sonralar 
mən böyüyəndə  bildim ki, bu bizim vilayətin faşistlər tərəfindən 
işğalı dövrü imiş (24, 61).
Müharibə milli vətənpərvərliyin, milli düşüncənin ön plana 
çıxmasına şərait yaradırdı. Elə buna görə də Qaraçay  poeziya-


Qaraçay  ədəbiyyatı
191
sının 1940-1960-cı illər ərzində mövzu, problematika və sənət-
karlıq  baxımından  keçdiyi  yol  çətin,  keşməkeşli  və  ziddiyyətli 
olduğu qədər də zəngindir. Bu dövr poeziyasında çağdaş həyat 
hadisələrinə poetik münasibət dünyanı dərk etməklə yanaşı  və s. 
bağlı müəyyən pozitiv məqamlar da qeyd olunmalıdır.
Müharibənin ilk illərindən lirikanın tematikası ciddi şəkildə 
dəyişir. Vətənin taleyi ilə bağlı məsuliyyət, ilk məğlubiyyətlərin 
acıları, düşmənə nifrət, qələbəyə inam və s. Qaraçay sənəkarları-
nın şeirlərinin, poemalarının, nəğmələrinin mahiy yətinə hopurdu. 
Vətən üçün belə həyəcanlı dövrdə O.Xubiyev yaradıcılığında  
vətənpərvərlik mövzusuna xüsusi marağın şahidi oluruq. Bu döv-
rdə onun səsi daha yüksəkdən eşidilirdi.
Qaraçay şairlərinin əsərlərində, demək olar ki, dövrün prob-
lemləri bütün konkret detalları ilə təsvir olunmuş – fərdi insan 
taleyindən tutmuş, xalqın tarixi, ölkənin taleyi və bəzən isə bütün 
planetin panoramlı mənzərəsi yaradılırdı. Bu istiqamətdə O.Xu-
biyev  və digər şairlərin yaradıcı  təkamülü daha çox diqqəti cəlb 
edirdi. O.Xubiyev 40-cı  illərə kimi onun poetik yaradıcılığı üçün 
xarakterik olan çoxsaylı assosiativ ifadə tərzindən daha ciddi və 
sadə ifadə tərzinə keçir. Poeziyasında intim lirikadan daha çox 
yüksək pafoslu sosial-fəlsəfi düşüncələr üstünlük təşkil edir. 
Qaraçay şairlərinin bu dövr poeziyasının təhlili  göstərir ki, 
o, istər poetik – üslubi, istərsə də ideya-problematika baxımından 
zəngin və çoxcəhətlidir. Ana torpağa bağlılıq, insanlığa tükənməz 
məhəbbət, həyatsevərlik, işğalçılığa nifrət bu əsərlərin canıdır. İlk 
baxışda fərdi, şəxsi, bəzən intim duyğuları əks etdirən bu əsər-
lərdə ictimai-sosial məna və məzmun çalarları daha çox nəzərə 
çarpır. O. Xubiyevin ictimai-siyasi lirikasında Vətənin bu günü, 
onun insanları, keçmişlə  müasir həyatın müqayisəli təsviri apa-
rıcı  yer tutur. Və biz, beləliklə, şairin təsvir obyektində aydın və 
şaqraq bir təfəkkür tərzinin şahidi oluruq. O, süni qəlizlik, ob-
razlılığın mürəkkəb, fəndgir çalarlarını yaratmaq yolu ilə getmir. 


Nizami Tağısoy
192
O.Xubiyevin bir sıra əsərləri vətənpərvərlik ideyasının son dərəcə 
parlaq bədii əksini nümayiş etdirir. Məhz buna görə də Qaraçay 
ədəbiyyatının qeyd etdiyimiz dövründəki inkişafında Osman Xu-
biyevin müstəsna rolu vardır.
İkinci Dünya Müharibəsi illərində o, nəinki silahla vuruşur, 
həm də öz alovlu sətirləri ilə düşməni əsgər və şair kimi yerlə 
yeksan edirdi. Onun düşməni məhv etməyə çağıran şeirləri mət-
buat vasitəsilə daha geniş yayılırdı. Məsələn, müharibə illərində 
O.Xubiyev «Къызыл Къарачай» qəzetində aşağıdakı mövzular-
da daha çox çıxışlar etmişdir. «Onlar hay-küyə düşüb qaçırlar» 
(«Ала  кеслери  къарадыла»,  –  1943),  «Almanlar  düşünürlər» 
(Немцала сагъыш этедиле», – 1943). Bu çıxışlarda əsasən faşist 
ordusunun  hay-küyə  düşüb  qaçmasından  söhbət  gedir.  1943-cü 
ilin sentyabrında O.Xubiyev adı çəkilən qəzetdə daha iki «İrəli» 
və «Poltava» şeirləri ilə çıxış etmişdi. Qələbəyə səsləyən bu şe-
irlər ibrətamizliyi ilə seçilməklə, həm də müdrikliyi ilə fərqlənir. 
Elə  buna  görə  də  O.Xubiyevin  əsərləri  minlərcə  Qaraçay  oxu-
cusunun qəlbində əks-səda yaradıb, mühüm ideya-tərbiyəvi əhə-
miyyətə malik olmaqla, onun daha sonralar müharibə haqqında 
irihəcmli monumental əsərlər yarada bilməsində mühüm mərhələ 
oldu. 
Müharibənin qızğın çağında –  1942-ci  ildə  Qaraçay  şairlə-
rinin  sırasında  artıq  çoxları  yox  idi:  Həzrət  Urtenov  və  Həsən 
Appayev 1937-ci ildə repressiyaya məruz qalmışdılar. İssa Qa-
ragetov, Davud Bayqulov, Məhəmməd Urusov, Həsən Bostanov, 
Toxtar Borlakov və b. isə Böyük Vətən Müharibəsində həlak ol-
muşdular. 
Qaraçay ədəbiyyatının bu mərhələdə inkişafının əsas yükü də 
məhz O.Xubiyevin üzərinə düşürdü. O, gənc yazarların yaradıcı-
lığı ilə yaxından maraqlanır, onların yaradıcı inkişafının qayğısı-
na qalır, cəbhədən onlarla məktublaşır, məsləhətlərini verir  və s. 
4 mart 1942-ci ildə ona göndərilmiş gənc yazarların məktubların-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə