Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə45/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   41   42   43   44   45   46   47   48   ...   97

Qaraçay  ədəbiyyatı
141
həyatından  (“Tereza aulundakı kolxoz”, “Kolxoz kollektivi” və 
s.), dağlı qızların taleyindən (“Dağlı-qızın nəğməsi”) bəhs edən 
şeirləri onu Qaraçay oxucuları arasında məşhurlaşdırmışdır.
İ.Qaragetov, H.Urtenov, Ə.Biçiyev, D.Bayqulov və digərlə-
rinin  yaradıcılığı  20-30-cu  illər  Qaraçay  poeziyasının  nüvəsini 
təşkil  edib  gənc  ədəbiyyatın  təşəkkülünü  müəyyənləşdirmək-
lə onda muxtəlif və rəngarəng janrlı kütləvi nəğmələrin, peyzaj 
lirikasının  və  poemaların  formalaşması  və  inkişafı  üçün  zəmin 
yaradırdı. Adı çəkilən sənətkarlarla bərabər Qaraçay yazılı ədə-
biyyatının bünövrəsinin qoyulmasında digər şairlər də iştirak et-
mişlər. Onların sırasında, yuxarıda bildirdiyimiz kimi, qocaman 
xalq nəğməkarı Kasbot Koçkarovun, şairə Abidat Botaşevanın, 
nəğməkar-şair Abdul Kərim Batçayevin, şair Həsən Bostanovun 
və başqalarının rolunu qeyd etmək lazımdır. 
30-cu  illərin  ikinci  yarısında  Qaraçay  poeziyasına  gəlmiş 
yeni quvvələr – M.Urusov, T.Borlakov, A.-K.Bayqulov, A.Ebze-
yev, O.Xubiyev, H.Bayramukova və başqaları  yaradıcılıq baxı-
mından özlərini yaxşı təsdiq edə bilmişdilər. Onların əsərlərində 
əsasən vətən, torpaq, dostluq, kollektivçilik, beynəlmiləlçilik və 
yeni  ictimai  quruluşun  doğurduğu  şərait  tərənnüm  edilirdi  (T.
Borlakov  ”Ana  haqqında  söz”,  O.Xubiyev  “Qızıl  ordu”,  M.U-
rusov “Mənim polad qılıncım” və s.). Adlarını çəkdiyimiz gənc 
nəslin nümayəndələrinin yaradıcı axtarışlarında əsasən yaşlı nəs-
lin təcrübəsinə - ilk növbədə İ.Qaragetov, H.Urtenov, A.Biçiyev, 
D.Bayqulov  və  başqalarına  söykənilirdi.
20-30-cu illərdə tarixi-ədəbi prosesdə iştirak etmiş şairlərdən 
hər  biri  doğma  ədəbiyyatın  inkişafına  öz  töhvələrini  vermişlər. 
Onların sırasında İ.Qaragetov və Ə.Biçiyev, söylədiyimiz kimi, 
peyzaj  lirikasında  xeyli  yüksək  nəticələr  əldə  etmişdilər.  D.
Bayqulov  nəzm-nağıl  janrında,  M.Urusov  vətəndaş  lirikasında, 
A.K.Batçayev nəğmə janrında, A.Botaşeva və H.Bostanov uşaq 
şeirində xeyli dəyərli nümunələr ortaya qoya bilmişdilər. Bununla 
belə 20-30-cu illər Qaraçay poeziyasında aparıcı mövqe H.Urte-


Nizami Tağısoy
142
nova malik idi. 
“Dağlı həyatı”qəzetində çalışmaq H.Urtenovu 20-30- cu illər 
Qaraçay yazıçıları ilə yaxınlaşdırırdı. Qaraçay ədəbiyyatının əsa-
sını qoyanlar məhz bu qəzetin köməyi ilə oxucularla ünsiyyətə 
girə bilirdilər. A.K.Batçayev, D.Bayqulov, H.Appayev, H.Ebze-
yev, H.Bostanov, M.Urusov kimi yazıçıların əksəriyyəti ilə onun 
yaxından dostluq münasibətləri vardı. H.Urtenov son dərəcə iste-
dadlı bir ziyalı, dərin hafizəli, simli alətlərdə calmağı və oxumağı 
bacaran, yeri gəldikdə zarafatı sevən bir insan idi. Sadaladığımız 
bu şairlərin  yaradıcılığı Qaraçay ədəbiyyatının təşəkkülündə və 
sonrakı inkişafında mühüm rol oynamışdır.  
  İslam bəy Krımşamxalov ilk Qaraçay maarifçisi olmaqla, 
doğma mədəniyyət tarixində şair, yazıçı, publisist, ictimai xadim 
kimi yer tutmuşdur. İ.Krımşamxalov maarifçilik ideyalarını “Şi-
mali Qafqaz” (“Severnıy Kavkaz”) qəzeti və “Müsəlman” (“Mu-
sulmanin”)  jurnalında  çap  etdirdiyi  oçerklərində  təqdim  edirdi. 
Krımşamxalovun ictimai baxışları maarifçilərin başlıca ideyala-
rına “sosial və təbiinin barışığına”, “təbiət” və “sivilizasiya”nın 
yaxınlaşmasına müvafiq idi. İctimai rifahın  başlıca vasitəsi kimi 
dağlıların maarifə yiyələnməsi ilə həm cəmiyyətin, həm də insan-
ların şüurunda dəyişikliklərin gedəcəyinə əmin olan yazıçı hesab 
edirdi ki, cəmiyyətdə hər şey rasional quruluşa əsaslansa, onda 
“təbii” insan eyni zamanda sivil və mədəni olar.  İ.Krımşamxalov 
əsl mədəniliyi elmi biliklərlə mənəvi mədəniyyətin sintezi kimi 
nəzərdən  keçirirdi.  Dağlılarda  mövcud  olan  mənəvi  inkişafın 
yüksək səviyyəsini qeyd edən maarifçi onları elmi biliklərin qav-
ranılması üçün hazırlıqlı hesab edirdi. Bu isə əsl xalq mədəniyyə-
tinin əldə olunması, dünya mədəni kontekstində bərabərhüquqlu 
mövcudluq və inkişaf üçün zəruri hesab olunurdu. O, yazırdı: “ 
Bizim dağlıların sırf elmi biliklərinin olmamasına baxmayaraq, 
əvəzində onlarda tərbiyə məsələləri son dərəcə yüksək səviyyədə 
inkişaf etmişdi. Nəzərə alaq ki, bu dəyərə özünü son dərəcə mə-
dəni hesab edən Avropa hələ yalnız indi-indi yaxınlaşmaqdadır... 


Qaraçay  ədəbiyyatı
143
Heç də Avropa möhürlü hər şey yaxşı deyildir, dağlıların keçmiş 
həyatında  xeyli  şeylər  vardır  ki,  onlar Avropa  sivilizasiyasının 
tacı olmağa layiqdir” (22,149).  İslam Krımşamxalovun dağlılar-
la bağlı söylədiyi fikirlərinin təsdiqini biz Qaraçay milli-mənəvi 
dəyərləri barədə məlumat verərkən kitabın əvvəlki səhifələrində 
oxuculara  çatdırmışıq.
3.2.Qaraçay ədəbiyyatında dram 
janrı nümunələri
Qaraçay  poeziyasının  və  nəsrinin  təşəkkülündə  şifahi  xalq 
yaradıcılığı mənbə rolunu oynadığı kimi folklor dramaturgiyada 
da  eyni  əhəmiyyətə  malik  idi.  XX  əsrin  əvvəllərində  Qaraçay-
da hələ də aktyor, rejissor kadrları və dramaturgiya yox idi. Bu 
dövrdə “teatr”, “aktyor”, “rejissor”, “pyes” anlayışlarının nə ol-
duğu da məlum deyildi. Teatr funksiyasını müxtəlif tipli mərasim 
tamaşaları  “tauruxçu”lar  (“nağılçı”)  və  “jırçı”lar  (“nəğməkar”) 
oynayırdılar. Qaraçay-Malkarda xalq tamaşalarının mənbəyi lap 
qədim dövrlərə gedib çıxmaqla onlar əmək bayramları element-
ləri ilə zənginləşdirilirdi.  (Bu haqda biz kitabın II fəslində ətraf-
lı məlumatlar vermişik). Tamaşalarda ağılı, hafizəsi və bacarığı 
ilə seçilən ağsaqqal iştirak edirdi ki, o, atmacaları və zarafatları 
ilə insanları əyləndirirdi. Qaraçay-malkarlarda olduğu kimi, di-
gər türk xalqlarında da ona “təkə” deyilirdi. Təkə adı aktyorların 
başlarına  geydikləri  “maska”  ilə  bağlıdır.  Maska  qara  keçədən 
düzəldilmiş keçi başına bənzəyirdi. Təkə ənənəvi obraz olmaqla, 
demək olar ki, qədim sənətin bütün növlərini təcəssüm etdirirdi. 
Məhz təkədə dramın mərasim mənbələri, xalq satirası və yumor 
elementləri teatrallıq mimikası və xoreoqrafiya sənətinin kökləri-
ni özündə əks etdirirdi (28,8). Qaraçay-malkarların teatrallaşmış 
oyun elementlərində “təkə-oyun”, “kebçi”, “kübürçək oyun” və 
s.  vardır.  Qafqaz  türklərində  və  digər  türk  xalqlarında  mövcud 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə