Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə38/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   34   35   36   37   38   39   40   41   ...   97

Nizami Tağısoy
118
yevin «Sovet dövrü Qaraçay-malkar xalq mahnıları» (23;24) rus 
və Qaraçay dillərində, R–.A.K. Ortabayevanın «Qaraçay-malkar 
xalq nəğmələri (16), F.Urusbiyevanın «Qaraçay-malkar folkloru» 
(20), Z.Tolqurovun «Malkar poeziyasının inciləri» (19), M.Ku-
dayevin «Qaraçay-malkar xalq rəqsləri» (5) və «Qaraçay-malkar 
toy mərasimləri» (6), A.Raxayevin «Malkariyanın nəğmə etikası» 
(17), A.Bayçekuyevin «Musiqi içində söz» (1), M.Curtubayevin 
«Malkarların və qaraçaylıların qədim inancları» (2), A.Xolayevin 
«Malkarların  və  qaraçaylıların  «Qollu»    mərasim  nəğmə-rəqsi-
nin  transformasiyasına  dair»  (22),  T.Hacıyevanın  «Malkarların 
və  qaraçaylıların  təqvim  nəğmələrinin  estetik  və  utilitar-magik 
funksiyası  (21),  H.Malkonduyevin  «Qaraçay-malkar  folklorun-
da türk-monqol ayinləri» (9), «Malkarların və qaraçaylıların qə-
dim  nəğmə  mədəniyyəti»  (13),    «Malkarların  və  qaraçaylıların 
ovçuluq mifi və poeziyası» (8), «Malkarlar və qaraçaylılar» (7), 
«Malkarların  və  qaraçaylıların  mifologiyası»  (10),  «Malkarla-
rın  və  qaraçaylıların müalicə magiyası  poeziyası»    (11),  «Mal-
kar-qaraçaylıların Törəsi haqqında» (12), «Qaraçay-Malkar Elmi 
Tədqiqat  İnstitutunun  (QMETİ-nun)  70  illik  fəaliyyəti  dövrün-
də malkar-Qaraçay folklorunun elmi yığımı, nəşri və toplanması 
baxımdan öyrənilməsi problemləri»  (14), «Malkarların və qara-
çaylıların qədim nəğmə mədəniyyəti»  (13) və yenə də H.Mal-
konduyevin  «Malkarların  və  qaraçaylıların  mərasim-mifoloji 
poeziyası (15) və s. kimi araşdırma və monoqrafiyalar mühüm 
əhəmiyyətə  malikdir.
Nəzərdən keçirdiyimiz mənbələrin müxtəsər şərhini versək, 
aşağıdakı  mənzərənin  şahidi  oluruq.  Məsələn,  əgər,  A.Qara-
yevanın  tədqiqatlarından  başlasaq,  o  zaman  görərik  ki,  müəllif 
burada malkar-Qaraçay folklorunda nəğmə janrını ilk dəfə ola-
raq elmi  yanaşmalar müstəvisində araşdırmağa, bu nəğmələrin 
janr diferensiasiyası, xüsusən toy mərasimində yer alan «alqış»ın 
özünəməxsus    xüsusiyyətlərini  açmağa  və  s.  məsələləri  öyrən-
məyə  çalışır,  M.Xubiyevin  yuxarıda  adını  çəkdiyimz  monoq-


Qaraçay  ədəbiyyatı
119
rafiyasında  ilk  dəfə  olaraq  ailə  mərasimi  poeziyasının  bir  sıra 
problemləri, o cümlədən «Orayda» adlı mərasim nəğmələri təhlil 
olunur. R.Ortabayevanın «Qaraçay-malkar xalq nəğmələri»  kita-
bında əmək, ovçu nəğmələri, alqışlar, eyni zamanda qədim məra-
sim nəğmələri «Dolay», «Erirey», «İnay» kimi örnəklər öyrənilir, 
etnoqrafik materiallara söykənilərək qaraçaylı-malkarların ovçu 
nəğmələri digər Qafqaz xalqlarının ovçuluq mərasim nəğmələri 
ilə müqayisəli müstəvidə qarşılaşdırılır, nəhayət, lirik nəğmələrin 
janrdaxili təsnifatı verilməklə, onların mərasim və qeyri-mərasim  
xarakterinə nəzər salınır.  
F.Urusbiyevanın  «Qaraçay-malkar  folkloru»  kitabında  xalq  
poeziyasının bir sıra janrları diqqət mərkəzinə çəkilir, bütpərəst-
lik  dövrünə aid mərasim nəğmələri təhlil obyektinə çevrilir. Z.
Tolqurov  özünün  «Malkar  poeziyasının  inkişafı»  monoqrafiya-
sında magik poeziyanı öyrənib müxtəlif magiyaların (əfsunların) 
növlərini müəyyənləşdirməklə magiya və mif, magiya və tabu, 
mərasim və magiya və s. bağlı mühakimələri ortaya qoyur.
1980-ci illərdə bizi maraqlandıran işıq üzü görmüş bir sıra 
əsərlər vardır ki, burada M.Kudayev, A. Bayçekuyev, M.Curtu-
bayev kimi müəlliflər Qaraçay-malkar xalq nəğmələrini, xalqın 
musiqi janrının özünəməxsusluğunu, Qaraçay-malkar toy məra-
simlərini, Qaraçay-malkarların qədim inanclarını və s. təhlil ob-
yektinə çevirib, maraqlı nəticələrə imza atmışlar.
A.Raxayevin  «Malkariyanın  nəğmə  etikası»  kitabında  xalq 
epik nəğmələrinin musiqili ifası – nartların tarixi-qəhrəmanlıq və 
lirik-epik janrların xüsusiyyətləri dəyərləndirilir. M.Kudayev isə 
monoqrafiyasında nəğmələrin sinkretik, xoreoqrafik xüsusiyyət-
lərinin – təqvim, mərasim, ovçuluq və ailə-mərasim poeziyasını, 
onların etnoqrafik xüsusiyyətlərini, himn rəqslərini, bu rəqslərin 
hərəkət formalarını və ifa olunma metodunu, musiqi alətlərinin 
etnoqrafik  təsvirini,  müxtəlif  bütpərəstlik  ayinlərini  digər  ayin 
rəqsləri ilə müqayisə etməklə qaraçaylı-malkarların mərasim-xo-


Nizami Tağısoy
120
reoqrafik  və  mərasim-nəğmə  folklorunun  bir  sıra  cəhətlərini 
ümumiləşdirməyə  çalışır.
M.Curtubayevin əsərində isə, demək olar ki, folklorun əksər 
janrları – nart eposu, əfsanələr, rəvayətlər, mərasim-mifoloji poezi-
yadan tutmuş tarixi-qəhrəmanlıq nəğmələri və s. qədər nə varsa   – 
hamı təhlil obyekti kimi çıxış edir. Eyni zamanda müəllif Humay 
ilahə  ilə bağlı məsələyə münasibət sərgiləyərkən Humayın ilahə 
Mariya ilə  əlaqəli olduğunu və bu ilahələrin Qaraçay-malkarların 
mifologiyasında Humay mifik ilahəsinin türk-monqol mifologi-
yasındakı allahların anası olub süjet arxaikası ilə bağlılığı qeyd 
olunur.
A.Xolayev,  T.Hacıyeva,  Z.Tolqurov  və  başqaları  «Qollu» 
nəğmə-rəqs mərasiminin transformasiyası, təqvim nəğmələrinin 
estetik və utilitar-magik funksiyası, «Qollu»nun folklor-etnoqra-
fik təhlili, bu nəğmənin ən qədim variantının elmi dövriyyəyə təq-
dim edilməsi, «Qollu»nun məhsul allahı, xeyirxahlıq simvolikası 
və rifah ağsaqqalı kimi ortada dayanması təhlil olunur. Bundan 
başqa yaz-təqvim tarla, əkin-biçin mərasimləri, Çegem «Qutan»ı, 
Xulam-Bezengi «Saban-toy»u, Yuxarı Malkar «Qollu»sunun bir 
sıra  fərqli  xüsusiyyətləri nəzərdən keçirilir.
Qaraçay-malkar xalq poeziyasının müxtəlif janrları, bu janr-
ların özünəməxsus keyfiyyətləri şifahi xalq ədəbiyyatının  bilicisi 
və toplayıcısı H.Malkonduyev tərəfindən daha mühüm detallarda 
nəzərdən  keçirilmişdir. Yeri  gəlmişkən  söyləyək  ki,  H.Malkon-
duyev Qaraçay-malkar folklorunu tədqiq etməzdən öncə, həm də 
yorulmaz bir toplayıcı kimi fəaliyyət göstərmiş, o, xalqın şifahi 
sənət nümunələrini və bu sənətin janr və poetika məsələlərini, ək-
sər mərasim-mifoloji poeziya örnəklərini, mühüm folklor mətnlə-
rinə söykənərək təhlil etməyə müvəffəq olmuşdur. H.Malkondu-
yev XX əsrin 80-ci illərinin lap əvvəllərindən ardıcıl olaraq nəinki 
Nalçik, Çerkessk, Mahaçkala və Moskvada işıq üzü görmüş nəş-
rlərdə və məcmuələrdə, həm də Düşənbədə, Bişkekdə, Daşkənd-
də, Ankarada, Ulan-Batorda və digər elmi mərkəzlərdə məqalə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə