Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə33/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   29   30   31   32   33   34   35   36   ...   97

Nizami Tağısoy
102
pərvərliyə,  əliaçıqlığa  çağırış,  insan  eybəcərliklərini  lənətləmə 
-satqınlıq, qorxaqlıq, tənbəllik, xəsislik, bədliyə və s. qarşı çıxış-
lar, fikir və ideyalar əks olunmuşdur. Atalar sözü, zərbi məsəl-
lər, alqışlar və tapmacalarda sosial və antiklerikal çıxış motivləri 
daha qüvvətli səslənir. Bu sözlərdəki forma və məzmun aforistik 
olmaqla onlardakı obrazlı paralelizmlər xalqın heyvandarlıq hə-
yatı,  məişəti  dağlarda  yaşayan  insanların  həyat  şəraiti  ilə  üzvü 
surətdə bağlıdır. Nart sözlərdə dilin milli koloriti daha bariz şə-
kildə özünü əks etdirir. Məsələn, “Anasına bax, qızını al” məsə-
li eynilə Azərbaycan atalar sözündə olduğu kimi  görümlü ifadə 
olunmaqdadır.
Atalar  sözü  və  zərbi  məsəllərdə  olduğu  kimi  tapmacaların 
da başlıca məzmunu dağlıların əmək şəraiti, həyat və təsərrüfatı 
ilə bağlıdır. Qaraçaylılar tapmacaları “elberlə”, yaxud “el bergen 
comakla” (hərfi mənada “kəndlər veriləsi nağıllar”) adlandırırlar. 
Tapmacaların iştirakçıları tapmaca deyərək ondan sonra “Min aul 
verməsən-demərəm” formulasını əlavə edirlər. Beləliklə, tapma-
canı tapan növbəti oyunçuya sual vermək imkanı qazanır. Əgər 
tapmaca ünvanlanmış adam onu tapmırsa, onda o tapmaca üçün 
“el”, daha doğrusu, aul verib, cavabını almalıdır. Aul alan aşağı-
dakı formulanı dilə gətirir: “Aulda yaxşı nə varsa qoy mənim ol-
sun, pis nə varsa, qoy dağlara, daşlara qismət olsun, qoy məndən 
uzaq olsun” oyunun qaydalarına görə, oyunçu yenidən tapmaca-
nın sualını vermək   imkanı qazanır.
Qaraçay  tapmacalarının  mövzusu  son  dərəcə  rəngarəngdir. 
Burada  təbiət,  onda  gedən  hadisələr,  insan,  əmək  alətləri  və  s. 
təsvir predmeti olmaqla, dağları əhatə edən aləm konkret obraz-
lar vasitəsi ilə əks olunmaqla predmetlər və real həyat hadisələri 
üzərində cəmləşir. Məsələn, “Bir atlı, əlində yüz tatarı”(Günəş və 
onun şüaları); “Evin damında keçə sayrışır” (Ulduzlar); “Dağda 
qoyun kəsirlər, qanı buraya tökülür” (Tonqal); “Əti yağlı, sümüyü 
yox; dərisi nazik, yunu yox” (Kartof); “Bir düzdə min qoyun var, 
hamısı da quzularıyla, min aul verməsən-demərəm” (Günəbaxan) 


Qaraçay  ədəbiyyatı
103
və s. Nümunə gətirdiyimiz bu obrazlı tapmacalar dağlı heyvan-
dar-insanların  və  çobanların  dünyasını  əks  etdirir.  Başqa  sözlə 
desək, bu tipli obrazlılıq Qaraçay folkloru üçün səciyyəvidir.
Qaraçaylılarda «Nart sözle» («Atalar sözü») xalq ədəbiyya-
tının ən əski janrlarından biri hesab edilməkdədir. Nart deyimləri 
həm də dağlıların söz demək bacarığını, ustalığını, duyğularını, 
təfəkkür zənginliyini, həyat təcrübəsini, rəngarəng adət-ənənələ-
rini, mədəniyyətinin çeşidliliyini əks etdirən mühüm göstəricidir. 
Onlardan bir neçəsinə nəzər salaq: «Curtun sathan, betin satar – 
Yurdunu satan, namusunu satar»; « İt toyğun cerine, er tuvğan 
cerinə  –  Köpək  doyduğu  yerə,  igid  doğulduğu  yerə»;  «Tovqan 
cerden, tuvğan cerigidi – Doyulan yerdən, doğulan yer yaxşıdır»; 
«Xalkda bolmasa, sende de bolmaz – Xalqda olmasa, səndə də ol-
maz»; «Xalk barğan cerden kalma – Xalq gedən yerdən qalma»; 
«Köbge taşatma – Çoxa daş atma»; «Adam sözündən belgeli – 
İnsan sözündən bəllidir»; «Cantavnu uzunu aşhı, söznü kıshası 
aşhı – Qayışın uzunu yaxşı, sözün qısası yaxşı»; «İgi söznü kılıç 
kesmez – Yaxşı sözü qılınc kəsməz»; «Köb söz kömür, az söz 
altın – Çox söz kömür, az söz qızıl»; «Bilimi barmin palahdan 
kutulur, bilimi az min palaha tutulur – Elmi olan min bəladan qur-
tulur, elmi olmayan min bəlaya tutulur»; «Ölümdən namus küçlü 
– Ölümdən namus güclüdür»; «Kıznı min tiler, bir alır – Qızı mini 
dilər, biri alar»; «Kızmı sanna aytama, kelinim sen eşit – Qızım 
sənə deyirəm, gəlinim sən eşit»; «Sabiy körgenin eter – Uşaq gör-
düyünü edər» və s. və i.a.
Nart sözləri (Atalar sözü) mövzu xüsusiyyətlərinə görə vətən, 
xalq, əmək fəaliyyəti, sevgi-məhəbbət, etnik düşüncəni, dini, hə-
yatın müxtəlif məqamlarını çevrələməklə, elmə, təhsilə, tərbiyəyə 
münasibət baxımından təsnif etmək olar. Qaraçay atalar sözündə 
dağlı adətlərinin müxtəlif tərəfləri, davranışları, yaşam təcrübəsi 
əksini tapmışdır. Buna görə də qaraçaylılar «Nart sözü – sözün 
anası; Nart sözü – sözün qalası»,  “Nart sözü - paslanmayan söz”  
adlandırmışlar. 


Nizami Tağısoy
104
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Qaraçay  folklorunda  xalq 
məişətində, ailədə və kollektivdə onun estetik idealını təsdiqləyən 
didaktik poeziya janrı kimi tanınan alqışlar xüsusi yer tutur. Qa-
raçaylılar alqışların yaranmasını bütpərəstlik dövrünə aid etməklə 
Tanrıların səmaların ən yüksək qatında dayananlarına himni kimi 
yarandığını ehtimal edirlər. Məsələn, bunun “Tanrı özü bərəkət 
versin”  formasında  ifadə  olunması  maraqlıdır.  Yeri  gəlmişkən 
qeyd edək ki, Qaraçay alqışlarının xeyli hissəsi Azərbaycan türk-
lərinin  alqışları  ilə  çoxsaylı  oxşar  cəhətlərə  malikdir.  Alqışlar 
qaraçaylılarda  toy  mərasimində  qayınata  və  qayınana  yanında 
təntənəli,  dəbdəbəli  məclislərdə  gəlinin  üzündən  duvağın  götü-
rülməsi zamanı daha çox söylənilir. Bu, Azərbaycan türklərində 
də belədir. Məsələn, qaraçaylıların ənənəvi toy alqışlarında biz 
ailə əxlaqı tələblərinə, gəlin-qadın, qadın, ana, ev sahibəsinə gəli-
nin oxşaması ilə bağlı onun obrazını görə bilirik:    
Evə gələn gəlinin   
Yanağından od yağsın.    
Gözündə sevgi olsun,    
Sözdə nəvaziş olsun.    
Evə gülərək girsin,   
Qocaya hörmət etsin.    
Həyatı çeşmə tək axsın,    
Ulduz kimi bərq vursun.    
Qoy üzü parpar yansın,    
Qoy əri ilə mehriban,    
Ətlə dəri tək olsun.
Qaraçay türkləri, yuxarıda söylədiyimiz kimi, daim xalq sö-
zünün gücünə tapınmışlar. Qorxulu hər hansı bir şey baş verdikdə 
onlar «sus, ağzını pisliyə açma» söyləmişlər. Elə buna görə də 
dualara, alqışlara daim geniş yer vermiş, hər deyilən sözdə göyü, 
yeri yaradan Tanrıya üz tutmuşlar:


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə