Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə29/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   25   26   27   28   29   30   31   32   ...   97

Nizami Tağısoy
90
zasiyanın özünəməxsusluğu, bədii ifadə vasitələrinin fərqliliyini 
görürük.    
Malkar-Qaraçay  nart  qəhrəmanlarından  danışan  tanınmış 
folklorşünas,  maarifçi-yazıçı  S.-Ə.Urusbiyev  eposla  bağlı  XIX 
əsrin 80-ci illərində yazırdı: «Nartlar çətinlik və məhrumiyyət-
lərdə bərkimiş qeyri-adi qüvvəyə və nəhəng qamətə malik xalq 
idi.  Onlar  bütün  həyatını  qənimət  əldə  etmək  məqsədi  ilə  təh-
lükə altda qoymaqla sərgüzəştlər axtarmağa, çortuullar adlanan 
gəzintilərə  həsr  etmişdilər.  Nartlar  təhlükəsiz  və  çətinliksiz  ələ 
keçirilmiş heç bir şeyi qəbul etmirdilər… onlar elə sərgüzəstlər 
axtarırdılar ki, orada bütün şücaətlərini və güclərini nümayiş et-
dirə  bilsinlər.  Çortuullardan  asudə  vaxtlarda  isə  onlar  şənliklər 
təşkil edər, batır oyunları və nəğmələrə meydan verərdilər» (13, 
600-601). Nartlar qəhrəmanlıq və cəngavərlik simvoludur. Nart 
qəhrəmanlarının  təsviri  spesifikasında  qədim  epik  qəhrəmanlıq 
estetikası  ilə  sıx  bağlılığı  görməmək  mümkün  deyildir.  Burada 
idealizasiya  qəhrəmanın  doğulması  və  onun  uşaqlıq  dövrünün 
təsviri  ilə  səciyyələnir.
Müxtəlif milli versiyaların spesifikası əsasən dastanda qəh-
rəmanın hansı aparıcı yeri, hansı funksiyasını yerinə yetirməsi, 
necə xarakterizə olunması hansı mərhələləri ilə seçilməsi və ver-
siyanın hansı bədii-ifadə vasitələrinin ilə zənginliyi ilə bağlıdır. 
Malkar-Qaraçay eposunda Satanay, Yeryüzmək, Sosuruk, Debet, 
Alauqan, Qaraşauay, Bödən və Raçikau dastanları qəhrəmanların 
adları ilə bağlı olmaqla, daha üstün mövqedə dayanırlar.
Nartlarda hər dastan müstəqil süjet xəttinə malikdir. Dastan-
ların  ayrı-ayrı  hissələri  arasında  səbəb-məqsəd  əlaqələri  möv-
cud deyildir: bu və ya digər batırın «epik biografiyası»ndan olan 
müxtəlif  epizodlar  dastanda  heç  də  mütləq  məntiqi  ardıcıllıqla 
izah olunmur və eyni zamanda konkret batıra həsr olunmuş das-
tanların heç də hamısı ifa edilib söylənilmir. Bütün sikllər üçün 
ümumi yalnız qəhrəmanın özüdür. Bu xüsusiyyət əksər xalqların 


Qaraçay  ədəbiyyatı
91
nart eposu qəhrəmanları üçün səciyyəvidir.
Malkar-Qaraçay  «Nartiada»sının  digər  xalqların  eyni  adlı 
eposu ilə müqayisəsi zamanı bir sıra maraqlı məqamlara diqqət 
yetirək. Məsələn, osetin versiyasında biz Tlepş adlı qəhrəmanla 
rastlaşırıq.  Elə  buradaca  qeyd  edək  ki, Tlepş  (Telepinu)  qədim 
hett dastanlarının qəhrəmanlarından biridir. Bu resepsiya osetin-
lərin sak-sarmat-massaget tayfaları, qədim şumerlər və hettlərlə 
əlaqələrinə dolayısı ilə olsa da sübutdur. Malkar-Qaraçay dastan-
larında isə nədənsə biz Tlepşlə rastlaşmırıq. Lakin bu heç də o 
anlama gəlmir ki, malkar-qaraçaylılarda sak-sarmat-massaget iz-
lərini tapmaq mümkün deyildir.
Malkar-Qaraçay nartlarının Debet, Alauqan və Qaraşauay və 
«Nariada»nın digər versiyalarının müqayisəli təhlili göstərir ki, 
Debet və Alauqan haqqında nəğmə və dastanlar yalnız malkar-qa-
raçaylılarda mövcuddur. Bu siklin ənənəvi epik detalları, onların 
özünəməxsusluğu  digər  türk-monqol  xalqlarının  dastanları  ilə 
paralellər aparmağa imkan verir. Malkar-Qaraçay nart eposunda-
kı obrazlar sistemində Yeryüzmək və Satanay başlıca mövqedə 
durduğu halda, adıq eposunda Yeryüzməyə son dərəcə passiv rol 
verilir.  Onun  adı  dastanda  son  dərəcə  az  çəkilir.  Odur  ki,  adıq 
eposunda «Ozırmes tamamilə solğun bir fiqur kimi»dır. Osetin 
eposunda isə Urızmaq nəhəng qəhrəman olmasına baxmayaraq, 
daim  bədbəxtliklər  içində  və  qocalıb  əldən  düşmüş  kimi  təsvir 
olunur.
Malkar-Qaraçay  nart  dastanlarında  Satanayın  mədəni-sivil 
rolu və funksiyası daha parlaq verilir. Belə ki, o, nart qadınları-
nı toxumaq, tikmək, çörək bişirmək, digər işləri görmək, toxucu 
dəzgahı düzəltmək, əl dəyirmanı yaratmaq və s. tanış edir. Sa-
tanay malkar-Qaraçay eposunda digər milli versiyalarda olduğu 
kimi məftunedici təsir bağışlayır. Çünki Satanay nəinki özü digər 
obrazlara çevrilə bilir, həm də bəzi əfsunlar oxumaqla bunu di-
gərləri ilə də edir.
Malkar-Qaraçay  eposunda  Yeryüzməkdən  başqa  nartların 


Nizami Tağısoy
92
hamısı  düşmənlərlə  mübarizədə  məkr  və  hiyləgərlik  işlətməklə 
öz əfsunçu bacarıqlarını nümayiş etdirir (10). Bəlkə də bu ondan 
irəli gəlir ki, bütün bu funkisyaları Satanay yerinə yetirir və la-
zım gəldikdə Yeryüzmək ondan istifadə edir. Buna görə də Yer-
yüzmək əksər hallarda düşmənlərin üzərində qazandığı qələbəni 
məhz öz müdrik və tədbirli arvadına görə əldə edir. Satanay bu 
funksiyasını digər milli versiyalarda da yerinə yetirir. Məsələn, 
abxaz  eposunda  Satanay  Quaşanın  bədbəxtliyini  görmür,  əv-
vəlcədən hiss edir. Osetin dastanlarında isə onun peyğəmbərlik 
bacarığı özünü o qədər də nümayiş etdirmir. Osetin, abxaz, adıq 
versiyalarından fərqli olaraq, malkar-Qaraçay eposunda Satanay 
ölməzdir  (11,414-415).  Dastanlarda  Satanayın Yeryüzməyin  və 
nartların ardınca səmalara uçduğu qeyd olunur.
Sosuruk  haqqında  malkar-Qaraçay  siklini  nəzərdən  ke-
çirdikdə  Sosurukun  doğulması  zamanı  Satanayın  hərəkətləri 
özünəməxsus şəkildə izah olunur. Belə ki, Sosuruku Daş arasın-
dan çıxara-çıxara və onun göbəyini kəsə-kəsə, Satanay ritual ye-
rinə yetirə-yetirə Göy Tanrısına, Yer Tanrısına, Su Tanrısına, Od 
Tanrısına müraciət edərək deyir: «Onu əsl nart edin, qoy ona nə 
qılınc, nə də ox toxunmasın! Qoy o daim düşmənlərinə qalib gəl-
sin!».
Sonra  Satanay  yeddi  dağın  bulağından  su  götürüb  onunla 
körpənin ağzını yaxalayır və deyir: «Bu yeddi dağ sənin anandır, 
mən onların südü ilə sənin ağzını yaxaladım». Sadaladığımız bu 
motivlər də yalnız malkar-Qaraçay dastanları üçün xarakterikdir. 
Sosuruk siklinin (malkar-Qaraçay versiyası) digər xüsusiyyə-
ti Sosurukun batır qüvvəsinin geniş təsviridir ki, bu onda özünü 
uşaqlıqdan göstərməklə başlayır.
Nartların müxtəlif versiyalarında qəhrəmanların müxtəlif tipli 
emosiya və hissləri ifadə olunur. Onlar poetik dilin sabit şifahi  xalq 
elementləri kimi nəzərdən keçirilir. Bu obrazlı ifadələr xüsusi məna 
çalarları daşıyır və daim epik kontekstlə orqanik əlaqədə olur. 
Türk xalqlarının epik dastanları, məlum olduğu kimi, nəzm-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə