Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə28/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   24   25   26   27   28   29   30   31   ...   97

Qaraçay  ədəbiyyatı
87
yaraq, bununla belə bu qəbilələrin heç birində uzaq keçmişi bu 
şəkildə əhatə etmiş rəvayətlər bu qədər dürüst saxlanılmamışdır» 
(13, 600).   
Malkar-qaraçaylılarda  olduğu  kimi  Nartiadaya  məxsus  digər 
xalqlarda bu dastanı təşkil edən böyük və kiçik sikllər mövcuddur. 
Hər sikl öz növbəsində nart qəbilələrinin yer üzündə yaranması ilə 
bağlı, qəhrəmanların epik həyatının hadisələri və onların həyatının 
müxtəlif mərhələləri (qəhrəmanın doğuluşu, batırın uşaqlıq dövrü, 
ilk qəhrəmanlığı, evlənməsi, mifik möcüzələrlə mübarizəsi və s.) 
həcm etibarı ilə kiçik dastan və nəğmədən ibarətdir. Kiçik sikldən 
ibarət nart dastanları və nəğmələri, qəhrəmanların «epik» tərcüme-
yi-halı ilə bağlı sujetlər heç də bütün detalları ilə işlənməmişdir. 
Bununla belə hər sikl müstəqil və tamamlanmış dastanlar qrupu ya-
ratmaqla, digər sikllərlə qarşılıqlı əlaqədədir. Folklorşünaslar belə 
qənaətdədirlər ki, «Nartiada»nın malkar-Qaraçay versiyası kompo-
zisiya baxımından tamamlanmış yetkin əsərdir.
Malkar-Qaraçay  dastanlarına  görə  dünyanın  əmələ  gəlməsi 
və nartların doğulması məhz Allahların – Jer Teyrisi, Kün Teyri-
si, Kek Teyrisi, Suu Teyrisinin fəaliyyəti ilə bağlıdır. Adı çəkilən 
Tanrıların hamısı nart qəhrəmanlarının taleyində mühüm rol oy-
namışlar. Malkar-Qaraçay «Nart»larında,  Qaraçayca «Нартланы 
жаратылгъанлары» («Nartları yaradanlar») hissəsindən «Teyrile 
bla nartla» (Qaraçayca «Tanrılar və nartlar») bölümündən dasta-
nın başlanğıcına müraciət edək: 
«Кюн Тейриси кюнню жаратханды. Жер Тейриси жерни 
жаратханды. Ючюнчюге тенгизле жаратылгьандыла.
Кек  бла  жер  жаратылгьандан  сора  экисини  ортасын-
да ада мул жаратылгьанды. Кек, Кюн, Жер, Суу тейрилери 
оноулашып, Суу Тейреси адам улусуна ичерге суула берирге 
бойнуна  алгьанды;  Жер Тейриси да юсюнде берекетле бит-
дирип, ашатыргьа, адам улуну кечиндирирге кесине жюкге 
альганды; Кюн  Тейриси жылытыргьа;  Кюк Тейриси жауун-


Nizami Tağısoy
88
ла  жаудуругьа  дегендиле. 
Кюн Тейриси тейрилени башыды, оноучусуду. Ол суула-
ны, кеклени, жерлени къдуретли бегимиди.Кен Тейриси уч-
суз, бужакьсыз узакьдады. Ол къайнайды, жайда жерге кьаты 
жылыу береди, къышда, бизден жылыу Ексезле дуниясына 
иеди, аланы жылытады» (10, 68).
Bu parçanın sətri  tərcüməsi belədir:
Gün Tanrısı günəşi yaratdı. Yer Tanrısı yeri yaratdı. Üçüncü 
dənizlər yarandı.
Tanrı  tərəfindən Göy və Yer yaradıldıqdan sonra, onların ara-
sında insanlar yaradıldı. Göy Tanrısı, Gün Tanrısı, Yer Tanrısı və 
Su Tanrısı məsləhətləşdilər. Su Tanrısı insanlara içmək üçün su, 
Yer Tanrısı – işıq verməyi, Göy tanrısı – yağış göndərməyi qərar-
laşdırdı.
Gün  Tanrısı  bütün  tanrıların  başçısıdı.  Dünyanı  saxlayan 
odur. Gün Tanrısı hədsiz-hüdudsuz uzaqlıqdadır. O daim qayna-
yır: yayda öz hərarətini yerə bəxş edir, qışda isə hərarətinin bir 
hissəsini  Öysüzlər  dünyasına  bəxş  edib,  onları  isindirir”.
Nart  kişilik  və  qəhrəmanlıq  mücəssəməsidir.  Nartlar  qorxu 
nədi bilmir, ölümün üzünə dik baxırlar. Bu barədə, yuxarıda bil-
dirdiyimiz  kimi,  dastanın  «Sosurukun  doğulması»  bölməsində 
ətraflı  danışılır.
Nart qəhrəmanlarının təsviri spesifikası qədim eposun qəhrə-
manlıq, epik estetikası ilə bağlıdır. Onların əksəriyyətinin ideali-
zasiyası doğuluşu və uşaqlığı ilə başlayır. Qeyd edək ki, burada 
nartların bu hissəsini digər türk qəhrəmanlıq eposunun eyni yeri 
ilə müqayisə etmək olar (məsələn,  «Manas», «Alpamış», «Kob-
landı-batır», «Qırx qız» və digər qəhrəmanlıq dastanları ilə bura-
da çoxsaylı oxşarlıqlar tapmaq mümkündür).
1994-cü  ildə  Moskvada  nəşr  olunmuş  «Нартла.  Малъкар-
къарачай «Нарт эпос» kitabında nartlar on iki fəsil, 145 bölmə-
dən  ibarətdir.  Malkar-Qaraçay  nartlarının  fəsilləri  və  hər  fəslin 
həcmi heç də bir-birinə proporsional deyildir. Məsələn, əgər dasta-


Qaraçay  ədəbiyyatı
89
nın birinci «Nartları yaradanlar» fəsli yeddi bölmədən ibarətdirsə, 
səkkizinci fəsil «Güyerdi» (11, 251) cəmi dörd, dördüncü fəsil isə 
qırx yeddi bölmədən ibarətdir. Bəzi fəsillər kifayətqədər irihəcm-
lidir, məsələn, dördüncü fəsil bütün əsərin beşdə birini təşkil edir. 
Yeri gəlmişkən qeyd edək ki, səkkizinci «Güyeldi» fəslinin 117-
ci bəndində Kubu və Qubu adlı qəhrəmanların nartlar dövründə 
yaşamalarından  söhbət  açılır  və  qeyd  olunur  ki,  onlar  hər  ikisi 
«Kub» deyilən yerdə yaşayırlarmış. Təxmin etmək olar ki, bəlkə 
də bu yer elə bu gün Qafqaz dağları qoynunda yerləşmiş Azər-
baycanın Quba şəhərinin, yaxud rayonunun  əraziləridir. Burada-
ca bildirək ki, nartların yayıldığı regionlar zaman keçdikcə geniş-
lənir, onların sırasına yeniləri daxil edilir. Məsələn, buna nartların 
kumux  versiyasını  nümunə  göstərmək  olar.  Bu  baxımdan  nart-
ların bəzi rəvayət və hekayətlərinin məhz Quba ərazilərini əhatə 
etdiyini  söyləmək  ehtimalı  daha  da  güclənir.  Malkar-Qaraçay 
nartlarının  tədqiqatçısı T.Tolqurovun  fikri  də  təxminən  nartlara 
bizim münasibətimizlə üst-üstə düşür. O, yazır: «Şimali Qafqazın 
«Nartlar» eposu çoxsaylı tranzitiv informasiya blokları ilə zən-
gindir. Bu, tamamilə məntiqə uyğundur. Belə ki, bu epik sistemin 
genezisi müəyyən mənada bir informasiya məkanının digərləri ilə 
fasiləsiz inteqrasiya olunma prosesini yaşayır» (13, 410). 
Malkar-Qaraçay nartları «Nartları yaradanlar», «Yeryüzmək 
və Satanay», «Sosuruk-Sosurka», «Debet – Alauqan - Qaraşau-
ay», «Bir neçə qəhrəmana həsr olunmuş nart nəğmələri və das-
tanları»,  «Byödene-Raçıkan»,  «Şırdan  və  Nöger»,  «Güyerdi», 
«Açey oğlu Açemez», «Dağınıq dastanlar», «Nart nəğmələri» və 
«Nart qəbiləsinin yer üzündən silinməsi»ndən ibarətdir.
Malkar-Qaraçay  nartları  ilə  yaxından  tanış  olduqda  biz  di-
gər xalqların nartları ilə xeyli ümumi cəhətlərlə rastlaşırıq. Bu-
rada ən başlıca yaxınlıq dastanların əksəriyyətində rastlaşdığımız 
əsas qəhrəmanlar və süjet xəttindəki oxşarlıqdır. Onların spesifik 
cəhətlərinə  gəldikdə  isə  hər  bir  xalqa  məxsus  versiyada  qəhrə-
manın hansı yer tutduğu, hansı funksiyanı yerinə yetirdiyi, sikli-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə