Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə31/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   27   28   29   30   31   32   33   34   ...   97

Nizami Tağısoy
96
Hacıyeva daha dürüst aydınlaşdıraraq  «emegenləri od və suyun 
qoruyucuları; nartların emegenlərlə təsadüfən görüşməsi; nartla-
rın emegenlərlə əvvəlcədən görüş axtarması; nartların yoxluğun-
dan istifadə edən emegenlərin onların ölkəsinə yürüş etməsi və 
qəzəblənmiş  nartların  öz  daimi  düşmənlərinə  qalib  gəlməsi»ni 
qeyd edir. Bununla belə bir məqamı da qeyd etmək lazımdır ki, 
malkar-Qaraçay eposunda digər milli versiyalardan fərqli olaraq 
emegenlərin zahiri görünüşü, onların yaşadığı yerlər, məşğuliy-
yətləri,  əmək  alətləri,  emegenlərin  nəhəngliyi,  onların  fantastik 
boyu-buxunu,  kannibalizmi  və  d.  xüsusiyyətləri  daha  qabarıq 
təsvir olunur. Osetin, adıq, abxaz, vaynax versiyalarından fərq-
li olaraq, emegenlərin malkar-Qaraçay nart eposunda nəhəngliyi 
olduqca  fərqlidir.
Adıq xalqlarının qəhrəmanlıq eposunu dərindən araşdıran tə-
dqiqatçı A.İ.Əliyeva nartların janrına və tarixi müxtəlifliyi prob-
leminə toxunarkən haqlı olaraq aşağıdakıları qeyd edir: «…nart 
eposunun  süjetləri  cəm  halda  qəhrəmanlıq-fantastik  hadisələri, 
epik-fantastik şücaətlər  aləmini əks  etdirir.  Qəhrəmanlıq-arxaik 
mühiti eposun süjetinin özünəməxsusluğunu müəyyənləşdirmək-
lə  nəinki  nartların  mifoloji  nəhənglərlə,  yaxud  özgə  yerlərdən 
gələnlərlə ziddiyyətlərini, həm də tayfadaxili çəkişmələri göstərir. 
Ümumiyyətlə,  nart  eposunun  süjetikasının  xarakteri  qəhrəman-
ların  tipologiyasına  cavab  verir.  Qədim  süjetlərə      daxil  olmuş 
sosial  kolliziya  elementləri  buraya  açıq-aydın  şəkildə  sonradan 
gəldiyini sübut edir»(2,240). 
Beləliklə, qeyd etdiklərimiz bir daha təsdiq edir ki, «Narti-
ada»nın malkar-Qaraçay versiyası özünəməxsus yetkin kompo-
zisiya – məzmun xüsusiyyətlərinə məxsus olmaqla, bir tərəfdən, 
sırf türk-monqol atributları ilə zəngindirsə, digər tərəfdən, bu das-
tan Şimali Qafqaz arealında formalaşdığından, həm də nartların 
osetin, adıq, abxaz, vaynax və digər versiyaları ilə oxşarlıqlara, 
yaxınlıqlara və eyniliklərə malikdir. Bu yaxınlıqların, ayrılıqların 
müxtəlif tərəflərini dərindən öyrənmək isə folklorşünasların qar-


Qaraçay  ədəbiyyatı
97
şısında duran problemlərdəndir. Təəssüf ki, yuxarıda qeyd etdi-
yimiz kimi, Azərbaycanda malkar-Qaraçay mədəniyyəti və ədə-
biyyatı  haqqında  təsəvvürlər  zəif  olduğu  kimi,  malkar-Qaraçay 
eposu, şifahi xalq ədəbiyyatı haqqında məlumatlar da yox dərə-
cəsindədir. Folklorşünas və tədqiqatçılarımızın bu sahəyə diqqət 
yönəltməsi,  türk  xalqlarından  özünəməxsus  mədəni-mənəvi 
dəyərlər daşıyıcısı malkar-qaraçaylıların folklorunun və ədəbiy-
yatının öyrənilməsini daha da aktuallaşdırır. Bu əlaqələrin inkişaf 
etdirilib  genişləndirilməsi  haqqında  2007-ci  ildə  Azərbaycanın 
paytaxtı Bakıda düzənlənən dünya türklərinin XI İşbirliyi qurul-
tayında xüsusi olaraq danışılmışdır.   
Nart  eposunda  özünü  əks  etdirən  tarixi  motivlər  və  re-
alist  meyllər  sonra  öz  inkişafını  xalq  yaradıcılığının  digər  
janrlarında  tapmışdır.  Bu, hər şeydən öncə, qaraçaylı-malkar-
ların tarixi-qəhrəmanlıq  nəğmələrində  daha  geniş  şəkildə  əks  
olunmuşdur.
Nartlar haqqında təsəvvürlər Qafqaz xalqlarının düşüncəsin-
də həyatda mövcud olmuş insan təsiri bağışlayır. Malkar-Qaraçay 
ərazilərində onların adı ilə əlaqələndirilmiş yer adları bu gün də 
mövcuddur.  İnsanlar  bu  yerlərdə  müxtəlif  mərasimlər,  rituallar 
həyata keçirirlər. Məsələn, Çeğem dərəsində uzun böyük bir daş 
vardır  ki,  onu  «Nart  daş»  adlandırırlar.  Malkar-qaraçaylılar  bu 
daşın üstə təzə doğulmuş körpələri gətirir, qurbanlar kəsir, ehsan 
verirlər. «Nart daş»da uşaqları çimizdirirlər, körpənin oğlan və ya 
qız olması ilə bağlı özünəməxsus nəğmələr, ainlər oxuyurlar. Bir 
sözlə, nart adı ilə Malkariya-Qaraçayda xalqın mənəvi mədəniy-
yəti, hərbi mübarizəsi, mərdliyi, qəhrəmanlığı, xalq müdrikliyi, 
atalar sözü, zərb məsəlləri, aforizmləri assosiasiya olunur. Təsa-
düfi deyildir ki, malkarlar və qaraçaylılar atalar sözünü elə «Nart 
sözle» (8, 104) adlandırırlar.
«Nart» sözünün mənasına gəldikdə isə müasir malkar-Qara-
çay dilində bu söz nəinki «nart», həm də «qəhrəman», «batır», 
«qoca», «qədim» kimi assosiasiya olunur. İxtiyar malkar-Qara-


Nizami Tağısoy
98
çay qocaları o  biri dünyanı «nart dünyası» adlandırırlar. Onların 
təsəvvürlərinə görə nartlar yaşayan dövrlərdən insanlara kömək 
edər,  yer  üzündə  sülh  və  əmin-amanlığı  qoruyarlarmış.  Nartlar 
daim ölülər dünyasından bu fani dünyaya baxar, onları hər hansı 
bədbəxtlik bürüyəndə hifz edərlərmiş. Hətta «Nartların dirilmə-
si» dastanında söylənilir ki, «nartların müqəddəs ruhu qartallara, 
qarğalara və müxtəlif vəhşi heyvanlara dönüb aulları gəzər və in-
sanları qarşıdan gələn bədbəxtlikdən xəbərdar edərlərmiş».
Türklərin  şifahi  xalq  yaradıcılığının  öyrənilməsi  türk  xalq-
larının  hamısı  üçün  ümumi  mənəvi  yaradıcılıq  ənənələrini  sax-
lamış  vahid  etnosun ilkin dövrlərinə müraciət onun hansı vaxtdan 
mövcudluğunu  müəyyənləşdirməyə  kömək  edə bilər. Qaraçay-
lılarla  malkarların  etnik  kökünün  və  mənəvi  yaddaşının  uzun  
zaman  kəsiyində  birgəliyi  bu  xalqların  şifahi  ədəbiyyatlarının  
xeyli  növ və janr nümunələrinin birgə  nəzərdən  keçirmək  üçün   
münbit  zəmin  yaradır.  Məsələn,  qaraçaylı-malkarların  folklo-
runda  “Nart” eposu (Nart  tauruxla)  ilə  yanaşı,  həm   də  nəğ-
mələr (jırlar),  alqışlar (алгъышла),  nağıllar  mühüm  yer  tutur.  
Xalq   müdrikliyi  isə  atalar  sözü  və  zərb  məsəllərdə (nart  sözle)  
ifadəsini  tapmaqla  xalq  hikmətinin  yenilməzliyindən  və  zən-
ginliyindən  xəbər  verir (5, 22).  Bundan  başqa  Qaraçay-malkar  
folklorunda  nart  eposu  ilə  yanaşı,  həm  də  qədim  nəğmələr 
(eski jırla)  xüsusi  yer  tutur  ki,  onları  bəzən  igidlik nəğmələri(-
cigidlik jırla) də adlandırırlar. Qaraçaylı-malkarlarda bu  nəğmələr  
indi  də  xalq  şənliklərində, təntənələrində  ifa  olunur,  dinləyicilər  
onlara  həvəslə  qulaq  asırlar. 
Qaraçaylı-malkarların  öz  sələflərinə  hörmət  və  ehtiramı  
böyükdür.  Belə  ki,  onlar  bu  günün  özündə  də  yeddi  nəsil  
arxada  qalmış  əcdadlarını  yaxşı tanıyırlar.  Qaraçaylı-malkarla-
rın  qəhrəmanlıq  nəğmələri  bu  xalqların  mənəvi   mədəniyyəti-
nin  xüsusi  hissəsini  yaradır. Bu tarixi-qəhrəmanlıq nəğmələrinin 
dövrümüzə “daşınıb”çatmasında,  tarixi  obrazların dəyərləndiril-
məsində  söyləyici  heç  də  passiv  rol  oynamır (15, 426). 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə