Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə27/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   23   24   25   26   27   28   29   30   ...   97

Nizami Tağısoy
84
ranış  və  hərəkətlərində  cəngavər  rəşadəti  vardır. Onun bütün 
fəaliyyəti işğalçılarla, zülmkarlarla qızğın döyüşlərdə və müba-
rizələrdə gedir. Öz fantastik  xüsusiyyətləri  ilə möcüzəli emegen-
lər  dəfələrlə  onun  həyatını  təhlükə  altında  qoyurlar.  Təsadüfi  
deyil  ki, qəbiləsi onu nart  hərbiçilərinin  atası, arvadını  və  onun  
köməkçisi  Satanayı  nartların anası  adlandırır. Yeryüzmək heç 
zaman  dilinə  yalan  gətirmir, o,  elə  nart  qəhrəmanları  arasında  
böyüyür  ki,  onlar  onun  doğrudanda  böyük  cəngavər  olacağına 
inanırlar.  Məsələn,  Yeryüzmək hələ   uşaq  vaxtı nartların  “qır-
mızı saqqal, lakin qorxaq Fuka  böyük  məbləğdə  töycü  verdiyini  
gördükdə  and  içir  ki,  öz  qəbiləsini  onun  cəngindən  xilas  et-
sin.  Belə  də  olur.  Satanaydan  məsləhət  alan  Yeryüzmək  Fuku  
göydə  öz  şüşəli  sarayında  qətlə  yetirir.  Fuk   öldükdən  sonra  
isə  yeddi  həftə  bir üzünün  üstündə  qanlı  yağışlar  yağmaqla,  
yerə  bərəkət  gəlir.  Elə  nartlar  arasında  ən  sərrast  ox  atan  ol-
duğundan  onun  tayı – bərabəri yox idi.  Onda  olan  böyük  gücü  
nəinki  nartlar,  həm  də  onların  düşmənləri  olan  emegenlər  
yaxşı  bilirdilər.Sosuruk  eposun  ikinci  mühüm qəhrəmanıdır. 
Onun  obrazı  ilə  nartın möcüzəli doğuluş motivi  bağlıdır. O,  
həddi-buluğa  çatdıqdan  sonra Yeryüzməyi ölümdən, qaraçaylı-
ları beşbaşlı emegendən xilas  edir, Sosuruk  insanları gücdən çox 
ağlının  və  düşüncəsinin  köməyi  ilə emegenlərdən qoruya bilir. 
Sosurukun   emegenlərlə  mübarizəsi  bu  sözlərlə   sona  çatır: 
“Bax, Sosuruk Qaraçay xalqını emegenlərdən azad etdi”. 
Biz həm Yeryüzmək, həm də  Sosuruk dastanlarında eposdakı 
obrazların təkamülünü görürük. Onlar  konkretləşməklə  və  real  
məzmunla  doldurulmaqla  öz  şərtiliklərini  itirirlər.  Bu  das-
tanların  aparıcı  motivi  nartların  düşmənlərə qarşı  vuruşunun,  
qəhrəmanların mübarizələrinin  əksər  hallarda  ölümlə nəticələnə  
biləcəyinə    baxmayaraq,  onların    xalqın    xoşbəxtliyi    uğrunda  
mübarizə apardıqları fəaliyyət  ilə  bağlıdır.
Maraqlıdır  ki,  Qaraçay-malkar  nart  dastanlarının  sonrakı  


Qaraçay  ədəbiyyatı
85
qəhrəmanları  o  qədər  də  varlı  mənşəli  deyildirlər.  Yeryüzmək  
sadə  təbəqədəndir, Şauay  haqqında  dastanda  nartlar  bahadır  
simasını  itirirlər.  Onlar  lovğa, xəsis,  qorxaq  və  yalancıdırlar.  
Möcüzəli Gemuda  at  Şauaya  nartlara  onların  üzərində  özünü  
göstərməyə  kömək edir.
Bu  günə  qədər Azərbaycan  türkoloji  ədəbiyyatşünaslığında 
öyrənilməmiş sahələr sırasında Şimali Qafqazda yaşayan azsaylı 
türk xalqlarının, o cümlədən, malkar, Qaraçay, noğay və kumux-
ların mifologiyası, epik nümunələri, folkloru, klassik və müasir 
ədəbiyyatının  müxtəlif  problemləri  qalmaqdadır.  Bununla  belə 
adları çəkilən bu türk xalqlarından hər biri zəngin epik təfəkkür 
daşıyıcıları olmaqla, möhtəşəm şifahi yaradıcılıq ənənələrinə ma-
likdirlər. Qaraçay-malkarlara gəldikdə onlar xüsusi olaraq mədə-
ni-mənəvi örnəklərinin orijinallığı və özünəməxsusluğu ilə seçi-
lir. Onların sırasında, yuxarıda qeyd etdiyimiz kimi, «Nart» eposu 
daha çox layiqli yer tutur.  «Nart»ların yaranması, bu xalqlar ara-
sında mövcudluğu olduqca uzaq keçmişə malikdir.  “Kitabi-Dədə 
Qorqud”, «Koroğlu» eposu türklər və qeyri-türklər, «Nibelunqlar 
nəğməsi» german xalqları, “Böyük Edda” və “Kiçik edda” skan-
dinavlar arasında nə qədər geniş yayılmışdırsa (12, 153), «Nart»-
larda bu gün abazinlər, abxazlar, adıqlar, ostinlər, inquşlar, çeçen-
lər, kabardinlər arasında populyar olmaqla, həm də onlar  tərəfin-
dən doğma abidə hesab edilməkdədir. Yeri gəlmişkən qeyd edək 
ki, XX əsrin 60-70-ci illərindən «Nart»larla bağlı tədqiqat işləri-
nin genişlənməsi və dərinləşməsi həm də bu eposun Zaqafqaziya 
versiyalarının olduğunu müəyyənləşdirmişdi (1, 77). Lakin, fik-
rimizcə, bununla da eposun yayılma və mövcudluğu arealı bitmiş 
hesab edilə bilməz. Çünki eposun «Güyerdi» fəslindəki Kubu və 
Qubu qardaşlarının dağlar qoynu Qubuda yaşadıqlarını və təsər-
rüfat həyatı ilə məşğul olduqlarını nəzərə alaraq, elə bu dastanın 
bəzi yerlərinin Azərbaycan ərazisindəki Quba ilə əlaqələndirməni 
də xeyli cəhətləri ilə aktuallaşdırır.
Nartşünaslıqda  haqqında  danışdığımız  dastan  «Nart»lar  və 


Nizami Tağısoy
86
«Nartiada»  kimi  adlandırılır. 
Uzun əsrlər ərzində Qafqaz xalqları arasında olan sıx iqtisadi, 
siyasi və mədəni əlaqələr nəticəsində formalaşmış «Nartiada»nın 
müxtəlif versiyaları arasında çoxsaylı oxşarlıqlar, ümumiliklər və 
fərqlər tapmaq mümkündür. Çoxsaylı oxşarlıq və ümumuliklərə 
baxmayaraq, yuxarıda adı çəkilən Qafqaz xalqlarının hər birinin 
nart dastanlarının məzmunu və məişət realiyalarına, formasına, 
poetikasına,  uslubuna,  ifa  olunma  manerasına  görə  (qeyd  edək 
ki, adı çəkilən xalqlarda «Nart nəğmələri» də geniş yayılmışdır) 
milli folklor ənənələrinə, milli düşüncə tərzinə və milli koloritə 
söykəndiyi  açıq-aydın  hiss  olunur.  “Nart”ların  malkar-Qaraçay 
versiyası Qafqaz lokal özünəməxsus epik ənənəsi ilə yanaşı, həm 
də türk xalqlarının epik ənənələri ilə üzvü surətdə bağlıdır.
Əgər Qafqaz ənənəsi Qafqaz substartı (əsası) və tipoloji bir-
liklə (vahidliklə) izah olunursa, türk paralelləri tipoloji uzlaşma 
ilə yanaşı, həm də genetik birlik, etnik və dil qohumluğu, ümumi 
epik arxaika ilə əlaqədardır. Əgər “Nart”ları Orta Asiya türkləri-
nin epik abidələrindəki dil-üslub qatları, şeir ritmikası, intonasi-
yası və digər xüsusiyyətlər yaxınlaşdırırsa, yaqutların, Altay-Sa-
yan xalqlarının eposu ilə burada üst-üstə düşən məqamlar əsasən 
bir sıra motivlər, situasiyalar, mifoloji və dini obraz və təsəvvür-
lərlə bağlıdır.
Malkar-Qaraçay eposu dövrümüzə nəğmə şəklində çatmışdır. 
Bu ilk növbədə malkar-Qaraçay epik ənənələrinin parlaq və ay-
dın xüsusiyyətləri ilə izah olunmalıdır. Eposun şeir-nəğmə for-
masında mövcudluğu və yayılması çoxsaylı arxaik elementlərdə 
konservasiya getdiyini göstərir. Məsələn, malkar-Qaraçay xalqla-
rının mənəvi-mədəni yaddaşında yüksək mövqedə dayanmış və 
bu xalqların epik ənənələrinin toplayıcısı S. – Ə.Urusbiyev lap 
qədim zamanlarda Pyatiqorsk dairəsinin Tersk vilayətində yaşa-
yan dağlı-tatarlarda məşhur olan bu eposu qələmə alarkən aşa-
ğıdakıları  qeyd  etmişdi:  «…bir  nəsildən  digərinə  şifahi  şəkildə 
keçməklə nart nəğmələri bəzi dəyişikliklərə uğramasına baxma-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə