Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə23/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   19   20   21   22   23   24   25   26   ...   97

Qaraçay  ədəbiyyatı
71
Сен чомартса, сен чомартса! 
О сабанчы, о Дауле! (3,92)
Tərcüməsi:
O Daule, şum şumla.
Hər şeyi bacaran Daule.
Nəhəngləri (oküzləri) qoş, Daule.
Öz dənini səp, Daule.
Payızı şən qarşıla, Daule.
Sən bizə verdiyini
Dolduraq çuvallara. 
Budur dərzlər  - sənindir,
Bir dərzdə nə qədər taxıl.
Bir dərzdə birillik məhsul,
Sən olduqca əliaçıq,
O çörəkçi, o Daule!
Gətirdiyimiz nümunədən başqa «Saban-toy» mərasimi oriji-
nallığı ilə seçilib tirada formasında qurulmaqla paralelizmlərlə, 
metaforalarla  və  müxtəlif  tipli  təkrirlərlə  də  kifayət  qədər  zən-
gindir. Yaxşı məhsuldarlıq əldə etmək üçün bütpərəstlər yeri ilk 
şumlamağa  başladıqları  andakı  mərasimdən  allahların  şəninə 
nəğmələr oxuyur, onları xeyirxahlığa çağırır, özlərinə yaxınlaş-
dırmağa  çalışırdılar.  Bu  tipli  nəğmələrin  sonu  allaha  müraciət 
formasında olmaqla ondan böyük məhsul, çoxlu taxıl istəyi ilə 
yekunlaşırmış:
Бир бюртюкню тинг этгин,
Бузну, ташны тюк этгин,
Ырысхыны бизге жюк этгин  (3,93).
Tərcüməsi:
Bir dəndən minini et,
Buzu-daşı taxıla çevir,
Bizlərə bolluq gətir.


Nizami Tağısoy
72
Xahiş,  istək  formasını  yüksəltmək  üçün  bu  tipli  mətnlərdə 
parodoksal bədii obrazlardan da istifadə olunurmuş. «Bir dəndən 
minini et», növbəti misrada «Buzu-daşı taxıla çevir» deyilməklə 
mümkünsüzü  bu  mərasimlərdə  mümkün  edib,  taxılı  yaxşı  bitir 
anlamını ifadə etmək kimi fikirlər ön plana çəkilirdi. 
 ƏDƏBİYYAT
1.  Лавров Л.И. Карачай и Балкария до 30-ых годов ХIХ в// 
Кавказский этнографический сборник, М., 1969, №4.
2.  Лайпанов  Х.О.  К  истории  карачаевцев  и  балкарцев. 
Черкесск,  1957.
3.  Малкондуев  Х.Х.  Обрядово-мифологическая  поэзия 
балкарцев  и  карачаевцев.  Нальчик,  Эль-фа,  1996.
4.  Tağısoy N. «Jıl kuttı bolsın». Qazax etnik-milli düşüncəsində 
«Naurız meyramı». «Kaspi» qəzeti, 2016, 17 mart.
5.  Xəlil A. Türk xalqlarının yaz bayramları və Novruz. Bakı, 
Elm və təhlil, 2012.
6.  Холаев А.З. К вопросу о трансформации обрядовой пес-
ни-пляски «Голлу» у балкарцев и карачаевцев// Художе-
ственный язык кабардинцев и балкарцев. Нальчик, 1981.
7.  Урусбиева  Ф.А.  Карачаев-балкарский  фольклор.  Чер-
кесск,  1979.
8.  Шаманов И.М. Народный календарь карачаевцев// Журн 
“Советская этнография”. М., 1971, №5.
9.  Шахмурзаланы С.О. Таyлуну календары. Нальчик, 1970.
2.3. Qaraçay-malkar  poeziyasında  ənənəvi  konsept
Qaraçay-malkar  sənətkarları  qələmə  almaq  istədikləri  hər 
hansı  mövzunun    xalq    həyatında    çoxsaylı    ifadə    formalarını  
tapmaq  üçün  totem  simvolikasına (müqəddəs  ağac, xəncər və 
s.) gedib dirənən ənənəvi  obrazlara müraciət etməyə daha çox 


Qaraçay  ədəbiyyatı
73
meylli olmuşlar. Təbii ki,  simvolikaya müraciət  poeziyanın  mü-
hüm  keyfiyyətidir. Bu  baxımdan  Qaraçay-malkar  poeziyası  da  
müstəsna  deyildir. Məsələn,  Qaysın Quliyev  üçün  “daş”  kişi-
lik  simvolu,  dözümlülük  ölçüsüdürsə, M.Mokayev  üçün uzaq-
görənlik  və  müdriklik  rəmzidir. (“Daş,  mənə  de,  kimin  qar-
şısında  mən  günahkaram?”). Bununla  belə   himn-nəğmələrdə  
təqdim olunan “müqəddəs ağac” müasir malkar şairlərinin  yara-
dıcılığında  poetik  və  fəlsəfi  obraz  kimi  ifadə olunur (məsələn, 
S.Qurtuyevin “Dörd  alma  ağacı”, M.Kudayevin  “Nartlar  ağacı”, 
A.Bayzullayevin “Janqız  Terek” (“Tənha  ağac”), Laypanovun  
“Yurtda  janqız  Terek ( “Yurdda  tənha  ağac”) və s. kimi poetik 
məcmuələrdə onlar  məhz  belə şəkildə öz ifadəsini  tapmışdır.
Hər  bir  xalqın  folkloru özünəməxsus  olmaqla,  həm  də  
janr  və  mövzu  rəngarəngliyi ilə  seçilir: burada  xalqın  əsrlər  
boyu  keçdiyi  yol,  onun  mənəvi inkişaf  pillələri,  dünyanı  dər-
ki,  estetik  şüurunun özəlliyi, dialektik hərəkəti və bədii  təfəkkür  
formaları maraq kəsb edir.
Qaraçaylı-maklarların   yaradıcı  arsenalında  xalqın  məra-
sim –ritual  həyatı ilə  birbaşa  bağlı  olan  əfsun  nəğmələridir.  
Onların  sırasında  qaraçaylı-malkarların  “İnay”, “Erirey”, “Do-
lay” nəğmələri  vardır  ki,  bunlarda  oğuz  qəbilələrinin  qədim  
mərasim  poeziyası  ilə  bir sıra analogiyalar görmək mümkündür.  
Məsələn,    “İnay”  nəğməsində  mahudun    əyrilməsi,  “Erirey”də 
taxılın  döyülməsi  prosesi öz əksini tapmışdır. Sonrakı nəğmələr-
də dini-mifoloji qavrayışa–“Tanrı” (“Teyri”), “Od  Tanrısı”(“Ot 
Teyrisi”), “Külək  Allahı” (“Jel  Anası”), “Tənha ağac” (“Yanqız  
Terek”)  və  s.  mühüm  yer  tutur.  Xalqın  xaosdan  kosmosa  keçi-
dindəki  kosmoqonik  təsəvvürləri  “Həyat  ağacı”  cadu –ovsun  
mərasimində  daha  aydın  görünür.
Ой Жангыз – Терек, Майpы Терек,
Хотталагъа – Чонкай – Терек.
Ай- джарыгъы чапрадъындан,
Хейеллəниб тъюшеди.


Nizami Tağısoy
74
Кун джаргъын сенден кетиб,
Къабыр айакъ байлайды.
Ой, байлайды, байлайды
Сабанланы таблайды (1, 91)
Tərcüməsi:
  
Oy  Təhna  ağac  – Tanrı  ağac, 
İnsanlar  dua  edən  ağac.  
Ay  işığı  yarpağından,
Günah  edib tökülür.      
Gün işığı səndən  qaçır,      
Məzar  ayağın  bağlayır.    
Oy,  bağlayır,  bağlayır,     
Şumluğu malalayır.
Göründüyü kimi, Qaraçay-malkar mifoloji sistemindəki milli  
mərasim  poeziyasının sakral mərkəzində müqəddəs ağac  xüsusi  
yer  tutur.  Bu  qaraçaylılarda  “Janqız  Terek” /“Tənha  Ağac”/, 
malkarlarda  “Raubazı”dır.  Qaraçay-malkarların  mifologiyasın-
dan  göründüyü  kimi  ağac  dünya  okeanı (“Doluan  tenqiz”) 
kosmik səliqə-sahman  yaradan  böyük  öküzə  (öйгъуз) qarşı 
çıxan qara qüvvələrə (къузгъун)  qarşı  çıxır.  Müqəddəs  ağac  
məhz bundan  sonra  yaranır.  Bunun  izahının  başqa  bir  versi-
yası da vardır ki, məhz bu etimologiya  nisbətən  yenidir.  M.Qa-
ragetovun  fikrincə, “Çoppa  mifinə (əsatirinə)  görə  (Qaraçay  
mifologiyasında  ilahi  ruh  obrazı)  Qara  Qarğanın  və  Tamlınça  
Tısbağanın  oğlu  olduğunu  yada  salsaq,  bu  zaman qaraçaylı-
ların  əsas  əsatiri  üzərindən  pərdə  götürülər.    Qaraçay    söyləyi-
cilərinin  fikrincə, şam  ağacının  qədim  adı  elə  “çoppayır”dır.  
Bundan  başqa  qaraçaylılarda  Həyat  ağacı  həm  də  Altun  ağac 
adlanır.
Qafqaz  xalqlarının,  o  cümlədən  qaraçaylı-malkarların   et-
noşüurunda  “daş” obrazı  xüsusi  işarədir. Elə “Nart”  eposunun  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə