Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə25/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   21   22   23   24   25   26   27   28   ...   97

Nizami Tağısoy
78
Qaraçay nağıllarında çoxsaylı, əyləndirici, yumor dolu, iro-
nik təsvirlərlə zəngin həyat hadisələri və süjetlər əksini tapmışdır. 
Bu nağıllarda insanın mənfi keyfiyyətləri, çatışmazlığı və baca-
rıqsızlığı tənqid atəşinə tutulur, onların xəsisliyi gizli gülüş hədə-
finə çevrilir. Məsələn, “Xəsis” nağılında qonaq onu qəbul edən 
ev  sahibinin  qonaq  qəbul  etmə  qaydalarını  pozduğuna  görə  ev 
sahibini tənqid hədəfi kimi gülüş obyekti edir.
Folklor müxtəlif səpkili funksiyaları ilə xalqın gündəlik hə-
yatında aparıcı yer tutmaqla, hər şeydən öncə, insanı tərbiyə et-
mək, öyrətməklə yanaşı, bu təyinatı, vəzifəni nəinki batır eposu, 
yaxud nağıllarda olduğu kimi yerinə yetirmiş, həm də onu rən-
garəng didaktik janrlarla-nart sözlər (hərfi mənada “nart sözle”), 
elberlə (tapmaca), alqışlarla da zənginləşdirmişdir.  
Qaraçay  türklərinin  nağılları  heyvanlar  haqqında  nağıllar, 
sehrli  nağıllar,  novelistik  nağıllar  və  s.  bölünür. 
Qaraçay nağıllarında Kosa ilə bağlı olanlar daha mühüm yer 
tutur. Azərbaycan, qazax, qaraqalpaq və digər türk xalqlarının na-
ğıllarında olduğu kimi Kosanın adıyla əsasən hiyləgərlik, tamah-
karlıq və s. bağlanır. Bunlara nümunə kimi biz «Cocuqla Kosa» 
(«Caşbık  bla  Köse»),  «Dəyirmançı  Kosa»  («Tirmençi  Köse»), 
«Üç qardaşla Kosa» («Üçkarındaş bla Köse») və başqalarının ad-
larını çəkə bilərik.
Qaraçaylıların  heyvanlar  haqqında  nağıllarında  onların  in-
sanlarla münasibətləri, heyvan obrazlarının köməyi ilə insanların 
yarıtmaz və yaramaz xüsusiyyətləri  göz önündə canlandırılır. Bu 
tipli nağıllarda hər heyvan öz fərdi keyfiyyətləri ilə seçilir. Belə  
nağıllarda əsasən tülkü hiyləgər və yalançı, canavar ağılsız, acgöz 
və  rəhmsiz,  ayı  güclü  və  düşüncəsiz  və  s.  kimi  təqdim  olunur. 
Qaraçay  nağıllarında  aslan,  dovşan,  qoyun,  keçi,  öküz,  köpək, 
eşşək, quşlar, bildirçin və s. hər biri özünəməxsus xüsusiyyətləri 
ilə qarşımızda dayanır.     


Qaraçay  ədəbiyyatı
79
2.5. Qaraçay-malkar  “Nart” qəhrəmanlıq eposu
Çoxəsirlik  tarixi  dövründə  Qaraçay – malkar türkləri  zəngin  
şifahi  xalq yaradıcılığı örnəklərinin daşıyıcıları, eyni zamanda 
onlar  Şimali Qafqazda yaşayan digər xalqlarla birgə “Nart” epo-
sunun  yaradıcılarından sayılırlar. Yeri gəlmişkən qeyd etməliyik 
ki, Qaraçay-malkar  türkləri “Nart”ları  qəhrəmanlıq  eposunun 
Qafqaz Nartiadasının milli versiyalarından  birini  yaradanlardır.
Qaraçay-malkar xalqlarının “Nart” dastanlarından başqa di-
gər  şifahi  yaradıcılıq  örnəkləri  də  mövcuddur  ki,  onların  
sırasında  biz  xeyli çoxsaylı  nümunələrin-epik  poemaların,  na-
ğılların,  əfsanələrin,    lətifələrin,  tarixi  nəğmələrin,  atalar  sözü, 
zərbi məsəllərin, tapmacaların, alqışların və qarğışların adlarını  
çəkə  bilərik. Onlar  yüksək  bədiiliyi təzahür etdirdiyi kimi, həm  
də milli özünəməxsusluğu  ilə  fərqlənməkdədir.Bu  nümunələ-
rin   nə  qədər  milli,  təkrarsız, özünəməxsus  olması, dağlıların 
həyatı,  psixologiyası,  cəngavərliyi,  qəhrəmanlığı,  cəsurluğu  ilə 
bağlı  XIX  əsr  rus  ədəbiyyatı  nümayəndələri,  şairləri, yazı-
çıları, ictimai  xadimləri  dönə-dönə  yazmış, qeydlər etmişlər.  
Qaraçaylılar  və  malkarlar  çoxəsirlik  tarixi  dövründə  hər  iki  
xalqın  (eyni zamanda nəinki onların, həm də digərlərinin) ümu-
mi   bədii  sərvətinə  çevrilmiş müxtəlif  və  rəngarəng söz  sənəti  
nümunələri  yaratmışlar.
Beləliklə,  yuxarıda  söylədiyimiz  kimi,  qaraçaylı-malkarla-
rın  şifahi  yaradıcılığında  ümumi  Qafqaz   Nartiadasının  mil-
li   verisyalarından  olan  qəhrəmanlıq  eposu  “Nartlar”  unikal  
nümunədir.  Tədqiqatçı – alimlərin  fikrincə  “Nart”  eposu  lap  
qədim  ibtidai  icma  quruluşu  dövründə  yaranmışdır.  Doğrudan  
da  “Nart”  dastanları  ilə  tanış  olarkən  oradan  sonrakı  əlavə  
və  kontaminasiyları  təcrid  etdikdə, eposun nüvəsində  ibtidai  
düşüncə  və  təfəkkür  tərzi  üçün  xarakterik  olan  mifologiyalaş-
dıırlmış  təbiət  və  cəmiyyət  hadisələrini, etnosun  bütpərəstlik 
dövrünə aid edilən  düşüncə  tərzini  görmək  mümkün  olur.


Nizami Tağısoy
80
Əsərdə  baş qəhrəman  Satanayın  adı  ilə  müxtəlif  mənşəli  
yarımifik  canlılar  geniş  şəkildə  təqdim olunmuşlar.  Məsələn, 
biz burada Suu Gəlimauz - nartların  düşməni  rolunda  çıxış  edən  
dənizlər  və  dəryalar  əjdahası; Suu  anası  - sular,  çaylar   sahibi;  
Almastı-meşələrdə, bəzən  müxtəlif  saraylarda  yaşayan  qəddar  
və  məkrli yalançı  qarılar;  Ağac  kişi – meşə  insanı; Obur – vam-
pir, qulyabanı və başqaları ilə geniş şəkildə tanış oluruq.
Satanay  Günəş  və  Ay  qızının  mənşəyi  olan  ilahi  qüvvə-
dəndir. Lakin  əjdaha  tərəfindən  oğurlandıqdan  sonra  o  yer  al-
lahı – Yer  Tanrısına (Jer  Teyrisinə)  baş  əymək  məcburiyyətində  
qalır.  Eposun  qəhrəmanları  Sosuruk  və Şauayın  doğuluşu  da  
möcüzələrlə,  qeyri-adiliklərlə  müşayiət  olunmaqla,  fantastik  və 
qeyri-təbii  möcüzələrlə  bağlıdır. Qaraşauayın  anası adamyeyən 
əjdaha emegenlər qəbiləsindəndir, atası isə cəsur nart  Alauqandır;  
Qaraşauayın  özü  körpəlikdə  buzlaqlarda  açılmış  yırtıqda  vəhşi  
heyvanlar  tərəfindən qidalandırılmışdır. Sosuruk daşdan  doğul-
muşdur,  onu  körpə  uşaq  ikən altmış  gənc  külüngçülərin  kömə-
yi  ilə müdrik Satanay daşın  arasından  çətinliklə çıxara  bilmişdir. 
Adətən, nart qəhrəmanalrının mənşəyi-nəinki Sosurukun, Şauayın, 
Satanayın,    həm    də    digərlərinin    dünyaya    gəlməsi    möcüzəli  
hadisələr  nəticəsində baş verir. Eyni  zamanada  nartın  validey-
nlərindən  biri  daim  ya  ilahi, yaxud  qeyri-təbii  mövcudatla  
bağlıdır.  Və  belə  olduqda  nart – qəhrəman, bir  tərəfədən,  insan 
övladı,  bəşər  dünyası  ilə,  real  həyatla  və  nartların  məişəti  
ilə  bağlıdırsa,  digər  tərəfdən,  qeyri-təbii  qüvvələrlə,  allahlarla, 
emegenlərlə  və s. bağlıdır. Folklorşünas – alimlər bunu  belə izah  
edirlər  ki, insanların öz irili-xırdalı dərd-sərlərini bölüşməyə və 
allahlarla ünsiyyət  yaratmağı  bacarmağa yarımilahi  qüvvə  ilə  
seçilən  bir  qüvvənin  ortaya çıxması zəruri idi.
Bunun şahidi olmaq üçün “Nar”tın tərkib hissi olan “Sosu-
ruk”  dastanında  verilmiş  hekayətdən  bir fraqmentə  nəzər  sa-
laq: “Keçmiş  zamanlarda  Sosuruk  adlı  bir  çoban  yaşayırmış.  
Bir  dəfə  o,  Adil  çayının (Adil, Edil, İtil müxtəlif  türk xalqların-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə