Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə24/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   20   21   22   23   24   25   26   27   ...   97

Qaraçay  ədəbiyyatı
75
baş  qəhrəmanı  Sosurukun doğulması da daşla bağlıdır. Sosuru-
kun ənənəvi  doğuluşunda  biz  Satanayı  da görürük. Burada nart 
çoban, nart  dəmirçi  də  vardır. Malkariyada  isə  belə  bir hekayət 
dolaşmaqdadır ki, böyük bir çayın kənarında döyüşdən qayıdan 
nartların gözü qarşısında nəhəng bir daş bölünür ki, onun içindən 
körpə-batır  çıxır” (3,27). Qaraçayda  Sosuruk  daşı  müqəddəs  
daş  hesab  olunur  və  bu  daş  Qarakənd  qəsəbəsi  yaxınlığın-
dadır.  Tədqiqatçılar belə hesab  edirlər ki,  bu  daşın  üzərində  
it ayağının  izləri, qatır (kъадыр)  dırnağı,  batırın  alnının  yeri,  
onun  ayaqlarının, ovucunun  içinin  izlərini  görmək  mümkün-
dür.  Eyni zamanda bildirilir ki,  uşağı  olmayan  qadınlar  bu  da-
şın  üstünə  qida  məhsulları  gətirib yeyər,  ya  onun  üstündə  olan  
dırnaq  izinin  üstə  yatar,  ya  da  daşın  ətrafına  fırlanarlar  ki, 
hamilə ola  bilsinlər. Kişilər  yol  ötərkən  yeməyin  bir  hissəsini  
daş  üzərinə  qoyarlar  ki,  yolları  uğurlu olsun. Qaraçaylıların  
inamına  görə  Sosuruk  daşı  göy  rəngdədir.
Əşyavi  obrazın  mifologiyalaşdırılması  (məsələn,  dağ,  daş, 
xəncər)  Qaraçay-malkarların bədii şüuru üçün kifayətqədər xa-
rakterikdır.  Burada  biz  Q.Quliyevin  “Od”(“Ot”),  “Oraq”(“O-
rakъ”), M.Atabiyevin  “Müqəddəs daş”, D.Mamçuyevanın “Mavi 
dağ” (“Kökle kъaya”)  poemalarının  adlarını  çəkə  bilərik.  Qeyd  
edək  ki,  hər  bir  sənətkar  üçün  bu  və  ya  digər  obraz  öz  
ölçülərinə  və  assosiasiyalarına  malikdir.  Bununla   bağlı  Q.Qu-
liyev  yazırdı: “Nə  qədər  təəccüblü  olsa  da,  daş  məni  fikirləş-
məyə,  səbirli  olmağa  öyrədib,  şeirlərimdə  sözçülükdən  kənar  
durmaqda  qoruyub.  Kərənti, xəncər, bıçaq  da  daşsız  heç  nədir 
- onlar  daşın  köməyi  ilə  itilənir.  Yerlilərim də  daş  arxasın-
dan  düşmənə  güllə  atıblar,  yorulanda  daş  üstündə  oturublar...  
bəzən  də  qayadan  qopmuş  daş  onları  məhv  edib.  Və  bir  də,  
nəhayət,  daş  həm  də  dağlar  sakininin  başdaşına  çevrilməklə,  
onun  adını  uzun  illər  qoruyub  saxlayır. Daş   dağlını  bələkdən  
qəbr  evinə  qədər müşayiət  edir” (2,270).
Beləliklə,  söylədiklərimiz bir daha göstərir  ki,  epik  das-
tanların və hekayətlərin ideyaları  və  strukturu  xalqın  estetik 


Nizami Tağısoy
76
şüurunu  formalaşdırmaqla,  həm də  xalqın  nəğmə  ənənəsinin  
mütərəqqi  tərəfləri  poetik  janrın  inkişafında  mühüm  rol  oyna-
maqla  təyinedici  amil  kimi  xidmət  edə bilir (4,97).
 Ədəbiyyat
1.  Каракетов М. Из традиционной обрядово-культовой жизни 
карачаевцев. М., 1995.
2.  Кулиев К. Так растет дерево. М., «Современник», 1975.
3.   Нартла. Малкъар-къарачай нарт эпос. М., «Восточн.лит»., 
1994.
4.  Узденова  Ф.К.  К  этимологии  традиционных  концептов 
карачаево-балкарской  поэзии//  Ortaq  türk  keçmişindən 
ortaq türk gələcəyinə. IV Uluslararası Folklor konfransının 
materialları.  Bakı,  2006.
 2.4.Nağıllar
Qaraçay xalq nağıllarında fantastika və qədim dünyanı dərk-
lə yanaşı, həm də real həyat, məişət, davranış məsələləri, tarixi 
hadisələr və s. öz əksini tapmışdır. Folklorun bu son dərəcə geniş 
yayılmış janrında şərq nağıl ənənələrindəki obraz və süjetlərdə 
nağıl-fantastika  elementlərini  aydın  görmək  mümkündür.  Seh-
rli nağıllarda animist, totemist inanclarla yanaşı, ov himayəçisi 
Apsatı, ev heyvanlarının himayəçisi Aymuşa (“Zınqırdak”, “Ay-
muş”) baş əymə, təzim etmə də özünü büruzə verir ki, bu da dağ-
lıların ov və heyvandarlıqla məşğul olduğunu göstərir. Bu tipli 
nağıllar bəzən nartlar haqqında dastanların süjet və qəhrəmanları 
ilə bağlı olub yeni forma yaratmaqla, etnosun epik düşüncə tər-
zini qoruyub saxlayır. Məsələn, Qaraçay nağıllarında nart eposu 
motivlərinin olduğunu “Yeryüzmək” nağılı bir daha təsdiqləyir. 
Bu  epik  növdə  məişət  nağılı  isə  sehrli  nağıllarla  çulğaşmaqla, 
emegenlərlə mübarizə mənzərələrini  ön plana çıxarır.


Qaraçay  ədəbiyyatı
77
Heyvanlar haqqında olan Qaraçay nağılları əksər hallarda nə-
sihət və didaktik xarakterlidir. Onlarda ifadə olunmuş alleqoriya-
larda xalq etik normalarının izlərini görmək mümkündür.
Bununla belə digərlərindən fərqli olaraq Qaraçay məişət na-
ğılları daha maraqlıdır. Xalq qəzəbinin insafsız bəylərə, hakimlərə 
qarşı yönəldiyini əks etdirən bu məişət nağılları realist cizgilərlə 
seçilməklə, həm də adi insanlara qan udduranları satira atəşinə 
tutur (məsələn, “Əfəndi və şeyxin qəbri”, “Üç qardaş” və s.), on-
ları  tənqid  edir.  Qaraçay  məişət  nağılları  üçün  digər  türk  xalq-
larında (Azərbaycan türklərində, qazaxlarda, qaraqalpaqlarda və 
b.) olduğu kimi Kosa obrazı xüsusilə səciyyəvidir. Kosa Qaraçay 
nağıllarında qəddarlıq, hiyləgərlik və xəsislik kimi mənfi keyfiy-
yətlərin daşıyıcısını  təcəssüm etdirir. Qaraçay məişət nağıllarının 
ən geniş yayılmış motivi və mövzusu muzdurun qəddar və xəsis 
sahibkarına qarşı qisasını əks etdirməsidir. Muzdur obrazı Qara-
çay nağıllarında son dərəcə populyar obrazdır. O, xalqın qələbə 
inamının daşıyıcısı kimi səciyyəvidir. 
Qaraçay məişət nağılları həm də antiklerikal istiqamətliliyi 
ilə güclüdür. Buna “Əfəndi və şeyxin qəbri” nağılı nümunə ola 
bilər. Hakim və məmurları ifşa edən Qaraçay xalq nağıllarında 
rüşvətxor, naqis, ədalətsiz hakimlər, vaxtı ilə mövcud olmuş məh-
kəmə sistemi tənqid atəşinə tutulur. 
Qaraçay-malkar satirik məişət nağıllarına Nəsr Xoca (Azər-
baycan  türklərində  Molla  Nəsrəddin,  Anadolu  türklərində,  öz-
bəklərdə, türkmənlərdə, qaqauzlarda, qaraqalpaqlarda Xoca Nəs-
rəddin kimi məşhur olan)  haqqında lətifələri də aid edirlər. Bu 
lətifələrin  qəhrəmanı  xalq  optimizminin  ifadəçisidir.  Qaraçay 
məişət nağıllarında qadın obrazı daha mühüm yer tutur. Bu mə-
nada məişət nağıllarında müsbət rolu hətta Qaraçay atalar sözü 
(“nart  sözle”)  “Qadın  kişinin  qanadıdır”  deyimi  də  sübut  edir. 
Məsələn, “Dağlı necə səyahətə çıxdı”, “Ovçar” kimi nağıllarda 
qadın qəhrəmanın müdrik və yaxın rəfiqəsi kimi təqdim olunur.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə