Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə32/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   28   29   30   31   32   33   34   35   ...   97

Qaraçay  ədəbiyyatı
99
Yəni      tarixi-qəhrəmanlıq  obrazının    yaradılmasında  –  hər  
dəfə  söylənilən  mətnə  uyğun  olaraq  epik  qəhrəmanın  obra-
zı  yaradılır.  Təbii  ki,  burada başlıca məqsəd xalq  kütlələrinin 
əfsanəvi  əcdadlarının  obrazını,  onların  başçıları – Qarça ob-
razını yaratmaqdır.  Elə  Qaraçay-malkar  nəğmələri  vardır  ki,  
burada  məhz xalq  arasından  olan  qəhrəmanlar  vəsf  olunur.  
Onlar  hakim  dairələrində  olan  özbaşınalığa  qarşı  mübarizə  
aparırlar (“Qapalau”, “Domalay”, “Qara-Musa”  və s.).  Son  il-
lərdə  Qaraçay-malkar  folklorşünaslığında  indiyə  qədər  əksini  
tapmamış  folklor  mətnləri  işıq  üzü  görmüşdür.  Bu  mətnlərlə  
bağlı  nəzəri  mülahizələrin  bundan  sonra  söyləniləcəyinə bax-
mayaraq,  onların  Qaraçay-malkar  folklorunun  daha  dərindən 
araşdırılmasında  müstəsna  rolu  və  yeri  olacağına şübhə yeri 
qoymur  (14).
Məqam  gəlmişkən    Qarça    adının    Qaraçay      xalqının    ta-
rixində  nə   qədər  böyük  yer  tutduğundan danışaq.  Yuxarıda 
bildirdiyimiz kimi, Qarça  qaraçaylıların  əfsanəvi  başçısı  hesab  
olunur.  Bütpərəstlik  dövrünün  folklor  versiyalarına  görə  onun  
adı  ilə  müqəddəs  yerlər  bağlıdır  ki,  bu  yerlər  Elbrus  və  Beş-
taunun  ətəklərindədir. Və  belə nağıl  edirlər   ki,  Qarça  məhz  bu  
ərazilərdə  olmuşdur.  Məsələn, Arxız  vadisindəki  qala  Qarçanın  
adını  daşıyır.  Qaraçayda  olmuş  hər  bir  kəs,  heç  şübhəsiz 
ki,  Qarça  daşı (Къарчаны ташы) haqqında  eşitməmiş  deyildir.  
Bundan  başqa  Qarça  adı  Kuban  çayının  yuxarı  hissələrindəki 
toponimlərdə də  saxlanılmaqdadır. Onu da  qeyd  edək  ki, Qarça  
kimi  əfasanəvi  qəhrəmanların  adı Qaraçayda  əbədiləşdirilmiş,  
şair  və  yazıçılar  onlara əsərlər   həsr  etmiş,  uşaqlarına  onla-
rın  adını  qoymuş, onu birdəfəlik xalq yaddaşına hopdurmuşlar. 
Qarçanın  özü  bir sıra Qaraçay şairləri  və  yazıçılarının  əsərləri  
üçün  ilham  mənbəyi  olmuşdur (16, 624-625). Qarçaya, onunla 
bağlı rəvayətlərə xeyli kitablar həsr olunmuşdur. Onların sırasın-
da B.Batçayevin “Qarça sərbəstlərin öncülüdür, Y.Stefaneyeva-
nın  “Dağlar  və  nartlar”,  R.Fatuyevin  “Dağ  əfsanəsinin  nəfəsi”, 


Nizami Tağısoy
100
Xabiçevin “Qarça- 600 il bundan öncəki poema “Qarça”; H.Bay-
ramukovanın “Qarçanı daşı”; N.Kaqiyevanın “Qarça”; N.Xasa-
novun “Qarça. Əsrlərin sirri” və s. kimi  əsərlər vardır ki, burada 
bu kitbalardan hər birində  Qaraçay  dövlətinin  yaranması, uzaq  
keçmişin  hadisələri,  müxtəlif  tayfa  və  qəbilələrin  bu  ərazilər  
uğrunda mübarizəsi, xəzər,  bulqar,  qıpçaq,  peçeneq,  alanlar 
və başqalarının təbəddülatlı çəkişmələri və s. kimi hadisələr öz 
əksini tapmışdır.
 
Ədəbiyyat:
1.  Алиева  А.И.  Антология  эпоса  близкородственных  на-
родов  //  Фольклор:  издание  эпоса.  М.,  “Наука”,  1977.
2.  Алиева  А.И.  Жанрово  –  исторические  разновидности 
героического  эпоса  адыгских  народов  //  Типология  и 
взаимосвязи  фольклора  народов  СССР.  М.,  “Наука”, 
1980.
3.  Алиева А.И. Из истории издания адыгского нартского 
эпоса.  //  Текстологическое  изучение  эпоса.  М.,  «Нау-
ка»,  1971.
4.  Гаглойти  Ю.С.  Некоторые  вопросы  историографии 
нартского  эпоса.  Цхинвали,  1977.
5.  Караева А.И. О фольклорном наследии карачаево-бал-
карского народа. Черкесск, 1961.
6.  Карачаево-балкарские  нартские  сказания.  Нальчик, 
1966.
7.  Караева А.И. Фольклор и литература карачаевцев// Ли-
тература народов Карачаево-Черкессии. Черкесск, Ка-
рач.-Черкесск. Гос.респуб. книж. изд-во, 1999.
8.  Литература народов Карачаево – Черкесии. Часть пер-
вая. Черкесск, 1999.
9.  Мифы народов мира, Т.2. М., 1982.
10.  Нартла.  Малъкар-къарачай  нарт  эпос.  М.,  «Восточн. 
лит».,  1994.


Qaraçay  ədəbiyyatı
101
11.  Tağısoy  (Məmmədov)  N.  Balkar-Qaraçay  «Nart»  qəh-
rəmanlıq  eposu    (Digər  Qazqaf  xalqlarının  «Nartlar»ı 
ilə  oxşar  və  fərqli  məqamları)  //  Müqayisəli  ədəbiyyat. 
«Ədəbiyyatlarda  və  mədəniyyətlərdə  stereotiplər»  //
Beynəlxalq  elmi  konfransın  materialları.  21-22  noyabr 
2008.  Bakı,  2008.
12.  Толгуров  Т.  Транзитивная  информация  эпического 
текста  и  его  интерпретация.  «Ortaq  türk  keçmişindən 
ortaq  türk  gələyinə»  IV  Uluslararası  folklor  konfransının 
materialları.  1-3  noyabr  2006.  Bakı,  2006. 
13.   Урусбиев С.  А.Сказания о нартских богатырях у та-
тар-горцев Пятигорского Терской области //Несколько 
слов от собирателя и переводчика. Нартла. Малъкар-къ-
арачай нарт эпос. М., «Восточн. лит.», 1994.
14.   Урусбиева Ф. Метафизика колеса. Вопросы тюркского 
культурогенеза. М., «Сергиев Посад». 2003.
15.   Хапчаева Т. Фольклор и духовная культура карачаевцев 
и балкарцев// Ortaq türk keçmişindən ortaq türk gələcəyinə. 
IV  Uluslararası  folklor  konfransının  materialları.  Bakı, 
2006.
16.  16. Хапчаева Т. Образ легендарного предводителя пле-
мен Северного Кавказа Къарчи в фольклоре// Ortaq türk 
keçmişindən ortaq türk gələcəyinə. V Uluslararası Folklor 
konfransının materialları. Bakı, 2007.  
2.6.Atalar sözü, zərbi məsəllər, alqışlar və tapmacalar
Nart sözlər, zərbi məsəllər, alqışlar və tapmacalarda xalqın 
çoxəsrlik  həyat  təcrübəsi,  onun  müdrikliyi,  müşahidəliliyi,  ya-
zılmamış  əxlaq  kodeksi  əksini  tapmışdır.  Nart  sözlərdə Vətənə 
məhəbbət,  cəsurluq,  əməksevərlik,  elmə,  biliyə  canatma,  bütün 
bədliklərə, naqisliklərə qarşı barışmazlıq, qonaqpərvərliyə, dost-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə