Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə21/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   17   18   19   20   21   22   23   24   ...   97

Qaraçay  ədəbiyyatı
65
Gecəni necə  keçirim  qəbrinin  yanında?      
Dərd  çəkib necə  yaşayım bu dünyada?
Qaraçay-malkar  hüzn   mərasimlərində,  həm  də  nəğmə-
siz  ağılar  mövcud  olmuşdur.  Buna Qaraçay-malkarlar “Qamçı  
sıyıt” hüzür  ağısı deyərlərmiş, yəni bu, “qamçı  ilə deyilən ağı” 
adlanırmış.  Bu    ritual    hələ    bütpərəstlik    dövründən    kişilərin  
ifasında  həyata  keçirilərmiş.  Kişilər  hüzür  zamanı  mərhumu  
qəbr  evinə  apararkən  sifətlərinə  qamçı  ilə  güclü  zərbələr vu-
rar  və  bıçaqla  qulaqlarının  ucundan  kəsirmişlər.  Bu  barədə  
ilk  məlumatlar  İ.F.Blaramberqin “Qafqazın   tarixi, topoqrafik, 
statistik, etnoqrafik  və  hərbi  təsviri” (3, 303-324)  əsərində  və  
“Adıqlar, malkarlar  və  qaraçaylılar:  XIII-XIX əsrlər  Avropa  
müəlliflərinin  xəbərləri” (1, 428)  kitabında  öz  əksini  tapmışdır. 
Qadınların  ifasından  fərqli  olaraq,  kişilərin “qamçı  sıyıtı”  söz-
süz  həyata  keçirilərmiş.
Qaraçay-malkarlarda  yas  mərasimi  kompleksində  həm  də 
rəqs elementləri yer almışdır. Bu rəqs elementlərinin “sarança”   
və “çoppa”  ritual  rəqsi  ilə  müşayiət olunduğu  söylənilir.
Beləliklə, malkar-Qaraçay xalqlarının şifahi poetik yaradıcı-
lığındakı mövcud yas mərasimlərində  bu  rituallar  ənənəyə  uy-
ğun  formalaşmış,  inkişaf  etmiş, digər türk  xalqlarının təfəkkü-
ründə,  adət  və  ənənələrində olduğu kimi  özünə  yer  tutmuşdur.
ƏDƏBİYYAT
1. Адыги, балкарцы  и карачаевцы в известиях европейских 
авторов XIII-XIX вв. Нальчик, 1974 .  
2.  Аникин  В.П.,  Круглов  Ю.Г.  Русское  народное  поэтиче-
ское  творчество.  Л.;  «Просвещение»  1987.
3.  Бларамберг    И.  Историческое,  топографическое,  стати-
стическое, этнографическое и военное описание Кавказа. 
М.; Изд-во «Надыршин А.Г.» 2005.


Nizami Tağısoy
66
4.  Малкондуев  Х.Х.Поэтика  карачаево-балкарской  народ-
ной  лирики.  Нальчик,  2000. 
5.  Сарбашева  А.М.  Импровизированный  характер  пе-
сен  –  причитаний  в  карачаево-балкарском  фольклоре// 
Müqayisəli  ədəbiyyat.  Ədəbiyyatlarda  və  mədəniyyətlərdə 
stereotiplər.///  Beynəlxalq  konfransın  materialları.  21-22 
noyabr  2008.  Bakı,  2008.
6. Чистов К.В. Русская причеть// Причитания. Л.; 1960.
7. Tağısoy  N.  Şimali  Qafqaz  türkləri:  Qaraçaylar:  etnogenezi, 
dili və etnik-milli ənənələri. Filologiyanın aktual problemləri. 
Axtarışlar  və  perspektivlər.  Respublika  Elmi  Konfransının 
materialları. Sumqayıt, SDU, 2012.
2.2.Qaraçay-malkarların təqvim poeziyası
Digər türk xalqlarının əski ənənələrində olduğu kimi Qara-
çay-malkarların da əlamətdar günləri keçirmə ənənələri  mövcud 
olmuşdur. Bu baxımdan qaraçaylı-malkarların təqvim poeziyası 
mühüm əhəmiyyət kəsb etməkdədir. Bəri başdan qeyd edək ki, 
bu xalqın təqvim poeziyası ilə bağlı məsələlər L.Lavrov  “Qa-
raçay və Malkariya XIX əsrin 30-cu illərinə qədər” (1,97-119),  
X.Laypanov   “Qaraçay və malkarların tarixi haqqında” (2,  31-
47),    A.Xolayev  “Malkar  və  qaraçaylılarda  “Qollu”  mərasim 
nəğmə-rəqsinin transformasiyası məsələləri haqqında” (6, 5-11), 
F.Urusbiyeva  “Qaraçay-malkar  folkloru”  (7,  9-11),    İ.Şamanov  
“Qaraçaylıların  xalq  təqvimi”  (8,  108-117),  S.Şahmurzayevin 
“Dağlının təqvimi” (9) və başqa bu kimi əsərlərdə nəzərdən keçi-
rilmiş, Qaraçay-malkar təqvim poeziyasının özünəməxsus cəhət-
lərinə  diqqət  yetirilmişdir.
Qaraçaylı-malkarlarda  yaz-yay  təqvim-mərasim  poeziyası-
nın sırf özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, yaz təqvim 
poeziyasında  bütpərəstlik  dövrünə  aid  hamilər Totur  və  Çoppa 


Qaraçay  ədəbiyyatı
67
önəmli yer tuturdular. Eyni zamanda da burada yaz-təqvim mə-
rasimi «Qollu»nun özünü də əcdadların ayin ritualları ilə bağlı 
mərasimlər  kimi  nəzərdən  keçirmək  zəruridir.  
Yazın  birinci  günü  malkar-Qaraçay  türklərində  (Toturnu  al 
ayı)  martın  əvvəlinə  təsadüf  edir.  Bu  zaman  aul  gəncləri  səhər 
tezdən məhəllələrdən keçərək «Şertmən» mərasim nəğməsini 9 
nəfərdən ibarət xorla oxumaqla insanlara gözəl yaz, bahar arzula-
yar, xoşbəxt və uzun ömür diləyər, inəklərin bol-bol süd verməsi-
ni, qoyunların əkiz doğmasını istəyərdilər və i.a. və s.
Qaraçay-malkarlarda başqa bir yaz mərasimi də olmuşdur ki, 
bu dünyasını dəyişənlərin qohumlar tərəfindən yad edilməsi ilə 
bağlı keçirilən «Eskertiu» mərasimidir ki, bu mərasim son döv-
rlərdə aqrar-magik, tarla, əkin bayramı olan «Qollu» yaz-bahar 
mərasimi ilə getdikcə daha çox  qaynayıb-qarışmaqdadır. «Qol-
lu» mərasiminin başlıca məqsədi Qollu məhsul ilahəsinin şərəf-
ləndirilməsi  ilə  bağlı  idi.  Məlum  olduğu  kimi,  yaz-bahar  təq-
vim  poeziyası  əsasən  torpağın  becərilməsi,  yerin  oyanması  ilə 
əlaqəli olmuşdur. Bu təqvim mərasimi müxtəlif türk xalqlarında, 
müxtəlif  terminologiyalar  altında  «Novruz»,  «Navrez»,  «Nev-
ruz», «Norız», «Navruz», «Yeni Kün», «Nooruzu Sultan», «İlk-
yaz Yortusu», «Culayak», Culpakayak, «Çılpazı», «Cıl ayrımı», 
«Sabantuy», «Mart Dokuzu», «Saban - toy», «Qollu» və s. adlar 
altında bayram edilmişdir (4, 14). 
H.Malkonduyev haqlı olaraq qeyd edir ki, «bəzən eyni təq-
vim mərasimi müxtəlif terminologiyada müxtəlif subetnik, mal-
karların və qaraçaylıların yaşadıqları ərazilərdə mövcud olmaq-
dadır»  (3,89).  Buna  baxmayaraq  və  eyni  zamanda  hansı  ad  və 
terminoloji ifadə altında çıxış etməsindən asılı olmayaraq, folk-
lorşünas A.Xəlilin qeyd etdiyi kimi, türklər üçün yaz ilin olduqca 
önəmli bir dövrü olmuş və zəruri  həyati əhəmiyyət daşımışdır. 
Türklər yaza çətin və uzun qışdan, soyuqdan və məhrumiyyətdən 
qurtuluş, xilas, rifah və azadlıq kimi baxmışlar (5,6). Qaraçay-
lı-malkarlarda müxtəlif təqvim poeziyası bayramlarının keçiril-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə