Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə17/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   13   14   15   16   17   18   19   20   ...   97

Nizami Tağısoy
52
“bütün xalqların atası” İ.V.Stalin “Razıyam” dərkənarı qoymuş-
dur. Daha sonra İkinci Dünya Müharibəsi dövründə qaraçaylılar 
və malkarlar guya alman qəsbkarlarına köməklik etmələri adı al-
tında təsdiqləndirilərək daha kəskin repressiyalara məruz qalmış-
lar. Stalinin ölümündən sonra qaraçaylılar reabilitasiya olunmuş 
və 1957-ci ilin noyabrından doğma vətənə qayıtmağa başlamışlar.
Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhəridir. 
Onun əsası 1804-cü ildə qoyulmuşdur. Şəhərin ilkin adı Türkiyə 
ordusunun komandanı Batal-Paşa ilə bağlıdır. 1787-1791-ci illər-
də Rus-Türk müharibəsi zamanı Batal-Paşa rus ordusuna məhz 
bu yerdə məğlub olmuşdur.
1770-ci ilin sentyabrın sonunda 25 minlik türk ordusu və ona 
qoşulan  Kubanətrafı  ərazilərdə  yaşayan  dağlılar  (cəmi  40  min 
nəfər) Anapadan müasir Çerkessk rayonuna yığışıb əvvəlcədən 
bu dairədə Toxtamış hündürlüyünü tutsalar da, sonra rus ordusu 
general-mayoru L.L.Germanın komandanlığı altında vuruşarkən 
ruslar Batal-Paşa ordusuna qalib gəlmişlər .
1931-ci ildən stanitsa Batal-Paşa şəhər statusu almışdır. 1934-
cü ildən o RSSFR XKS sədri D.Y.Sulimovun şərəfinə Sulimov 
adlandırılmışdır.  D.Y.Sulimov  “xalq  düşməni”  elan  edildikdən 
sonra şəhər 1937-ci ildən Yejevo-Çerkessk adlansa da, 1939-cu 
ildən Yejov kütləvi repressiyalara rəhbərlik etməkdə  təqsirləndi-
rildiyindən əvvəl cinayət məsuliyyətinə cəlb edilmiş, sonra gül-
lələnmişdir. Məhz bundan sonra şəhər Çerkessk adlandırılmışdır. 
Qaraçay-Çərkəz Respublikasının ikinci şəhəri Karaçayevsk-
dir. Onun əsası 1926-cı ildə qoyulmuşdur. Bu, Qaraçay ərazisində 
ilk şəhər idi. Böyük Vətən Müharibəsi  dövrünə qədər Karaçayev-
sk bütün türklərin düşməni olmuş Mikoyanın adı ilə bağlı Miko-
yan-şəhər  adlandırılmışdır.  1944-cü  ildə  qaraçaylıların  deporta-
siyasından sonra şəhərə gürcü – Kluxori adı verilmişdir. 1957-ci 
ildən isə ona yenidən Karaçayevsk adı  qaytarılmışdır. Karaça-
yevsk kiçik olmasına baxmayaraq, onun gəzməli-görməli  yerləri 


Qaraçay  ədəbiyyatı
53
çoxdur. Şəhərin görməli yerləri sırasında Siyasi repressiyalar qur-
banlarının şərəfinə ucaldılmış memorial kompleks, Şəhər Məsci-
di, Hökümət evi, müxtəlif kino-teatrlar və s. adlarını çəkmək olar.
Qarçay-Çərkəz – çoxmillətli respublikadır. Burada qaraçay-
lı, çərkəz, abazin,  noğay və qeyriləri lap qədim zamanlardan bu 
günə qədər çiyin-çiyinə yaşamaqdadırlar. Adları çəkilən xalqlar 
bu  ərazilərin  əsas  və  qədim  xalqları  hesab  olunurlar.  Birləşmiş 
Millətlər Təşkilatının müəyyən etdiyinə görə bu və ya digər əra-
zilərin qədim xalqı həmin ərazilərdə 500 ildən artıq yaşayanlara 
şamil edilir. 
Burada qaraçaylıların malkarlar və noğaylarla daha sıx, isti 
münasibətləri olmuşdur. Qaraçaylılar və noğaylar tarix boyunca 
son dərəcə çətin, əzablı və dramatik yol keçmişlər. Qədim dövr-
lərdə Böyük Noğay Ordasının tərkibində hətta polietnik tərkib-
dən  ibarət  qaraçaylı  və  noğayların  dövlət  birliyi  də  olmuşdur. 
Qeyd edək ki, Noğay Ordasının hələ lap qədim dövrlərdə Bizans, 
Yaxın Şərq, Ərəb dövlətləri, Xəzər xaqanlığı, Kiyev Rus dövləti 
və digərləri ilə tarixi, sosial, iqtisadi, hərbi, mədəni və s. əlaqələri 
mövcud  olmuşdur.
Zaman keçdikcə çoxsaylı və çeşidli təbəddüatlar nəticəsin-
də qaraçaylılar və noğaylar Rusiyadan asılı vəziyyətə düşmüş və 
məcburən onun tərkibinə qatılmışlar. Təbii ki, belə vəziyyət adları 
çəkilən xalqların tarixində xeyli qara ləkələr qoymuşdur. Bu barə-
də ətraflı məlumatı biz qaraçaylıların və noğayların tarixini dərin-
dən öyrənərkən ala bilirik. Qaraçaylıların və noğayların Rusiya 
İmperiyasının tərkibinə qatılması bu xalqların tarixində fəsadlar-
la müşayiət olunsa da, XIX əsrin sonları XX əsrin əvəllərindən 
onun mütərəqqi əhəmiyyətini də qeyd etməmək düzgün olmazdı. 
Belə ki, məhz qeyd edilən  dövrdə bu xalqların sırasından çıxan 
maarifçilər yeni əlifbanın işlənib hazırlanması, onun praktikada 
tətbiqi, yeni məktəblərin açılması və s. istiqamətlərdə fəaliyyət 
göstərmələri ilə milli tarixdə mühüm rol oynaya bilmişlər.
Yuxarıda  göstərdik  ki,  qaraçaylılar  və  noğaylar  orta  əsrlər 


Nizami Tağısoy
54
dövründə öz dövlətlərinə malik olmaqla, dünya sivilizasiyasının 
tərkib  hissəsini  təşkil  edirdilər.  Belə  olduğu  halda  qaraçaylıları 
və noğayları çar Rusiyası rəsmi tarixşünaslığının dünyaya onları 
barbar  və  vəhşi  kimi  təqdim  etməsi  də  həqiqətə  uyğun  deyildir. 
Əksinə, onların yüksək mədəniyyət daşıyıcıları olduğu tarixşünas-
lıqda çoxdan etiraf olunmaqdadır. Çünki dediklərimizi bu xalqların 
qədim mədəniyyəti və zəngin mənəvi örnəkləri – şifahi və yazılı 
ədəbiyyat nümunələri birmənalı şəkildə sübut etməkdədir.
Qaraçay,  malkar  və  noğay  xalqları,  demək  olar  ki,  vahid 
dil,  etnik  tərkib  və  mədəniyyətə  malik  olmaqla,  yuxarıda  qeyd 
etdiyimiz kimi, uzaq keçmişdən Şimali Qafqazın Terek və Ku-
ban çaylarının yuxarı hissəsini – Malkar (Balkar) respublikasının 
Qaraçay-Çərkəz, digər tərəfdən, Kabardin-Malkar (Balkar) res-
publikasının müasir dövrdə formalaşmış sərhədlərində məskun-
laşmaqdadırlar.
Qaraçaylıların və malkarların etnogenezi ilə bağlı ümumi qə-
bul edilmiş vahid yetkin konsepsiya olmasa da, XX əsrin 50-ci 
illərinin  sonlarında  Nalçik  şəhərində  “Malkar  və  qaraçaylıların 
mənşəyi haqqında” keçirilmiş Ümummittifaq elmi sessiyasında 
alimlər belə qərara gəlmişlər ki, bu iki xalq Şimali Qafqaz türk-
dilli və irandilli tayfalarının qarışığından əmələ gəlməklə, onların 
yaranması prosesində qara bulqarlarla qərbi qıpçaq tayfalarının 
rolu daha əhəmiyyətli idi (9, 310). 
Əlimizdə olan materiallar onu deməyə əsas verir ki, qaraçay-
lıların və malkarların etnogenezi ilə bağlı iki istiqamətdə gedən 
axtarış  və  tədqiqatların  nəticəsi  əsasən  yuxarıda  qeyd  etdiyi-
miz sessiyasının başlıca müddəlarına söykənir. Bu, bir tərəfdən, 
Y.P.Alekseyevanın, L.İ.Lavrovun, İ.M.Çeçenovun, V.M.Batçaye-
vin  və  başqalarının,  digər  tərəfdən  isə  yuxarıdakı  konsepsiyanı 
yenidən nəzərdən keçirməyə istiqamətlənən U.B.Əliyevin, K.T.
Laypanovun, X.M.Xacilayevin, M.A.Xabiçevin, İ.M.Miziyevin, 
A.M.Bayramkulovun,  S.Y.Bayçorovun,  M.Ç.Jurtubayevin  və 
digərlərinin nəzər nöqtələridir. Birmənalı şəkildə təsdiqlənmişdir 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə