Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə13/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   9   10   11   12   13   14   15   16   ...   97

Nizami Tağısoy
40
digər vəhşi heyvanlar yaşayır ki, onların da olduqca qiymətli də-
risindən  istifadə  edərlərmiş.  Onlar  at,  eşşək,  qatır,  qoyun  və  s. 
kimi ev heyvanları saxlayar, onları yaxşı yedirər və baha qiymətə 
satarlarmış. Onların emal etdiyi yağ da keyfiyyətlidir. Gözəl pen-
dir tutarlarmış. Qatıqdan  çox istifadə edərlər. Xaşlama, qovurma 
və kabab bişirərlər. Arpa  və buğdadan dadlı içkilər düzəldərlər. 
Tütünü özləri yetişdirər, onu noğaylara, svanlara, minqrellərə sa-
tar, həm də kabardinlərə və  Rusiyaya ixrac edərlərmiş. 
Qaraçaylıların  xainlik  edənlərdən  heç  vaxt  xoşu  gəlməzmiş. 
Hər hansı kəsdə xainlik etmək istəyi görmüş olsalar, bütün el-oba 
ayağa qalxar, onu öldürməmiş kənara çəkilməzlər. Onlar Qafqazın 
ən mədəni xalqıdır. Kübarlıq baxımından çox yüksəkdə dayanırlar. 
Qaraçaylılar özləri düzəltdiklər paltarı, keçəni, başlığı, və s. İmere-
tiyada  və Suxumda (o vaxtkı Osmanlı qalasında) satarlarmış. Qa-
raçaylılar və svanlar arasında ticarət son dərəcə intensiv getmişdir. 
1820-1860-cı illər arasında Qafqazda rus xidmətində vəzifə 
daşıyan fransızəsilli Leonti Lyulye də Qaraçay-malkar türklərin-
dən bəhs etmişdir. Bundan başqa 1823-1824-cü illərdə Qaraçayda 
olan rus Aleksandr Yakuboviç də onlar haqqında xeyli xoş fikirlər 
söyləmişdir. 
1843-cü ildə alman şərqşünası dr.Morits Vaqner qaraçaylılar-
dan “Elbrus tatarı” kimi söhbət açmışdır. 
1848-ci  ildə  Qaraçayda  olan  rus  tarixçisi  G.Tokarev  onları 
kumanlar  (qıpçaqlar)  kimi  nəzərdən  keçirmişdir.  Onun  fikrincə 
Kuban çayının adının da məhz kumanlardan gəldiyini qəbul et-
mək  lazımdır. 
1834-1865-ci illərdə Sankt-Peterburqda nəşr olunan ”Biblio-
teka dlya çteniya” məcmuəsinin 1849-cu il 97-ci sayında G.D. im-
zasıyla yazılmış bir məqalədə yenə də Qaraçaylılardan bəhs olun-
muşdur və qeyd edilmişdir ki, Karça-Curt (Qarça-Yurt) kəndində 
ilk evi məhz Qarça tikmişdir. Qaraçaylıların dini və mədəni həya-
tında yer almış müxtəlif səpkili münaqişələr və mübahisələr daim 
Qazi Məhəmməd  Xubi tərəfindən  həll edilmişdir  (7, 36-40). 


Qaraçay  ədəbiyyatı
41
1850-ci illərin əvvələrində Qafqazdakı Çar Rusiyasının əs-
gəri V.V.Şevtsov bölgədə yazıb hazırladığı etnoqrafik mülahizə 
və düşüncələrini 1855-ci ildə nəşr etdirmişdir. Burada o, Qaraçay 
həyatının müxtəlif tərəflərini qələmə almaqla, həm də Dağıstan-
dan bütün Qafqaza yayılan “ləzginka” rəqsindən danışaraq onla-
rın sanki havada uçaraq oynadıqlarını qeyd etmişdir. 
1852-ci  ildən  başlayaraq,  Qafqaz  canişinliyində  mühüm  və-
zifədə çalışan fransızəsilli Adolf Berje bütün Qafqazı qarış-qarış 
gəzdikdən sonra 1858-ci ildə Tiflisdə dərc olunan “Kratkoye opi-
saniye Kavkazskix qorskix plemyen” (“Qafqazlı dağlı qövmlərinin 
qısa təsviri”) adlı əsərində Qaraçay-malkar türklərindən də söhbət 
açmışdır.  1870-ci  illərdə  Batalpaşa  (hazırkı  Çerkessk)  şəhərində 
vəzifə  tutan  Rus  idarəçisi  Qriqori  Stepanoviç  Petrov  öz  xidməti 
vəzifəsi ilə əlqədar dəfələrlə Qaraçayda olmuşdur. O, 1879-1880-
ci illərdə yayımladığı iki məqaləsində qaraçaylılar haqqında geniş 
məlumatlar vermişdir. Q.Petrov qaraçaylıların bir sıra xüsusiyyət-
lərini gürcülər, minqrellər, tatarlar və abazalarla müqayisə etmiş, 
onların orta boylu, sağlam görkəmli insanlar olduğunu söyləmiş-
dir. Qaraçaylıların dilinin özünəməxsusluğunu qeyd etməklə, həm 
də bu dilin noğay, tatar, Azərbaycan dilinə bənzədiyini söyləmiş, 
onların  ünsiyyətcil  olduğunu  dilə  gətirmiş,  ailə  möhkəmliyindən 
danışmışdır. Qaraçaylılarda qocalara ağsaqqal və ağbirçəklərə hör-
mətlə yanaşıldığını, onların  xətrinin əziz tutulduğunu, kiçiklərin 
böyüklərin yanında oturmadıqlarını, yemək yemədiklərini və onla-
rın doğma  yurda bağlı insanlar olduğunu söyləmişdir. 
1890-cı illərdə  Qaraçayda olan N.A.Ştoff qaraçaylıların bu-
raya Krımdan gəldiyini və burada XVII əsrin əvvəllərindən yaşa-
dıqlarını, Krım xanlığının burada islamı yayma istəyinin baş tut-
madığını, islamı yalnız XVIII əsrin sonlarında qəbul etdiklərini 
söyləmişdir. 
Digər bir müəllif Artur Biyan 1936-cı ildə Parisdə nəşr etdir-
diyi “Qafqaz xalqları” əsərində qaraçaylıların xarakterik cizgilə-
rini, onların simasının gözəlliyini, saçlarının və gözlərinin qaralı-


Nizami Tağısoy
42
ğını, kişilərin çoxunun saqqal saxladığını, qışda qışlaqlarda, yay-
da yüksək dağlarda, yaylaqlarda  yayladıqlarını, onların şal, xalı, 
xalça, kilim, başlıq toxuduqlarını, təbiətini, etnoqrafik həyatını, 
onların üç təbəqəyə bölündüyünü (bəylər, soylular və kəndlilər), 
bunlardan başqa dağlarda yaşayan tanrılardan, İliya adlı tanrının 
şərəfinə qurbanlar kəsdiklərindən, törənlər, şadyanalıqlar qurduq-
larından, qutsal ağaclarından və qutsal çaylarından danışmışdır. 
1.4. Qaraçay-malkarlar  Rusiya və Türkiyə  
münasibətləri müstəvisində
Avropanın şərq hissəsində I Pyotrun hakimiyyətə  gəlişi ilə 
vəziyyət kardinal şəkildə  dəyişir. XVII əsrin  sonlarında Rusi-
yanın dənizlərə çıxışı, ticarət imkanları o qədər də geniş deyildi. 
Qara dəniz əsasən  Osmanlı Türkiyəsinin və ondan asılı olan Krım 
xanlığının əlində idi. Ruslar 1695-ci ildə Qara dəniz istiqamətin-
də birinci yürüşdə uğursuzluğa məruz qalsa da, 1696-cı ildə et-
dikləri ikinci yürüş nəticəsində Türk qalası Azovu ələ keçirdilər. I 
Pyotr cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə 
Türkiyə ilə danışıqlar aparırdı. 1700-ci ildə Rusiya ilə Osmanlı 
arasında bağlanan İstanbul sülhünə əsasən Azov qalası tamamilə 
Rusiyanın tabeliyinə keçdi. 1711-ci ilin iyununda Moldaviya və 
Valaxiyanı tutmaq istəyən ruslar Prest çayı sahilində osmanlıla-
rın mühasirəsinə düşdü. 1711-ci il iyulun 1-ə Rusiya ilə Türkiyə 
arasında   bağlanan Prut sülh müqaviləsinə görə Azov qalası ye-
nidən Türkiyəyə qaytarıldı.  XVIII əsrin sonlarına yaxın yenə də 
Rusiyanın  regionda nüfuzu yüksəlməyə başlayır və  Türkiyənin 
razılığı ilə ruslar Qara dənizdən Aralıq dənizinə çıxış imkan əldə 
edirlər. 
XIX əsrin ortalarına yaxın Rusiyanın xarici kursunda Şərqə 
çıxış  mühüm  prioritet  kimi  gündəmə  gəlmişdi.  Onun  başlıca 
məqsədi Türkiyənin hədəfləri altında olan torpaqların bölüşdürül-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə