Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə9/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   5   6   7   8   9   10   11   12   ...   97

Nizami Tağısoy
28
E.ə. VIII əsrin son illərində kimmerlər Qara dənizin qərbin-
dəki bozqırlarda məskunlaşmışkən sakaların (skiflərin) gəlişi ilə 
onlar buradan Qafqaza istiqamətlənmişlər. Kimmerlərlə sakalar 
(skiflər) məhz burada qaynayıb qarışmışlar. Mənbələrdə kimmer-
lərin bulqar türklərinin atası olduğu söylənilməkdədir. Macar mi-
fologiyasında vaxtı ilə Kimmer kralının Kutirqur və Utirqur adlı 
iki oğlu olduğu  və onların bulqarların atası olduğu qeyd  edil-
məkdədir. Eyni zamanda bulqarların yaxın qohumu kimi  xəzər 
türklərinin   xaqanları da öz sələflərini “Nuh-Yafəs-Kimmer-To-
ğarma” şəklində göstərmişlər. Kimmerlərin oğlu Toğarma bütün 
türklərin atası hesab edilməkdədir. 
Assuriya  mənbələrində  “Aşquzai”,  yunan  qaynaqların-
da  “Skif”,  Çin  qaynaqlarında  “Sai-Sak”  və  İran  qaynaqlarında 
“Saka” şəklində anılan sakalar   (skiflər) prototürk qövmlərinin 
ən mühüm qolunu təşkil edir. Sakaların kökləri Orta Asiyaya bağ-
lanmaqla, həm də onların türkəsilli olduqları qəbul edilməkdədir. 
Sakalarla Türk-Moğol  dili  arasında  olan  bağlılıqlar,  saka  həyat 
tərzi ilə müxtəif türk-moğol qəbilələrinin həyat tərzi arasındakı 
paralelliklər onların bir daha yaxın əlaqələrdə olduğunu sübut et-
məkdədir. 
Hippokrata görə sakaların türk olmasının şübhə altına alın-
masına ehtiyac yoxdur.  Eyni zamanda sakaların köçəri olduqları, 
iqamətgahları olmadığı da söylənilməkdədir. Onlar hər bir yanı 
və üstü keçə ilə örtülmüş dörd, yaxud altı təkərli  arabalarda yaşa-
yar, arabaları iki, yaxud üç öküz çəkər, orada qadın və uşaqlar   bir 
yerdə yaşayar, süd, pendir    hazırlayıb qidalanarlarmış. 
Qaraçay türklərində sakalara aid dil və mədəniyyət ünsürlə-
ri bu gün  də özünü əks etdirməkdədir. Qaraçay türklərinin əski 
inanclarında “Tabut-Tabut” adında  bir ocaq tanrıçası vardır. Bu 
inancın məhz saka  türklərindən miras qaldığı da yetərincə qəbul 
olunmaqdadır. 
Qaraçaylıların etnoqrafik həyatı da yetərincə zəngindir. Onla-
rın həyatında pendir tutmaq, qatıq düzəltmək, ət bişirmək, heyvan 


Qaraçay  ədəbiyyatı
29
ətindən izqara kimi istifadə etmək, sümüklərdən  sıyrılmış ətləri 
odun üstünə qoyub bişirmələri də məlumdur. 
Herodot sakaların fala və falçılığa olduqca  yönlü olduqlarını 
qeyd  etmişdir.  Məsələn,  sakalar  söyüd  budaqları  ilə  fala  baxaraq 
gələcəkdən xəbər verərmişlər. Bu baxımdan onlar alanlarla yaxındır-
lar. Saka və alanların söyüd budağı  ilə fala baxması qaraçaylılarda 
da saxlanılmaqdadır. Eyni zamanda bu tipli fala baxma adəti Sibir 
türklərində bu günün özündə də qalmaqdadr. Bütün bunlar Qaraçay 
türklərinin kimmerlərin və sakaların xələfləri olduğunu bir daha sü-
but edir,  kimmer və saka qövmlərinin qaraçaylıların etnik-mədəni 
həyatında nəzərəçarpacaq izlər qoyduğunu göstərir. 
Qeyd etdiklərimizdən başqa Qafqazda digər türk etnoslarının 
da məskun olduqları məlumdur. Onların sırasında bulqarlar, hun-
lar, sabirlər, qıpçaqlar, kumanlar və başqalarının adlarını çəkmək 
olar. Bulqar adına latın qaynaqlarında ilk dəfə b.e. 354-cü ilində 
rast  gəlinir.  Həmin  dövrdə  bulqarlardan  “vulqares”  formasında 
bəhs edilmişdir. Bizans qaynaqlarında b.e. 482-ci ilində Avropa 
Hun imperatoru Atillanın kiçik oğlu İrnəkin qurduğu bulqar adı 
keçməkdədir. 
VI  əsr  tarixçisi  Zaxari  Retorun  bulqarlar  haqqında  verdi-
yi  önəmli    məlumatlara    görə  Bazğun  ölkəsindən  Xəzər  qapısı 
(Dərbənd) və Xəzər dənizinə qədər olan yerlər hunların torpaqları 
olmuşdur. Onların yanında      hunlardan fərqli dili və inancı ilə ta-
nınan bulqar adlanan  qövmlərin yaşadığı bildirilir. Bu tayfaların 
yanında alanlar da vardır. Onların da yanında avqar, sabir, burqar 
(bulqar), alan, kutarqar, avar, hasar, dirmar , siruqur, baqrasir, ku-
las, abdel və heptalit adlı on üç qövmün adı keçməkdədir. 
Bizanslı  Dionis  de  Charax  b.e.  330-cu  illərində  hunların 
Qafqaza  gəldiklərini  söyləmişdir.  Əski  tarixi  qaynaqlarda  sa-
bar-savar-suvar-saber-sabir və s. şəklində  keçən sabir türkləri mi-
ladın ilk illərində İrtış hövzəsində yaşamışlar. Sabirlərin bir hissə-
si buradan köçərək İtil çayının orta ətrafları, Yaik və Kama çayları 
hövzəsində yaşamışlar. Sonra Qafqaza doğru hərəkət edərək bu-
rada hun və oğuz qəbilələrinə yaxınlaşmışlar. 


Nizami Tağısoy
30
Qafqazın siyasi tarixində  önəmli rol oynayan sabirlərin Qa-
raçay türklərinin tarix və mədəniyyətində oynadığı rol da danıl-
mazdır. Qaraçay türkcəsindəki “alan”  (dost, qardaş və s.) sözünə 
söykənərək qaraçaylıların alanlardan gəldiyini bəziləri iddia et-
sələr  də,  nədənsə  onların  sabir  türkləri  ilə  əlaqələrdə  olduğuna 
nəzər yetirilməmişdir. Bununla belə svanlar  Qaraçay türklərini 
savarlar, malkar türklərini sabirlər kimi tələffüz etmişlər. 
Tarixdə qara bulqarlar və ya kuman bulqarları kimi tanınan 
Qafqaz  bulqarlarını  alimlər  Qaraçay-malkar  türklərinin  etnik 
kökü kimi bulqarlara bağlayırlar. V.Miller, V.Minorski, J.Marqu-
art,  M.Artamonov  və  başqaları  da  bu  fikri  müdafiə  edirlər.  F.
Kırzıoğlunun  əsərlərində  bulqarların  Qaraçay-malkarların  atası 
olduğu iddia olunmaqdadır. Böyük Azərbaycan mütəfəkkiri XII 
əsrin ünlü söz sərrafı Nizaminin əsərlərində bəhs olunan Qafqaz 
bulqarlarının da məhz Qaraçay-malkar  türkləri olduğu söylənil-
məkdədir. Eyni zamanda Qaraçay-malkarların dilinin əvvəlki çu-
vaş türkcəsinə uyğunluğu fikri  də mənbələrdə  səslənməkdədir. 
Bulqar tarixçisi V. Simeonov çuvaş və Qaraçay-malkar  dillərini 
əski bulqar türkcəsinin davamı hesab etmişdir.  Bu gün isə çuvaş 
dili daha çox fin-uqor dillərinin təsiri altında qalaraq əski bulqar 
türkcəsindən uzaqlaşmışdır. Qaraçay- malkar dilinə  gəldikdə isə 
o digər türk dillərinin təsiri altına düşərək bu gün bulqar türkcəsi-
nin əsaslarından nəzərəçarpacaq  dərəcədə kənarlaşmışdır.
Bu günkü Qaraçay-malkar türklərinin əski qara bulqarların 
törəməsi olması  nəzəriyyəsi M.Miller tərəfindən də qəbul olun-
maqdadır. M.Millerə görə Azov qara bulqarları Azov ətraflarına 
Qafqazdan köç etməmiş, əksinə olaraq azovların bir qismi köç 
edərək  Qafqaza  getmiş  və  bugünkü  Qaraçay-malkarların  təmə-
lini qoymuşlar. M.Miller eyni zamanda bunu da söyləməkdədir 
ki, Azov  qara  bulqarlarının  Qafqaz  köçlərinin  Kiyev-Rus  döv-
lətinin  knyazı  Svyatoslavın  964-966-cı  illərdə  Xəzər  türklərinə 
qarşı  çıxışlarının  gerçəkləşdiyi  də  mənbələrdə  yer  alır.  Buna 
görə Svyatoslav xəzərlərin Sarkel   şəhərini ələ keçirdikdən son-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə