Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə10/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   6   7   8   9   10   11   12   13   ...   97

Qaraçay  ədəbiyyatı
31
ra xəzərlərin bütün şimal-qərb hissələrini öz  hakimiyyəti altına 
almış və Kiyev-Rus knyazlığına birləşdirmişdir. Rusların istilası 
altına  düşən  Dneprdən  gündoğana  doğru  basqılar  altında  qalan 
bulqarlar Don və Azovdan Qafqaza doğru hərəkət etmək zorunda 
qalmışlar. Elə buna görə də Qafqazda yaşayan Qaraçay-malkar 
türklərinin  rusların təzyiqi ilə köç edib bulqarların davamı kimi 
Azovdan  gələrək  buralarda  məskunlaşmağa  məcbur  olub  yaşa-
dıqları  qeyd  olunmaqdadır. 
Qaraçay-Malkariyada  aparılmış  arxeoloji  qazıntılar  bu  əra-
zilərdə (Qaraçayda İndiş çayı yaxınlığında bulqarların yerləşdi-
yini, Malkarda  Aşağı Cegem və Laşunta kəndlərində) bulqarlara 
aid arxeoloji nümunələr (Yuxarı Cegem, Ligit  və Kaşa-tau yaxın-
lığında), bulqar türklərinin məzarlıqlarının  qalıqları  və bunların 
hamısının Qaraçay-malkarlarla bulqarlar arasında etnik yaxınlı-
ğın olduğunu sübut etməkdədir.  Digər bir tərəfdən Qılmas, Bu-
lungu, Üçkulan və Bellim kimi Qaraçay-malkar kəndlərinin adla-
rının bulqar türklərindən gəldiyi də təxmin edilməkdədir. 
Bizans-latın, qərb mənbələrində “kuman”, islam mənbələrin-
də “qıpçaq”, rus mənbələrində “polovets” adı ilə tanınan qıpçaq 
türkləri moğol istilasına qədər Qara dənizin şimal səhralarında, 
Qafqaz ərazilərini 200 il hakimiyyəti altında saxlayan bu qövmün 
bölgənin etnik və mədəni həyatının rəngarəngliliyində böyük rolu 
olmuşdur. Qıpçaq türkləri İrtış-Talas ərazilərində olarkən 1060-
cı  ildən  vaxtı  ilə  peçeneqlərin  işğal  etdiyi  Qara  dənizin    şimal  
bozqırlarına  getmişlər. Sonra Don-Dnestr hövzəsi mərkəz olmaq 
şərti ilə şərqdə Balxaş-Talas hövzəsi və qərbdə Dunay hövzəsinə 
qədər geniş ərazilərə yayılmışlar. Qafqazda Kuban çayı hövzə-
sindən Dağıstana qədər uzanan bölgələri ağuşuna  alan bu geniş 
ərazi Şimalda İtil bulqarları sərhədlərinə qədər uzanmışdır. Şərqi 
Avropa ilə Qərbi Sibir bozqırlarının hamısını əhatə edən qıpçaq 
əraziləri  həmin  dövrlərdən    islam  qaynaqlarında  Dəşti-Qıpçaq  
(yəni  Qıpçaq  çöllüyü)  adını  almış,  Bizans-latın    qaynaqlarında 
“Komania”   şəklində  işlədilmişdir. 


Nizami Tağısoy
32
Qıpçaqların tarix səhnəsinə nə zaman çıxdıqları məlum ol-
masa da, bəzi araşdırmalara görə onların lap qədim dövrlərdən 
Qafqazda  yaşadıqları  söylənilməkdədir.  Məsələn,  əski      gürcü 
qaynaqlarında e.ə.IV əsrdə Kür çayı boyunca “bun-türki”  (yer-
li türk) və qıpçaq adlı iki türk qəbiləsindən bəhs edilməkdədir. 
E.ə.312-ci ildə Makedoniyalı İskəndər Gürcüstana gələrkən Kür 
çayı boyunca bun-türki və qıpçaq qəbilələri ilə qarşılaşmışdır. O, 
bun-türki  və  qıpçaqların  göstərdiyi  şücaəti  və  qeyrəti  xüsusilə 
dəyərləndirmişdir. 
“Dədə Qorqud” dastanlarında qıpçaqlar “azgun dinlü kafir-
lər”, oğuzların əsas düşmənləri kimi tanınmaqda, anılmaqdadır-
lar. Bu dastanlara görə qıpçaq türkləri Qafqaz dağlarının şima-
lında  və Dəryal  keçidindən şərqdə yaşamışlar. Dastanlarda yer 
alanlara görə  Qafqaz qıpçaqlarının hökmdarı “Alaca atlı  Şah-
val Məlik” olub həmin dövrlərdə kumux-avar bölgəsinin hakimi 
olmuşdur. Qıpçaqların yüksəliş dövrü Azov-Qafqaz ərazilərində 
1090-1110 –cu illər olmuşdur. Bu dövrdə onlar daha çox təşki-
latlanmağa meylli olmuşlar. Şimali Qafqaz qıpçaqlarının başçısı 
Ertek  xan gürcülərlə münasibətlərə xüsusi diqqət yetirməklə Gü-
randuxt adlı qızını Gürcü kralı II Davidə ərə vermişdir. O, 1118-
ci ildə kürəkəni II Davidin  çağırışına çoxsaylı qıpçaqəsillilər ilə 
Gürcüstanda  yerləşmişdir.  Buna  baxmayaraq,  Ertek  xan  orada 
uzun müddət qərar tutub qalmayıb Qafqaza dönsə də, qıpçaqların 
xeyli hissəsi Gürcüstanda məskunlaşmışlar. 
1.2. Qaraçay-malkar türkləri 
dastan və əfsanələrdə
Qaraçay-malkarların tarix səhnəsinə nə vaxt çıxdıqları haq-
qında,  yuxarıda  qeyd  etdiyimiz  kimi,    mənbələrdə  məlumatlar 
olduqca səthidir. Bununla belə Qaraçay-malkar türklərinin etnik 
kimliyinə dair dastan, rəvayət, əfsanə, hekayə və hekayətlər möv-


Qaraçay  ədəbiyyatı
33
cuddur.  Onlardan  birinə  görə  qaraçaylılar  Qafqazdakı  bugünkü 
yurdlarına yerləşməzdən öncə Xəzər xaqanı Obadi xanın zama-
nında “Qaraçay” adlı qövm kimi Kuma çayı ətrafında “Macar” 
adlı bir şəhərdə yaşayırmışlar. Obadi Macar şəhərini böyük ver-
giyə cəlb edib ora basqınlar etdiyindən Qaraçay adlı bəy və onun 
qəbiləsi Macar şəhərini tərk  edərək Qafqazın dağlıq vadilərinə 
köçmüşdür. Qaraçay bəy öldükdən sonra insanlar onun xatirəsini 
yad etmək üçün qəbiləni Qaraçay adı ilə çağırmışlar. 
Digər  bir  rəvayətdə  qaraçaylılar  Qafqaza  gəlməzdən  əvvəl 
Krımda yaşayarkən  siyasi qarışıqlıqlar prosesində “Qarça” adı 
altında Krımdan Qafqaza gəlmişlər. Qarça və onun qəbiləsi əv-
vəllər Arxız və Bahsan vadiləri kimi ərazilərdə yaşadıqdan sonra 
Kuban çayı sahillərində yerləşmişlər. Qarça öldükdən sonra onun 
da adı Qaraçay şəklinə düşərək qəbilə adı kimi istifadə olunmuş-
dur. Bununla belə Qarça adının dəyişdirilərək Qaraçay şəklinə sa-
lınmasına da alimlər tərəfindən birmənalı münasibət bildirilmir. 
Onların fikrincə Qarçadan burada tayfa adı kimi yox,  XVII əsrin 
sonu XVIII əsrin əvvəlləri dövründə bir qəbilə lideri kimi danış-
maq daha ağılabatandır. Qaraçay və Qarça adları Çingiz xan və 
Əmir Teymur  istilaları  dövründə Qafqaza gələn Qarça və onun 
qəbiləsi burada dağınıq şəkildə yaşayan qıpçaq  və əvvəllərdən 
gedən qıpçaqlaşma prosesinə girmiş hun-sabir, bulqar və as-alan 
qəbilələri Qaraçay qəbiləsi ilə qarşılaşmışdır. Qıpçaqəsilli Qarça 
və onun qəbiləsi  Qafqaza gəlib Kabarda-Çərkəzə  qarşı apardığı 
mübarizə ilə  bütün regionda əks-səda   doğurmuş, dağınıq halda 
yaşayan türk tayfalarını Qarça  qəbiləsi ətrafında  birləşdirmişdir.  
Bu, Qarçanın həmin dövrlərdə Qafqazda böyük qüvvə və nüfuz  
sahibi olduğunu təsdiqləməkdədir. 
Qaraçay türkləri arasında gəzən dastan və xalq hekayələrində 
Qarça və onun qəbiləsinin Şimali Qafqaza gəlib yerləşməsi təx-
minən aşağıdakı kimi  söylənilməkdədir.  Qarça və onun qəbiləsi 
Şimali Qafqaza gəlməzdən  qabaq Krım dolaylarında yaşayırmış. 
Krım xanlığında taxt-tac  uğrunda gedən mübarizə  və Krımın di-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə