Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə7/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   2   3   4   5   6   7   8   9   10   ...   97

Nizami Tağısoy
22
olum və ölümlə bağlı problemləri daha çox diqqət mərkəzinə çək-
məyi qarşıya məqsəd qoyurdu.
60-80-ci illər Qaraçay nəsri gerçəklikdə yer alan əksər  zid-
diyyət və konfliktləri, ictimai-sosial həyatda baş verən prosesləri, 
əyintiləri, insan və cəmiyyət problemini dərin psixoloji şəxsi və 
ümumbəşəri kolliziyalar müstəvisində təcəssüm etdirməyə çalı-
şırdı. Bu tipli əsərlərdə digər məsələlərlə yanaşı, xalq qarşısında 
borc, məsuliyyət, humanizm, vətənpərvərlik və s. kimi məsələlər 
ön planda sərgilənirdi.
60-80-ci  illər  Qaraçay  ədəbiyyatı  yeni  qəhrəman  tiplərinin 
koloritli obrazlar vasitəsilə  yaradılıb oxuculara təqdim olunma-
sında  daha  maraqlı  idi.  Bu  dövrdə  yaranan  xeyli  nümunələrdə 
vətən və xalq taleyi daha aparıcı mövqeyə keçirdi. O.Xubiyevin 
«Adamlar» və «Qisas», A.Suyunçevin «Geniş ürəklər», H.Bayra-
mukovanın «Daimi atlılar» və b. bu kimi nümunələrdə milli kolo-
ritlə yanaşı, məslək, vicdan hissi, ictimai düşüncə, xalq təəssübü 
çəkmə və s. kimi məsələlər daha çox diqqət mərkəzinə qoyulurdu.
60-80-ci  illərdə  həm  də  Qaraçay  nəsrində  janr  diferensia-
siyasının  getdiyini  müşahidə  etmək  mümkündür  ki,  burada  ro-
man janrının inkişaf xətləri xüsusilə qeyd edilməlidir. Bu dövrdə 
qələmə  alınmış  D.Kubanovun  «Dağlarda  səs»,  M.Bayçorovun 
«Böyük  Qaraçayda»,  H.Bayramukovanın  «Dan  ulduzu»  və  s. 
kimi əsərlər öz sosial mahiyyəti, epik məzmunu, hadisələrə rea-
list münasibət sərgiləməsi  baxımdan yanaşma daha çox mahiyyət 
kəsb  etməkdədir.
60-80-ci illər Qaraçay ədəbiyyatının uğurlarından danışarkən 
Q.Qorxmazovun «Qisas qılıncı» roman-dilogiyasında etnik-milli 
xüsusiyyətlərin özünəməxsusluğunu, ənənəvi folklor obrazlarına 
(«ağsaqqal», «təkə», «sapa») müraciətin özəlliyindən, istismarçı-
ların kasıb təbəqəni aldatmasından, xalqın milli şüurunun dirçəl-
məsi və onun gələcək rahat həyat uğrunda mübarizəsindən söhbət 
açıldığını söyləməliyik.


Qaraçay  ədəbiyyatı
23
60-80-ci illər Qaraçay ədəbiyyatında tarixi-bioqrafik janrda 
qələmə alınmış əsərlərdən də söhbət açmaq olar. Bu baxımdan 
H.Bayramukovanın «İllər  və dağlar», O.Xubiyevin  «Yuxusuz 
gecələr»  romanlarında Qaraçay xalqının  ictimai  şüurunun dir-
çəlişi məsələsi, milli ziyalı problemi müasir dövr problemləri ilə 
üzvü surətdə çulğaşırdı.
Türk xalqlarının etnik təfəkküründə tərbiyə-təhsil məsələsi, 
mənəviyyat,  əxlaq  problemləri  daim  ön  planda  dayandığından 
Qaraçay yazıçıları da xeyli əsərlərini məhz bu mövzuya həsr et-
məkdə israrlı idilər. Bu müstəvidə H.Bayramukovanın «Qaraçay 
ailəsi», «İllər və dağlar», M.Çotçayevin «Tələbələr», O.Xubiye-
vin «Yuxusuz gecələr» əsərlərində xalq taleyi daha görümlü təsvir 
predmetinə çevrilməkdədir. Bu dövrdə yaradılan epik nümunələr-
də  biz  janr-üslub  axtarışları  ilə  yanaşı,  dil-lüğət,  frazeoloji  ifa-
dələr yeniliyi və obrazların çağdaş təqdimatı ilə rastlaşırıq, qəhrə-
manların dili bütün xarakterik məqamları özündə əks etdirməklə, 
roman dilinin fərdiləşmələr, personajların nitqində canlı dialoq, 
daxili monoloqdan və s. istifadə etməklə yanaşı, dağlıların nitqin-
dəki spesifik and formalarına geniş müraciətin də  şahidi oluruq.  
Eyni zamanda 60-80-ci illər Qaraçay ədəbiyyatının inkişafı həm 
də aparıcı sənətkarların fərdi yaradıcı üslubunun formalaşdığı bir 
mərhələ kimi dərk edilməlidir.
Qaraçay  ədəbiyyatının  ən  mühüm  xüsusiyyətlərindən  biri 
məhz  80-ci  illərin  sonlarından  bu  ədəbiyyatda  gedən  milli 
özünəqayıdış və özünədərkin ön plana çıxması məsələsidir. Bir 
sıra Qaraçay yazıçıları 40-cı illərdə repressiya və deportasiyalara 
məruz qaldıqlarından 50-ci illərin sonlarından Qaraçaya qayıdan-
lar  qürbətdə yaşadıqları illərdəki əzab və sarsıntıları təfsilatı ilə 
təsvir  etməkdə  israrlı  olmuşdular.  Onlar  sürgün  həyatı  yaşamış 
insanların daxili aləmini, mənəvi əzablarını və faciələrini  görüm-
lü ifadələrlə çəkinmədən dilə gətirirdilər. Bu baxımdan O.Xubi-
yevin  «Yuxusuz  gecələr»,  «Qisas»,  «Adamlar»,  «Asi»  H.Bay-
ramukovanın «On dörd il», F.Bayramukovanın «Kədər kitabı», 


Nizami Tağısoy
24
S.Əliyevanın «Bənövşə ətri» və s. xalqa üz vermiş faciələrə görə 
bu bəlaları bədii sözün gücündən istifadə etməklə sinə gərilir, ob-
yektiv həqiqət bütün çılpaqlığı ilə ortaya qoyulurdu. Çünki uzun 
zaman kəsiyində digər türk xalqları ilə olduğu kimi Qaraçay türk-
ləri də dinərkən onların ağzına qurğuşun doldurularaq, zindanlara 
atdırılaraq  susdurulmuşlar.
1990-cı illərdə tanınmış Qaraçay sənətkarı H.Bayramukova 
(şairi, nasiri, dramaturqu, publisisti) Qaraçayda nəşr olunan «Den 
Respubliki» qəzetindəki «Həyat kadrda və kadr arxasında» adlı 
məqaləsində uzun müddət yazıçıların tam həqiqəti söyləyə bilmə-
diklərinə toxunaraq yazmışdı: «Bizim dövrdə yazıçıların yarım-
həqiqəti yox, həqiqəti danışmaq imkanı yaranmışdır. Ağrılı nöqtə 
və  bədlikləri  olduğu  kimi    göstərmək,  onları  işarələmək  lazım 
deyildir» (2).  
Doğrudan da Qaraçay yazıçıları həmin dövrdən başlayaraq 
daha əzmlə işləyir, yazdıqları əsərlərdə xalq taleyini bərbəzəksiz 
olaraq təsvir mərkəzinə çəkir, oxuculara onların özlərinin nəticə 
çıxarmalarına meydan verirdilər. Bu kontekstdə H.Bayramukova, 
F.Bayramukova, O.Xubiyev, S.Əliyeva və başqalarının  yaradıcı-
lığı daha çox rəğbət qazanırdı. Bütün bunlar sübut edirdi ki, XX 
əsrin sonlarında Qaraçay ictimai və milli şüurunun fəallaşması, 
sosial və mənəvi problemlərin mahiyyətinə daha dərindən nüfuz 
etmə, onların 40-50-ci illərdə olduğu kimi siyasi basqılara daha 
çox məruz qalmasından cana doymuş sənətkarlar artıq bu döv-
rlərdə milli dəyər və millətçilik hisslərini daha çox qabartmağa  
çalışırdılar. Bu dövrdən yazıb-yaratmağa başlayan gənc ədəbi qü-
vvələr Qaraçay türklərinə qarşı aparılmış haqsızlıqları gündəmə 
gətirir, sürğünə məruz qalmış vətən övladlarına görə cavabdeh-
lərin ortaya çəkilməsini tələb edirdilər. Belə gənc ədəbi qüvvələr 
sırasında Bilal Laypanov, Fatimə Bayramukova və başqaları daha 
çox görünürdülər. Qaraçay ədəbiyyatı çağdaş mərhələdə də öz in-
kişafını məhz belə bir magistral üzərində davam etdirməkdədir.   


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə