Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə15/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   11   12   13   14   15   16   17   18   ...   97

Nizami Tağısoy
46
nın məğlubiyyətinin  şərəfinə həmin yerə, yuxarıda söylədiyimiz 
kimi, ruslar Batal Paşa adını verirlər.  
Bu zamanlardan Osmanlılar Krım və Tamanın Rusiyaya aid 
olduğunu təsdiqləmiş, ruslar Kubanın sağ tərəfinə çəkilərək bu 
yerlərdə    Buğ  çayı  ərazisindən  gətirilən  kazakların  köməyi  ilə 
güclü  istehkamlar  qurmuşlar.  Buna  baxmayaraq,  Qaraçay-mal-
kar  türkləri  Rusiyanı  dəstəkləyən  Kabardin-Çərkəz  bəylərinin 
Bahsan qrupunda yer almamışlar. Osmanlı və Krımı dəstəkləyən 
Kaşha Tau qrupunda yer almış və 1804-cü ildə bütün qafqazlılarla 
ruslar arasında cərəyan edən Cegem meydan döyüşlərində onlar 
ruslara qarşı ön sırada döyüşmüşlər. 1806-1812-ci illər Osman-
lı-Rusiya  müharibəsindən  sonra  imzalanan  Belqrad  anlaşması-
na görə Osmanlı-Rusiya sərhədləri yenidən çəkilmişdir. Bundan 
sonra  Kuban çayının sol sahilində qalan Qaraçay türklərinin di-
gər hissəsi Rusiyanın   hakimiyyəti altına düşmüşdür. 1822-ci ildə 
Rusiya Qaraçay türklərinin öz  tabeliyində olduğunu elan etdikdə 
qaraçaylılar üsyan etmiş və osmanlıların Anapa mühafizəsini hə-
yata keçirən Həsən Paşadan kömək istəmişlər. Həsən  Paşa onları 
anladığını, onlara sadiq qalacağını və İslam Krımşamxalı oraya 
vali təyin etməklə Qaraçay türklərinə yardım edəcəyini vəd et-
mişdir. Lakin rus ordusu generalı Emanuelin Qaraçay torpaqlarını 
təhdid etdiyindən Həsən Paşa 1826-cı ildə onlara heç bir kömək-
lik göstərə bilməmişdir. 
Qaraçay diyarı Qafqazın ortalarında  dərin vadilərdə dağlarla 
əhatələndiyindən onlar ruslara qarşı vur-qaç taktikasından istifa-
də etməklə  vuruşmuşlar. Qaraçay diyarının belə strateji önəmini 
duymuş Çar Rusiyası bu əraziləri çoxdan öz hakimiyyəti altına 
qatmaqda israrlı olmuşdur. 1828-ci ildə üç müxtəlif tərəfdən Qa-
raçaya doğru hərəkət edən general Emanyelin komandanlığı al-
tındakı rus ordusu Qaraçay bəyi Duda oğlu Tengizbəy  və kabar-
din bəyi Atajuk oğlu Atajukun rəhbərliyi ilə gizli dağ yollarından 
keçərək Hasavkaya soxulduqları halda qaraçaylılar onların gəli-
şini bu istiqamətdən gözləmədiklərindən məğlub olmuşlar. Bun-


Qaraçay  ədəbiyyatı
47
dan sonra Qaraçaylılar Çar Rusiyasının himayəsini yazılı şəkildə 
qəbul etmək zorunda qalmışlar. 
Sonrakı dövrlədə Qaraçay türkləri 1835-1853-cü illər arasın-
da Çar Rusiyasına qarşı davamlı üsyanlar etsələr  də, bu səylər 
heç bir konkret nəticə verməmişdir. Bu istiqamətdə Qazi Məhəm-
məd Xubinin başçılığı altında aparılan mübarizə də qan bahasına 
basdırılmışdır. 
1861-ci ildən Çar Rusiyası Qafqazı əyalətlərə bölməyə baş-
lamışdır.  Bunun  nəticəsində  Qaraçay  Kuban  əyalətinə,  Malka-
riya  Terek  əyalətinə  birləşdirilmişdir.  Bununla  Qaraçay-malkar 
türkləri  rus  hakimiyyəti  dövründə  iki  dəfə  iki  yerə  ayrılmışlar. 
1865-ci ildə qaraçaylıların yaşadıqları bölgəyə başçı kimi gene-
ral Nikolay Petruseviç gətirilmiş, o, burada Rus valisi adını al-
mış,  Qaraçay  türkcəsini  öyrənməklə,  insanlarla  isti  münasibət 
qurmuş, özünü xalqa olduqca çox sevdirmişdir. Onun dövründə 
Qaraçayda böyük yüksəliş baş vermişdir. O, Rus hökümətindən 
qaraçaylılar üçün yeni torpaqlar almış, kəndlər arasında əlaqələri 
gücləndirmək üçün yollar çəkdirmiş xeyli digər xeyirxah işlərə 
imza  atmışdır.  Qaraçaydakı  missiyasını  başa  vurduqdan  sonra 
1876-cı  ildə  N.Q.Petruseviç Türkmənistanın  Göy-Təpə  nahiyə-
sində  cərəyan  edən  hadisələri  yatırmaq  üçün  ora  göndərilmiş, 
döyüşlər zamanı həyatını itirmişdir. Lakin qaraçaylılar  bundan 
xeyli müddətdən sonra, 1881-ci ildə xəbər tutduqda çox üzülmüş-
lər. Qaraçay nümayəndə heyəti Türkmənistana gedərək N.Q.Pet-
ruseviçin nəşini  oradan götürüb Qaraçaya gətirərək Batal Paşa 
şəhərində  onu  yenidən  torpağa  tapşırmışlar.  Qaraçaylıların  və 
malkarların noğaylarla xeyli birgə xüsusiyyətə malik olub yüksək  
mədəniyyət  daşıyıcıları olduqları məlumdur.  Mənbələr  birmə-
nalı  şəkildə  sübut  edir  ki,  hələ  orta  əsrlər  dövründə  böyük  
dövlətçilik və idarəçilik  ənənələrinə  malik  olan  noğayların  yazı  
nümunələri  mövcud idi. Əlbəttə,  bu  gün  bu  mədəniyyətin  daha  
geniş  çev rədə  öyrənilməsinə  ehtiyac  duyulsa  da,  XX  yüzillik  
ərzin də  bu  istiqamətdə  dərinləşdirilmiş  tədqiqatlar  aparmağa  


Nizami Tağısoy
48
və  onların doğru-dürüst tarixinin  ortaya çıxarılmasına  imkan 
verilməmişdir. Bu  gün çətin  də  olsa (çünki  yenə  də  adlarını  
çəkdiyimiz  xalqlar  Rusiyanın  ictimai, siyasi,  hərbi, mədəni, 
ədəbi, mənəvi  təsiri  altında  qalmaqdadırlar.  Elə  buna  görə  də  
qaraçaylı  və  malkarlardan  danışıldıqda  bir  tərəfli  şəkildə  rus-
ların  Qaraçaylılara  və  malkarlara  olan  “qardaş”, “ dost”  kömə-
yindən  ağızdolusu  söhbət  açılır,  bu  təsir  altında  olduqları  
müddət  ərzində  onların çəkdiyi  tarixi əzablar  isə  dilə  belə  gə-
tirilmir),  bəzi  işlər  görülməkdədir.  Bunu  biz qaraçaylı-malkar 
alimləri-dilçiləri,  folklorşünasları,  ədəbiyyatşünasları    ilə    fikir  
mübadiləsi  edərkən  dərindən  hiss  etmişik.  Bu  alimlərin  fikri 
birmənalı şəkildə Qaraçay və malkarların  əksər  tarixi  dönəmlə-
rinin  dramatik  kolliziyalarla  dolu  olduğunu  sübut  edir.  Çünki  
vəziyyət  elə olmuşdur ki, əksər hallarda  bu xalqların  mədəni  
ənənələri  amansız  həmlələr  nəticəsində qırılmağa, itirilib-ba-
tırılmağa  məruz  qoyulmuşdur. Bu,  əvvəl  Rus  imperiyasının  
ki çik  xalqlara  “köməyi” sayəsində baş  tuturdusa, sonralar  belə  
“humanist  missiyanı”  uzun  zaman  kəsiyində  bolşevik  Rusiya-
sı,  Qırmızı imperiya öz üzərinə götürmüş və bu “cəbhədə” xeyli  
“müvəffəqiyyətlərdə”də  əldə  etmişdir.  XIX    əsrdə    bu    xalqla-
rın əlifba yaratmaq və maariflənmək cəhdləri onların təqib olun-
ması ucbatından real bir  nəticə verməmişdir. Yalnız  XX  əsrin  
20-ci illərində, daha doğrusu, 1924-cü  ildə qaraçaylıların əlifba 
əldə etmələri mümkün oldu. Elə  Qaraçay-malkar  ədəbiyyatının 
doğma dildə yaranmasını da məhz bu dövrdən  götürmək daha 
düzgündür. Bundan  sonra  dövrü  mətbuat,  kitab  nəşri  işi,  bir  
qədər  sonralar  isə  radio yayımı,  teatr,  televiziya  fəaliyyətə  
başlamışdır.
XX əsrin 20-ci illərindən  yaranmağa  başlayan  Qaraçay-mal-
kar  milli  ədəbiyyatı  olduqca  ziqzaqlı,  mürəkkəb  təşəkkül  və  
inkişaf  yolu  keçdi. Elə Qaraçay-malkar  yazıçı  və şairləri  mey-
dana  çıxdı ki,  onların  yaradıcılığı  nəinki öz  milli  sərhəd  və  
hədlərində  qapanıb  qaldı,  həm  də onların adı keçmiş Sovetlər 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə