Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə12/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   8   9   10   11   12   13   14   15   ...   97

Qaraçay  ədəbiyyatı
37
mənbələrdə  onların  müxtəlif  adlarla  çağırıldığından  danışmalı-
yıq. Qaraçay-malkar türkləri haqqında ilk məlumatlara 1404-cü 
ildə Qafqazda olmuş Başpiskopos  Johannes de Çalonifoktibusun 
qeydlərində  rast  gəlinir.  Burada  o,  qaraçaylılardan  qara  çərkəz 
kimi bəhs etmişdir. 1635-1653-cü illərdə Qafqazda missionerlik 
fəaliyyəti ilə məşğul olmuş itlyan Arxangelo Lambertinin  1954-
cü ildə Neapolda nəşr olunmuş “Relatione Della Colchide  Boggi 
Detta Mengrellia” adlı əsərində qaraçaylılardan “karaçioli” (yəni 
Qaraçaylı) və “qara çərkəz” şəklində söhbət açılmışdır  (7,32). 
Yazılı qaynaqlarda “Qaraçay” adı 1639-cu ildən yer almış-
dır. Məhz bu ildən başlayaraq rus dövlətindən olan elçilər (Pavel 
Zaxarov, Fedot Elçin və Fyodor Bajenov)  Svanetiyaya gedərkən 
Bahsan vadisindəki El-Curt kəndində yolüstü qonaq olarkən qa-
raçaylılarla bağlı bir sıra qeydlər apararaq onların adını “karaça-
yev” və “karaçayevo-kabarda” şəklində işlətmişlər. 
XIX-XX  yüzillərdə  əski  rus  mənbələrində  Qaraçay-malkar 
türkləri  “dağlı”,  “dağlı    tatar”,  “dağlı  çərkəz”,  “çərkəz  tatarı”  , 
“dağlı kabardin” və s. kimi adlarla keçmişlər. Rus müəllifi Andrey 
Taranovskinin  1569-cu  ildə  qələmə  aldığı  “Səyahətnamə”sində 
onlar haqqında aşağıdakılar vardır: “Noğayların pul haqda təsəv-
vürləri yoxdur. Amma çərkəz tatarları çuxa və kətan gətirdikləri 
zaman əvəzində qoyun, inək və öküz   alırlar”. Onun çərkəz tatarı 
kimi işlətdiyi , istifadə etdiyi etnonim altında məhz Qaraçay-mal-
kar türkləri nəzərdə tutulurdu. 
Övliya Çələbinin “Səyahətnamə”sində dağlıq ərazilərdə ya-
şayan dəniz ətraflarına və ovalıqlara enməyən “macar” adlı tay-
fadan  bəhs  edilərkən  onlar  aşağıdakı  kimi  xarakterizə  olunur: 
“Əşirəti-macar  bəyləri  vardır.  Cəmisi  iki  min  adamdır.  Amma 
hamısı bahadır ərlərdir”. Övliya Çələbinin bəhs etdiyi əşirəti-ma-
car da elə Qaraçay-malkar türkləridir. Biz yuxarıda onların Kuma 
çayı ətrafında Macar adlı şəhərdə yaşadıqlarını, sonra oraları tərk 
edib  Qafqazda  Kuban  və Terek  çayları  boyunca  yerləşdiklərini 


Nizami Tağısoy
38
söyləmişdik.  Bu  barədə  xalq  hekayələrində  də  məlumatlar  qal-
maqdadır. Yeri gəlmişkən bildirək ki, Macar şəhərinin qalıqları 
bugünkü  Stavropol  şəhəri  yaxınlığındadır. 
Yuxarıda  bildirdiyimiz  kimi,  uzun  zaman  kəsiyində  Qara-
çay-malkar  türklərinin adı müxtəlif cür səsləndirilmişdir.  Onları 
adıgeylər “qaraşey”, kabardinlər “qarçağa-quşxa”, abxazlar “aka-
raç”, abazalar “qarça”, osetinlər “qarasayah” və “asi”, gürcülər 
“qaraçioli”, svanlar “mukrçay” və “savar”,   minqrellər “alani”ad-
larıyla çağırmışlar.
XVIII əsrdə Baxçasarayda  Fransa konsulluğundan olan, eyni 
zamanda Krım xanının şəxsi doktoru Ksavio Qlavaninin 1724-
cü ildə nəşr etdirdiyi “Opisaniye Çerkesii” (“Çərkəzin təsviri”)  
adlı əsərində qaraçaylılardan da söhbət açılmışdır. “Çərkəzlərin 
ortasında cegemlilər (malkarlılar)” yaşayırlar. Cegemlilərin sayı 
500  evdir.  Onlar  kabardin  çərkəzlilərin  hakimiyyəti  altındadır. 
Qaraqayların  (Qaraçaylıların) isə sayı 200 evdir. Onlar da kabar-
dinlərin hakimiyyəti altındadır”.
1807-1808-ci illərdə Gürcüstana və Qafqaza səfər edən Ju-
lius Klaprot Qaraçay-malkar türkləri ilə bağlı aşağıdakıları qeyd 
etmişdir: “Bu kiçik qövmlərdən başqa Kubanda gözlərdən uzaq 
Krım sultanlarının uşaqları, nəvələri yaşamaqdadırlar. Tatarlar və 
çərkəzlər onlara Sultaniyə demişlər...
Basiyat adı onlara məşhur soy atalarından qalmışdır. Qədim-
dən onlar Kuma çayı ətrafında yaşamışlar. Paytaxtları Macar adlı 
şəhər imiş. Bir sıra müharibələrdən sonra onlar buranı tərk edib 
indiki  yurd-yuvalarında  qərar  tutmuşlar.  Basiyatların  bir  qismi 
Malka  çayının  ətrafında  yerləşdiyindən  onlara  “malkar”  və  ya 
“balkar” adı verilmişdir. Hələ XIII əsrin əvvəllərində (1207-ci il)
gürcü kraliçası Tamara onlara xristianlığı qəbul etdirib öz haki-
miyyəti altına almışdır. Elə buna görə də onlarda bəzi hallarda 
xristianlığın izlərini də görmək mümkündür. 
Özlərinin konkret hər hansı bir dini və inancı yoxdur. Onlar 
Teyriyə (Tanrıya) inanmaqdadırlar. Bu qəbilələrin inancına görə 


Qaraçay  ədəbiyyatı
39
Teyri hər şeyin sahibidir. Eyni zamanda onların düşüncəsinə görə 
Əziz İlya burada ən yüksək  dağın zirvəsində qərar tutmuşdur. 
Onun  şərəfinə  qurbanlar  kəsilir,  süd,  yağ,pendirdən  istifadə  et-
məklə  törənlər  təşkil  edir,  düzənləyirlər.  Onlar  əvvəllər  donuz 
ətindən istifadə edərmişlər. Onların sığındığı qutsal çaylar və on-
ların  yanında tabu ağaclar vardır. Onlar da digər tatar qəbilələ-
ri kimi qoyunun belindəki sümüyə baxmaqla gələcəkdən xəbər 
verirlərmiş. Onların varlıları  çərkəzlərin təsiri ilə islamı qəbul 
etmişlər. Məscid və mollaları isə yoxdur. 
Qaraçaylılar, yuxarıda söylədiyimiz kimi, Qafqazda yaşayan 
ən xoşsifət insanlar hesab olunmaqdadırlar. Simaları biçimli və 
gözəldir. Siyah gözlərə  malikdirlər. Bu fikri akad. Y.Klaprot da 
səsləndirmişdir. Onlarda moğol tipinə də rast gəlinmir. Bu, on-
larda moğol qarışığının olmadığını təsdiqləyir. Akad.Pallas onları 
səhvən noğaylara bənzətmişdir. Noğaylarda olduğu kimi onların 
sifəti basıq, gözlərində isə çəplik görünmür.
Onlar ailə həyatı qurarkən gələcəklərini bir qadınla bağlayır-
lar. Lakin bəzilərinin iki, ya üç arvadı da olur və onlarla olduqca 
yaxşı rəftar edirlər. Qadınlarla olduqca münbit  ünsiyyət bağlayır, 
şəfqətlə davranırlar. Onlarda qadın ərin xidmətçisi yox, həyat yol-
daşıdır. Qadınlar qonaqla ünsiyyət zamanı  sərbəstdirlər. Qızlar 
əsasən evdə oturar, çölə olduqca az çıxarlar. Qızlar ərə gedəndə 
atası ona ər evindən başlıq verir. Buna qaraçaylılar “qan bahası” 
deyirlər. Kürəkən qıza yaxşı geyimlər alıb göndərərmiş. Kürəkən 
bütün dostlarına böyük ziyafət təşkil edər. Eyni şeylər qız evin-
də də təşkil olunarmış. Subay oğlanlar və qızlar bir-biri ilə ün-
siyyətdə olar və belə ünsiyyət yeni-yeni sevgilərin, yeni ailələrin  
əsasını qoyar. Toy-düyün zamanı oğlanlarla qızlar birlikdə dövrə 
vurub rəqs edərlərmiş.
Qaraçaylılar  qonşu  çərkəz  və  abazalardan  fərqli  olaraq  ol-
duqca  abırlı və ismətlidirlər. Onlar mərd və çalışqan insanlardır. 
Münbit  torpaqlarda  buğda,  arpa,  darı  və  yulaf  yetişdirərlərmiş. 
Ormanlarında ayı, canavar, dağ keçisi, dovşan, vaşaq, qunduz və 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə