Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə14/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   10   11   12   13   14   15   16   17   ...   97

Qaraçay  ədəbiyyatı
43
məsindən ibarət idi. I Nikolay Yaxın Şərqdə Rusiyanın şəriksiz 
hökmranlığını elan edib, Bosfor və Dardanel boğazlarını osman-
lıların əlindən  almaq istəyirdi. Bu dövrlərdə Fələstində xristian-
lar üçün müqəddəs hesab edilən yerlər də Osmanlılara məxsus idi. 
Bu, Fələstinlə bağlı Rusiyanın   Krım müharibəsinə (1853-1856) 
başlaması  üçün  bəhanə  oldu.  1853-cü  ildə  Rüsiyanın  Moldavi-
ya  və Valaxiyanı  tutması  ilə  bağlı  Osmanlı  və  Rusiya  arasında 
müharibə başladı. İlk əməliyyatlar Qafqazda Rusiya üçün uğurlu 
oldu. 1854-cü ilin sentyabrında ingilis, fransız və türk qoşunla-
rı  Krımda Almaçay  yaxınlığında  rusları  məğlub  etdilər.  Rusiya 
Krım müharibəsində məğlub oldu və Krım müharibəsi Rusiyanın 
beynəlxalq nüfuzuna güclü zərbə vurdu.
1871-ci ildə Rusiya Qara dənizdə donanma saxlamaq hüququ 
əldə etdikdən sonra onun işğalçılıq planlarının genişlənməsi 1877-
1878-ci illərdə Rusiya-Türkiyə müharibəsinin  başlanmasına gə-
tirib çıxardı. Bu müharibənin hədəfləri lap əvvəllərdən məlum idi. 
Çünki  XVIII əsrdən başlayaraq Rusiya Dağıstanı və Kabardanı 
özünə  tabe  etdirmək  üçün  cəhdlər  edirdi.  Bolqarıstanın    Kiçik 
Qaynarça sülhü ilə Türkiyə Kabardanı Rusiyanın tərkib hissəsi 
kimi tanımağa məcbur oldu. 1774-cü ildə Şimali Qafqazın işğalı 
ilə barışmayan dağlı xalqları Rusiyaya qarşı mübarizəyə qalxdı-
lar. Bu hərəkat müridizm kimi tarixə düşdü. Qafqaz müridizminin 
banisi  Şeyx  Mənsur  idi.  Ruslar  Qafqazın  içərilərinə  doğru  irə-
liləmək üçün yol çəkməyə, qalalar tikməyə başladılar. Müridizm 
bayrağı altında mübarizəni davam etdirən Şimali Qafqaz xalqla-
rı 1828-ci ildə Qazi Məhəmmədi özlərinə birinci imam seçdilər. 
O, həlak olduqdan sonra Həmzət bəy imam oldu. 1834-cü ildə 
Həmzət  bəy  öldürüldükdən  sonra  yerinə  Şeyx  Şamil  imam  se-
çildi. Şeyx Şamil güclü dövlət  - imamət yaratdı və o, 1859-cu 
ilə qədər milli-azadlıq hərəkatına  rəhbərlik etdi. 1864-cü ildən 
Şimali Qafqaz xalqları müqaviməti xeyli dayandıra bilsələr də, az 
keçmədi ki, bütün Qafqaz Rusiya tərəfindən işğal olundu.


Nizami Tağısoy
44
1768-1774-  cü  illərdə  Rusiya-Osmanlı  müharibəsi  Dunay, 
Krım və Cənubi Qafqaz istiqamətlərində aparılırdı.Türk qoşunla-
rı 1769-cu ildə Rusiyanın içərilərinə doğru irəliləsə də, uğursuz-
luğa düçar oldular. 1774-cü ildə Buq və Dnepr çayları arasındakı 
ərazilər,  Krımdakı  Kerç, Yeniqala, Kubana qədər olan torpaqlar 
Rusiyanın əlinə keçdi. Krım xanlığı osmanlı asılılığından çıxaraq 
müstəqil oldu. Rusiya Azov qalasını möhkəmləndirmək hüququ-
nu əldə etdi.  Osmanlı  Rusiyaya  4,5 milyon təzminat  ödəməyə 
razı oldu. Osmanlı Qafqazda knyazlıqların idarə olunması şərtlə-
rinə əməl etməyi boynuna  götürdü. Bu müvəffəqiyyətlə kifayət-
lənməyən Rusiya Kiçik  Qaynarça sülhünün verdiyi imkanlardan 
istifadə  etməklə  Krım  xanlığının  işğalını  daha  rahat  şəkildə  öz 
xeyrinə həll etdi. Bu   dövrdə Krım xanlığının idarəçiliyi zəiflə-
diyindən daxili çəkişmələr xeyli dərəcədə  güclənmişdi. Osman-
lının ona yardım etmək hüququ da  itirilmişdir. Krım xanlığının 
ağır vəziyyətindən istifadə edən ruslar 1783-cü ildə onu “Tavri-
da” adı ilə işğal etdilər. Qara dənizətrafı çöllərdə Rusiyanın nə-
zarəti gücləndi. 
Krımın Rusiyaya  qatılması Osmanlı ilə yeni müharibəyə sə-
bəb  oldu.  Osmanlı Rusiyaya yeddi tələbdən ibarət  ultimatum 
göndərdi. Cavab  almadığına ğörə  Osmanlı  1787-ci ildə  ruslarla 
müharibəyə başladı və məğlub oldu. 1791-ci ildə Rusiya    Os-
manlı ilə Yassıda sülh bağladı, digər çoxsaylı ərazilərlə yanaşı, 
Dnestrin  mənsəbindən Krımadək bütün Qara dəniz  sahilləri Ru-
siyanın  tabeliyinə  keçdi. Türkiyə  Krım  iddialarından    əl  çəkdi, 
onun Rusiyanın olduğunu təsdiqlədi. Qafqaz Osmanlının əlindən 
çıxdı. Bütün bu proseslər Qaraçay və malkar türklərinin tarixi ta-
leyinə nəzərəçarpacaq zərbə vurdu (7, 42-43). 
Qaraçay və malkar türklərinin tarixinin Osmanlı Türkiyəsi və 
Çar Rusiyası ilə daha çox bağlılığı, həm də onlardan daha çox 
asılılığı ilə ortada dayanır. Bu, əsasən XVI əsrin lap əvvəllərinə 
təsadüf edən dövrdə çox hiss olunmuşdur. Belə ki, bu vaxt Qızıl 
Ordanın  Qafqazda təsir dairəsi zəiflədikdən, bu ərazilərə nəzarət 


Qaraçay  ədəbiyyatı
45
Osmanlı Türkiyəsinə bağlı olan Krım xanlığına keçdikdən son-
ra  baş vermişdir. Lakin belə vəziyyət XVIII əsrin  60-cı illərinin 
sonlarında dəyişmişdir. Belə ki, Osmanlı Türkiyəsi ilə Çar Ru-
siyası arasında olan müharibə nəticəsində Osmanlı Qafqaz əra-
zilərində nəzarəti itirmiş və Bolqarıstanın Kiçik Qaynarça kən-
dində bağlanan sazişlə Krım xanlığı türklərin əlindən çıxmışdır. 
Az  müddətdən sonra Çar Rusiyası fürsətdən istifadə edərək Şa-
hin Gireyi Krım xanı təyin etmişdir. Şahin Gireyə qarşı burada 
ortaya çıxan təpkilər Çar Rusiyasına 1783-cü ildə Krım xanlığını 
tamamilə öz təsiri  altına almaqla nəticələnmişdir. Bu  zamandan 
etibarən Türkiyə ilə Rusiya arasında Kuban çayı bir sərhəd kimi 
ortaya gəlir. Kubanın   sağ hissəsində qalan Qaraçay türklərinin 
yarısı ilə malkar türkləri tamamilə  Rusiya ərazisi, Kubanın sol  
hissəsində  olan    Qaraçay  türklərinin    yarısı  Osmanlı  torpaqları 
əraziləri kimi tanınır.  
1787-ci ildə Osmanlı-Rusiya ilə müharibələri təkrarən başla-
dıqda Rus ordusu Kuban çayının sol sahilini tutur. Bu zaman III 
Sultan Səlim tərəfindən Anapaya və Qafqazdakı ordu Komandan-
lığına Batal Hüseyn Paşa təyin edilir.  O, 30 minlik ordu  ilə Ana-
padan Kuban çayı istqamətində hərəkət edib Kabardin bölgəsinə 
yetişir. Batal Paşanın ordusuna Qafqaz xalqlarından da böyük qü-
vvə qoşulur.  27 iyul 1790-cı ildə Toxtamış çayı ərazilərində üz-
üzə gələn Osmanlının Rus ordusu ilə apardığı amansız döyüşlər 
nəticəsində Batal Paşa məğlub olur. Bu məğlubiyyətə ilk növbədə 
Batal Paşa ordusunda çərkəz qüvvələri ilə Osmanlı əsgərləri ara-
sında olan daxili çəkişmə və ziddiyyətlər səbəb olmuşdur. Mən-
bələr belə bir məlumat da saxlamaqdadır ki, müharibədə iştirak 
edən Sultan Səlim tərəfindən göndərilən Mahmud adlı birisinin 
cibindən ruslara qarşı müharibənin uduzulması ilə bağlı kağız da 
çıxır. Eyni zamanda özünün edam fərmanını görən Batal Paşa bir 
neçə adamlarıyla birlikdə qaçaraq rus ordusuna sığınmaq məc-
buriyyətində qalır və öz qılıncını  ruslara təslim edir. Batal Paşa-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə