Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə11/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   7   8   9   10   11   12   13   14   ...   97

Nizami Tağısoy
34
gərləri tərəfindən istilası Qarçanın və onun qəbiləsinin bu ərazilə-
ri tərk etməsinə səbəb olmuş və onlar Qara dəniz boyunca xeyli 
sıxıntılar  keçirdikdən  sonra  əvvəl Abxaziyaya  gəlmiş,  az  sonra 
Zağzan-Zağdan  deyilən yerə gedib oradan da Zelençuk çayının 
yuxarı hissələrindəki Arxız vadisində yerləşmişlər. Sonralar  bu 
yerlər Əski-Curt  (yəni Qədim Yurd) adlandırılmışdır. Ağıllı və 
igid  Qarçanın    yanında  daim Adurhay  Budyan  və  Novruz  adlı 
dostları varmış. Qarça burada Qızılbəylərin (abazaların) basqın-
larına məruz qaldıqdan öz dostları ilə Arxız vadisindən köçməyə 
üstünlük vermiş, Cögetey vadisindəki Eltarqaç deyilən yerə gəl-
mişlər. Burada isə xəstəliklər tüğyan etdiyindən  oradan da baş 
götürüb Bahsan vadisinə getmişlər. 
Qarça  və  onun  qəbiləsi  Bahsanda  El-Curt  adlı  yerdə  altı  il 
heç kimin gözünə görünmədən rahat yaşamışdır. Bahsan çayının 
digər tərəfinə keçmək məqsədi ilə Qarça bu çayın üstündən körpü 
qurmaq üçün işə başlamağı əmr etmiş və buna görə də oraya tək 
bir ağac parçası düşürməyi tapşırmışdır. Lakin Qarçanın adamları 
çaya bir neçə ağac girdini düşürüb onları çayın axını ilə axıdaraq 
Bahsan   çayının  aşağı hissələrində yaşayan Kabardin-Çərkəzlə-
rin ərazilərinə qədər ötürmüşlər (10a).
Kabardin-Çərkəzlər çayda təsadüfən yaxşı, səliqəli yonulmuş  
ağacları   gördükdən sonra Bahsanın yuxarı hissələrində kimlə-
rinsə yaşamasından xəbər tutmuşlar. Onlar bu barədə öz bəylərinə 
bildirmiş və Çərkəz knyazı Qızılbəy onun torpaqlarına icazə  al-
madan yerləşmiş bu insanları cəzalandırmağa qərar  vermişdir. O, 
ən igid gənclərə, pəhləvanlara əmr verərək Bahsanın yuxarı his-
sələrində yaşayan  bu  naməlumları tanıyıb müəyyənləşdirməyi 
tapşırmışdır. Oradakıların Qarça və onun qəbiləsi  olduğu müəy-
yənləşdirildikdən sonra Qazi bəy adamlarını təkrar olaraq Qarça-
nın üstünə göndərərək ona tabe olmasını və vergi verməsini tələb 
etmiş və əgər bu tələbdən boyun qaçırarsa, onların orada yaşa-
malarını mümkünsüz hesab etmişdir. Qarça Qazi bəyin elçilərinə 
onların  indiyə  qədər  heç  kimə  vergi  vermədiklərini  və  bundan 


Qaraçay  ədəbiyyatı
35
sonra da kiməsə vergi verib şərəfini ayaqlar altına atmayacağını 
bildirmişdir. Qarça Qazi bəyin elçilərinin dalına qoca  bir köpək 
bağlayaraq “Onu bəyinizə hədiyyə aparın”, – deyə söyləmişdir. 
Elçilərin qoca bir köpəklə qayıtdığını görən Qazi bəy Qarçanın 
dediklərindən ciddi qəzəblənmiş və elə həmin andan böyük dəstə 
yığıb  Qarçanı  cəzalandırmaq  üçün  Bahsan  vadisinə  getmişdir. 
Onlar arasında başlamış döyüşdə Kabardin çərkəzləri sayca çox 
olduğundan Qarça döyüşü uduzub sağ-salamat qalanlarla dağlara 
çəkilmişdir,  Qazi  bəy  Qarcanın  kəndini  dağıtmış,  insanları  əsir 
götürüb geri dönmüşdür. 
Bir müddət dağlarda yaşadıqdan sonra Qarça svanlar yaşayan 
ərazilərə gedib onlardan kömək diləmişdir.   Qarça svanlardan al-
dığı əsgəri  köməklə Qazi  bəyin torpaqlarını talamış, at və qoyun 
sürülərini   ələ keçirmişdir. Lakin qoyunlardan birini Qazi bəyin 
çobanına verərək onu Qazi bəyə çatdırmağı və əgər öz dövlətinə 
at və qoyunlarına sahib olmasını istəyirsə, Qarçanın onu  svanla-
rın  sərhədlərində üç gün gözləyəcəyini söyləmişdir. Çoban isma-
rıcı Qazi bəyə çatdırmışdır. 
Vəziyyətin ağır olduğunu dərk edən Qazi bəy bütün sərvə-
tinin əldən gedəcəyini hiss edib Qarça ilə saziş bağlamağa razı 
olur. Anlaşmaya gedən Qazi bəyin  qarşısında Qarça bir neçə şərt 
irəli sürmüşdür: birinci, yağmalanan mallar geri qaytarılmalı və 
əsir götürülən insanlar azad edilməli, ikinci, Qarçanın  hegemon-
luğu tanınmalı, üçüncü Qarçaya köməyə gəlmiş svan əsgərlərinin 
xərcləri Qazi bəy tərəfindən ödənilməlidir. Qazi bəy ilk iki  şərti 
qəbul etsə də,  üçüncüsünə qol qoymaqdan imtina etdikdə Qarça 
qəzəblənərək əlindəki qılıncla qayaya  elə zərbə endirmişdir ki, 
qaya dörd  yerə bölünmüş və: “Əgər gücün çatırsa, malını, varını 
götür, apar”, - demişdir. Qarçanın zərbəsindən Qazi bəy qorxmuş 
və bütün şərtləri qəbul etməyə məcbur olmuşdur. Qazi bəyin ya-
nında tərcüməçilik edən Krımşamxalsoylu bir nəfər varmış. O, 
Qazi  bəydən  izn  alıb  Qarçanın  yanına  getmiş,  onların  arasında 


Nizami Tağısoy
36
xoş  ünsiyyət  yarandığından  Qarça  sonra    yeganə  qızını  həmin 
Krımşamxala ərə vermişdir. 
Qarça və qəbiləsi Bahsandakı El-Curt  (El-Curt – El Caşağan  
Tar-avuz) kəndində 40 il böyük nüfuz içində yaşamışdır. Getdik-
cə Qarçanın adamlarının sayı çoxalmış, onlar Bahsan vadisindən 
köçməyə qərar vermiş, yeni yurd yerləri arayıb-axtarmış, Botaş 
adlı birini öz yaxını seçmiş, bundan sonra Hurzuk  vadisində və 
Elbrus dağının şimal-qərbində Sadırla deyilən yerdə qərar tutmuş-
lar. Bundan bir qədər keçdikdən sonra onlar Botaş başda olmaqla 
Ullu-Kam vadisinə  getməklə  daha geniş ərazilərə səpələnmişlər. 
Qarça buralarda insanlara çoxlu torpaqlar paylamışdır. Belə bir 
şəraitdə onunla Botaş arasında bəzi anlaşılmazlıqlar yaranmışdır. 
Botaş  həmin  torpaqların  yalnız  onun  adamlarına  verilməsində   
israrlı olmuşdur. Onların arasında münaqişə yarandığından Qarça 
adamlarına Botaşı aradan götürmək əmrini vermişdir. Atalarının 
Qarça tərəfindən öldürüldüyünü görən Botaşın oğulları özlərinin 
də öldürüləcəyini güman edib oradan Kabardin çərkəzlərin tor-
paqlarına  sığınmışlar.  Bir  müddət  sonra  Qarça  Botaşı  öldürdü-
yünə görə peşman olduğundan onun oğullarının geri qayıtmasını 
xahiş etmişdir. Bundan sonra Botaşın oğullarından bir neçəsi geri 
dönmüşdür.  Geri  qayıdanlara  Qarça  həm  çoxlu  pay  torpaqları 
vermiş, həm də Botaşın oğullarına  tarlalarını suvarmaq üçün su 
kanalları çəkdirmişdir. Qarça dünyasını dəyişdikdən sonra xalqın 
idarə olunması onun  kürəkəni Krımşamxal və onun oğulları tərə-
findən həyata keçirilmişdir. 
1.3.Qaraçay-malkar türkləri 
Avropa və rus  mənbələrində
Qaraçay-malkar türklərinin etnik kimliyindən və tarixindən 
danışarkən onların qədim Avropa və  rus mənbələrində necə əks 
olunduğundan da söhbət aparmağa ehtiyac vardır. İlk növbədə bu 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə