Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə19/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   15   16   17   18   19   20   21   22   ...   97

Nizami Tağısoy
58
4.   Большая Советская энциклопедия. Т.11. М., «Сов.Эн цик -
лопедия», 1973.
5.   Большая энциклопедия. В шестидесяти двух томах, т. 20. 
М., «Терра». 2006.
6.    Хапчаева Т. Фольклор и духовная культура карачаевцев // 
Ortaq türk keçmişindən ortaq türk gələcəyinə. IV Uluslararası 
folklor konfransının materialları. Bakı, 2006.
7.   Karaçay-Malkar Edebiyatı (Başlanğıcından Günümüze Kadar 
Türkiye  Dışındaki  Türk  Edebiyatları  Antolojisi  (Nesir-
Nazım).  22c.  Ankara,  T.C.Kültür  Bakanlığı,  202. 
8.    Караева А.И. О фольклорном наследии карачаево-балкар-
ского народа. Черкесск, 1961.
9.   Материалы научной сессии по проблеме происхождения 
балкарского и карачаевского народа. – Нальчик, 1960.
10.  Məmmədzadə  M.B.  Qaraçay-malkar  türkləri.  İslam Ansik-
lopedisi. Ankara,  1967.
10
a
.  Tağısoy  N.  Qaraçay  Malkar  türklərinin  həyatı  dastanı  və 
əfsanələrdə  “Qaraçağa  aparan  yol“  qəzeti,  2016,  27    may.
11.  Tavkul  Ufuk.  Karaçay-Malkar  dilinin  dialektleri.  Türk 
Dünyası  Araştırmaları.  Nisan.  89.59.10.  yıl.
 


Qaraçay  ədəbiyyatı
59
II FƏSİL
Qaraçay-malkar adət-ənənləri 
və şifahi xalq yaradıcılığı
2.1. Qaraçay-malkar  adət-ənənələri
Xaraktercə emosional olan qaraçaylıları, ümumiyyətlə, dün-
yanın  ən  sivil xalqları sırasına aid etmək olar. Onların  arasın-
da  böyük-kiçiyin  yerini bilmə, yaşlılara hörmət, tərbiyə işlərinə 
daim  ciddi  diqqət  yetirilmişdir. Qaraçaylılar həm  də  olduq-
ca  səxavətli,  nəcib  insanlardır.  Onlar  kasıblara,  zəiflərə  əl  
tutmaqdan    həzz    alandırlar.    XIX  əsrin    əvvəllərində    Şimali  
Qafqazda  rus  hərbi  xidmətində  bu  ərazilərdə  iki  ildən  artıq  
mühəndis-topoqraf  kimi  işləmiş  milliyyətcə  alman  rus  ordu-
sunun  general-leytenantı  İohann  Blaramberqin  yazdığına  görə  
qaraçaylılar “öz  ağalarına tabe olmaqla,  hörmət  göstərər, onla-
rın əmr və göstərişlərinə hazır  olar  və  hər bir tapşırığı dəqiqliklə  
yerinə  yetirərlər. Onların  qonşuları  olan çərkəzlər kimi oğurluq  
etməsini,  yalan  danışmasını nadir  hallarda  eşitmək  olar. Qara-
çaylılar son  dərəcə  zəhmətkeş  olmaqla əsasən  kənd  təsərrüfatı  
ilə  məşğul olurlar” (3,310).
Qaraqaylılar  varlıları  “biy”  adlandırırlar. Ən  tanınmış bəy-
lər Krımşamxalov, Urusbiyev  və  Muradi  ailələrindən  olanlar-
dır.  Xalq  nə  onlara,  nə  də  uzden-zadəganlara  heç  zaman  vergi 
vermirdi.  Lakin  belə  bir  qayda  da  mövcud idi ki, “biy” lərə  
lazım  olduqda  onlar  hər  hansı  kənd  sakinin  atını  götürüb  işini  
gördükdən  sonra  nəzərdə  tutulmuş  vaxta geri  qaytarırlarmış.  
Bununla  belə  qaraçaylılar  XIX əsrdə malkar və kabardin knyaz-
larına (bəylərinə)  mütləq  vergi  ödəməliymişlər.  Bəylər  hər  bir  


Nizami Tağısoy
60
ailədən,  bir, yaxud  bir  neçə  qoyun  alar, bundan başqa,  kənd-
lilər  bəyə  atlarının,  öküzlərinin  yaxşılarından  birini,  keçə,  ya-
pıncı  və s.  verərmişlər. Qaraçaylılar  bəylərə  vergi  ödəməsələr 
də,  uzdenlər  hər  hansı  bir  səfərə  çıxdıqda  onları  müşayiət  
edirmişlər.
Qaraçaylılar  qədim  adət-ənənələrə  son  dərəcə  böyük dəyər 
verən sadiq  insanlardır. Əgər  onlar  hər  hansı   mühüm  məsələ  
ilə  bağlı  qərar  qəbul  etmək  istəsəydilər,  bu  zaman  ağsaqqal-
lar  məscid  ətrafında  yığışarmışlar.  Əgər  hər  hansı  razılaşma  
haqqında  söhbət  gedərmişsə, bu zaman   tərəflər  bu  razılığı  
qorumaqla  bağlı  and  içərmişlər. Yox, əgər  kimsə  öz  andını  
pozsaymış,  bu  zaman  ümumi  kəndin  hesabına  öz  malın-
dan beş-on qoyun verməli  imiş. Tərəflər  arasında and  aşağıdakı  
qaydada  içilərmiş. Hamı  məscidin  girişində  yığışar, molla  isə  
əlində  Quran  dayanar, and  içənlər  əllərini  kitabın  üstə  qoyub  
Allahı  onların  bu  andı  pozmayacaqlarına  şahid  çağırarmışlar. 
And  içmə  qurtardıqdan  sonra  and  pozulmaz  hesab  olunarmış.  
Bütün   bunlar  haqqında məlumatları  biz   qaraçaylıların etnoq-
rafik həyatını işıqlandıran kitablardan  əldə  etmişik.  
Etnoqrafik  mənbələrdə  qaraçaylıların  ailəcanlı  və  ailəyə  
daha çox bağlılığı  qeyd olunur. Ailədaxili  vəziyyətə  görə  qara-
çaylılarda  arvad ərinin, kişisinin qulu yox, onun sadıq dostu kimi  
göstərilir.  Qaraçaylılarda  da   digər  türk  xalqlarında  olduğu  
kimi  qız  ərə  gedəndə “başlıq” vermək  adəti  vardır.  Bəy  toy  
günü  bütün  qohum - əqrəbanı  bu  möhtəşəm  məclisdə  iştirak  
etməyə  dəvət  edər,  gəlin  evində  də  eyni  şənlik  qurular,  lakin  
gəlin  evindəki şənliyə  yalnız  qadınlar  dəvət  olunarmış.  Gənc-
lər  axşam  tərəfi  qız  evinə  gedər,  gəlini  bəy  evinə  birgə  yola  
salarmışlar.  Toy  şənlikləri  qaraçaylılarda  əvvəllər  üç  gün-üç  
gecə  davam  edər, insanlar yeyər  içər,  oynayar  və  şənlənərmiş-
lər.  Belə  toylarda  gənc  oğlan  və  qızlar  bir-biri  ilə  tanış  olar,  
yeni  toylar,  nikahlar  üçün  zəmin  yaranarmış. Gənc  oğlanlarla  
qızlar  dövrə  vurub  oynayar, rəqs edərlərmiş. Əgər cavan oğla-


Qaraçay  ədəbiyyatı
61
nın  evlənmək  fikri  olsaymış, o, valideynlərindən çəkindiyindən, 
onun bu seçiminin valideynlərinin  xoşuna  gəlməyəcəyindən  eh-
tiyatlanaraq,  heç  nə  deməzmiş. Oğlan  üçün qızı daim qaraçay-
lıların valideynləri seçərmişlər. Burada  valideynlər  ilk  növbədə  
qızın  özünə,  valideynlərinin  kimliyi  və  camaat arasında  yerinə  
və nüfuzuna  daha  çox  diqqət  yetirərmişlər. Ad  olunma,  nişan-
lanma  qısa  zaman  kəsiyində  baş  versə  də,  toyun  özü  daha  
sonralara    qalar    və  belə  hal  vəziyyətdən  asılı  olaraq  6  ay,  bir  
il  çəkərmiş. Toya  qədər  oğlanın  qızla  bir yerdə görüşməsinə  
icazə  verilməzmiş. Öz növbəsində  bəyin  qızın  valideynlərinin  
yanında  olmasına  da  icazə  verilməzmiş; nişanlı  oğlan  qızın  
valideynləri    gələnə    qədər  otaqda,  evdə  olsaymış,  onlar    içəri  
daxil  olduqda  o, mütləq  ayağa qalxmalıymış. Yəni  həmin şəxs 
nişanlı  qızın  qanuni  əri olana  qədər  heç  zaman  o,  qızın  vali-
deynləri  ilə  söhbətə  qoşulmaq  iqtidarına  malik  deyilmiş. 
Əgər hər  hansı  bir  kəs  bakirə  qızın, yaxud  ərli   qadının  
namusuna  toxunsaymış  və  əgər  bundan  digərləri  də  xəbərdar  
olsaymış,  bu  zaman  bütün  kənd  camaatı  məscidin  qarşısında  
yığışar,  günahkarı  da  ora  gətirər  və  ağsaqqallar  onun  barəsin-
də  hökm  çıxararmış.  Hökm  isə  adətən   belə  olarmış:  günahkar  
Qaraçay  sərhədlərindən  daim  kənarda  qalmalı,  heç  zaman  bu  
ərazilərdə  görünməməliymiş.  Ata  öz  evindən  qızını,  ər  isə  
günaha  batmış  arvadını  qovarmış.  Onların geriyə  dönməsinə  
isə  heç  vaxt  icazə  verilməzmiş.  Bəzən  isə  belələri  üçün  ölüm  
hökmü  çıxarılar, təqsirkarın  ailəsi  isə  doğma  eldən  qovular,  
onların  geri  qayıtması  heç  vaxt  mümkün  olmazmış.
Qaraçay  bəyləri kabardin uzdenlərinin qızları ilə, kabardin   
knyazları  isə  Qaraçay  bəylərinin  qızları  ilə  ailə  qurarmışlar. 
Qaraçaylılarda tərbiyə işi son  dərəcə  yüksək  şəkildə  quruldu-
ğun  dan, onlar ən yüksək sözlərə  layiqdilər.  Əgər  qaraçaylılardan  
hər  hansı  bir  oğul  atasının  sözündən  çıxsaymış,  bu  za man  onu  
məs cid  qarşısına  gətirər,  bütün  kənd  ona  doğru-dü rüst  yola  
gəl məyi  tövsiyə  edərmiş. Yox,  əgər  bu  bir  nəticə  verməsəymiş, 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə