Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında



Yüklə 4,82 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü4,82 Kb.
#42077

background image
Gənc  istedadlar  üçün  xüsusi  təqaüdün  məbləğinin  artırılması  və  "Gənc  istedadlar  üçün 

xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 

13  sentyabr  tarixli  662  nömrəli  Sərəncamında  dəyişiklik  edilməsi  barədə  Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənc istedadlara 

dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 

1. Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün 

məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 (dörd yüz) manat müəyyən edilsin. 

2.  "Gənc  istedadlar  üçün  xüsusi  təqaüdlər  təsis  edilməsi  haqqında"  Azərbaycan  Respublikası  Prezidentinin 

1997-ci il 13 sentyabr tarixli 662 nömrəli  Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

1997-ci il, № 3, maddə 251; 2007, № 2, maddə 146) 1-ci hissəsində “300” rəqəmləri “400” rəqəmləri ilə əvəz 

edilsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

  

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 fevral 2018-ci il.



 

 

Yüklə 4,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə